Məhkəmə qərarları › İş №2(102)-1988/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1988/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1988/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi və mənəvi zərər Açar sözlər: sübutetmə yükü, öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə Səlimova X1 Zəfər Nadir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.425 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2017-ci ildə iddiaçının işlədiyi Atatürk prospekti 2 A ünvanında yerləşən “Gənclik” univermağına gələrək ona qızıl-zinət əşyalarını 15 gün, bəzi vaxt da 1 ay müddətinə nisyə verməyini xahiş etmişdir. Cavabdeh xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2018-ci ilə qədər iddiaçı ilə əvvəldən 300400 manat verərək alver etməyə başlamışdır. Sonra bu cavabdeh tərəfindən götürülmüş qızıl-zinət əşyalarının dəyəri 18295 manat olmuş, cavabdeh 900 manat vermiş və 17395 manat borcu qalmışdı r. Polisə müraciət etdikdən sonra hissə-hissə 1000 manat ödəmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehin ona borclu olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsinin kserosurətlərində edilmiş qeydlərə münasibətdə isə göstərilmişdir ki, qeydlərin əsaslılığı məhkəmədə şübhə doğurduğundan və digər faktlarla öz təsdiqini tapmadığından həmin qeydlər iddia tələbinin təmin edilməsi üçün yetərli hesab edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qə tnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12959/2020 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas t əşkil etmir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1686/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) İddiaçı verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və et irazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Hazırkı işdə iddiaçı cavabdehin borcu etiraf etməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad etsə də, işə baxan məhkəmə iddiaçının ərizəsi (şikayəti) əsasında polis bölməsində aparılmış təhqiqatın nəticəsi ilə maraqlanmamış, təhqiqat materiallarını tanış olmaq üçün həmin polis bölməsindən tələb edib öyrənməmiş, cavabdehin təhqiqat vaxtı verdiyi izahatda iddiaçıya borcu olduğunu h əqiqətən də etiraf edib-etmədiyini aydınlaşdırmamışdır. Bu təhqiqat materiallarının tələb edilib öyrənilməsi həm də ona görə zəruri idi ki, cavabdeh nə birinci, nə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbzlərdə (şəxsiyyət vəsiqəsinin surətində) olan qeydlərin şübhə doğurduğunu qeyd etsə də, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbinə müvafiq olaraq bununla bağlı həmin sənədlərin əslinin təqdim olunmasını iddiaçıya təklif etməmiş, cavabdehin özünün şəxsən məhkəmə iclasında iştirakını təmin etməmiş və qeyd olunan sənədlərə cavabdehin münasibətini aydınlaşdırmamışdır. Həm də apelyasiya instansi yası məhkəməsi qeydlərin əsaslılığının şübhə doğurduğunu göstərsə də, bu şübhənin nədə ifadə olunduğunu (imzada, məbləğdə və s.) açıqlamamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5063/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.A.Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 8895 (səkkiz min səkkiz yüz doxsan beş) manat pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının izahatı zamanı göstərdiyi cavabdehin 8895 manat borclu olması hissədə iddia təmin edilməlidir. Apellyasiya məhkəməsi iddiaçının ərizəsi (şikayəti) əsasında polis bölməsində aparılmış təhqiqatın nəticəsi ilə bağlı təhqiqat materiallarını polis bölməsindən tələb edib öyrənmiş, cavabdehin təhqiqat vaxtı verdiyi izahatda iddiaçıya 14000 manat borcu olduğunu həqiqətən də etiraf etdiyini aydınlaşdırmışdır. Bundan əlavə qəbzlərdən görünür ki, onların arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən 8895 manat pulun tutulması hissəsində ləğv olunmasını və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya olan borc tam şəkildə əlavə faizlərlə birlikdə ödənilmişdir. Polis bölməsində verilmiş izahat isə polis əməkdaşlarının hədə-qorxusu ilə yazılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasi ya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar