Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1998/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: idman mərc oyunundan yaranan uduş məbləğinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı idman mərc oyunundan yaranan idman mərc oyunundan yaranan uduş məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh "xxxx" QSC-nin nizamnaməsinə əsasən (əvvəlki adı "xxxx" QSC), onun əsas fəaliyyəti, həmçinin, Azərbaycan Respublikasında mərc və digər oxşar bəxt oyunlarının təşkili, keçirilməsi, idarə olunması və inkişaf etdirilməsidir.
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 02 mart 2015-ci il tarixli XXX nömrəli qərarı ilə cavabdehin bu sahədə akkreditasiyası 10 il müddətə uzadılmışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə “XXX” (cavabdeh mərc oyunlarında “XXX” əmtəə adı ilə iştirak edir) idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) cavabdeh tərəfindən verilmiş kuponları əldə etmiş, qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur.
4. İddiaçı 20 may 2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq entmişdir (xəbərdarlıq 20 may 2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur).
5. Cavabdehin 10 may 2022-ci il tarixli XXX nömrəli əmrinə əsasən - xx.xx.2022- ci il X6, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınmış, oyunla bağlı şüb hələrə dair İsveç Futbol Federasiyasına müraciət edilməsi, təxirə salınmış uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilməsi və s. qərara alınmışdır.
6. Cavabdehin 08 iyun 2022-ci il tarixli, XXX nömrəli əmri ilə xx.xx.2022-ci il X6, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə ləğv edilmiş, ləğv edilmiş uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilmişdir.
7. Cavabdeh uduşun verilməsindən imtinanın qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli XXX nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsaslanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 76.875 manat uduş məbləğinin, 3.000 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun, cəmi 83.213 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2022-ci il tarixdə müxtəlif saatlarda “XXX” idman mərc oyununda hər biri 500 manat olmaqla 38 dəfə mərc edərək kupon əldə etmiş, əldə olunmuş kuponlar üzrə həmin mərcləri qazanmışdır. Kuponları nağdlaşdırmaq məqsədilə “XXX” məntəqələrinə ya xınlaşdıqda kuponların uduşlu olduğunu, lakin baş ofisə yaxınlaşmalı olduğu bildirilmişdir. İddiaçı dəfələrlə qaynar xətt nömrəsi ilə əlaqə saxlamış və "xxxx" QSC-nin baş ofisinə müraciət etmiş, lakin bu günə kimi heç bir nəticə verməmiş və hər dəfəsində müxtəlif bəhanələrlə əliboş yola salınmışdır. Kuponlar üzrə vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləği qazanmışdır. xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmişdir, lakin bu günə kimi uduş məbləği ödənilmir. Bundan əlavə, cavabdeh 25 gündən artıq müddətdə uduş məbləğini ödəməməklə iddiaçıya maddi və mənəvi ziyan vurur. Belə ki, udulmuş məbləğin 19.000 manatı şəxsin şəxsi pullarıdır ki həmin məbləği şəxs bu müddət ərzində istifadə edərək müəyyən miqdarda gəlir edə bilərdi və əlavə olaraq cavabdehdən pulun alınması üçü n 300 manat miqdarında vəsait hüquqi xidmətlər üçün və 321 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa, 25 gündən artıqdır ki, uduş məbləğini verməməklə iddiaçını stresdə saxlayır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4221/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli) iddia rədd olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin faktiki hallarından göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehin “XXX” əmtəə adı ilə təşkil etdiyi idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) müvafiq kuponlar əldə etməsi və orada qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclərin uduşlu olması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh müvafiq uduş məbləğini ödəməkdən imtina edərkən - mərc edilən futbol oyunlarından birinin (FK İFK Osteraakers vs İF Kungsangens) nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin o lmasına əsaslanmış, sübut kimi İsveç Futbol Federasiyasına müraciət olunmasını və cavabdeh məktublarında (Kungsangens İf son 2 il ərzində Sportrader tərəfindən nəzərdən keçirilmiş 4 matçda oynadığına görə artıq diqqət çəkməsi, Kungsangen həmin 4 matçın hamısında manilpulyasiyaya cəlb olunması, hazırda Division 2 Norra Svealand danışılmış oyun şübhəsi ilə bağlı araşdırma aparılması, Kungsangens İf əvvəllər araşdırdıqları şübhəli matçlarda oynaması, bu matçların əsasən 2021-ci il mövsümündə oynanılması və hələ də araşdırmaların davam etməsi, İsveç polisinə bu barədə məlumat verilməsi) əks olunmuş məlumatları təqdim etmişdir. Qanunvericiliyin tələblərinə əsasən - bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şüb hələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər (bax: 26-cı bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi yuxarıda qeyd edilən məlumatlar qanunvericiliyin qeyd edilən tələbləri baxımından mübahisəli mərcdə göstərilən oyunun etibarlılığını şübhə altına alan məlumatlar (sübutlar) kimi qəbul edilə bilər (iddiaçı tərəf qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir). İddiaçı tərəf oyunla bağlı cavabdehin təqdim etdiyi həmin məlumatların yalnız ilkin araşdırma mərhələsini əks etdirməsini, yekun nəticə olmamasını, mübahisəli oyunun nəticələrinin ləğv olunması ilə bağlı hər hansı sübutun təqdim olunmamasını, eyni zamanda UEFA-nın da həmin oyun la bağlı qərarının (açıqlamasının) olmamasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, hazırki mübahisə hər hansı futbol oyununun nəticələrinin etibarlılığının mahiyyəti üzrə araşdırılmasına deyil (bu məsələ hər bir halda mülki qaydada yoxlanıla bilməz. Bununla bağlı müvafiq beynəlxalq prosedur qaydalar mövcuddur), mərclə bağlı mübahisənin həllinə yönəlmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mərc sahəsində qüvvədə olan milli qanunvericilik bu kimi mübahisələrin həllini (yəni mərc edilmiş oyunların nəticələrini) yekun qəti qərara bağlamamışdır. Dolayısı ilə hazırki mübahisənin həlli istiqamətində mərc edilmiş oyunla bağlı UEFA-nın və ya digər orqanının da yekun rəsmi qərarının qəbuluna hər hansı zərurət yoxdur. Qaydaların qeyd edilən normasının dispozitiv şərtlərinin mö vcudluğu kifayətdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mütəxəssis rəyində göstərilənlərlə (oyunun nəticəsinin saxtalılığı və s. bu kimi halların UEFA-nın araşdırma predmetinin olması, dövlətdaxili qanunvericilikdən asılı olmaması və s.) də razılaşmayaraq, onların hazırki mübahisənin həlli üçün qanuni və əsaslı saymır. İddiaçı tərəf apellyasiya baxışı zamanı əlavə sübutlar (kuponlar, oyun nəticələri və s.) təqdim edərək, iddiaçının eyni mərci digər milli operator olan “XXX”də də oynadığını, sonuncunun uduş məbləğini ödəməsini göstərmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmay an səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci mad). Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə qeyd edilən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutların apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir.”
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli XXX nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü bəndinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİR AZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, İsveç Futbol Federasiyası üzrə oyun nəticəsi qələbə üzrə 3 xalla ilə qiymətləndirilir. Həmin oyunun nəticəsi üzrə qalib gəlmiş futbol klubunun 3 xal qazanması və əmsalına əlavə edilməsinə dair sübut Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman həmin oyun üzrə keçirilmiş futbol liqası yekunlaşmış və mübahisə predmeti olan futbol oyunu üzrə qalib gəlmiş klubun xal əmsalı əlavə edilmiş, futbol oyunu isə mübahisələndirilməmişdir. A zərbaycan Respublikası ərazisində “XXX” loqosu altında fəaliyyət göstərən digər idman mərc oyunlarının təşkili sahəsində fəaliyyət göstərən şirkət tərəfindən eyni oyunla bağlı iddiaçının oynadığı mərcin nəticəsinin mübahisləndirilmədiyi və uduşun növbəti gün iddiaçıya təqdim edildiyinə dair sübut məhkəməyə təqdim edilmişdir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman mərc kuponlarında X3 aid ikinci oyuna da mərc edilməsinə toxunulmamışdır. Əgər mübahisənin predmeti olan X7 2-ci dəstəsinin oyunu iddiaçıya məlum olmuşdursa, həmin kuponun əlavə X3 aid oyunların əlavə edilib, uduşu riskə alınması məntiqli deyildir. Həmçinin, işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdeh İsveç Futbol Federasiyasının məktubunu məhkəməyə təq dim edərək, oyunun nəticəsi barədə şübhəli məqamlar olduğunu, bunun üçün polisə müraciət ediləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən həmin məktub əsas götürülərək qətnamə çıxarılmışdır. Təxminən 5 ay sonra Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman hakim tərəfindən cavabdehə müraciət edilərək, polisə edilmiş müraciətin nəticəsi barədə məlumatların, ümumiyyətlə hüquqi vəziyyət barədə sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Cavabdeh bu barədə məlumatlarının olmadığını, bununla bağlı yenidən İsveç Futbol Federasiyasına müraciət etdiklərini, lakin müraciətə cavab verilmədiyini bildirilmişdir. Hansı ki, məhkəməyə təqdim edilmiş məktubun məzmunundan görünür ki, polisə müraciət edilməmiş, gələcəkdə müraciət ediləcəyi barədə qeyd edilmişd ir. Lakin, məktubun məzmununa əks olaraq, iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, oyunun nəticəsi həmin futbol federasiyası tərəfindən ləğv edilməmiş, cari 2021-2022-ci il futbol liqası yekunlaşmış və oyunun nəticəsi etibarlı hesab edilmişdir. Belə olan halda, həmin məktubun iş üçün sübut perspektivi mümkün olmamışdır. Yəni, İsveç Futbol Federasiyası tərəfindən təqdim edilmiş məktub hüquqi müəyyənlik prinsipinin aşkar edilməsi üçün əhəmiyyətli ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eyni olmuş, etirazla şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların i nzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
149. Normativ hüquqi aktlar V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. 19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə
2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi Maddə 2.5. Azərbay can Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir; Maddə 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir; Maddə 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; Maddə 14.
2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər v urulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştir akçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir; Maddə 1084. Lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə tələblərin istisna edilməsi Lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli XXX nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”: Bənd 4.2. Satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir; Bənd 4.4. Uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) b ank günü ərzində iştirakçıya ödənilir; Bənd 4.5. Uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 (on iki) ay ərzində saxlanılır; Bənd 4.14. Bir biletdə maksimum 2500 (iki min beş yüz) sütun oynanıla bilər. Bir sütunun qiyməti 1 (bir) manatdır. İştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 250000 (iki yüz əlli min) manat olaraq müəyyənləşdirilir və uduş bu məbləğlə məhdudlaşdırılır. Bir bilet üzrə uduş məbləği 250000 (ik i yüz əlli min) manatdan artıq olarsa, iştirakçıya bu məbləğdən artıq olan hissə ödənilməyəcəkdir; Bənd 5.1. Mərc oyunları Operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri vardır: 5.1.3. mərc biletləri ilə bağlı uduşların ödənilməsini təmin etmək; Bənd 5.13. Bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsa sı kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun qərarları: “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olma malıdır.“ “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məh kəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrini n qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə ir əli sürülən dəlillər üzrə tam yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddianın rədd edilməsində yalnız bir əsasa - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli XXX nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü bəndinə istinad etmişdir. Həmi n normaya görə, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan əsası ilə razılaşmır.
32. İlk olaraq, işin mübahisəsiz halıdır ki, tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh iddiaçı qarşısında belə bir öhdəliynin mövcudluğunu mübahisə etmir, sadəcə həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativ-hüquqi aktdan irəli gəldiyinə istinad edərək, uduşun iddiaçıya ödənilməsindən imtina edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının idman mərc oyunları üzrə cavabdehlə bağladığı mülki hüquqi müqaviləyə əsaslanan uduşun ona ödənilməsini tələb etmək hüququ Mülki Məcəllə ilə qorunan və təminat altına alınan mülki hüquqlara aiddir və Mülki Məcəllənin 6.3-cü maddəsi ilə (bu Qərarın 21-ci bəndi) tənzimlənən mülki qanunvericiliyin prinsiplərindən biri kimi mülki hüquqların yalnız qanunla məhdudlaşdırıla biləcəyi məzmunlu imperativ qaydası bu hüquqları da özünün qoruma sferasına daxil edir. Başqa ifadə ilə, normativ-hüquqi aktların iyerarxiyasında Konsti tusiya və referendumla qəbul edilmiş aktlardan sonra bərqərar olan qanunvericilik aktı kimi qanunun norması (Mülki Məcəllənin 6.3-cü maddəsi) ilə təsbit edilmişdir ki, mülki hüquqların məhdudlaşdırılması yalnız iki şərt biraraya gəldikdə mümkün ola bilər: 1) məhdudlaşdırma dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olmalıdır; 2) hüquqlar qanunla məhdudlaşdırılmalıdır.
34. Lakin işdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə gəlinən nəticənin qanuni əsası kimi qəbul edilən normativ-hüquqi akt Nazirlər Kabinetinin qərarıdır, yəni qanun deyil, üstəlik, həmin hüquqi aktda mülki hüquqların məhdudlaşdırılmasının dövlə t və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir.
35. Belə olan halda, mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyyətin mövcudluğu şübhəsizdir və bu hal məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəyyən edilən qaydada aradan qaldırılmalı idi (bu Qərarın 18 və 19-cu bəndləri).
36. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan v ə vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqume ntləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X2rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
37. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna i nam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
38. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
39. Apellyasiya və kassasiya şikayətlərində iddianın 3.000 manat maddi ziyan və 3.000 manat mənəvi ziyan tələbləri mübahisə edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
40. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində 76.875 manat uduş məbləğinin ödənilməsi hissədə yenidən baxılarkən bu Qərarın 30-35-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.