Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdehlər: “xxxx” ASC, Azərbaycan Respublikası Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İddia tələbi: səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi və səhmlərə sahibliyin ləğv edilməsi Açar sözlər: əqdin etibarsızlığı, maraqlarına toxunan şəxsin işə cəlb edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun və kili X2, İddiaçının nümayəndəsi X11, vəkili Vəkil2, Cavabdeh1, vəkili Vəkil3, Təqdimatla bağlı müraciət edən şəxsin vəkili Vəkil4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Dövlət Əmlak Komitəsinin xx xxxxxxx 1997-ci il tarixli sərəncamı ilə Bakı xxxx Kombinatının bazasında əsas fəaliyyəti parça istehsalı və satışı olan “xxxx” ATSC yaradılmaqla, xx xxxxxx 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. “xxxx” ATSC-nin nizamnamə kapitalı ******* ədəd səhmdən ibar ət olmuşdur. 14-xx xxxxxx 1997-ci ildə Cəmiyyətin 731077 ədəd səhmi, 21 yanvar - x xxxxxx 1998-ci ildə 202461 ədəd səhmi çek auksionunda satışa çıxarılmış, həmin auksionlarda ümumilikdə 852150 səhmi əldə etməklə qalib Cavabdeh1 olmuş və xx xxxxxx 2014-cü ildə sonuncu həmin səhmləri Cavabdeh2 satmışdır. “xxxx” ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi xx xxxxx 2015-ci il tarixdə X1 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla bərabər, Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli səhmlərin sertifikatında İddiaçı ASC-nin “xxxx” ATSC-nin 852.600 ədəd səhminin sahibi olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “xxxx” ASC-nin 852.600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə onun mülkiyyət hüququnun tanınması, “xxxx” ASC-nin səhmdarlarının xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “xxxx” ASC-nin səhmlərinin satılması ilə bağlı Dövlət Əmlak Komitəsi tərəfindən keçirilən çek hərraclarında iştirak etməklə, həmin səhmlərin 852.600 ədədini (64,1 %) almış, “Mülk” Cavabdeh3 tərəfindən xx xxxxxx 1999-cu il t arixdə həmin səhmlərin sertifikatı verilmişdir. Həmin səhmlərin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanunsuz olmuş, bununla da iddiaçı ASC-nin mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2016 nömrəli iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən səhmlərin onun tərəfindən alınmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi sertifikata gəldikdə isə, həmin sertifkat müvafiq qaydada qeydiyyata alınmamış, yəni səhmlərin əldə edilməsinə dair dövlət reyestrində belə bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyek tiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2017 nömrəli iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyası iş üzrə müəyyən edilmiş faktlarla bağlı xüsusi qərardad çıxararaq Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə xx.xx.1999-cu il tarixdə AA000327 saylı “Səhmlərin Sertifikatı”nın verilməsində, eləcə də Cavabdeh1 “xxxx” ASC-nin 852.150 ədəd səhminin satın alınmasına və sonradan satmasına dair aparılmış əməliyyatlarda cinayət əməllərinə yol verilib-verilmədiyinin araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Bakı şəhər Prokurorluğuna göndərilməsini qərara almışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev, A.K.Kalbalıyev, V.Ə.İbayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi xx.xx.1999-cu il tarixli sertifikatda göstərilən 852.600 səhm üzərində iddiaçının hüquqları qiymətli kağızların reyestrində qeydə alınmadığı üçün so nuncunun həmin səhmlərə mülkiyyət hüququ yaranmadığı barədə nəticəyə gələrkən, Cavabdeh3 mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Əsasnaməsində qiymətli kağızların reyestrinin aparılması Cavabdeh3 vəzifəsi kimi təsbit edilməsini nəzərə almamış, işə məhkəmə baxışlarında izahat verən Cavabdeh1 adı çəkilən çek auksionlarında iştirak etmədiyini, “xxxx” ATSC-nin səhmlərini almadığını və həmin səhmləri hər hansı bir şəxsə satmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8415/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, “xx xx” Açıq Səhmdar Cəmiyyətinin 852.600 ədəd səhminə İddiaçı ASC-nin mülkiyyət hüququnun tanınması, “xxxx” ASC-nin səhmdarlarının xx xxxxxx 2015-ci il tarixli və xx xxxxx 2015-ci il tarixli qərarları və həmin qərarların yaratdığı məticələrin, habelə Azərbaycan Respublikasının Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin iddiası əsasında məhkəmə tərəfindən ai diyyəti qurumlara göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, iddiaçının “xxxx” ASC-nin səhmlərini alması barədə hər hansı məlumat aşkar edilməmişdir. Səhmdarların reyestrini aparan aidiyyəti dövlət qurumu tərəfindən də bu barədə hər hansı qeydiyyatın olmadığı bildirilmişdir ki, bu da iddiaçı tərəfindən təqdim edilən sertifikatın həqiqi və qanuni olmasını şübhə altına alır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2016cı il tarixli qərarı ilə də İddiaçı ASC-nin “xxxx” ASC-nin səhmdarı olmasını təsdiq edən heç bir mötəbər sübut olmadığından İddiaçı ASC-nin səhmdar kimi iddia qaldırmağa subyektiv hüququnun olmaması təsdiq edilmişdir. Məhkəmə kollegiyası iclasında kassatorun və təqdimatla bağlı müraciət edən şəxsin vəkilləri kassasiya şikayətini müd afiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi, cavabdeh və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ASC cavabdeh “xxxx” ASC-nin səhmlərinin satışa çıxarıldığı 14-xx xxxxxx 1997-ci il və 21 yanvar - x xxxxxx 1998-ci il tarixli hərraclarda 852.600 (64.1%) səhmi aldığını, buna görə ona Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarix li səhmlərin sertifikatı adlı sənəd verildiyini, lakin qiymətli kağızların reyestrində həmin səhmlərin qanunsuz olaraq Cavabdeh1 oğunun adına qeydə alındığını və həmin səhmlərin xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh2 qanunsuz olaraq satıldığını bildirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə görə 14-xx xxxxxx 1997-ci il tarixli və 21 yanvar – xx xxxxxx 1998-ci il tarixli hərraclarda Cavabdeh1 ümumilikdə 852150 səhmi əldə etməklə qalib olmuşdur. Bundan sonra Cavabdeh1 xx xxxxxx 2014-cü ildə həmin səhmləri Cavabdeh2 satmışdır. İddiaçı hazırda Cavabdeh2 “xxxx” ASC-nin 852 600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsini, həmin səhmlərə özünün mülkiyyət hüququnun tanınmasını, “xxxx” ASC-nin səhm darlarının xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsini, Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin etibarsız hesab olunmasını tələb edir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi qərarda qeyd edilən halın aydınlaşdırılmasının işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsi və qanunvericiliyə əsasən kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərinin məcburiliyini nəzərə alan məhkəmə tərəfindən işin düzgün həlli istiqamətində lazımi hərəkətlər edilmiş, “xxxx” ASC-nin səhmlərinin satılması ilə bağlı ilkin hərrac protokollarının götürülməsi üçün Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, “xxxx” ASC-nin 50%-dən çox səhm payına malik olan (majoritar səhmdar) səhmdarlarla bağlanmış əqdlərin götürülməsi üçün Azərbaycan Respublikası Cavabdeh3nə, “xxxx” ASC-yə məxsus daşınmaz əmlaklar barədə çıxarışların və Cəmiyyətə məxsus daşınmaz əmlakların alğı-satqısına dair əqdlərin götürülməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “xxxx” ASCnin 25.112014- cü il tarixdən sonrakı dövrə aid səhmdarlarının reyestrinin götürülməsi üçün “xxxx" ASC-nin özünə, habelə “xxxx” ASC-nin qeydiyyata alındığı xx.xx.1998-ci il tarixdən etibarən Cəmiyyətin Nizamnaməsinin və ona edilmiş bütün əlavə və dəyişikliklərin, eləcə də qanuni təmsilçilər barədə məlumatların götürülməsi üçün A zərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyati İdarəsinə müvafiq sorğular göndərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəmə sorğusuna xx.xx.2019-cu il tarixli **********571900 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, idarədə olan reyestrə əsasən “xxxx” ASC-nin (VÖEN **********) qanuni təmsilçisi X6r. Cəmiyyətin nizamnamə kapitalının miqdarı 2.658.462 manat, hər birinin nominal dəyəri 2000 manat olmaqla 1.329.231 ədəd adi adlı sənədsiz səhmlərdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğus una verdiyi xx.xx.2019-cu il tarixli **********45 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa” əsasən “xxxx” ASC-nin adına xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Köndələn küçəsi, 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə qeyri-yaşayış təyinatı ilə istifadə hüququ ilə qeydə alınmışdır. Həmin əmlakla bağlı ASC ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” əsasında əmlak Asəf Məmmədova satılmış və həmin müqavilə əsasında Asəf Məmmədovun adına RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli müvafiq “Çıxarış” verilmişdir. Azərbaycan Respublikasının Cavab deh3 məhkəmə sorğusuna verdiyi xx.xx.2019cu il tarixli 01/04-779 nömrəli cavab məktubu və ona əlavə edilmiş müqavilələrdən müəyyən edilmişdir ki, “xxxx” ASC-nin 50%-dən çox səhm payına malik olan majoritar səhmdar Cavabdeh5 ayrı-ayrı vaxtlarda digər səhmdarlarla “Qiymətli kağızlarla alğı-satqı haqqında müqavilələr” bağlamış, X14 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 120 ədəd, X7 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 600 ədəd, X3 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 600 ədəd, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixil bağlanmış müqaviləyə əsasən 51.655 ədəd, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 1.234.406 ədəd səhm, ümumilikdə 1.287.381 ədəd səhm Cavabdeh5 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2019-cu il tarixli **********73 saylı cavab məktubunda müvafiq sənədlərin Komitənin məhkəmə işində iştirak edəcək nümayəndəsi vasitəsilə təqdim ediləcəyi bildirilsə də, məhkəmə iclasında iştirak edən nümayəndəsi hər hansı sənəd təqdim etməmiş və səhmlərin satılmadığını bildirmişdir. Apellyasiya məhkəməsi həmin hərraclarla bağlı qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının keçirilmiş hərraclarda iştirak etməməsini, onunla belə müqavilənin bağlanmamasını, əksinə sözügedən çek auksionlarında Cavabdeh1 iştirak etdiyini bildirərək onunla bağlanmış alqı-satqı müqaviləsini təqdim etsə də, Cavabdeh1 məhkəmə verdiyi izahatlarda təqdim edilmiş müqavilədə göstəril ən səhmləri almadığını, ümumiyətlə çek auksionlarında iştirak etmədiyini bildirmişdir. Beləliklə, işdə olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, “xxxx” ATSC-nin səhmlərinin satılması ilə bağlı Dövlət Əmlak Komitəsi tərəfindən keçirilən çek hərraclarında iştirak etmiş və “xxxx” ASC-nin 852.600 ədəd səhmlərini almışdır. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş 012 saylı (14-xx xxxxxx 1997-ci il tarixli) ixtisaslaşdırılmış çek auksionu komissiyasının 012/40 saylı yekun protokolu və 016 saylı (21 yanvar-xx xxxxxx 1998-ci il tarixli) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının 016/45 saylı yekun protokolu ilə keçirilmiş hərracların nəticələri müəyyənləşdirilmişdir. Hərracların nəticələrinə görə iddiaçının hərraclarda iştirak etməklə 852.000 ədəd səhmləri alması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İddiaçının etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-xx xxxxxx 1997-ci il tarixli və 21 yanvar – xx xxxxxx 1998-ci il tarixli hərracların yekunlarına dair nəticələrə əsaslanır. Halbuki, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı ilə bağlı ümumiyyətlə tələb irəli sürməmiş dir. Lakin, apellyasiya məhkəməsi işin qeyd olunan halına hərracların nəticələrini müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə qiymət vermədən keçirilmiş hərraclar qüvvədə olduğu halda, onun nəticələri əsasında aparılmış hərəkətlərin etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Digər tərəfdən, “xxxx” ASC-nin səhmdarlarının xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarları əsasında ASC-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi xx xxxxx 2015-ci il tarixdə X1 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya məhkəməsi həmin qərarların və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi ilə bağlı mübahisəyə dair işə baxılması zamanı X4 maraqlarına toxunan məsələnin h əll edilməsinə baxmayaraq o, işə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Mülki Prosessual Məcəllənin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadlarının ləğv edilməsi əsaslarını müəyyən edən 418-ci maddəsinin tələblərinə görə məhkəmənin işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qəbul etdiyi qətnamə və ya qərardad şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2/2021
24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver