Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1991/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin vəkili X7 və Cavabdeh vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xxxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 1.500 man at pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda həmin qətnamə ilə Cavabdeh İddiaçı MMC qarşı “14 iyul 2016-cı il tarixli əmək müqaviləsinə 30 sentyabr 2016-cı il tarixli, 1 saylı əlavənin etibarsız hesab edilməsi, təhsil haqqı kimi ödənilməsi tələb edilən 1.500 manat pul tələbinin qanunsuz hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İşin halları: İşdən görünür ki, iddiaçı t əşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən təhsil haqqına görə 1.500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda apelyasiya icraatı mərhələsində Cavabdeh İddiaçı MMC qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, “14 iyul 2016-cı il tarixli əmək müqaviləsinə 30 sentyabr 2016cı il tarixli, 1 saylı əlavənin etibarsız hesab edilməsi, təhsil haqqı kimi ödənilməsi tələb edilən 1.500 manat pul tələbinin qanunsuz hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin norma ların düzgün tətbiq olunmaması ilə əsaslandırılıb. Cavabdeh vəkili xx məhkəmə iclasında kasasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı MMC vəkili xx məhkəmə iclasında kasasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Ona görə də kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, 14 iyul 2016-cı il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh iddiaçı təşkilata satış şöbəsinə “operator” vəzifəsinə işə qəbul edilib. Eyni zamanda tərəflər arasında bağlanmış 14 iyul 2016-cı il tarixli əmək müqaviləsinə 30 sentyabr 2016-cı il tarixli, 1 saylı əlavənin 1-ci bəndinə əsasən, cavabdehin iddiaçı təşkilatın Tədris Mərkəzində- sahibkarlıq, kommersiya fəaliyyətini tənzimləyən normativ aktların biliyinin artırılması, menecmentin nəzəriyyə və təcrübəsinin artırılması, işgüzar inzibatçılıq, ünsiyyət etikasına yiyələnməsi, idarədə istehsalat texnologiyasının yeniliklərinin öyrənilməsi, məhsul və xidmətlərin standartlarının və texniki şərtlərinin biliyinin artırılması, satış psixologiyası və prinsiplərinə yiyələnməsi, təhsil alması üçün təhsil xərclərini ödəməyi iddiaçı təşkilat; cavabdeh isə, tədris müddəti bitdikdən sonrakı 3 il müddətində iddiaçı təşkilatda İİİ dərəcə “operator” vəzifəsini icra etməyi öz öhdələrinə götürüblər. Tərəflərin razılaşmasına əsasən, cavabdehin Tədris Mərkəzində təhsil alması xərcləri 1.500 manat təşkil edir. Həmin Müqaviləyə əlavənin 6-cı bəndində isə göstərilir ki, cavabdehin təşəbbüsü ilə və ya onun təqsirli hərəkəti nəticəsində 3 il müddətindən tez əmək müqaviləsinə xitam verilərsə o, 1.500 manat təhsil xərclərini tam (100 faiz) həcmdə iddiaçı təşkilata ödəməlidir. İşdən görünür ki, işəgötürənin 02 fevral 2018-ci il tarixli, 0 2-Ş saylı əmri ilə cavabdehlə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və o, işdən azad edilib. Hazırda iddiaçı təşkilat, ilk iddiasında cavabdehdən təhsil haqqına görə 1.500 manat pul tələb edir, cavabdeh isə ilk iddia ilə razılaşmır və qarşılıqlı iddiasında iddiaçı təşkilatla bağladığı 14 iyul 2016-cı il tarixli əmək müqaviləsinə 30 sentyabr 2016-cı il tarixli, 1 saylı əlavənin etibarsız hesab edilməsini iddia edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb, qarşılıqlı iddianı isə rədd edərkən, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 3 il müddətindən tez, cavabdehin təqsirli hərəkəti nəticəsində xitam verilməsinə və bu səbəbdən də onun iddiaçı təşkilata 1.500 manat razılaşdırılmış təhsil haqqını ödəməyə borclu olmasına, əmək müqaviləsinə 1 saylı əlavə əmək qanunverciliyinin tələblərinə əməl edilməklə bağlandığına görə həmin əlavənin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, iddiaçı təşkilat təhsil haqqına görə cavabde hdən 1.500 manat pul tələb etsə də, işdə, həmin məbləğin həqiqətən ödənilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut (kassa mədaxil, məxaric orderi, qəbzi, ciddi mühasibat və vergi sənədləri və sair) yoxdur. Apelyasiya instansiyası məhkəməsi işin bu halı üzrə heç bir araşdırma aparmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçı təşkilata təklif etmədən, Azərbaycan Respublikası MPM-nin 14.1, 14.2, 77.1, 77.3, 81-ci maddələrinin tələblərini pozaraq, işin bu halını yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinə 1 saylı əlavə ilə əsaslandırmağa çalışmışdır. Halbuki, sadalanan prosessual normaların mənasına görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bil məz. Eyni zamanda işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Digər tərəfdən, işdən görünür ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığı halda, apelyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verərək, hazırki əmək mübahisəsinə Əmək Məcəlləsinin deyil, Mülki Məcəllənin normalarını tətbiq edib və bununla da Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələblərini pozub. Bu isə, həmin Məcəllənin 418.1, 418.2-ci maddələrinin mənasına görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Daha sonra, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən, h ər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” və “ı” bəndlərinə görə, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq və peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından sayılır. Həmin Məcəllənin 12.1-ci maddəsinin “f” bəndində göstərilir ki, işə qəbul, işdə irəli çəkilmə, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərk ən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən hesab edilir. Eyni zamanda həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Sadalanan normaların mənasından da göründüyü kimi işçinin əmək funksiyalarını yerinə yetirərkən işdə hər hansı təzyiq, şərt və sair üsullar tətbiq etməklə müəyyən müddətə işdə məcburi saxlanması işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hesab olunur. Əmək Məcəlləsinin 44.2-ci maddəsində göstərilir ki, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. İşdən görünür ki, tərəflərin imzaladıqları 14 iyul 2016-cı il tarixli əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə cavab verdiyi halda, həmin müqaviləyə 30 sentyabr 2016-cı il tarixdə bağlanmış 1 saylı əlavədə göstərilən şərtlər ümumiyyətlə əmək qanunvericiliyinin mahiyyətinə ziddir. Belə ki, işəgötürən ixtisasartırma və tədris keçmə adı altında, əslində bu əlavə ilə cavabdehi 3 il müddətində iddiaçı təşkilata işləməyə məcbur etmişdir, digər müddəalar ilə isə bu müddətdən tez əmək müqaviləsinə xitam verildikdə təhsil haqqı kimi 1.500 manat pulun cavabdehdən tutulması şərtləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd hallara diqqət yetirmədən, cavabdehin apelyasiya şikayəti və qarşılıqlı iddia ərizəsi üzrə heç bir araşdırma aparm adan və hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bundan başqa, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.47-ci maddəsinə əsasən, təhsil müəssisəsi- müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 24.4-cü maddəsində göstərilir ki, əlavə təhsil ixtisasartırma və yenidən hazırlama qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın Tədris Mərkəzinin ümumiyyətl ə təhsil müəssisəsi statusuna malik olub-olmaması, həmin Mərkəzin fəaliyyəti üçün xüsusi razılığın verilibverilməməsi, Tədris Mərkəzinin təhsil proqramına uyğun fəaliyyət göstərib-göstərməməsi ilə bağlı heç bir araşdırma aparmadan, tədrislə bağlı çəkilən xərclərin hansı formada, qaydada ödənilməsini və sair arışdırmadan, qarşılıqlı iddianın əsassız olması nəticəsinə gəlmişdir. Halbuki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 510 saylı Fərmanının 17.3-cü maddəsində göstərilir ki, əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr Azərbaycan Respublikası Təhsil Nazirliyindən müəyyən məbləğdə dövlət rüsumu ödəməklə lisenziy a almalıdırlar. Kasasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdi n formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür (Mülki Məcəllənin 337-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2016-cı il tarixli, 1 saylı əlavən in Əmək Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb-bağlanmaması ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, sözügedən əlavənin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması və etibarlı olması qənaətinə gəlmişdir. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdəməhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutu n qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2(102)-1991/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1991/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver