Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1984/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1984/22 (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbi) Bakı şəhəri, 16 iyun 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7268/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov r ayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən, sahəsi 4449 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında, 0.4504 ha dövlət mülkiyyətində olan torpaq sahəsi isə istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra–iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkətini mübah isə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, cavabdehin iddiaçı Şirkətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması, cavabdehin həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilən əmlak kompleksi Şirkətin xüsusi mülkiyyətidir. Cavabdeh heç bir hüquqi əsas olmadan Şirkətə məxsus olan anbar binasına daxil olmuş və həmin binadan çıxmır. Bu hal isə Şirkətə əmlakı üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr yaradır, iddiaçının mülkiyyəti üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur.
5. Məhkəmə iclasında cavabdeh, onun nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim etmişlər.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər də, belə bir tələblə ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, lakin iddiasının əsassız olduğunu anlayaraq məhkəmə proseslərinə gəlməmiş və nəticədə də onun iddiası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 2062 ünvanında 2007-ci ildə cavabdeh öz vəsaiti hesabına təxminən 300 kv.m. sahədən i barət qeyri-yaşayış obyekti inşa etdirmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin icarəsində olan dövlət torpağıdır. İddiaçı şirkətin modulları və anbar kimi inşa etdirdiyi tikililər dövlət torpaqları olmaqla yuxarıda qeyd etdiyi kimi Dövlət Neft Şirkətinin icarəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur və torpaq sahəsi istifadədə olan dövlətə məxsus torpaq sahəsidir. Həmin ərazidən neft kəməri keçir, Cavabdeh inşa etdirdiyi tikili isə kəmərdən təxminən 50 metr aralıda və iddiaçının modullarına, anbar binasına və əmlak kompleksinə aidiyyəti olmayan qeyri yaşayış sahəsidir. İddiaçı heç bir əsas və hüquq müəyyənedici sənədlər olmadan faktiki olaraq cavabdehə məxsus və aid edilən qeyri yaşayış sahəsini özünün əmlakı hesab etməklə ca vabdehin oradan çıxarılmasını tələb edir. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüququ yoxdur.
7. Məhkəmə tərəfindən yerində müayinə keçirilərək müəyyən edilmişdir ki, ərazidə modul tipli beş ədəd anbar mövcuddur. Modullar əlifba sırasına uyğun olaraq “A”, “B”, “C”, “D” və "xxxx" hərfləri ilə işarələnmişlər. Sonuncu modul iddiaçı Şirkətin nümayəndəsinin bildirdiyinə görə "xxxx" Şirkətinə satılmışdır. Hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi iki mərtəbədən ibarət olmaqla modullardan birinə bitişikdir. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. İkinci mərtəbədə isə "xxxx" şirkətinin ofisi olub. Aşağı mərtəbədə yerləşən birinci otağın girişində aqlay sexi fəaliyyət göstərir. İddiaçı şirkətin n ümayəndəsi bildirmişdir ki, ikinci otaq yeməkxana kimi fəaliyyət göstərib. Cavabdeh isə bildirmışdir ki, hazırkı yeməkxananın yerləşdiyi otağı onun qardaşı tikib və ora onun yaşayış yeri olmuşdur. Cavabdeh eyni zamanda bildirmişdir ki, yeməkxana kimi fəaliyyət göstərən ikinci otaq daha əvvəl onun qardaşı orada işləyən zaman kabinet kimi istifadə olunmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 15 aprel 2021-ci il tarixli, 2(005)-108/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilmiş, mübahisəli əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən cavabdehin çıxarılması, cavabdehə həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsi, iş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəz inin hesabına, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcini təşkil edən 54 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlardan birinə bitişikdir. Bu baxımdan cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 165-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 56 və 66-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh, dəlilləri iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M,Həsənov) 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7268/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı şirkətə məxsus olan modullardan birinə bitişikdir. Qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsi ilə həmin modul arasında təqribi bir metrlik boşluq var. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla da müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsində inşa olunub. Beləliklə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı Şirkətin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və iddiaçı Şirkətə məxsus ərazidə olan anbarlar dan birinə bitişikdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsası yoxdur.
14. Hazırki iddianı irəli sürməyə iddiaçı Şirkətin subyektiv hüququ var. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışla” müəyyən olunur ki, tikililərin yerləşdiyi torpaq sahəsi istifadə hüququ əsasında iddiaçı Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157, 164, 165-ci maddə lərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, Torpaq Məcəlləsinin 66, 67, və 68-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh və vəkili Vəkil3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə cavabdehin yaşadığı tikilinin ona məxsus olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş və qətnamədə də həmçinin qeyd olunmuş Əmlak M əsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, Ak.Z.Bünyadov prospekti 77 “L” ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və baxış keçirilən zaman ərazinin baş planında qeyd olunmayan tikintinin altı və faydalı sahələri təqribən 275,0 və 550,0 kv.m təşkil edən birinci mərtəbəsindən iaşə obyekti (kafe), ikinci mərtəbəsindən isə ofis kimi istifadə olunan bir ədəd iki mərtəbəli qeyriyaşayış binası aşkar olunmuşdur. Bununla da sübuta yetirilmişdir ki, iddiaçı ona aid olmayan və onun mülkiyyətində olmayan tikili ilə bağlı mübahisə qaldırmış və məhkəməyə iddia ərizəsi vermişdir. Bu halda iddiaçının iddia qaldırmaqla bağlı subyektiv hüququ olmamış, məhkəmə tərəfindən isə buna hüquqi qiymət verilməmişdir. Bundan əlavə ap ellyasiya icraatı zamanı işin ədalətli həlli baxımından torpaq sahəsini ayırmış qurumun və iddiaçının istinad etdiyi hüquqi sənədlərdəki çatışmazlıqların izah edilməsi üçün DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakının təmin edilməsi üçün vəsatətlər verilsə də, məhkəmə heç bir əsaslandırma olmadan vəsatətləri rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür h ərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edil dikdə iddia istisna edilir
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
25. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Baxılan işdə iddiaçı, cavabdeh tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını, cavabdehin ona məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılmasını, cavabdehin həmin əmlak kompleksinə daxil olmasının qadağan edilməsini xahiş edir.
35. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Apellyasiya məhkəməsi iddianın qanuni əsasları kimi Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 1 57.2-ci, 157.8-ci, sahibliyin müdafiəsi barədə 164-165-ci maddələrinə və digər normativ hüquqi aktlara istinad etmişdir.
37. Bununla belə məhkəmə iddia tələblərinin söykəndiyi faktiki hallarla istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, bu istiqamətdə bir hüquqi dəyərləndirmə aparmamışdır.
38. Kollegiya əvvəlcə onu vurğulayır ki, MM-in 157.2-ci maddəsində nəzərdə tutulan iddia əşyanın özgənin qanunsuz sahibliyindən geri alınması (vindikasiya) tələbidir.
39. Mülkiyyətin müdafiəsini təmin edən bu norma əsasında iddianın haqlı sayılması üçün iddiaçı mübahisəli əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyinin qanunsuz olmalıdır.
40. Nəzərə alınmalıdır ki, daşınar əşyalara sahiblik on lar üzərində faktiki hakimiyyətə malik olma ilə açıqlansa da, daşınmaz əşyalara sahiblik daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə müəyyən edilir.
41. Hazırkı işdə apellyasiya məhkəməsi iddiaçının mübahisəli tikililərin mülkiyyətçisi olduğunu, habelə cavabdehin həmin əmlaka dövlət reyestrində aparılmış qeydə əsasən qanunsuz sahiblik etdiyini aşkar etməmiş, ümumiyyətlə bu normanın dispozisiya şərtlərini işin halları üzrə təhlil etməmişdir.
42. Bundan əlavə, qətnamədə hansı səbəbdən Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad olunduğu, bu normanın iddianın təmin edilməsi üçün işin hansı faktiki halına uyğun gəldiyi aydın deyil.
43. Kollegiya bildirir ki, həmin maddədə hər sahiblik halı deyil, məhdud əşya hüquqlarından (servitut, tikintiyə vərəsəlik hüququ və s.) irəli gələn sahibl ik, tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Yəni, ancaq məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.
44. Hazırkı işdə isə iddiaçının mübahisəli daşınmaz əşya üzərində məhdud əşya hüquqlarına malik olması məhkəmələr tərəfindən aşkar edilməmiş və əsaslandırılmamışdır.
45. Nəhayət, apellyasiya məhkəməsi istinad etdiyi digər normalar – Mülki Məcəllənin sahibliyin müdafiəsinə dair 164 və 165-ci maddələri üzrə mübahisəli əşya üzrəində iddiaçının daha əvvəl sahibliyinin mövcud olması, bu vəziyyətin nə vaxtdan və hansı şəkildə cavabdeh tərəfindən pozulmsı, əgər belə bir pozuntu olmuşsa cavabdehin sahibliyinin hansı səbəbdən qanunsuz sayılması, habelə sahibliyin müdafiəsinə dair qanunda nəzərdə tutulmuş müddətlərin keçib-keçməməsini və digər mühüm halları ümumiyyətlə təhlil etməmişdir.
46. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsində mübahisəyə dair tərəflərin mövqeyi göstərilmiş, sonra iş materiallarında olan sənədlər və digər sübutlar sadalanmış, davamında maddi və prosessual hüquq normaları qeyd olunmuş, daha sonra mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı şirkətə məxsus modullardan birinə bitişik olduğu vurğulanmaqla, cavabdehin həmin tikilidən istifadə etməsinin qanuni əsasının olmadığı nəticəsinə gəlinmişdir. Bundan başqa, iddiaçının 4449 kv.m əmlak kompleksinə xüsusi mülkiyyət hüquqununa dair dövlət reyestrindən verilmiş çıxarışa istinad olunmaqla onun bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğu qeyd edilmişdir.
47. Halbuki, sadəcə qanunvericili k normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənli k yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
49. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
50. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rə hbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
51. Kollegiya bildirir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün iddiaçının cavabdehi mübahisəli sahədən çıxarmaq və cavabdehin oraya girişini qadağan etmək tələblərinin hansı hüquqa əsaslandığı aydınlaşdırılmalı və buna müvafiq olaraq iddianın qanuni əsası tapılmaqla həmin normanın şərtləri üzrə əsaslandırma aparılmalıdır.
52. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanında yerləşən 0.4504 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
53. Həmin torpaq sahəsində yerləşən 4449 kv.m əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınsa da, mübahisəli tikililərin həmin qeyri-yaşayış sahəsinin tərkibinə daxil olması müəyyən edilməmişdir.
54. Cavabdeh də sahiblik etdiyi tikililərin iddiaçının deyil, dövlətin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirir.
55. İşdə olan, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X2 prospekti, 77L ünvanınd a yerləşən 17044,0 kv.m. torpaq sahəsinə dair "xxxx" İnvestment MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 162 nömrəli icarə müqaviləsi xx.xx.2016-cı il tarixdən ləğv edilmişdir.
56. Bundan əlavə, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh yaşadığı tikili də daxil olmaqla Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteni Xətlərinin X1” və Dövlət Proqramına uyğun olaraq Bakı Metropoliteninin İİ mövcud (Yaşıl) xəttinin davamı olaraq inşası nəzərdə tutulmuş “Y-02” stansiyasının tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.
57. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə la zımi şərait yaratmamış, mübahisəli tikililərin iddiaçının hüquqları ilə əhatə olunan əmlaka daxil olub-olmamsını mötəbər sübutlarla aydınlaşdırmamış, işdəki sübutlara və göstərilən mübahisəli xüsusatlara lazımi hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu hallar yuxarıda qeyd edilən prosessual hüquq normalarının (§ 26-30) pozulmasına, nəticə etibarilə maddi hüquq normalarının (§ 19-25) düzgün tətbiq olunmamsına dəlalət edir.
58. Kollegiya bildirir ki, mübahisənin düzgün həlli üçün iddiaçının istifadəsində olan 0.4504 ha torpaq sahəsində öz mülkiyyətindəki 4449 kv.m əmlak kompleksi yerləşdiyi halda, cavabdehin sahiblik etdiyi tikililərin neçə kvadratmetr sahədən ibarət olması və həmin həcmdə tik ililərin iddiaçının isdtifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyi, ümumiyyətlə cavabdehin həmin tikililərə sahibliyinin nə vaxtdan davam etməsi, həmin sahibliyin, habelə iddiaçının bu tikililərə dair tələblərinin hansı hüquqi əsas(lar)a söykənməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə riayət olunmaqla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd olunan mübahisəli hallara aydınlıq gətirilməli, bunun üçün zəruri olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri cəlb edilməklə və ekspertiza keçirilməklə müvafiq rəylərin alınması təmin olunmalı və toplanmış sübutlara qanunvericiliyə uyğun qaydada qiymət verilməklə mübahisə əsaslandırılmış şəkildə həll edilməlidir.
59. Bu məqsədlə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7268/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov