Məhkəmə qərarları › İş №2(102)-1991/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1991/2025

19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1991/2025 19.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsənin miras qoyanın kreditoru qarşısında məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(103)3066/2024 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqarına toxunan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında 19 avqust 2025-ci il tarixdə Ali Məhkəm ənin inzibati binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09.10.2021-ci il tarixdə Cavabdeh və Maraqlı şəxs anası X9 vəfat etmişdir. 2. 12.05.2022-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 22 saylı evin 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır. 3. 21.05.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şahədatnaməyə əsasən, X4 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 22 saylı evin 2 saylı mənzilinin ½ hissəsinə dair oğlu Maraqlı şəxs adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmiş və miras mənzilin ½ hissəsi açıq saxlanılmışdır. 4. 24.05.2022-ci il və xx.xx.2023-ci il tarixli Çıxarışlara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadl ıq prospekti 22 saylı evin 2 saylı mənzili hər birinin payı ½ hissədə olmaqla daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Maraqlı şəxs və Cavabdeh adlarına qeydə alınmışdır. 5. xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2020-ci ilin noyabr ayında anası X10 qohumu olan X adlı şəxsdən ev almaq üçün 11000 manat borc pul almışdır. Həmin ərəfədə anası XX xəstələndiyi üçün pulun demək olarki hamısı onun müalicəsi üçün xərclənmişdir. Anası evi ala bilməmişdir. Anasının sağlığında İddiaçı 18000 manat pulu qaytarsa da, 92000 manat pulu qaytara bilməmişdir, Anası rəhmətə getdiyindən və o, da işsiz olduğuna görə qohumu X pulunu qaytara bilməmişdir. X dəfələrlə ondan pulunu istəsədə, o, X vaxt istəmişdir ki, evi təmir edib yüksək qiymətə satıb, özünə ev alsın və ona da olan borcu qaytarsın. xx.xx.2023-cü ii tarixdə X onun yaşadığ ünvana gələrək ondan anası X vermiş olduğu pulun yerdə qalan 92000 manatını istəmişdir. O, X narahat olmamasını, evi təmir edib satıb onun pulunu verəcəyini bildirsə də, buna baxmayaraq X onunla mübahisə etmişdir. 2020-ci ilin noyabr ayında hal-hazırda yaşadığı mənzildə X 110000 manat pulu anası X ev alması üçün borc vermişdir. Həmin vaxt evdə qonşusu X, X, yoldaşı X, X tanışı X və özü olmuşdur.O, X ölümlə hədələməyib, sadəcə sözlə aralarında müdahisə olmuşdur. X pulunu evi satandan sonra verəcəkdir.

6. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx. 2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair ilddiası təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Azadlaq prospekti 22 saylı evin 2 saylı mənzilinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin ½ hissəsinin Maraqlı şəxs, ½ hissəsinin isə Cavabdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borclu X6 ölümündən sonra ona olan 92.000 manat borcunun mirası qəbul etmiş vərəsəsi kimi cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 ona olan 110.000 manat borcundan ödənilməmiş qalan 92.000 manat və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18.000 manat, cəmi 110.000 manatın onun vərəsəsi olan cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həyat yoldaşının əmisi oğludur. 2020-ci ilin noyabr ayında həyat yoldaşı Zülfiyyənin əmisi arvadı X7 ev alması üçün 110.000 manat pul verdi. Pul verilərkən X oğlu Cavabdeh, arvadı X, qonşusu X11, tanışı X12 da orada olmuş və pulun verilməsini görmüşlər. Razılaşmaya əsasən X həmin pulu 6 ay ərzində geri qaytaracaqdı. X həmin pulun 18 min manatını oğlu Səməd vasitəsilə qaytardı, qalan pulu isə hissə-hissə qaytaracağı barədə vəd verdi. X3 09 oktyabr 2021-ci il tarixdə vəfat etdi və bu səbəbdən o pulun qaytrılması üçün onun miras əmlakını qəbul edən oğlu Cavabdeh müraciət etdi. O, isə maddi durumunun yaxşı olmadığını, evini yüksək qiymtə satacağını və pulu qaytaracağını vəd etdi. Lakin o, sonradan ondan qaçmağa və telefon zənglərinə cavab verməməyə başladı. Əlacsız qalıb 09 sentyabr 2023-cü il tarixdə onun yaşadığı Baki şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti-22, mənzil-2 ünvanına getmişdi. Pula ehtiyacı olduğunu bildirib borcu qaytarmasını tələb etdi. Səməd isə hədələyərək pulu verməyəciyini deyib onu qovmuşdu. O, Binəqədi rayon Polis idarəsinin 5-ci polis Bölməsinə müraciət etdi. Polis bölməsində araşdırma aparıldı və 14 sentyabr 2023-cü il tarixdə cinayət işi başlanması rəd d edilməklə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu izah edildi. X1 ona olan 110.000 manat borcundan ödənilməmiş 92.000 manat onun vərəsəsi kimi oğlu Cavabdeh alınaraq ona verilməlidir. Bundan başqa 110.000 manat pulunu vaxtında qaytarılmadığından 3 il ərzində 30.000 manat gəlirdən məhrum olub. Həmin pulu X7 verməyib biznesə yönəlsəydi, 3 il ərzində 18.000 manatdan çox pul qazanardı. Pulunun vaxtında qatarılmaması nəticəsində 18.000 manat gəlirdən məhrum olub. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iclasında iştirak edən zaman cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini, iddiaçıya X2 İddiaçı olan 110.000 manat borcundan ödənilməmiş qalan 92.000 manatı və borcun qaytarılmasının gecikdirilməsinə görə illi k 5% hesabı ilə 18.000 manatı, cəmi 110.000 manat boclu olduğunu və ev satılarkan iddiaçının borcunu ödəyəcəyini bildirdi.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1993/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilərək, X2 iddiaçıya olan 110.000 manat borcundan ödənilməmiş qalan 92.000 manat və borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 18.000 manat, cəmi 110.000 manat və ödənilmiş dövlət rüsumuna görə 367 manatın onun vərəsəsi olan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmə, cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq qeyd etmişdir ki, iddia təmin edilməli, X2 iddiaçıya olan 110.000 manat borcundan ödənilməmiş qalan 92.000 manat və borcun qaytarılmasının gecikdirilməsi nə görə illik 5% hesabı ilə 18.000 manat, cəmi 110.000 manat onun vərəsəsi olan cavabdedən iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 191.1, 191.3, 217.4, 220.4, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilərək, mərhum anası X6 vərəsəsi olan ögey qardaşı Maraqlı şəxs cavabdeh qismində işə cəlb edilməsi və 110.000 manatın cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum anası X10 09 oktyabr 2021-ci ild ə vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi kimi övladları, yəni ögey qardaşı Maraqlı şəxs oğu və cavabdeh müəyyən olunmuşdur. Düzdür cavabdeh anasının borcu olduğunu etiraf edir. Lakin məhkəmə, anasının borcunu cavabdeh və ögey qardaşı Maraqlı şəxs arasında bölməli idi. Yəni məhkəmə ögey qardaşı Məmmədov Baxşəli Xəqanı oğlunu da cavabdeh qismində tanımaqla 110.000 manatı hər ikisinin arasında bərabər şəkildə bölünməli idi. Cavabdeh və ögey qardaşı iddiaçı qarşısında birgə borclu kimi çıxış etməli idi. Lakin, məhkəmə işi səthi araşdıraraq bütün borcu ona yükləmişdir. Hətta Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-249/2024 saylı qətnaməsi ilə mərhum anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekt i, 22 saylı evin 2 saylı mənzilin naturada bölgüsü və bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və əldə olunan pul məbləğinin Maraqlı şəxs arasında ½ hissədə bölünməsi haqqında qətnamə çıxarılmışdır. Yəni, qətnamədən də görünür ki, ögey qardaşı anasına məxsus mənzilə özünü də vərəsə hesab edib payını müəyyənləşdiribsə, deməli anasının borcuna da birgə borclu olmalıdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(103)-3066/2024 saylı qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən, məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, 2(001)1993/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, iddiaçının ona qarşı olan iddiasını tam qəbul edir.

17. Məhkəmə kollegiyası borcun həm də cavabdehin ögey qardaşından tutulmalı olması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı pulun məhz cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, iddiaçının seçiminə görə borcun X6 vərəsələrindən biri olan cavabdehdən tutulması qanuna zidd deyil və cavabdeh birinci instaniya məhkəməsində ərizə verərək iddianı tam olaraq qəbul etdiyini bildirmişdir.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci, habelə Mülki Prosessual Məcəllənin 191.1, 191.3, 218.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi üzrə icraat 19. 18 fevral 2025-cü il tarixdə Maraqlı şəxs yazılı ərizə və həmin ərizəyə əlavə olunmuş kassasiya şikayəti ilə Ail Məhkəməyə müraicət edərək, işdə iştirak etməyə cəlb olunmadığını və iş üzrə məhkəmə aktının maraqlarına toxunduğunu göstərib, ərizəsinin təmin olunmasına dair qərardad qəbul edilməsini və ərizəyə əlavə etdiyi kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Maraqlı şəxs ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun ögey qardaşıd ır, iddiaçı isə cavabdehin arvadının əmisi oğludur. Cavabdeh ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 vərəsəsi olması əsası ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)-1993/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 110.000 manat borcun aralarında bərabər qaydada bölünməklə, ondan 55.000 manatın tutulub ona ödənilməsini iddia etmişdir. Hazırda mübahisələndirdiyi məhkəmə aktı barədə məlumatı olmamış və qətnamə qəbul olunarkən X2 cavabdehdən başqa digər vərəsəsinin, yəni onunda olması nəzərə alınmamışdır. İşə baxan məhkəmələr cavabdehin məhz onunla aralarında olan mübahisələrə görə ona maddi, mənəvi zərər yetirmək üçün qohumu və yaxın dostu olan iddiaçı ilə əvvəlcədən razılaşdırılmış qaydada heç bir müqavilə və yazılı sübut olmad an anası X5 iddiaçıya borcunun olmasını etiraf etməsinə əhəmiyyət verməmiş və nəticədə işdə iştirak etməyə cəlb olunmadığı halda, onun maraqlarına toxunan qətnamə qəbul edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2(102)-1029/2025 saylı qərardadı ilə (hakimlər Rəşad Həsənov (məruzəçi), Aqil Abbasov və Əhməd Nurməmmədov) Maraqlı şəxs ərizəsi təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(103)-3066/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlı şəxs kimi işə cəlb olununmaqla, Maraqlı şəxs kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-409cu maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan X8 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən borc münasibətlərini təsdiqləyən yazılı borc müqaviləsinin olub-olmaması araşdırılmamışdır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı olduğu halda, məhkəmələr qərar qəbul edərkən nəinki belə müqaviləyə istinad etməmiş, ümumiyyətlə bu nunla bağlı hər hansı araşdırma aparmadan öhdəliyin mövcudluğu və icra edilməməsi qənaətinə gəlmişlər. X2 oğlu Maraqlı şəxs da vərəsə olması faktının bəyan edilməsinə baxmayaraq, məhkəmələr tərəfindən sonuncunun işdə iştirakı təmin edilməməklə, nəinki çəkişmə prinsipinin icrası mümkün olmamış, hətta sonuncu tərəfindən hər hansı sübutların təqdim edilməsi və digər qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının icrası qeyri-mümkün olmuşdur. Məhkəmələr sübutların mövcudluğuna ümumiyyətlə qiymət verməmiş, yalnız ifadələrə, cavabdeh tərəfindən iddianın qəbul edilməsinə istinad edərək, hərtərəfli, qərəzsiz və obyektiv araşdırma aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası nın Mülki Məcəlləsi

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

27. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

28. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

30. Maddə 1306.2. Əg ər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

31. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 52.5. İddianın cavabdeh tərəfindən etiraf edilməsi...qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olun an, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

37. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan X8nun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasitya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiy yətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

45. Belə ki, işdən görünür ki, Maraqlı şəxs ilə cavabdeh qardaşdırlar və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 22 saylı evin 2 saylı mənzili onların anası X4 miras qalıb. Həmin mənzil vərəsəlik qaydasında hər birinin payı ½ hissədə olmaqla daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Maraqlı şəxs və cavabdehin adına qeydə alınıb. Bu barədə onların adlarına 24 may 2022-ci il və 25 dekabr 2023-cü il tarixli Çıxarışlar verilib.

46. Daha sonra işə əlavə edilmiş 06 mart 2024-cü il tarixli, e-2(001)-249/2024 saylı qətnamədən görünür ki, həmin qətnamə ilə Maraqlı şəxs tələbinə əsasən, sözügedən mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin hər birinin payı ½ hissədə olmaqla Maraqlı şəxs və Cav abdeh verilməsi qət edilib.

47. Həmçinin işdən görünür ki, Cavabdeh iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs X2 vərəsəsi olması əsası ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)-1993/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 110.000 manat borcun tərəflər arasında bərabər qaydada bölünməklə, 55.000 manatın Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib və hazırda e-2(125)-607/2025 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatındadır.

48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə yazılı ərizə verilməklə iddia tam etiraf edildiyi və bu, məhkəmə tərəfindən təsdiq edildiyi üçün iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarmaqda birinci instansiya məhkəməsi haqlı olub. Bundan başqa, iddiaçının tələbi yalnız cavabdehə qarşı yönəlib və onun Maraqlı şəxs qarşı borcun tutulması barədə tələbi olmayıb. Həmçinin, iddia tələbindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hallar olmayıb. Hazırkı halda, iddiaçı pulun tutulmasını cavabdehdən tələb edir və Mülki Məcəllənin 501-ci maddəsinin tələbinə görə, borcun X5 vərəsələrindən biri olan cavabdehdən tutulması qanuna zidd deyil.

49. Əvvəla, Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrinin mənasına görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə o, halda qətnamə çıxarmağa borcludur ki, iddianın ca vabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmasın və ya iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın.

50. Digər tərəfdən, Mülki Məcəllənin 1159.1.1-ci maddəsində qanun üzrə vərəsə sayılan şəxslərin dairəsindən və onların vərəsəliyə çağırılması növbəliyindən bəhs olunur və həmin normada göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları...arvad (ər), valideynləri bərabər pay hüquqlu vərəsələr sayılırlar.

51. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

52. Həmin Məcəllənin 1306.2-ci maddəsində göstərilir ki, əgər miras qoyan vərəsə lərə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

53. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

54. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, hazırkı iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olub-olmadığını, onun iddianı etiraf etməsinin hər hansı bir şəxsin, o cümlədən Maraqlı şəxs hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmadığını tam, hərtərəfli və obyektiv arışdarmadan, bunun üçün mirası qoyan X5 birinci növbəli digər vərəsələrinin olub-olmadığını, vərəsələrin dairəsini müəyyən etmədən və başqa sözlə mirasdan pay alm ış vərəsələrin miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olmalarını nəzərə almadan, cavabdehə qarşı yönəlmiş iddianı yuxarıda göstərilən əsaslarla tam təmin etməklə, əslində işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs vərəsəlik hüququna dair onun hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-in 416.2, 418.4 və 418.4.6-cı maddələrinin tələblərinə görə kassasiya şikayətinin dəlillərindən asılı olmyaraq iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Nəzərə alınmalıdır ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur və qanun üz rə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

56. Hazırkı halda mirası qoyan X5 09 oktyabr 2021-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən mənzilə vərəsəlik açılıb və onun birinci növbəli vərəsələri olan övladla rı Maraqlı şəxs və cavabdeh mirası qəbul ediblər. Belə olan halda onlar miras mənzilə bərabər pay hüquqlu vərəsələr sayılmaqla, vərəsəlik açıldığı gündən onlar həmin mənzilin mülkiyyətçiləri olmuşlar. Ona görə də göstərilən hallar mübahisələndirilən məhkəmə aktının Maraqlı şəxs hüququnu və qanunla qorunan mənafeyini pozmaması nəticəsinə gəlməyə əsas vermir.

57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir h alı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

58. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

59. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasi ya instansiyası məhkəməsi Q ə r a r a aldı: İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqarına toxunan Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(103)-3066/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar