Məhkəmə qərarları › İş №2(102)-1998/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1998/2020

16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1998/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)7654/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Bağırov) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 200.000 X4 dirhəmi (manatın ödəniş gününə məzənnəsi ilə) və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)11336/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7654/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh 200 000 (iki yüz min) X4 dirhəmi tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200.000 (iki yüz min) dirhəm məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, İddiaçı 50.000 X4 dirhəminin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi AR Mülki Prosessual Məcəllənin 372.5-ci maddəsinə əsasən qarşılıqlı iddia ərizəsini icraata qəbul etmiş və iş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini işdə olan xx.xx.2017-ci il tar ixdə tərtib edilmiş 200 000 X4 dirhəmi borcun olması barədə əlyazma əsasında təmin etmişdir. Məhkəmə həmin qəbzi nəzərə alaraq, qətnamədə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh iddiaçıya 200 000 dirhəm borcun olması barədə qəbzin onun tərəfindən imzalanmasını mübahisələndirmir. Məhkəmə əsassız oldaraq Mülki Məcəllənin 385.1, 739.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiya məhkəməsi məhkəmə prosesində dindirilmiş şahidlərin ifadələrinə əsassız olaraq tənqidi yanaşmışdır. Apelyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə prosessində dindirilmiş iki şahid - X1 və X3 məhkəmədə təqdim olunan dəlilləri sübut edə bilməmişlər. Həmçinin, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, cavabdeh qəbzi ona zor tətbiq etməklə imzalatdırılmasını sübuta yetirə bilməmişdir. Məhkəm ənin bu müddəaları yalnış və əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində əsaslandırmışdır ki, 2007-ci ildə Bakı şəhərində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və bundan sonra həyat yoldaşı ilə birlikdə X6 Dubay şəhərinə köçərək orada yaşamışdır. Onların uzun müddət ərzində uşağı olmadığı üçün 2013-cü ildə nikahı pozulmuş, lakin keçmiş əri ilə normal münasibətləri davam etmişdir. Bundan sonra o, Dubay şəhərində yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı işçi vizası ilə onun yanında satıcı kimi işləməyə başlamışdır. Türk, ərəb, ingilis və rus dillərini təmiz bildiyinə görə XXX onu bu imkanlarından öz işlərində istifadə etmişdir. Cavabdeh XXXnin yanında bir müddət işlədikdən sonra ona məlum olmuşdur ki, XXXnin paltar dükanı görüntüdür, onun əsas işi ətrafında ol an müəyyən kriminal adamlarla birlikdə Oman dövlətindən X7 gizli yolla qadınları keçirərək insan (qadın) alverini təşkil etmək və həmin pozğun yuvasına gəlmiş kişilərin pulunun və qiymətli əşyalarının oğurlanmasını təşkil etməkdir. Bundan əlavə onun digər işi Dubay şəhərinə gizli pulların göndərilməsini təşkil etməkdir. Eyni zamanda XXX ona bildirirmişdir ki, Azərbaycan Respublikası DİN-nin İnsan alverinə qarşı mübarizə İdarəsində bir neçə dəfə onunla bağlı şikayətlər olmuş, həmin şikayətləri bağlatmış, onun DİN-nin İnsan alverinə qarşı mübarizə İdarəsi və digər hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri ilə sıx əlaqələri vardır və istədiyini etmək imkanı vardır. xx.xx.2017-ci il tarixdə XXX ona təcili 50.000 X9 dirhəmi lazım olduğunu bildirərək ondan həmin pulun keçmiş həyat yoldaşında n alaraq ona borc verilməsini xahiş etmiş və o, keçmiş həyat yoldaşından həmin gün 50.000 dirhəm alaraq ona vermiş, XXX 50.000 dirhəmin borc götürülməsi barədə ona bank çeki vermişdir. Bundan əlavə, XXX adlı qadının oğlu Dubay şəhərində yox olmuşdu və həmin qadın oğlunun qətlə yetirilərək meyidinin gizlədilməsində şübhəli şəxslər kimi Gülnarənin daxil olduğu kriminal qrupdan Dubaydakı hüquq mühafizə orqanlarına şikayətlər edirdi və Cavabdeh ərəb dili bilən şəxs kimi ona köməklik göstərmişdir. 2017-ci il dekabr ayının əvvəllərində XXX ondan XXX adlı qadına köməklik göstərməyini dayandırmağını tələb etdikdə ona etiraz etmiş və XXX ətrafında olan BƏƏnin vətəndaşı XXX adlı qoçu ilə birlikdə İradəni hədələyərək fiziki zorakılıq göstərib ona işgəncə verdilər. O, XXXdən qorxduğu üçün bir müddət o nun dediklərini etməyə məcbur olmuş, lakin onun etdiyi əməllərə dözməyərək, eləcə də dil bilən şəxs kimi Dubay şəhərində yerləşən şirkət tərəfindən yüksək maaşlı işə dəvət olunduğu üçün 2017-ci ilin dekabr ayının ortalarında o, XXXyə işdən çıxaraq Azərbaycan Respublikasına qayıtmaq və viza alaraq həmin şirkətdə işləmək istədiyini bildirərək onun işçi vizasından çıxarılmağını və borclu olduğu 50.000 dirhəmin verilməsini xahiş etmişdir. O, guya razı olduğunu bildirərək sənədlərini almış və bundan bir neçə gün sonra XXX adlı qoçusu maqazaya gələrək İradənin əl çantasında guya 200.000 X9 dirhəmini aşkar etdiklərini, həmin pulu mağazadan oğurladığını bildirərək onu işgəncə verəcəyi ilə hədələyərək XXXdən 200.000 dirhəm götürməyi və 3 günə qaytaracağı barədə əlyazmaya imza etməyini tələb etmiş v ə o, qorxduğu üçün həmin əlyazmanı imzalamışdır. Bundan sonra onun sənədlərini verməyəcəklərini və XXXnin yanında işləyəcəyini bildirilmişlər. O isə, Dubay şəhərində ailəsilə birlikdə yaşayan və həyat yoldaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan XXX adlı qadına köməklik göstərməsi barədə müraciət etmiş və onun köməkliyi ilə XXXnin yanından çıxaraq bir müddət Həmiyyətin evində qalmışdır. O, bu vəziyyətdə məcbur olub Bakı şəhərində yaşayan anası X2 zən edərək ondan kömək etməsini istəmiş və anası xx xxxxxx 2017-ci il tarixdə təyyarə ilə uçaraq Dubay şəhərinə gəlmiş, onlar vəkil tutaraq XXXnin qanunsuz əməlindən Dubay şəhərində mavfıq hüquq mühaizə orqanına şikayət etmişlər. Eyni zamanda XXX də onun pulunu oğurlamağı barədə Dubay polisinə şikayət edərək onun tərəfindən imzalatdıqları qəbz i polisə təqdim etmiş, lakin Dubay polisi ondan oğurluq pul əl çantasında aşkar edilmişdirsə nə üçün götürmədiklərini soruşaraq onun göstərdiklərinin aşkar şəkildə yalan olduğunu, onun özü üçün böhtanla bağlı cinayət işi qaldırılacağını bildirilmişlər. XXX Dubay polisi tərəfindən yalanının ifşa olunduğu və böhtanla bağlı məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün şikayətini və təqdim etdiyi qəbzi geri götürmüş, eyni zamanda Cavabdeh şikayətinin həqiqi və əsaslı olduğu müəyyən edilərək sənədlərin XXXdən alınaraq ona qaytarılmış, XXX Bakı şəhərinə gəlmişdir. Bundan sonra Nəsimi rayon prokurorluğu tərəfindən Cavabdeh anası ərizəsi əsasında XXXnin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılaraq iş aidiyyəti üzrə DİNnin İnsan alverinə qarşı mübarizə İdarəsinə göndərilmiş və XXX digər işlər k imi həmin işi də bağlatmışdır. Dubay şəhərində yerləşən şirkətdən Cavabdeh yüksək maaşlı iş təklif edildiyi üçün onun tərəfindən viza və xx.xx.2018-ci il tarixində saat 23:00-da Bakı şəhərindən Dubay şəhərinə uçan təyyarəyə bilet alınmış, lakin həmin tarixdə saat 22:00 radələrində Bakı hava limanında qeydiyyatdan keçdiyi zaman onu sərhəd xidməti saxlayıb Suraxanı rayon polis İdarəsinin müstəntiqi Aqil Qasımov tərəfindən Azərbaycan Respublikası sərhədindən çıxışına məhdudiyət qoyulduğu bildirilmiş və xx.xx.2018-ci il tarixində gecə saat 01:00 radələrində Suraxanı rayon polis İdarəsinin 2 əməkdaşı gələrək onu təhvil alıb Suraxanı rayon polis İdarəsinə aparmışdır. Bu zaman anası və Nəsimi rayon prokurorluğunda baxılan işdə vəkili olan Tahir taksi ilə oraya gəlmiş və vəkili müstəntiq Aqil Qası movun mobil nömrəsinə zəng edərək ona məhdudiyyət qoyulması və tutularaq gecə yarısı vaxtı Suraxanı rayon polis İdarəsinə aparılmağının səbəbini soruşmuş, müstəntiqi Aqil Qasımov onu idarədə gözlədiyini və ondan izahat alacağını bildirmişdir. Vəkil, şəxs çağrılmadan, cinayət işi, axtarış və tutma haqında qərar olmadan vətəndaşın gecə saat 02:00 radələrində polis idarəsinə gətirilərək dindirilməsinin qanunsuz olduğunu, onu evə buraxılaraq səhər polis idarəsinə gəlib izahatının alınmasının zəruri olduğu bildirilmiş, lakin müstəntiqi Aqil Qasımov kobud danışaraq istədiyini edəcəyini və lazım bildiyi izahatı alacağını bildirərək telefonu qapatmışdır. Bundan sonra müstəntiq XXXnin oğlu XXXOvun və XXXnin şəriki XXXvun, guya Suraxanı rayonu ərazisində Cavabdeh 35.000 ABŞ dolları məbləğində pul ve rdiklərini, onların Suraxanı rayon polis idarəsinə şikayətləri olduğunu bildirərək ona bəzi sənədlərə imza etdirərək evə buraxmışdır. O, Suraxanı rayonu ərazisində olmamış və oranı tanımır. Buradan ona məlum olmuşdur ki, XXX ona qarşı olan pislik əməllərini dayandırmayaraq Suraxanı rayon polis idarəsinin müstəntiqi Aqil Qasımovla əlaqəyə girərək oğlunun və cinayət şərikinin adından heç bir zaman olmadığı tanımadığı Suraxanı rayonunda, guya oğlu və şərikindən pul almağı barədə ərizələr verilmişdir. Bu şəxslərin onun xx.xx.2018-ci ildə gecə saat 23:00-də Dubaya uçan təyyarəyə bileti olduğu barədə məlumatları olmuş, bu səbəbdən aeroportda tutularaq Dubay şəhərinə uçmağının qarşısının alınması və Suraxanı rayon polis idarəsinə gətirilib gecə yarısı istədikləri izahata imza etdirilməyi məqsədil ə çıxışına qanunsuz məhdudiyyət qoyulmuş və polis idarəsinə gətirilmişdir. Bu qanunsuzluqla bağlı Suraxanı rayon prokurorunun qəbulunda olmuş, prokuror bu qanunsuzluğun qarşısını alacağını bildirərək Cavabdeh yanında müstəntiq Aqil Qasımova zəng edərək səhərisi gün materialın gətirilməsini tapşırmış, lakin A.Qasımov tərəfindən tez-tələsik cinayət işi başlanmış və həmin gün cinayət işi Binəqədi RPİ-nə göndərilmişdir. Binəqədi RPİ-də araşdırma aparılaraq şikayətdə göstərilənlərin həqiqət olmadığı müəyyən edilərək həmin cinayt işinə bəraətverici əsaslarla xitam verilmişdir. Ona görə Bakı Apellyasiya məhkəməsinin 2(103)-1 1336/2019 №li, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia ərizəsinin təmin edilməməsi, onun qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qərar qə bul edilməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Tərəflər bir-birinə qarşı pul tələbi irəli sürmüşlər. Məhkəmə kollegiyası ilk növbədə ilk iddia tələbi ilə bağlı Apelyasiya instansiyası Məhkəməsinin gəldiyi qənaəti dəyərləndirməyi zəruri hesab edir. İddiaçı iddia tələbini belə əsaslandırır ki, cavabdeh Dubay şəhərində ona məxsus olan mağazada satıcı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etmiş (mülki işin 4-cü səhifəsi, iddia ərizəsinin 2-ci abzası), buna görə cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200.000 Dirhəm pul götürməsini etiraf etmişdir. Ona görə həmin pulun qaytarılmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə Mülki Məcəllənin 385.1 və 739.1 maddələrini tətbiq edərək ilk iddianı təmin etmişdir. Məhkəmənin qə naəti ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı qarşısında həmin məbləğdə pulun qaytarılması öhdəliyi yaranmışdır. Məhkəmə borc münasibətlərini nizama salan maddi hüquq normasını tətbiq etməklə belə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləridir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya instansiyası Məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Əvvəla, Mülki Məcəllənin 14-cü maddəsində mülki hüquqlar və vəzifələrin əmələ gəlmə əsasları sadalanmışdır. Bunlar, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüqu qların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisələr aid edilir. Mülki Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi mülki qanunvericilik bir şəxsin (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasının əsaslarını konkretləşdirmişdir. Hazırkı işdə apelyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət ondan ibarətdir ki, cavabdeh iddiaçıdan borc alıb və onu qaytarmalıdır. Belə qənaət ondan hasil olur ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə MM-nin 739.1. maddəsini tətbiq etmişdir. Həmin normaya görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apelyasiya Məhkəməsi belə qənaətə gəlmək üçün ilk növbədə iddiaçının istinad etdiy i, yeganə sübut olan, ingilis və ərəb dilində yazılmış qəbzin borc müqaviləsi, və yaxud borcun etirafı barədə müqavilə olmasını aydınlaşdırmalı idi. Hansıki, qətnamədə belə bir dəyərləndirmə yoxdur. Həmin qəbzin təsdiq edilmiş tərcüməsində qeyd olunur ki, “Cavabdeh 200 000 dirhəm pul götürərkən səhv etmişəm. X11 şirkətində işləyirəm, bu pullar xanım İddiaçı üçün nəzərdə tutulmuşdur. Bununla mən burada qeyd edilən tarixdən etibarən iki gün ərzində pulları geri qaytaracağıma söz verirəm”. Həmin qəbz ən yaxşı halda iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi mağazada əmələ gəlmiş əskikliyin etirafı (deliktin etirafı) ola bilər. Çünki qeyd olunan qəbz yazılanda iddiaçının cavabdehə borca pul verməsi faktının mövcud olmaması hər iki tərəfin təsdiq etdiyi haldır. Konkret vəziyyətdə borcu n etirafından söhbət gedə bilər ki, həmin münasibətləri nizama salan maddi hüquq normaları isə fərqlidir. Beləki, Mülki Məcəllənin 882.1. maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 740.2. maddəsinə əsasən (xx xxx 2016-cı il tarixli qanunla edilmiş dəyişikliklər) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğind ən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşə baxan Apelyasiya Məhkəməsi tərtib olunmuş qəbzin yuxarıda qeyd olunan əqdlərdən (borc müqaviləsi və yaxud mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) hansına aid olmasına aydınlıq gətirmədən tələbin qanuni əsasını düzgün seçə bilməzdi. Tərtib olunmuş iltizamın mövcud borcun etirafı haqqında mücərrəd müqavilə olması ilə bağlı yuxarıda qeyd olunan zəruri hallardan başqa digər hallara da qiymət verilməli idi. Beləki, Mülki Məcəllənin 882.2. maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Hazırkı işdə borcun əvvəllər mövcud olmuş hansısa başlıca əqddən irəli gəlməsi halı yoxdur. İddiaçı cavabdehin həmin iltizamı onun mağazasından oğurluq etdiyi üçün yazmasını bildirir, cavabdeh isə həmin iltizamı ona göstərilən təsir nəticəsində yazdığın israr edir. Mülki Məcəllənin 882.5. maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, borcun etirafı hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunduqda da həmin normanın tətbiqi mümkündür. Lakin, konkret işdə belə hesablaşma və razılaşma barədə sübutlar təqdim edilmədiyindən qeyd olunan normanın tətbiqində də problemlər yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə iddiaçının tələbin əsası kimi irəli sürdüyü maddi hüquq norm alarından asılı deyil və hər bir halda tələbin qanuni əsasını tapmaqda haqlıdır. İddiaçının deməsinə görə onun tələbinin qanuni əsası deliktdən irəli gələn maddi hüquq normaları çıxış edə bilərdi. Çünki iddiaçı tələbini belə əsaslandırır ki, cavabdeh Dubay şəhərində ona məxsus olan mağazada satıcı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqq-hesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etmiş (mülki işin 4-cü səhifəsi, idddia ərizəsinin 2-ci abzası), buna görə cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200.000 Dirhəm pul götürməsini etiraf etmişdir. Lakin Apelyasiya Məhkəməsi qeyd olunan fakta və digər faktlarla bağlı başlanmış cinayət işi üzrə qəbul edilmiş qərarlarla müəyyən edilmiş hallara qiymət verməmiş, bununla bağlı qiymətləndirmə aparmamışdır. Mülki işin 12-17-ci səhi fələrində olan cinayət işinin istintaq icraatına xitam verilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, ilk iddiaçının oğlu Natiq Hüseynovun və Çingiz adlı digər şəxsin şikayəti əsasında onlara qarşı dələduzluq edilməsi faktı əsasında cinayət işi başlanaraq istintaq aparılmışdır. Ərizəçilər onların Gülnarəyə vermək üçün Cavabdeh verdikləri pulun (əşyaların) aldadılaraq cavabdeh tərəfindən mənimsənilməsini və dələduzluq edilməsini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmin fakt üzrə cinayət işi istinaq olunarkən İddiaçı da işə qoşularaq cavabdehin ona qarşı da dələduzluq etməsini, Dubayda onun mağazasında işlədiyi müddət ərzində 200.000 ABŞ dolları pulunu ələ keçirməsini, 200.000 Dirhəm pulunu seyfdən götürməsini bildirmiş və həmin faktlar da araşdırılm ışdır. Cinayət işinin yekunu olaraq qəbul edilmiş yuxarıda qeyd olunan qərarda Cavabdeh qıznın digər şikayətçilərdən pul alaraq dədəduzluq etməsi, İddiaçı mağazasından 200.000 ABŞ dolları pulunu ələ keçirməsi təsdiq olunmadığından cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmişdir. Hansıki, iddiaçı iddia ərizəsində qeyd edirdi ki, cavabdeh Dubay şəhərində ona məxsus olan mağazada satıcı işləmiş və 2017-ci ilin dekabr ayında mağazada haqqhesab edərkən külli miqdarda pulun çatışmadığını aşkar etdikdən sonra cavabdeh qəbz yazaraq ona məxsus seyfdən 200.000 Dirhəm pul götürməsini etiraf etmişdir. Yəni, mənimsənilən məbləğin elə həmin 200.000 Dirhəm olmasına istinad etmişdir. Cinayət işində keçən 200.000 ABŞ dolları (hansıki təsdiqini tapmadı) ilə seyfdən götürülməsi israr olunan 200.000 Dirhəm pulun fərqli pullar olmasına dair heç bir məlumat yoxdur. Eyni zamanda işdə olan (mülki iş səhifə 69-74) materiallardan görünür ki, cavabdehin dediyi kimi Gülnarə onun sənədlərini aldıqdan sonra Cavabdeh Dubya İbtidai Mülki Məhkəməyə iddia ilə müraciət edərək İddiaçı onun sənədlərini qaytarmadığını iddia etmiş və həmin məhkəmənin qərarı ilə sənədlərin cavabdeh İddiaçı alınaraq Cavabdeh qaytarılması qərara alınmışdır. Həmin qərar icra olunması üçün X12 göndərilmişdir. Həmin iddiaya baxanda İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı heç bir iddia irəli sürməmişdir. Hansıki, həmin vaxt Cavabdeh 200.000 Dirhəmlə bağlı iddiaçıya iltizam vermişdi. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı yuxarıda qeyd olunan dəyərləndirməni nəzərə alaraq belə hesab edir ki, Apelyasiya inst ansiyası Məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi deliktdən irəli gələn öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarının tətbiqi imkanlarını araşdırmalı və bunun üçün həmin hadisənin baş verib-verməməsi ilə bağlı mövcud sübutlar əsasında (iş materiallarında olan yuxarıda qeyd olunan sübutlara və hüquqi faktlara qiymət verməklə) hüquqi dəyərləndirmə aparmaqla yekun nəticəyə gəlməli idi. Hansıki, cavabdeh dəfələrlə etirazlarında məhz həmin hallara istinad edərək faktlara qiymət verlməsini xahiş etmişdir. Şərh olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya instansiyası Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apelyasiya Məhkəməsi ilk iddia tələbinə aid hissədə maddi hüquq normasını düzgün tətbiq etmədiyi üçün kassasiya şikayəti həmin hissədə əsaslı hesab olunmalıdır. Kassasiya şikayətinin qarşılıqlı iddia tələbinə aid hissəsi ilə bağlı: Məhkəmə kollegiyası mübahisənin həmin hissəsi ilə bağlı Apelyasiya instansiyası Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşə baxan məhkə mə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsinə dair prosessual qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, cavabdeh qarşılıqlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh kassasiya şikayətində həmin halla bağlı fərqli qənaətə gəlmək üçün tutarlı hüquqi dəlillər irəli sürmədiyindən şikayət həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmi n olunan hissəsində ləğv edilərək yenidən baxılması üçün göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin olunan hissəsində ləğv edilsin. Mülki iş həmin hissədə yeni məhkəmə baxışına göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar