Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, podrat müqaviləsi üzrə öhdəliklərin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X7 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)488 /2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 və 57B ünvanlarında yerləşən müvafiq olaraq 71,4 kv.m. və 49,5 kv.m. qeyri-yaşayış sahələri İddiaçı mülkiyyətində olmuşdur. 2. 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilə ilə İddiaçı özünə məxsus hər iki qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, sonuncu isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4,4 metrdən az olmamaq şərtilə 71,4 kv.m qeyri-yaşayış sahəsini və həmin qeyriyaşayış sahəsinin altında yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli (yerə metlax vurulması və divarların ağardılması) şəkildə təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 31 ünvanında yerləşən ümumi sahəsi 37,6 kv.m olan qeyri-yaşayış sahəsi X9 mülkiyyətində olmuşdur. 4. 28 fevral 2018-ci il tarixli müqavilə ilə X12 özünə məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən sahəsi 32 kv.m qeyri-yaşayış sahəsinin (zirzəminin) sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, sonuncu isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündü rmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 37,6 kv.m qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28,3 kv.m olan qeyri-yaşayış sahəsi X4 mülkiyyətində olmuşdur. 6. 25 yanvar 2018-ci il tarixli müqavilə ilə X6 özünə məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, sonuncu isə həmin ərazidə yeni inşa ediləcək ç oxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 29 kv.m. qeyri-yaşayış sahəsini ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 7. 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X6 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28,3 kv.m olan qeyri-yaşayış sahəsini X1.
8. Bundan sonra, 06 mart 2021-ci il tarixli müqavilə ilə X12 mülkiyyətində olan yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrini (37,6 kv.m, 28,3 kv.m və zirzəmi) sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, sonuncu isə həm in ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən 65,9 kv.m qeyriyaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 kv.m qeyri-yaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
9. Cavabdeh MTK İddiaçı göndərdiyi 25 noyabr 2020-ci il tarixli SMS-məktubla MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində qeyri-yaşayış sahəsinin təhvilə hazır olduğu və həmin tarixdən ona verilən kirayə haqqı dayandırılacağı göstərilmişdir.
10. İddiaçı MTK tərəfindən təqdim olunan qeyri-yaşayış sahəsinə baxış keçirmiş, sahənin 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin şərtlərinə (qeyri-yaşayış sahəsinin eninin 4,4 metrdən az olması, ümumi sahənin 71,4 kv.m-dən bir neçə kv.m az olması və s.) uyğun olmamasını əsas gətirərək onu təhvil götürməkdən imtina etmişdir.
11. İddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış evinin MTK tərəfindən X10 təhvil verildiyi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etmiş, həmin sahəyə daxil olaraq, giriş qapısının kilidini dəyişdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddi a tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması, həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 kv.m. sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin və onun altından olan zirzəminin iddiaçıya təhvil verilməsi faktının təhvil-təslim aktı ilə sənədləşdirilməsi, həmin qeyri-yaşayış sahələrinin təmiri (1-ci mərtəbədəki qeyri-yaşayış sahəsinin altındaki zirzəmiyə ge diş-gəliş məqsədilə pilləkənin inşası, kommunikasiya xətlərinin çəkilməsi, divarların ağardılması, metlaxın vurulması və s.) xərclərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 19412,5 manat məbləğində pulun tutulması, ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləğinin cavabdehdən alınaraq ona verilməsi, müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 28000 manat pulun tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın X ətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi və onun altındakı zirzəmiyə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun iddiaçıya təqdim edilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat vəkil xidmət haqqının əvəzinin cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 kv.m. və 29 ünvanında yerləşən 49,5 kv.m. qeyriyaşayış sahələri iddiaçıya məxsus olmuş, 17 fevral 2018-ci il tarixdə tərəflər arasında yuxarıdakı məzmunda 225 saylı müqavilə bağlanmışdır. 25 noyabr 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus mobil nömrəyə SMS-bildiriş göndərilmişdir ki, yeni inşa edilmiş binadakı ona məxsus olan qeyri-yaşayış sahəsi hazırdır və həmin qeyriyaşayış sahəsini təhvil ala bilər. Yeni inşa edilmiş binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının sahiblik və istifadəsindədir. Həmin sahə təmirsizdir, oranı iddiaçının öz hesabına təmir etməsinə isə cavabdeh müxtəlif yollarla mane olur (elektrikin kəsilməsi, qapının qırılması və ora daxil olunaraq mal-materialın naməlum yerə daşınması və s.). Həmin qeyri-yaşayış sahəsinin altında yerləşən sahə (zirzəmi) isə ona indiyədək təhvil verilməmişdir. Sonuncu dəfə 2018ci ilin noyabr ayında cavabdeh tərəfindən iddiaçıya aylıq kompensasiy a məbləği ödənilmişdir. Qeyd edilən hərəkətlər iddiaçının 3 saylı mağaza üzərində xüsusi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Müqavilənin şərtlərinə görə iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsi və altındaki zirzəmi təmirli (yerə metlax vurulması və divarların ağardılması) vəziyyətdə olmalıdır. Lakin indiyədək bu işlər görülməmişdir. Digər tərəfdən 3 saylı mağazanın altında yerləşən zirzəmiyə küçədən giriş-çıxış mümkün deyildir. Zirzəminin üzərindəki 3 saylı mağazadan isə, zirzəmiyə giriş (pilləkən) nəzərdə tutulmayıb. Cavabdehin səlahiyyətli şəxslərinə bu problemin həlli ilə bağlı dəfələrlə müraciət etmiş, lakin heç bir faydası olmamışdır. Cavabdehə pretenziya ünvanlanaraq qüsurların aradan qaldırılması tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir hərəkət edilmə mişdir. Qeyd edilən işlərin (qeyri-yaşayış sahələrinin təmiri, kommunikasiya xətlərinin çəkilməsi, 3 saylı mağazadan altındaki zirzəmiyə girişin açılması, pilləkənin inşası və s.) görülməsi üçün tələb olunan pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı cavabdehlə müqavilə bağlanandan sonra 2018-ci ilin fevralında özünə məxsus qeyri-yaşayış sahələrini boşaldaraq sökülmək üçün cavabdehə təhvil vermiş, öhdəliyini lazımınca və vicdanla icra etmişdir. Cavabdeh isə 2018-ci ilin noyabr ayında sonuncu dəfə aylıq 1000 manat kompensasiya ödənişini həyata keçirmişdir. Cavabdehin SMS bildirişi isə 2020-ci ilin noyabr ayında, yəni ödənişin dayandırıldığı tarixdən 2 il sonra gəlmişdir. Cavabdeh keçən müddət ərzində ona icarə haqqı ödəməli, eyni zamanda MM-in 445.7-ci maddəsinə əsasən hesab lanmış faiz məbləğini də ödəməlidir. İddiaçı özünə məxsus qeyri-yaşayış sahələrini aylıq 3500 manata icarəyə vermişdir. Cavabdeh keçən müddət ərzində iddiaçıya dəymiş zərəri ödəməlidir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 nömrəli qətnaməsi ilə (Məhkəmənin 26 aprel 2022-ci il tarixli qərardadı ilə qeyd edilən qətnamədə yol verilmiş yanlışlıqların aradan qaldırılması nəzərə alınmaqla) (hakim K.F.Əmirxanova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi üzərindəki iddiaçı nın mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulması, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2018-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, həmin qeyri-yaşayış sahəsi altında yerləşən 71,4 kv.m. sahəsi olan zirzəminin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həm qeyriyaşayış sahəsinin, həm də altındaki zirzəminin İddiaçı təhvil verilməsi faktının tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə sənədləşdirilməsi, İddiaçı məxsus Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyriyaşayış sahəsinin və altında yerləşən qeyri -yaşayış sahəsinin (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli (yerə metlax vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilməsi və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləğinin Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi nə və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun İddiaçı Cavabdeh MTK tərəfindən təqdim edilməsi, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 18,30 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1-139.4, 152.1, 152.5, 157.1, 157.4, 385.1, 405.1, 421.2, 422.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.7, 762.1, 762.2, 763.1, 764.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad edərək hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində C avabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71,4 kv.m. sahəsi olan 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmalıdır.
16. Həmçinin, cavabdehin təhvil verdiyi qeyri-yaşayış sahəsi cavabdeh MTK-ya təhvil verilənədək icarədə olmuş və həmin qeyri-yaşayış sahələrində zəruri kommunikasiya xətlərinin olmasına dəlildir. Belə olan halda, cavabdeh təhvil aldığı qeyriyaşayış sahələrinin əvəzinə inşa etdiyi tikintidə qeyri-yaşayış sahələri təhvil verərkən, həmin qeyri-yaşayış sahələrini müqavilədə qeyd olunan kimi təmirli (yerə metlax vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətləri (işıq naqillərinin, su, qaz, kanalizasiya xətləri) çəkilməlidir.
17. Cavabdeh tərəf iddiaçı ilə aralarında bağladığı müqavilənin şərtlərinə lazımi dərəcədə riayət etməmiş və bu səbəbdən tərəflər aralarında təhvil-təslim aparılmamışdır. Odur ki, cavabdeh yuxarıda qeyd olunan şəkildə iddiaçıya təhvil vərəcəyi qeyri-yaşayış sahəsini təmir etdikdən sonra aralarında təhvil-təslim edilməli və akt ilə sənədləşdirilməlidir.
18. Daha sonra məhkəmə göstərmişdir ki, 3 saylı mağazanın altında yerləşən zirzəmiyə küçədən giriş-çıxış mümkün deyil, zirzəmindən isə qeyd olunan mağazaya giriş (pilləkən) nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətinin əvəzi olaraq verdiyi qeyri-yaşayış sahəsinə (zirzəmi) giriş-çıxış üçün yol açılmalı, həmçinin iddiaçıya aid 3 saylı mağaza və altında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli (yer ə metlax vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilməli və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.
19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iş materiallarında olan İddiaçı bank hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya kirayə haqqı olan kompensasiya son dəfə 15 noyabr 2018-ci il tarixdə ödənilmiş və cavabdeh tərəf həmin tarixdən sonra ödənişlərin olmasına dair sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq 2018-ci ilin noyabr ayından 2020-ci ilin noyabr ayınadək hər ay üçün müqavilədə nəzərdə tutulmuş qaydada 1000 manat kirayə haqqı olmaqla, ümumilikdə 24000 manat icarə haqqı, 2 020-ci ilin noyabr ayından cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizədə qeyd etdiyi 8 ay üçün 800 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (24000 manat x illik 5% = 1200 manat, 8 ay üçün düşən məbləğ 800 manat təşkil edir).
20. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakların üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı ilə Cavabdeh MTK arasında cavabdeh tərəfindən təhvil veriləcəyi qeyri-yaşayış sahələrinə dair lazımi sənədlər toplusunun verilməsi Cavabdeh MTK üzərinə vəzifə kimi qoyulmalıdır.
21. Məhkəmə, iddianın müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh MTK-dan onun xeyrinə 28000 manat pulun t utulmasına dair hissədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarına istinadla hesab etmişdir ki, iddia həmin hissədə iddiaçının əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 nömrəli qətnaməsi qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsind ə (“müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 28000 manat pulun tutulması” hissədə) ləğv olunması və iddianın həmin hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Həmçinin Cavabdeh MTK və üçüncü şəxs X12 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-488/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliy i və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovanın və F.F.Babayevin iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, hazırki iş üzrə mübahisəli hal, iddiaçının cavabdeh tərəfindən inşa olunaraq, təqdim olunan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən qəbul edilməsindən (təhvil alınmasından) imtina olunaraq, ona həmin binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində digər hissədə yerləşən, yəni 8-9-cu aralıqda inşa olunmuş 71,4 kv.m. qeyri-yaşayış sahəsinin (və onun altında eyni ölçüdə zirzəminin) verilməli olması və bununla əlaqədar digər tələblərlə bağlı sahədə yaranmışdır. Belə ki, iddiaçıya cavabdeh tərəfindən təqdim olunan qeyri-yaşayış sahəsinin 19-20-ci aralıqda, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin isə 8-9-cu aralıqda yerləşməsini işdə iştirak edən şəxslər mübahisələndirmirlər.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında podrat sahəsində müvafiq münasibətlər yaranmış, bu istiqamətdə 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin şərtləri razılaşdırılmışdır. Belə ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında Mülki Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podr at münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tu tulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
27. İddiaçının hazırki tələbi cavabdeh tərəfindən təqdim edilmiş podrat işinin qüsurlarının aradan qaldırılması və ya müqavilədən imtina edərək dəymiş ziyanın əvəzinin ödənilməsi və s. bu istiqamətdə olmamışdır. İddiaçı cavabdeh tərəfindən başqa şəxs(lər) üçün icra edilmiş podrat işi üzrə (8-9-cu aralıqda inşa edilmiş qeyri-yaşayış sahəsi və altında olan zirzəmi) əmlakı və məhz digər əmlakla bağlı tələbləri irəli sürmüşdür. İşin müəyyən olunmuş hallarına və təqdim edilmiş sübutlara əsasən – cavabdehlə üçüncü şəxs arasında ilk dəfə 28 fevral 2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən üçüncü şəxs özünə məxsus qeyri-yaşayış sahəsinin sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcə k çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 37,6 kv.m. qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, təqdim edilmiş sübutlara əsasən – oxşar müqavilə həmçinin X6 ilə bağlanmışdır. İşdə iştirak edən şəxslərin izahatlarından və şahid ifadələrindən də aydın olur ki, cavabdeh tərəfindən həm üçüncü şəxsə, həm də X5 aid hissədə qeyriyaşayış sahələri inşa olunaraq, sonunculara faktiki təhvil verilmiş, həmin əmlakl ar 8-9-cu aralıqda yerləşməklə, qonşu sahələr kimi inşa edilmiş, sonradan qarşılıqlı razılığa əsasən (qeyri-yaşayış sahələrinin eni az olduğundan, bu səbəbdən də təyinatı üzrə istifadələri əlverişsiz olduğundan) X6 əmlakını üçüncü şəxsə satmışdır. Bundan sonra, cavabdehlə üçüncü şəxs arasında hər iki qeyri-yaşayış sahəsi üzrə vahid əmlak kimi yeni müqavilə bağlanmış, üçüncü şəxsə girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9cu aralıqda yerləşən, sahəsi 65,9 kv.m. qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinin (zirzəminin) təhvil verilməsi şərtləndirilmişdir.
28. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, o, işin qeyd olunan hallarına uyğun ifadə vermiş, həmçinin cavabdeh lə bağladığı müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayında qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini, ona məxsus qeyri-yaşayış sahəsinin X10 təhvil verilmiş qeyri-yaşayış sahəsi ilə qonşu olmasını, aralarında ortaq divarın olmasını, hər iki sahənin eninin az (dar) olması səbəbindən işləməyin mümkün olmamasını, çıxış yolu kimi ya onun tərəfindən üçüncü şəxsə məxsus sahənin alınmalı olmasını, ya da əksinə, lakin onun maddi imkanı olmadığından qarşılıqlı razılığa əsasən özünə məxsus sahəni X2 və s. göstərmişdir.
29. Apellyasiya icraatı zamanı apellyasiya şikayətlərinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi üçün mübahisəli tikililərə işdə iştirak edən şəxslərin də iştirakı ilə yerində müayinə (baxış) keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia çıya təklif olunan qeyri-yaşayış sahəsi müvafiq yaşayış binasının girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində (bina ilə üzbəüz dayandıqda) sağ qurtaracaq hissəsində (19-20-ci aralıqda), iddiaçının tələb etdiyi, üçüncü şəxs üçün inşa edilmiş qeyri-yaşayış sahəsi isə sol qurtaracaq hissəsində (8-9-cu aralıqda) yerləşməklə aralarında digər şəxslərə məxsus, istifadədə olan qeyri-yaşayış sahələri vardır. Cavabdeh tərəfindən iddiaçı üçün inşa edilərək, təklif olunan qeyri-yaşayış sahəsinə daxil olduqda, onun sahəsinin işdə olan ekspertiza rəyində (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/4919 nömrəli rəyi) göstərilən ölçülərə uyğun olması, sahənin təqribən orta hissəsində yükdaşıyan divarın inşa olunması, sahənin arxa hissəsinə keçidin ol ması və s. müəyyən edilmişdir. Digər qeyri-yaşayış sahəsi (iddiaçının tələb etdiyi, 8-9-cu aralıqda yerləşən) isə təmirsiz vəziyyətdə olmaqla, onun əvvəllər iki sahə arasında olan divarın sökülməsi nəticəsində vahid sahə halına gətirilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən üçüncü şəxs bildirmişdir ki, həmin sahə daha əvvəldən ona təhvil verilmiş, qonşu sahə isə X5 məxsus olmuş, lakin sahələrin eni kifayət qədər az olduğundan (təqribən 3 metrə yaxın) oradan səmərəli istifadə üçün qarşılıqlı razılıq əsasında qonşu sahəni X3 almış, sonra ara divarı sökmüş, hazırki vəziyyətə gətirmişdir. Lakin, sonradan iddiaçı və onun adamları qanunsuz olaraq oranı zəbt etmiş, giriş qapısının kilidini dəyişdirmişlər. Bir neçə dəfə giriş qapısının kilidi dəyişdirilsə də, iddiaçı yenə də qanunsuz əməllə rindən çəkinmir. Baxış zamanı iddiaçının nümayəndələri 8-9-cu aralıqda yerləşən həmin sahənin iddiaçıya verilməli olmasını, ölçülərinin müqavilə şərtlərinə uyğun olmasını, sökülən əvvəlki sahənin də həmin hissədə mövcud olmasını və s. bildirmişlər.
30. Yerində müayinə zamanı işdə iştirak edən şəxslərin də razılığı ilə təsadüfi seçilmiş, qonşu sahədə (“İndustry” mağazası adı ilə) fəaliyyət göstərən, X13 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən həmin ərazidə mağaza işlətmiş, X11 uzun müddətdir ki, tanıyır. Belə ki, K.Məmmədovun da əvvəllər həmin ərazidə mağazası olmuş, mağaza Cavabdeh MTK tərəfindən sökülərək, əvəzində ona yeni inşa olunmuş binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi verilmiş, lakin sonradan mübahisə yaranmasını eşitmişdir. İddiaçını isə t anımır.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun üçün inşa edilmiş əmlakı təhvil almaqdan imtina edərək, tamamilə başqa əmlakın ona məxsus olmasını, eləcə də digər əmlakla bağlı tələblər irəli sürməkdə haqlı olmamış, nəticədə üçüncü şəxsin hüquqlarına müdaxilə baş vermişdir. Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilədə müvafiq qeyri-yaşayış sahəsinin konkret olaraq binanın 1-ci mərtəbəsinin hansı hissəsində, hansı aralıqda inşa olunması şərtləndirilməmişdir. Yəni, tərəflər həmin müqavilədə xüsusi şərtləri (məsələn, qeyri-yaşayış sahəsinin eninin 4,4 metrdən az olmaması, sahəsinin 71,4 kv.m. olması, həmin sahənin altında eyni ölçüdə zirzəminin inşa olunması və s.) razılaşdırdıqları halda, əmlakın yalnız binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşməsini (inşa olunmasını) şərtləşdirməklə kifayətlənmişlər. Müqavilənin təfsiri də tərəflərin iddiaçı üçün inşa olunacaq müvafiq qeyriyaşayış sahəsinin məhz 8-9-cu aralıqdan olması qənaətinə gəlməyə imkan vermir. Həmçinin, iddiaçının əvvəlki (sökülmüş) əmlakının təqribən həmin hissədə yerləşməsi barədə dəlilləri də vəziyyəti dəyişdirmir. Çünki, yaşayış binası hər bir halda eyni ərazidə inşa olunmaqla, 1-ci mərtəbədə yerləşən bütün qeyri-yaşayış sahələrinin girişi Xətai prospektinə baxır. Burada qorunmalı olan əhəmiyyətli hüquq pozuntusu yoxdur. Əksinə, üçüncü şəxslə bağlanmış podrat müqaviləsində qeyri-yaşayış sahəsinin inşa yerinin xüsusi olaraq - girişi Xətai prospektinə baxan hissəsinin 1-ci m ərtəbəsində 8-9-cu aralıqda yerləşməsi (65,9 kv.m. qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 kv.m. zirzəmi) göstərilmişdir.
32. İddiaçının tələbinin əsası kimi irəli sürdüyü digər dəlilləri cavabdehlə üçüncü şəxs arasında bağlanmış ilk müqavilədə, sonuncuya məxsus qeyri-yaşayış sahəsinin məhz 8-9-cu aralıqda yerləşməli olmasının göstərilməməsi, bunun sonrakı müqavilədə öz əksini tapması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının bu dəlili də əsassızdır. Tərəflər müqavilə şərtlərini müəyyənləşdirməkdə, eləcə də müqavilə üzrə sonradan yeni dəqiqləşdirmələrin (razılaşmaların) aparılmasında iradə sərbəstliyinə malikdirlər.
33. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddianın dəyişdirilməsi barədə ərizədə üçüncü şəxslə X6 arasında bağlan mış 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsini etibarlılığını da şübhə altına alan fikirləri qeyd etsə də, son nəticədə həmin müqaviləni müstəqil (yazılı) qaydada mübahisələndirmədiyindən, əşya (mülkiyyət) hüquqları ilə bağlı həmin əqdin etibarlılığını yoxlamağı zəruri hesab edilmir.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsində Mülki Məcəllənin 435-ci maddəsinə istinad edərək göstərdiyi, kreditorun müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququnun olmasına əsaslanaraq, onun məhz cavabdeh tərəfindən 19-20-ci aralıqda yerləşən əmlakı qəbul etmək hüququnun olmasına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, qeyd edilən norma o halda hazırki mübahisəyə tətbiq oluna bilər ki, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş ic rasının əvəzinə, başqa şəxslərin hüquqlarından azad, başqa icranı təqdim etmiş olardı. Yəni, hazırki vəziyyətdə cavabdeh iddiaçıya başqa podrat işinin nəticəsini (89-cu aralıqda yerləşən əmlakı) təqdim etməmişdir. Belə olan halda isə, iddiaçının özünün istəyinə əsasən başqa icranı tələb etməsi qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmır.
35. Həmçinin, cavabdeh podratçı kimi məhz 19-20-ci aralıqda olan qeyri-yaşayış sahəsinin iddiaçı ilə bağlanmış müqavilə şərtlərinə uyğun inşa etdiyini, həmin sahənin altında eyni ölçüdə zirzəminin olmasını bildirir. 8-9-cu aralıqda isə iddiaçı üçün həmin ölçüdə zirzəmi nəzərdə tutulmamışdır.
36. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində 8-9-cu aralıqda yerləşən əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının cavabdeh tərəfindən poz ulmasını göstərsə də, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının həmin əmlak üzərində hər hansı əmlak (əşya) hüquqları yaranmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən açıq-aşkar görünür ki, cavabdeh tərəfindən təqdim olunmuş, 19-20-ci aralıqda yerləşən qeyri-yaşayış sahəsi müqavilə şərtlərinə tam uyğun olsa idi, cavabdeh həmin sahəni təhvil götürəcəkdir. Dolayısı ilə iddiaçı podrat işinin nəticəsindən narazı qaldığından, bu istiqamətdə qanunvericiliyin ona tanıdığı hüquqlardan istifadə edərək aidiyyəti iddia tələbləri irəli sürmək əvəzinə, ona üçüncü şəxsin hüquqları ilə əhatə olunan, tamamilə başqa əmlakın verilməsini tələb edir. İddiaçı isə hazırda qeyd edilən istiqamətdə tələblər irəli sürmədiyindən, apellyasiya məhkəməsi tələbdən kənara çıxaraq cavabdeh tərəfindən təqdim olunan əmlakın (19-20-ci aralıqda yerləşən qeyri-yaşayış sahəsinin) qüsurlu olub-olmaması, əlavə icra və ya müqavilədən imtina olunaraq dəymiş zərərin əvəzinin ödənilməsi və s. bu kimi məsələlərə hüquqi qiymət verməyi zəruri hesab etməmişdir. Bu səbəbdən də, iddia qalan hissələrdə də təmin oluna bilməz. Yəni, iddiaçının qalan tələblərinə (təmirə görə pulun ödənilməsi, icarə haqqı, ziyan və s.) yalnız aidiyyəti iddia irəli sürülən zamanı hüquqi qiymət verilə bilər. Belə ki, təqdim edilmiş podratın nəticələrinin qüsurlu olması barədə aidiyyəti iddiaya baxılan zamanı bu hallar məhkəmə araşdırmasının nəticələri üzrə müəyyən edildiyi təqdirdə, müvafiq tələblərin (ziyan və s.) də əsaslılığı yoxlanıla bilər.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyi nin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 178.8, 324, 399.1, 443.1, 443.2, 443.5, 443.6, 752.1, 762.1, 762.2, 762.3, 763, 764.1, 765, 766-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 218.3, 384.0.2, 385.1, 385.1.1, 385.1, 385.1.4-cü maddələrinə, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli qərarına, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
39. İddiaçı ka ssasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-488/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1, 157.4, 178.8, 203.1, 337.3, 385.1, 399.1, 404, 423, 443, 445.7, 448, 560, 752.1, 762.1, 762.2, 762.3, 763, 764.1, 765-ci, Mülki Prosessual Məcəllənin 88, 106.1, 360, 366, 372.2-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmənin müqavilənin şərtlərinin təsviri səhv olmuş, binanın 1920-ci aralıqlardakı qüsurun aradan qaldırılmasının mümkün olmamasını və həmin sahənin iddiaçıya təhvil verilməməsini, eyni zamanda iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahələrinin bərpa olunmasının qeyri-mümkünlüyünü nəzərə almamış, işin faktiki hallarını dəqiq müəyyənləşdirməmişdir. Həmçinin, üçüncü şəxsin Bakı şəhəri, Xətai prospekti 29 ünvanında ümumiyyətlə daşınmaz əmlakı olmamış, Sehirəddin Allahyarov özünə məxsus daşınmaz əmlakı satarkən həmin əmlak mövcud olmamış, 25 yanvar 2018-ci il tarixli müqavilə əsasında cavabdehə verməklə, sökülmüşdür. Mövcud olmayan 28,3 kv.m. qeyriyaşayış sahəsinə dair hər hansı müqavilənin bağlana bilməyəcəyi aşkardır. MTK və üçüncü şəxsin bütün hərəkələri iddiaçını qeyri-yaşayış sahəsindən məhrum etmək məqsədi ilə edilmişdir. K.Məmmədov və S.Allahyarov arasında bağla nmış müqavilənin əhəmiyyətsiz olduğu aşkardır. Bu halda, həmin müqavilənin mübahisələndirilməsinə ehtiyac yoxdur. Məhkəmə öz təşəbbüsü ilə bu halı diqqətə almağa borclu idi. Həmçinin cavabdeh MTK apellyasiya şikayətini prosessual müddət ötürülməklə versə də, apellyasiya məhkəməsi əsassız olaraq onu icraata qəbul etmişdir.
42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
43. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edi r. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsi nə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilə r. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 766-cı maddəsinə əsasən si farişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertləri n rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bəndlər 24-38)
50. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam olaraq razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmamışdır.
51. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli g ələn münasibətlərin yaranması işin mübahisəsiz halıdır. Lakin iddiaçı cavabdeh tərəfindən inşa olunmuş binanın birinci mərtəbəsinin 8-9-cu sütunlar aralığında yerləşən sahənin və onun altında yerləşən zirzəminin ona təhvil verilməsini iddia etsə də, məhz həmin sahələrin bağlanmış müqavilə üzrə iddiaçıya aid olmasını, onun həmin sahələrə üçüncü şəxsə münasibətdə daha üstün hüquqlarının olmasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
52. Əksinə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən sahə iki hissədən ibarət olmaqla müvafiq müqavilələr üzrə X10 və X5 təhvil verilmiş, sonuncuların qarşılıqlı razılaşmasına əsasən S.H.Allahyarov özünə aid sahəni üçüncü şəxsə satmaqla, sonuncu oranı qəbul etmiş, hər iki sahə arasında olan arakə smə sökülmüş və MTK ilə X12 arasında bu qeyri-yaşayış sahəsinə münasibətdə vahid əmlak kimi yeni müqavilə bağlanmışdır. Yalnız bundan sonra iddiaçı mübahisəli əmlaka daxil olmaqla, qapının qıfılını dəyişdirmiş və hazırki iddianı irəli sürmüşdür.
53. İddiaçı üçüncü şəxs X12 və X6 arasında bağlanmış müqavilənin etibarsız əqd olmasını həm apellyasiya şikayətində, həm də hazırki kassasiya şikayətində qeyd etsə də, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, müqavilə qanunvericiliklə müəyyən olunmuş qaydada mübahisləndirilmədiyi üçün həmin müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin səlahiyyətlərindən kənarda olmuşdur. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətb iqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadına əsasən əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyy əti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.
54. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, hazırki mübahisə mahiyyət üzrə iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış podrat müqaviləsi üzrə podratçı tərəfindən görülən işlərin qüsurlu görülməsindən irəli gəlmişdir. Lakin iddiaçı Mülki Məcəllənin 763-cü maddəsinə uyğun tələblər irəli sürmək əvəzinə faktiki olaraq, özünə aid olmayan sahənin təhvil verilməsini məhkəmə qayda sında tələb etmişdir.
55. Bu səbəbdən kassasiya kollegiyası razılaşır ki, iddianın qalan tələblərinə (təmir xərci, icarə haqqı, ziyan və s.) yalnız aidiyyəti tələblərlə birgə baxılaraq hüquqi qiymət verilə bilər və kassasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
56. Cavabdehin apellyasiya şikayətinin prosessual müddətin buraxılması ilə verilməsinə dair kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir.
57. Belə ki, iş materialları ilə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sisteminə qoşulması və həmin qətnamənin bu Sistemdə yaradılan elektron kabinetə yerləşdirilməsi müəyyən olunmur. İş materiallarına əsasən qətnamə xəbərnaməli poçt vasitəsi ilə 15 fevral 2022-ci il tarixdə cavabdehin ünvanına g öndərilmiş (cild 1, i.v. 188) və 18 fevral 2022-ci il tarixdə rəsmi təqdim edilmişdir (cild 1, i.v. 202-yə qoşma xəbərnamələr). Cavabdeh isə 09 mart 2022-ci il tarixdə apellyasiya şikayəti verməklə, Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə müəyyən olunmuş müddəti ötürməmişdir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-488/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.