Məhkəmə qərarları › İş №2(102)-1996/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1996/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1996/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi 20.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)386/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə mülki işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur və onun adına mülkiyyət hüququna dair 30 sentyabr 2014-cü il tarixli Şəhadətnamə verilmişdir. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bankdan 21.100 ABŞ dolları kredit götürmüş və öz mülkiyyətində olan “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuşdur. Cavabdeh1 öz mülkiyyətində olan “Mitsubishi Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 dekabr 2015-ci il tarixli etibarnamə əsasında İddiaçı etibar etmişdir. Etibarnamə verilərkən İddiaçı Cavabdeh1 5.500 ABŞ dolları ilkin ödəniş etmişdir. Daha sonra, İddiaçı adından "xxxx" ASC-y ə ümumilikdə 21.100 ABŞ dolları ödəniş etmiş və heç bir borcu qalmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(011)7022/2019 saylı qətnaməsi ilə “Toyota-Corolla” markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair Cavabdeh2 oğlu ilə Cavabdeh1 arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Toyota-Corolla” markalı, **-UC-*** qeydiyyat nişanlı, “Mitsubishi-Pikap” markalı, **-TH-*** qeydiyyat nişanlı və “Kamaz” markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrində ½ hissədə Cavabdeh2, ½ hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ər izəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə 26.600 ABŞ dolları, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 avtomobili üçüncü şəxsə satarkən Bankda girov olduğu üçün alğı-satqı edə bilməmiş, lakin aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmış və bankın borcu bitdikdən sonra avtomobili onun adına rəsmi alğı-satqı edəcəyinə söz vermişdir. Bu hadisədən Cavabdeh2 xəbərdar olmuş, həmin ərəfə cavabdehlə evli olduğu müddətə təsadüf etmiş, sözügedən alğı-satqıya razı olmuşdur. Lakin borc bitdikdən sonra iddiaçıya məlum olmuşdu r ki, sözügedən avtomobil onun istifadə və sahibliyində olduğu, şifahi alğı-satqı və mülki etibarnamə əsasında ona satıldığı halda məhkəmənin qətnaməsi ilə cavabdehlər iddiaçıya satılan avtomobili ələ keçirərək, onun avtomobil üçün ödədiyi pul vəsaitini mənimsəmişlər. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış 07 iyun 2022-ci il tarixli məktuba əsasən o, 04 dekabr 2015-ci il tarixdə iddiaçıdan 5.500 ABŞ dolları nağd pul olaraq “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ona mülki etibarnamə ilə satmış, buna keçmiş arvadı Cavabdeh2 heç bir narazılığı olmamışdır. O, iddiaçıdan aldığı pulları ailəsinin ehtiyaclarını ödəmək üçün xərcləmişdir. 30 iyun 2020-ci il tarixədək iddiaçı həmin maşın üçün Banka cavabdehin adından 21.100 ABŞ dolları pul ödəmişdir. Həmin öd ənişlər hər iki cavabdehin razılığı ilə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-4091/2022 saylı qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə vurulmuş maddi zərərə görə 26.600 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,iddiaçı tərəfindən Banka verilən ödəniş bitdikdən sonra sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Odur ki, məhkəmə qətnaməsinə əsasən avtomobil hal-hazırda hər iki cavabdehin mülkiyyətində olduğundan, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 26.600 ABŞ dolları pul vəsaiti t utularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin 5.000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı na istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun mülkiyyətində olan sözügedən avtomobili ötən müddət ərzində istifadə etməklə yanaşı, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği geri almışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçının mənafeyini nəzərə almaqla, cavabdehlərin hüquqlarına diqqət yetirməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında hər hansı öhdəlik yaradan alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh tərəfindən iddiaçıya yalnız etibarnamə verilmişdir ki, mülki qanunvericiliyə əsasən etibarnamə ilə alqısatqı nəzərdə tutulmamışdır. Eyni zamanda, nə iddia ərizəsində, nə də məhkəmə qətnaməsində Cavabdeh2 iştirakı əsaslandırılmamış və onun məsuliyyətinin nədən ibarət olması göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(103)386/2023 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) Cavabdeh2 apellyasiya şikayəti tam, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 i yul 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə hissədə iddia qismən təmin edilərək, 26.600 ABŞ dollarının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 26.600 ABŞ dollarını hər iki cavabdehdən zərərin əvəzi kimi tutsa da, zərərin mövcud olması üçün delikt törədilməldir. Deliktin törədildiyi isə müəyyən olunmur. 5.500 ABŞ dolları pul tələbinə Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş, etibarsız (əhəmiyyətsiz) əqd üzrə əldə edilənlərin geri qaytarılması qaydası tətbiq edilməlidir. Belə ki, həmin avtomobilin alqı-satqısına dair 04 dekabr 2015-ci ildə iddi açı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Bundan başqa, məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 21.100 ABŞ dolları pul tələbinə isə kredit müqaviləsinə aid qaydalar tətbiq edilməlidir. Belə ki, kredit münasibəti üzrə tələb hüququnun keçməsi baş vermişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 kreditorunu (bankı) təmin etmişdir. Bundan sonra pula dair tələb hüququ iddiaçının Banka ödədiyi məbləğ həddində Bankdan iddiaçıya keçmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 26.600 ABŞ dollarına (5.500 ABŞ dolları + 2.100 ABŞ dolları) münasibətdə tələb hüququ yalnız Cavabdeh1 münasibətdə yaranmışdır. Digər Cavabdeh2 həmin pulu iddiaçıya qaytarmaq vəzifəsi yoxdur. Belə ki, 5.500 ABŞ dollarını qaytarmaq və zifəsi etibarsız (əhəmiyyətsiz) müqavilədən əmələ gəlir, cavabdeh X həmin müqavilənin tərəfi deyil. 2.100 ABŞ dollarını qaytarmaq vəzifəsi kredit müqaviləsindən (tələb hüququ keçmiş müqavilədən) əmələ gəlir, cavabdeh Fidan Nəbizdə həmin müqavilənin də tərəfi deyil. Digər tərəfdən, məhkəmə kollegiyası cavabdehlərin iddiaçı avtomobili uzun müddət istismar etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin halın hazırkı iddianın düzgün həlli üçün əhəmiyyəti yoxdur. Əgər cavabdehlər hesab edirsə ki, avtomobilin istismarı ilə əlaqədar iddiaçının onların qarşısında pul öhdəliyi yaranıb, belə halda bu barədə iddia ilə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 387.3, 431.3, 739-cu ma ddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər 13 sentyabr 2013-cü il tarixdən rəsmi nikah münasibətlərində olmaqla birgə yaşamışlar və mübahisəli avtomobil də onların birgə mülkiyyətində olmuşdur. Bu səbəbdən, cavabdehlərin məsuliyyəti də müştərək olmalıdır. Həmçinin, sözügedən avtomobilin 2015-ci il tarixdə iddiaçıya satılmasında hər iki cavabdeh məlumatlı və Cavabdeh2 də buna razılığı olmuşdur. Əgə r belə bir razılıq olmasa idi, Cavabdeh2 aralarında mövcud olan nikah münasibəti müddətində mübahisə açardı. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 33.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 82.3, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onu apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan məbləğdə pulun müştərək qaydada tutulması barədə iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.Mənəvi zərərin ödənilmə si, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın Cavabdeh2 münasibətdə təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın Cavabdeh2 münasibətdə də təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur və onun adına mülkiyyət hüququna dair 30 sentyabr 2014-cü il tarixli Şəhadətnamə verilmişdir. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bankdan 21.100 ABŞ dolları kredit götürmüş və öz mülkiyyətində olan “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuşdur. Cavabdeh1 öz mülkiyyətində olan “Mitsubishi Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 dekabr 2015-ci il tarixli etibarnamə əsasında iddiaçıya etibar etmişdir. Etibarnamə verilərkən iddiaçı Cavabdeh1 5.500 ABŞ dolları ilkin ödəniş etmişdir. Daha sonra, iddiaçının adından "xxxx" ASC-nə ümumilikdə 21.100 ABŞ dolları ödəniş edilmiş və sonuncunun heç bir borcu qalmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə isə Cavabdeh1 pay hüquqları tanınıb. Apellyasiya insta nsiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 26.600 ABŞ dollarını hər iki cavabdehdən zərərin əvəzi kimi tutsa da, zərərin mövcud olması üçün delikt törədilməldir. Deliktin törədildiyi isə müəyyən olunmur. 5.500 ABŞ dolları pul tələbinə Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş, etibarsız (əhəmiyyətsiz) əqd üzrə əldə edilənlərin geri qaytarılması qaydası tətbiq edilməlidir. Belə ki, həmin avtomobilin alqı-satqısına dair 04 dekabr 2015-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə razılaşmayıb qeyd etmişdir ki, 21.100 ABŞ dolları pul tələbinə kredit müqaviləsinə aid qaydalar tətbiq edilməlidir. Belə ki, kredit münasibəti üzrə tələb hüququnun keçməsi baş vermişdir. Başqa sözlə, iddiaçı Cavabdeh1 kreditorunu (bankı) təmin etmişdir. Bundan sonra pula dair tələb hüququ iddiaçının Banka ödədiyi məbləğ həddində Bankdan iddiaçıya keçmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb qeyd etmişdir ki, iddiaçının 26.600 ABŞ dollarına (5.500 ABŞ dolları + 2.100 ABŞ dolları) münasibətdə tələb hüququ yalnız Cavabdeh1 münasibətdə yaranmışdır. Digər Cavabdeh2 həmin pulu iddiaçıya qaytarmaq vəzifəsi yoxdur. Belə ki, 5.500 ABŞ dollarını qaytarmaq vəzifəsi etibarsız (əhəmiyyətsiz) müqavilədən əmələ gəlir, cavabdeh Fidan Nəbizdə hə min müqavilənin tərəfi deyil. 2.100 ABŞ dollarını qaytarmaq vəzifəsi kredit müqaviləsindən (tələb hüququ keçmiş müqavilədən) əmələ gəlir, cavabdeh Fidan Nəbizdə isə həmin müqavilənin tərəfi deyil. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinin Cavabdeh2 aid hissəsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli 2(103)-386/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar