Məhkəmə qərarları › İş №2(102)-1983/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1983/2025

19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi 19.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(103)11444/2021 saylı qətnaməsindən Cavabdeh hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabd eh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı adlanan ərazidən (Sonalı sahəsindən) (0,03 ha) torpaq sahəsinin ayrılması məqsədilə sifarişçi İddiaçı tərəfindən Cavabdeh 12.000 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən Cavabdeh 12.000 manat ödənilməsi barədə qəbzlər imzalanmışdır.

3. Qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 1621.1, 378.3.2, 192.2.2, 213.2.2, 08.2. 312.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 162-1.1-cı maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 178.3.2-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM -in 192.2.2-ci maddəsi ilə 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına, CM-in 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətində azadlıqdan məhrumetmə cəzasına, CM-in 312.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Cavabdeh qəti olaraq 3 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

4. İddiaçı cinayət iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış və ona dəymiş ziyan təsbit olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, özünü ona firma direktoru kimi təqdim edən cavabdeh ona Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı adlanan ərazidə (Sonalı sahəsində) (0,03 ha) torpaq sahəsi verəcəyini bildirərək, ondan müqavilədə nəzərdə tutulan işlər adı ilə 12.000 manat almışdır. Pulu verməsi barədə onda 20 yanvar 2014-cü il tarixli qəbzlər mövcuddur. Bir neçə vax tdan sonra ona Ağır Cinayətlər Məhkəməsindən cavabdehə törətdiyi əmələ görə məhkəmə təhqiqatı aparılır və o, məhkəmə prosesinin vaxtını öyrənərək məhkəməyə getmişdir. Orada öyrənmişdir ki, cavabdeh onun kimi bir neçə vətəndaşı aldatmışdır. Cavabdehin törətdiyi əmələ görə barəsində məhkəmə hökm çıxarılmışdır. Hal-hazırda cavabdeh cəzasını çəkmiş və azadlıqdadır. Ərizədə qeyd olunan ünvanda qeydiyyatdadır. Cavabdehin bütün hərəkətləri ilə ona külli miqdarda ziyan vurulmuşdur və o, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2(006)-4852/2021 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilərək, cavabdehdən 12.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub iddia çıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/2017 saylı hökmü ilə cavabdeh, Azərbaycan Respublikası CM-in 1621.1, 378.3.2, 192.2.2, 213.2.2, 312.2 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 162-1.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 178.3.2-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 192.2.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 5 il müddətinə azadlıqd an məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli riinüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 312.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cavabdehə qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

9. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisən in olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

10. İddiaçı, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur. İddiaçı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməli, cavabehdən qanunverciliyə əsasən 12.000 manat tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci, habelə MPM-in 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat 14.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi qəbzlərlə cavabdehə verdiyi iddia olunan məbləğdə pul tərəflər arasında 20 yanvar 2014cü ildə bağlanmış, 117 saylı “Göstərilən xidmət üçün sifarişçilərlə bağlanan Müqavilə”nin tərkib hissəsidir. Yəni iddiaçı həmin pulu cavabdehlə bağladığı bu müqaviləyə əsasən ona ödəmişdir. Qeyd edilən ilkin müqavilənin 1.1-ci bəndinə görə hazırkı müqavilənin şərtlərinə əməl etməklə “sifarişçi” ilə “icraçı” arasınd a “sifarişçinin” gələcək torpaq sahəsinə əsas (ümumi) ana xətdən yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair müqavilə bağlanacaq. Müqavilənin 1.2-ci bəndində Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı adlanan ərazidə fərdi yaşayış evi tikintisi məqsədilə “Sonalı Sahəsi” massivində “55” saylı (0,03 ha) torpaq sahəsi nəzərdə tutulur. Həmin müqavilənin 1.3-cü bəndinə görə, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 12.000 manatdan az olmayaraq müəyyən edilmişdir. Qeyd edilən məbləğ hazırkı müqavilə imzalandıqdan sonra “sifarişçi” tərəfindən “icraçı”ya nağd qaydada ödəniləcək. Qeyd edilən müqavilədən görünür ki, həmin müqavilə tərəflər arasında bağlanmış ilkin müqavilədir və həmin müqavilədə iddiaçı “sifari şçi”, cavabdeh isə “icraçı” qismində iştirak etmişlər. Cavabdeh iddiaçıdan aldığı həmin məbləği ilkin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə sərf etmişdir. Bu fakt cavabdeh barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. Hal-hazırda da həmin yaşayış sahəsində tikinti işləri aparılır, sifarişçilərdən bəziləri fərdi evlərdə yaşayırlar. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsində ona qarşı verilmiş bu iddia tələbinə baxılması barədə məlumatsız olmuş və məhkəmədə onun iştirakı təmin edilməmişdir. Ona görə də ona qarşı verilmiş bu əsassız iddiadan müdafiə olunmaq imkanı olmamışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı iddia tələbini onun cavabdehlə bağladığı 20 yanvar 2014-cü il tarixli ilkin müqaviləyə əsaslanmışdı r. Həmin müqavilənin 4-cü bəndində bağlanılmış bu ilkin müqavilənin müddəti müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının ona ilkin müqaviləyə əsasən ödədiyi pulun müqabilində “Sonalı Sahəsi” adlanan ərazidə müəyyən işləri yerinə yetirmişdir. Yəni tərəflər demək olarki, ilkin müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Bundan əlavə, qeyd edildiyi kimi tərəflər arasında bu ilkin müqavilə 20 yanvar 2014-cü ildə bağlanılmışdır və bundan sonra ötən yeddi ilə yaxın müddət ərzində tərəflər arasında nəzərdə tutulmuş əsas müqavilə bağlanmamışdır. İlkin müqavilənin bağlandığı andan bir il müddətində tərəflər arasında əsas müqavilə bağlanmalı idi. Lakin ötən bu yeddi ilə yaxın müddətdə əsas müqavilə bağlanmamış və iddiaçı tərəfindən də belə bir müqavilənin bağlanması barədə cavabdehə t əklif göndərilməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklər xitam verilmiş hesab olunur, iddiaçı sə qanunla müəyyən edilmiş müddət ərzində həmin ilkin müqaviləni mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq vaxtı keçmiş iddialardan cavabdehin müdafiə olunmaq hüququnun olmasını nəzərə almamış və buna münasibət bildirməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(103)11444/2021 saylı qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən, məruzəçi), Fuad Talışinski və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh ilkin müqaviləyə uyğun olaraq əsas müqavilənin bağlanmamasına, eləcə də ilkin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə istinad etsə də tərəflər arasında bağlanmış ilkin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etməsi müəyyən edilməmişdir və belə olan halda əsas müqavilə bağlanmamışdır. Digər tərəfdən, yuxarıda qeyd olunan cinayət işi üzrə iddiaçı zərər çəkmiş şəxs kimi tanınmaqla ona cavabdeh tərəfindən maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır.

18. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasi ya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci, habelə MPM-in 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin hüquqi varisi X kassasiya şikayəti verərək (vəkil Eltacİskəndərov Firudin öğlu), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə proseslərində həmin dövrdə səhhətində problemlər old uğu üçün iştirak edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti isə ona təqdim edilməmiş, eləcədə vərəsəsi Zeynalov İbrahim Aynur oğlu Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsindən xəbərdar olmamışdır. Qətnamənin sürəti yalnız xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Qətnamə ilə tanış olduqdan sonra müəyyən olunmuşdur ki, məhkəmə ümumilikdə işin həqiqi hallarını araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən istinad olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/2017 saylı hökmünə məhkəmə dəqiq nəzər yetirsəydi müəyyən edərdi ki, cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçıya 12.000 manat ziyanın vurulduğu müəyyən olunaraq, mülki iddias ı təmin edilmiş və həmin məhkəmə aktı ilə ziyanın ödənilməsi üçün xeyli əmlakın müsadirə olunmasına hökm edilmişdir. Yəni, mövcud olan cinayət işi üzrə iddiaçıya (hökm üzrə zərərçəkmiş şəxsə) dəymiş ziyanın ödənilməsi məqsədilə mərhum cavabdehə və ailə üzvlərinə məxsus küllü miqdarda dəyəri olan daşınar və daşınmaz əmlakların müsadirə olunması nəzərdə tutulmuşdur. Əgər iddiaçıya ziyan dəymişdirsə, həmin ziyanın ödənilməsi üçün əmlaklarda müsadirə edilərək tutmanın əmlaklara yönəldilməsi nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə iddiaçının ziyanı yenidən mülki qaydada tələb edilməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsin ə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/2017 saylı hökmü ilə iddiaçının mülki iddiası təmin olunaraq 12.000 manat ziyanın ödənilməsi nəzərdə tutulmuş, həmin məbləğlərin ödənilməsi mərhum cavabdehə və ailə üzvlərinə, eləcədə yaxınlarının bir sıra əmlaklara yönəldilmiş, həmin əmlaklar müsadirə olunmuş, əmlakların açıq hərrac vasitəsilə satışları təşkil edilməklə zərərçəkmiş şəxslərin zərərləri eləcədə, iddiaçının zərərinin ödənilməsi nəzərdə tutulmuşdur. Yəni h əmin zərərin ödənilməsi nəzərdə tutulan şəxslər sırasında hazırkı mülki iş üzrə iddiaçı da var və onun mülki iddiası hökmlə təmin edilmişdir. Ona görə də yenidən zərərin ödənilməsi ilə bağlı qətnamənin qəbul edilməsi iddiaçının əsassız varlanmasına səbəb olacaqdır. Lakin işə baxan məhkəmələr bu halları ümumilikdə nəzərə almamış və araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüq uqu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehin hüquqi varisi Zeynalov İbrahim Aynur oğlu tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

39. Belə ki, tərəflər arasında bağlanmış 20 yanvar 2014-cü il tarixli ilkin müqaviləyə əsasən, cavabdeh, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə (Sonalı sahədə) fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 55 saylı 0,03 ha torpaq sahəsinə yol, elektri k, qaz, su, kanalizasiya xətti çəkməyi öhdəsinə götürüb və ilkin müqavilədə müddət göstərilməyib. 20 yanvar 2014-cü il və 21 yanvar 2014-cü il tarixli qəbzlərə əsasən cavabdeh, iddiaçıdan 5.000 manat və 7.000 manat olmaqla, cəmi 12.000 manat alıb.

40. Həmçinin qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017ci il tarixli, 1(101)-60/2017 saylı hökmü ilə cavabdeh, Azərbaycan Respublikası CM-in 1621.1, 378.3.2, 192.2.2, 213.2.2, 08.2. 312.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib və həmin hökmlə həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxslər Cavabdeh, X2 və X1 12.000 manatın tutulub İddiaçı...ödənilməsi, habelə Cavabdeh və yax un qohumlarının adına olan əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilərək, həmin əmlaklarla əlaqədar ödənilən 411.500 manatın dövlət nəfinə xüsusi müsadirə edilərək zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə yönəldilməsi, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında olan 50.000 ABŞ dolları və 853 manatın zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin ödənilməsinə yönəldilməsi hökm edilib.

41. Əvvəla, AR MPM-in 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

42. Normanın mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər məhkəmə qərarında əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: birincisi, hərəkətin oluolmaması faktı (yəni cinayətin törədilib-törədilməməsi faktı); ikincisi isə bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ).

43. Nəzərə alınmalıdır ki, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunmuş faktların preyudisiallığı- məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etm ə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib.

44. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

45. Müki hüquqda faktlar dedi kdə- mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

46. Yalnız, məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsasland ırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır.

47. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur.

48. Apellyasiya instansiyası məhkəməsi, sözügedən məhkəmə hökmündə müəyyən edilmiş faktları, yəni təqsirləndirilən şəxslər Cavabdeh, X2 və X1 iddiaçının xeyrinə 12.000 manatın tutulmasını, sonuncuya və digər şəxslərə dəymiş zərərin ödənilməsinin məhz cavabdehə məxsus bir sıra əmlakların dövlət nəfinə xüsusi müsadirə edilərək əldə olunan 411. 500 manata, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 50.000 ABŞ dollarına və 853 manata yönəldilməsini nəzərə almayıb.

49. Həmçinin, apellyasiya instansiyası məhkəməsi, sözügedən hökmün qeyd olunan hissəsinin icra olunub-olunmadığını, iddiaçıya dəymiş zərərin əvəzinin cavabdehə məxsus əmlakların dövlət nəfinə xüsusi müsadirəsi nəticəsində ödənilib-ödənilmədiyini araşdırmadan, sözügedən hökmlə müəyyən edilmiş faktların AR MPM-in 82.4-cü maddəsinin tələbləri baxımından hazırkı mülki iş üçün preyudisial əhəmiyyət daşımasına dair gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmadan, ümumiyyətlə həmin hökmün mahiyyətinə varmadan, yalnız iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tananmasına və ona dəymiş ziyanın hökmdə təsbit olunmasına istinad edərək, b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin hüquqi varisi Zeynalov İbrahim Aynur oğlunun kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

51. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

52. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh hüquqi varisi X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2(103)-11444/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar