Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1993/2022 28.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1175/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci madd əsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilərək apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etsə də, kassasiya şikayətində işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, prosessual hüquq normalarının pozuntularının nədən ibarət olmasını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilmə li və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1 və 408.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Maraqlı şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1175/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1993/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1993/2022
28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver