Məhkəmə qərarları › İş №2(102)-1986/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1986/2022

11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1986/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı və Cavabdeh4 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlundan (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı və Cavabdeh4 qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3123/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X1 Rover” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra - mübahisəli avtomobil) mülkiyyətçisi İddiaçı (bundan sonra – iddiaçı) 08 may 2013-cü il tarixdə Cavabdeh3, 15 may 2013-cü il tarixdə isə Cavabdeh4 mübahisəli avtomobilə dair etibarnamə vermişdir. Sonuncu, etibarnamə əsasında mübahisəli avtomobili 09 sentyabr 2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 70.000 ABŞ dollarına satmışdır.

2. Müb ahisəli avtomobilin alqı-satqısı zamanı "xxxx" ASC-nin adından 04 sentyabr 2013-cü il tarixli müştərinin Banka borcunun olmaması səbəbindən mübahisəli avtomobilin girovdan çıxarılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) ünvanlanmış saxta məktub hazırlanmışdır. Həmin məktub əsasında avtomobil iddiaçının mülkiyyətindən çıxarılaraq Cavabdeh1 satılmışdır.

3. Alqı-satqı müqaviləsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, 09 dekabr 2016-cı il tarixdə avtomobil mülkiyyətçiyə qaytarılmış, eyni tarixdə avtomaşının hansı vəziyyətdə qaytarılması barədə akt tərtib edilmişdir. 4. 06 noyabr 2017-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində avtomaşına dəyən zər ərin 50.400 manat olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli avtomobilin yararsız vəziyyətə salınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 115.975 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh1, iddiaçıya və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonunculardan mübahisəli avtomaşının alınması üçün ödədiyi 70.000 ABŞ dolları pulun tutulmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-252/2018 nömrəli iş üzrə 07 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov) ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50.400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək Cavabdeh1 mübahisəli avtomobilə dair alqısatqıda ödədiyi 70.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi ziyan vurulmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamış, eləcə də məhkəmə tədqiqi zamanı bu hal sübuta yetirilməmişdir. Həmçinin, sonuncuların mülki hüquq pozuntusu törətməsi sübuta yetməmişdir. Belə ki, Cavabdeh1 mübahisəli nəqliyyat vasitəsini girovdan azad bilərək mülki qanunvericiliyin tələblərinə uyğun hərəkət etməklə əldə etmiş, avtomobilin sənədlərinin saxta olduğunu bilməmiş və bilmək imkanına malik olmamışdır. Cavabdeh1, öz növbəsində, atası Cavabdeh2 hüquqazidd olmayan hərəkəti ilə əldə etdiyi avtomobilə dair etibarnamə vermişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində delikt mövcud deyil.

9. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçıya 50.000 ma nat məbləğində mənəvi ziyanın vurulması məhkəmə prosesində müəyyən edilməmişdir. Ona görə də həmin hissədə ilkin iddia tələbi təmin oluna bilməz.

10. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək hesab etmişdir ki, Cavabdeh3 və Cavabdeh4 avtomobilin satılması ilə bağlı hərəkətlərinin hüquqazidd olması müəyyən edildiyindən və ekspert rəyində göstərilən məbləğin təkzib edilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, onlara münasibətdə iddia tələbləri qismən - ekspert rəyində göstərilən məbləğdə təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.2, 1097.1, 1108.1-ci maddələrinı istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İ ddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - ilkin iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir.

14. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4736/2019 nömrəli iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə dəyişdirilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Cavabdeh1 mübahisəli avtomobilə dair alqı-satqı zamanı ödənilmiş vəsaitin müqabilində 50.200 manat pul vəsaitinin alınaraq Cavabdeh1 verilməsi, ekspertiza tədqiqatının aparılması üçün 150 manat pul vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi, qətnamənin qalan hissədə onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 həmin avtomobilin alqı-satqısına görə 70.000 ABŞ dolları ödəməsi sübut olunmuş ol sa belə, onun həmin avtomobildən dörd ilə yaxın müddət ərzində fasiləsiz olaraq yararlanması, yəni avtomobili istifadə etməsi faktı nəzərə alınsa, cavabdehlərdən həmin məbləğin tutulması əsaslı ola bilməz. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə ekspertizası rəyinə əsasən, mübahisəli nəqliyyat vasitəsinin 2016-cı il dekabr tarixə hesablanmış bazar dəyəri 50.200 manat məbləğində müəyyən edilmişdir.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, avtomobilin Cavabdeh1 iddiaçının etibarnaməsi əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən satılması və iddiaçının Cavabdeh1 ümumiyyətlə tanımaması müəyyən edilmişdir. Bu səbəbdən qətnamə qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada mübahisəli nəqliyyat vasitəsinin alq ı-satqısı zamanı ödənilmiş vəsaitin müqabilində 50.200 manat pul vəsaiti alınaraq Cavabdeh1 verilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 88, 106.1, 217.3-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xa hiş etmişdir.

20. Həmçinin, Cavabdeh3 kassasiya şikayəti verərək, sözügedən qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1185/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər - M.Əhmədova (sədrlik edən və məruzəçi), E.Vəliyeva və Ə.Nurməmmədov) kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

22. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbləri ilə bağlı ətraflı araşdırma aparmamış, 12 noyabr 2018-ci il tarixdə müvafiq hüquq-mühafizə orqanla rına ünvanladığı sorğuların cavabı olaraq əldə etdiyi sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş və qəbul etdiyi qətnamədə həmin sübutlara istinad etməmişdir. Halbuki, Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizədə avtomobili Cavabdeh4 satın almasını göstərmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3123/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - İ.Kərimli (sədrlik və məruzəçi), A.İsgəndərov və N.Cəfərov) İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, ilk iddianın qismən təmin olunması, Cavabdeh1 mübahisəli avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50.400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçıya verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, mübahisəli avtomobilə dair alqı-satqıda ödənilmiş 70.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh4 alınaraq Cavabdeh1 verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi avtomobilin yararsız vəziyyətə salınmasına görə iddiaçıya vurulmuş zərərin əvəzi kimi cavabdehlər Cavab deh3 və Cavabdeh4 50.400 manat pulun alınaraq iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əsasən avtomobil 08 may 2013-cü il tarixdən 15 may 2013-cü il tarixədək etibarnamə ilə Cavabdeh3, 15 may 2013-cü il tarixdən 09 sentyabr 2013-cü il tarixədək olan dövrdə isə etibarnamə ilə Cavabdeh4 sahiblik və istifadəsində olmuşdur. 09 sentyabr 2013-cü il tarixdən 09 dekabr 2016-cı il tarixədək olan dövrdə, yəni 3 il 3 ay ərzində avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur. Həmin avtomobilə dair Niyazi Ələşrəşov atası Cavabdeh2 etibarnamə versə də, həmin etibarnamənin formal olduğunu, avtomobilin faktiki olaraq öz istifadəsində olduğunu göstərmişdir. Cavabdeh1 avtomobili nasaz vəziyyətdə alıb nasaz vəziyyətdə qaytardığını bildirsə də, onun izahatı ağ labatan olmamaqla deliktə görə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. 23.08.2016-ci il və 29.06.2016-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, avtomobil iddiaçı təhvil verilməzdən bir neçə ay əvvəl sürət həddini aşdığına görə radara düşmüşdür. Avtomobilin 3 il 3 ay ərzində nasaz vəziyyətdə idarə edilməsi, Cavabdeh1 avtomobili aldığı şəxsə qarşı bu barədə hər hansı pretenziyasının olmaması onu deməyə əsas verir ki, avtomobil məhz onun sahibliyində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə qərarlarının tarixinə əsasən, Cavabdeh1 avtomobili iddiaçıya qaytarmazdan ən azı bir il əvvəl avtomobilin onun qanunsuz sahibliyində olduğunu bilirdi. Buna görə də, avtomobilin yararsız vəziyyətə düşməsinə gö rə vurulmuş ziyanın əvəzi kimi 50.400 manat pul Cavabdeh1 alınıb iddiaçıya ödənilməlidir.

26. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizədə (1-ci cild, i.v.93) avtomobili Cavabdeh4 satın almasını göstərmişdir. Avtomobil Cavabdeh1 satılarkən də etibarnamə ilə Cavabdeh4 sahibliyində olmuşdur. İş materiallarında avtomobilin alınmasına görə nə iddiaçıya, nə də Cavabdeh3 pul ödənilməsi barədə sübut yoxdur. Buna görə də, avtomobilin alınmasına görə ödənilmiş 70.000 ABŞ dolları məbləğində pul Cavabdeh4 alınaraq Cavabdeh1 verilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, ilk iddia tələbi maddi ziyana münasibətdə qismən təmin edildiyi üçün bu, mənəvi zərərin kompensasiyası kimi qiymətlə ndirilə bilər. Buna görə də birinci instansiya məhkəməsi ilk iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi barədə hissədə təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsinin İddiaçı ilk iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, ona vurulmuş maddi ziyanın əvəzinin ancaq Cavabdeh4 tutulması hissəsində ləğv edilməsi, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 70.000 ABŞ dollarının tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassator Mülki Məcəllənin 448.2, 448.4-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozuld uğunu qeyd etmişdir. Belə ki, avtomobili ona Cavabdeh4 və Cavabdeh3 satmışlar. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh4 və Cavabdeh3 tərəfindən qanunsuzluğa yol verilmişdir, bu isə nəticədə avtomobilin yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Odur ki, maddi ziyanın ödənilməsi vəzifəsi, həmçinin avtomobili qanunsuz olaraq satmış Cavabdeh4 və Cavabdeh3 münasibətdə də müəyyən edilməli idi.

30. Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddianın Cavabdeh4 münasibətdə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 127-ci maddələrinə, İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, MPM-in 9, 88, 217, 406, 418.1-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, onun tərəfindən mübahisəli nəqliyyat vasitəsinə dair alqı-satqı üçün Cavabdeh1 ümumiyyətlə hər hansı bir məbləğdə pul alınmamışdır. O, sadəcə avtomobil salonunda sıravi işçi olmuş və etibarnamə əsasında avtomobili formal olaraq Cavabdeh1 satmışdır. Lakin bu alqı-satqının müqabilində Cavabdeh1 hansısa məbləğdə pul almamışdır. Bununla bağlı mülki işin materiallarında hər hansı bir sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxış ının hədləri

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti əsasında ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın təmin olunmayan hissəsində, Cavabdeh4 kassasiya şikayəti əsasında qarşılıqlı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

44. Madd ə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

46. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

47. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

48. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

49. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

50. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).

51. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiy ası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

54. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-3123/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - ilkin iddianın təmin olunmuş hissəsində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar