Məhkəmə qərarları › İş №2(102)-2/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2/2024

16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası; İddiaçı1, İddiaçı2 və Cavabdeh ASC-nin ilkin və qarşılıqlı iddialarına bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, müqavilənin ləğvi, şəraitin dəyişməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərki bdə, X1 qızının katibliyi ilə, İddiaçı2 vəkili Nümayəndə3, LPO Cavabdeh ASC-nin vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMCnin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və LPO Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə; iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair ilkin, cavabdeh LPO Cavabdeh ASC-nin iddiaçılara qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borclarının ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4919/2020 nömrəli iş üzrə 2020-ci il 9 oktyabr tarixli qətnaməsindən cav abdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və LPO Cavabdeh ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank, hal-hazırda ləğv prosesindədir, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 15.000.000, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 14.000.000 manat kredit verilmiş, kreditlərin xx.xx.2016-cı il tarixədək qaytarılması şərtləşdirilmişdir. 2. xx.xx.2013-cü il tarixdə qeyd edilən kredit müqavilələrinin təminatı olaraq Mərkəzi Bank, İddiaçı1 və Bank ar asında sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilə əsasında İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 55 saylı evin, 64 saylı mənzili Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 3. xx.xx.2013-cü il tarixdə Mərkəzi Bank, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC və Bank arasında da ayrı-ayrılıqda yuxarıda qeyd edilən sonrakı ipoteka müqaviləsi ilə eyni məzmunda olan müqavilələr bağlanmış və ipotekaqoyanlara məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4.011,8 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 500,7 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi, Bakı şəhəri, Xətai rayonu, 2345-ci məhəllə, Babək pr. 100 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yana caq doldurma məntəqəsi), Abşeron rayonu, Novxanı kəndində 1,1225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7.381,9 kv.m olan əmlak kompleksi kimi müəssisə, ünvan 5 ünvanında 0,12211 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3.137,7 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası, ünvan 6 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 628.92 kv.m olan 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və ünvan 7 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 631.88 kv.m olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 4. xx.xx.2013-cü il tarixdə bir tərəfdən Bank, digər tərəfdən borcalan qismində İddiaçı2 arasında imzalandığı qeyd olunan kredit müqaviləsində Bankın borcalana illik 6 faizlə, vaxtı keçmiş kredit faizi 14 faiz olmaq la, xx.xx.2016-cə il tarixədək qaytarmaq şərti ilə, təminatsız 15.000.000 manat məbləğində kredit verdiyi əksini tapmışdır. 5. xx.xx.2013-cü il tarixdə bir tərəfdən Bank, digər tərəfdən borcalan qismində İddiaçı1 arasında imzalandığı qeyd olunan kredit müqaviləsində Bankın borcalana illik 6 faizlə, vaxtı keçmiş kredit faizi 14 faiz olmaqla, xx.xx.2016-cə il tarixədək qaytarmaq şərti ilə, təminatsız 14.000.000 manat məbləğində kredit verdiyi əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə a.1. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMC (bundan sonra birlikdə qeyd edildikdə - iddiaçılar) cavabdehlər Mərkəzi Bank və Banka qarşı iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Bakı şəhər i Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzi Bank ilə iddiaçılar və Cavabdeh ASC arasında ayrı-ayrılıqda bağlanmış “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi, həmin müqavilələrə əsasən ipoteka ilə yüklü edilmiş və iddiaçılara məxsus olan 8 adda əmlakın ipotekadan azad edilməsi, Bankın birtərəfli qaydada İddiaçı2 və İddiaçı1 adına rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddiaçılar işin yuxarıda qeyd edilən hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakları ona görə Mərkəzi Bank tərəfindən Banka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim e tmişlər ki, Bank həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. Halbuki, Bank tərəfindən İddiaçı5 ünvanlanmış 04/K4003 nömrəli xx.xx.2014-cü il tarixli bildirişdə göstərilmişdir ki, guya Bank ilə İddiaçı2 arasında xx.xx.2013-cü il tarixli 280/13 saylı və İddiaçı1 arasında isə xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri bağlanmış və onun əmlakının həmin kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Halbuki nə bildirişdə göstərilən vaxtda kredit müqavilələri bağlanmamış, nə də ki, İddiaçı5 məxsus hər hansı əmlak sözügedən kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilməmişdir. Qeyd olunan xüsusatlardan və Bankın bildir işdə istinad etdiyi xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələrinin, həmin müqavilələrə əsasən aparılmış sənədləşmələrin təqdim edilməməsindən aydın olur ki, Bankla İddiaçı2 və İddiaçı1 arasında qeyd olunan tarixlərdə kredit müqavilələri bağlanmadığı və həmin istinad olunan müqavilələrə əsasən hər hansı məbləğdə borc verilmədiyi halda Bank qanunsuz olaraq həmin şəxslərin adına külli miqdarda borc rəsmiləşdirmişdir. Halbuki, ipoteka qoyanlar Mərkəzi Bank ilə yuxarıda sadalanan sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Təsadüfi deyil ki, əgər tərəflər bu dəyişməni,yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər. İpoteka qoyanlar cavabdehlərə əmlakların ipotekadan azad edilməsi barədə müraciət etsələr də, onlar müraciətə təklifdə göstərilən müddətdə cavab verməmişlər. Buna görə də, mübahisə predmeti olan sonrakı ipoteka müqavilələrinin məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır.

8. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 28192 nömrəli xx.xx.2016-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 137-139-cu vərəqələrində yerləşən Bankla İddiaçı1 adından olan xx.xx.2013-cü il tarixli 281/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzal ar və mülki işin 136-cı vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və mülki işin 140-142-ci vərəqələrində yerləşən Bankla İddiaçı2 adından olan xx.xx.2013-cü il tarixli 280/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzalar və mülki işin 135-ci vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

9. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-400/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Şahin Abdullayev) iddia təmin edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ipoteka müqavilələrinin bağlanılması X4 bağladığı xx.xx.2013 və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti X3 götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X5 xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Bank tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çatmamışlar.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, sonrakı ipoteka müqavilələri bağlanan zaman həmin mü qavilələrdə X3 götürdüyü 29.000.000 manat kredit məbləğinin sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı şərt olmasa da, bu hal ipoteka qoyan iddiaçıların iradə ifadəsinin həqiqi mənasını əks etdirmir. Yəni mübahisəli ipoteka müqavilələrində ipoteka predmetlərinin Bank ilə Mərkəzi Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxış etməsi göstərilsə də, ipotekaqoyanların həqiqi iradə ifadəsi tamamilə başqa olmuşdur. İpoteka qoyanlar əmlaklarını bu məqsədlə Mərkəzi Bank qarşısında yüklü etmişlər ki, Bank onlara 29.000.000 manat məbləğində kredit ayıracaqdır. Lakin Bank məhkəməyə 29.000.000 manat məbləğində pulun iddiaçılara kreditə verilməsi ilə bağlı müqavilələr təqdim etsə də, məhkəmə tərəfindən həmin müqavilələrin əhəmiyyətsiz əqd olması təsdiq olun muşdur. Ona görə də bu hal belə qənaətə gəlməyə tam əsas verir ki, həqiqətən də tərəflər arasında 29.000.000 manat pulun kreditə verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuş, lakin həmin razılaşma Bankın hərəkətləri nəticəsində həyata keçirilməmişdir. Digər tərəfdən sonrakı ipoteka müqavilələrinin predmeti olan əmlakların hər hansı biri mülkiyyət hüququ üzrə Banka da məxsus deyildir. İddiaçıların yuxarıda göstərilənlərdən başqa Bankın öhdəliklərinə görə cavabdehlik daşıması ilə bağlı hər hansı digər niyyətin olması məntiqli hesab edilə bilməz. Mübahisəli sonrakı ipoteka müqavilələrinin şərtlərində X3 götürdüyü 29.000.000 manat kredit məbləğinin sonradan İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı müddəa olmasa da, işin faktiki halları belə bir razılaş manın olmasını və iddiaçıların ipoteka müqavilələrini bağlayarkən həqiqi iradə ifadəsinin məhz bu razılaşma olduğunu göstərmişdir.

12. Məhkəmə hesab etmişdir ki, kredit razılaşmalarının həyata keçirilməməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuş və nəticədə iddiaçılar ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Bu səbəbdən də işin halları sonrakı ipoteka müqavilələrinin Bank tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilmiş və həmin hallar müqavilənin ləğv edilməsi üçün əsas hesab edilmişdir.

13. Həmçinin, məhkəmənin xx.xx.2017-ci il tarixli xüsusi qərardadı ilə vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olması nəzərə alınaraq bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 6, 16, 18, 337.1, 337.2, 337.4, 404.1, 404.2, 406.1, 406.3, 407.2, 421.2, 422.1, 423.1, 423.2, 425.1, 425.2, 560.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a.2. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Mərkəzi Bank və Bank ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Mərkəzi Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər tərəfindən onlara məxsus əmlakların başqasının öhdəlikləri üzrə yüklü edilməsinin hüquqi əsasını Mülki Məcəllənin 271-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddələri təşkil edir. Bu zaman üçüncü şəxsin bu əqddə hər hansı ümid etdiyi xeyrinin olması və ya ipoteka qoyana əlverişsiz olduğu halda əqdin bağlanmamasına dair qanunda hər hansı tələb müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən ipoteka müqavilələrində əqdin şərtlə bağlanması müəyyən edilməmiş və bu səbəbdən təmin edilmiş kreditin müəyyən şəxslər tərəfindən alınmamasına görə etibarsız hesab olunmasının heç bir hüquqi əsası yoxdur. Banka ayrılmış kredit bank tərəfindən iddiaçılara verilməmişdisə, onlar “razılaşmanın” baş tutmadığını görüb, əmlak mülkiyyətçiləri kimi məsuliyyət hiss edərək vaxt itirmədən ipoteka müqavilələrinin ləğvi ilə bağlı Mərkəzi Banka müraciət edə bilərdi və Mərkəzi Bank borclu bankdan digər təminat tələb edə və ya kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçılar əmlaklarının ipoteka ilə yüklü olduğunu bildikləri halda Mərkəzi Banka təxminən 3 il vaxt keçdikdən sonra müraciət etmişlər. Məhkəmənin qətnaməsində Mərkəzi Bank tərəfindən iddiaçıların xx.xx.2016-cı il tarixli təklifinə münasibət bildirilməməsi qeyd edilmişdir. Təklifdə iddiaçılar tərəfindən ipoteka müqavilələrinin ləğvi və əmlakların ipotekadan azad olunmasına 5 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Lakin iddiaçılar tərəfindən təyin olunmuş bu müddət ağlabatan deyildir və iddianın qeyri-qanuni və əsassız olduğunu bildiklərinə görə sadəcə Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulmuş formal təklif tələbinə əməl etmək niyyətində olmuşlar. Mübahisələndirilən ipoteka müqavilələri qanunvericiliyin tələbinə əsasən notariat qaydasında təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və hü quqi etibarlığı tam təmin edilmişdir. Bu zaman notarial qaydada təsdiq olunmuş ipoteka müqavilələri üzrə iddiaçıların iradə ifadələrinin həqiqi mənası heç bir kənar təsirə və ya təzyiqə məruz qalmamışdır. Odur ki, məhkəmənin Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsaslanması tamamilə yanlış və qanuna ziddir. Həmçinin məhkəmə tərəfindən Mülki Məcəlləsinin 337, 421.2, 422.1 və 425-ci maddələrinə Mərkəzi Bankla ipoteka qoyanlar arasındakı mübahisənin həllində istinad etməsi də əsassızdır. Bundan başqa, məhkəmə “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələblərini nəzərə almamışdır.

17. Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri və Bank ilə borcalan qismində İddiaçı1 arasında bağlanmı ş xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqaviləsi həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanmış və müqavilələrində qeyd edilmiş məbləğlər borcalanların iradəsinə uyğun olaraq onların özlərinə və istəklərinə görə müvafiq hesablara köçürülmüşdür. Belə ki, İddiaçı3 ləğv prosesində olan “X6” ASCdən götürmüş olduğu kreditin bağlanılması məqsədilə AZ81TDJ********************0 kredit hesabına 10.779.722,22 manat məbləğində köçürülmə edilmiş və kredit borcu tam olaraq bağlanmışdır. İddiaçı2 və İddiaçı1 tərəfindən kreditin qalan məbləğləri isə onlar tərəfindən kassa məxaric orderləri əsasında alınmışdır. Məhkəmə isə sənədlərin tam olaraq təqdim edilməsinə şərait yaratmamış, natamam sənədlər əsasında aparılmış və kifayət qədər əsaslandırmamış ekspert rəyinə istinad etmişdir. Həmçinin i poteka müqavilələrinin ləğv edilməsi barədə nəticə hərtərəfli əsaslandırılmamış və nəzərə alınmamışdır ki, sonrakı ipoteka müqavilələri etibarsızlığı qoyulan Bank ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanılan kredit öhdəlikləri ilə deyil, Mərkəzi Bank ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi öhdəliklərinin təminatı olmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4167/2017 nömrəli iş üzrə 16 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Sənan Hacıyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-400/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. a.3. Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Mərkəzi Bank və Bank ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi və iddianın Mərkəzi Banka aid hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

20. Kassasiya şikayətlərinin məzmunu apellyasiya şikayətlərinin məzmunu ilə eyni olmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7140/2017 nömrəli iş üzrə 10 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Əhməd Əhmədov) Bankın kassasiya şikayəti təmin, Mərkəzi Bankın isə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2017-ci il tarixli, 2(103)-4167/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

22. Məhkəmə kollegiyasının mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, cavabdeh Mərkəzi Bankın dəlillərinin əsaslı olub-olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam ətraflı araşdırılma aparılmamış və bununla əlaqədar hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir.

23. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq Mərkəzi Bank və Bank arasında bağlanmış xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri və ya onların surətləri iş materiallarına ümumiyyətlə əlavə olunmamışdır. Bununla da həmin müqavilələrin hansı məzmunda bağlanılması birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hə mçinin həmin kredit müqavilələrində nəzərdə tutulmuş kredit məbləğlərinin Banka verilib-verilməməsi, bunun nə vaxt icra edilməsi müəyyən edilməmiş, xx.xx.2013- cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə Bankın kredit öhdəliklərini ümumiyyətlə icra edib-etməməsi, bunun səbəbləri araşdırılmamışdır.

24. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi kredit müqavilələri bağlanmamışdan əvvəl həmin kreditlərin qaytarılması üçün ipoteka ilə təmin edilibedilməməsi barədə tərəflər arasında yazışmaların olub-olmamasını, nəyə görə məhz müqavilə bağlandıqdan sonra “sonrakı ipoteka müqavilələrinin” bağlanmasına tam hüquqi qiymət verməmişdir.

25. Həmçinin, digər cavabdehin kassasiya şikayətinin dəlillərindən görünür ki, onların nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasın da iş üzrə kredit müqavilələrində olan imzaların iddiaçılara (İddiaçı2 və İddiaçı1) məxsus olub-olmamasının təkrarən araşdırılması məqsədi ilə təkrar xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlər vermiş, lakin məhkəmə onların vəsatətini təmin etməmişdir.

26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə yenidən baxılarkən xüsusi qərardadda göstərilən məsələlərə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hüquqi qiymət verilib-verilməməsi müəyyən edilməli, əgər hüquqi qiymət verilmişdirsə, bununla bağlı iddia tələbləri üzrə yenidən müvafiq araşdırmalar aparılmalı, kredit müqavilələrində göstərilən 15.000.000 və 14.000.000 manat kredit məbləğlərinin və ya onların bir hissəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən alınıb-alınmaması müəyyən edilməli, zərurət oldu ğu halda cavabdehin kredit məbləğlərinin alınmasına dair imzalarla bağlı təkrar ekspertiza keçirilməsinə dair vəsatəti yenidən müzakirə edilməlidir. a.4. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. İşə yenidən baxan məhkəmə tərəfindən əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 6029 nömrəli xx.xx.2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Bankla İddiaçı2 arasında olan xx.xx.2013-cü il tarixli, 280/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar və 135-ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı2 tərəfindən y ox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bankla İddiaçı1 arasında olan xx.xx.2013-cü il tarixli, 281/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar və 136-cı vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

28. Daha sonra məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki işin icraatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Banka qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iş üzrə (ikinci iş) qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. b) İkinci iş üzrə b.1. Birinci ins tansiya məhkəməsində icraat

29. İddiaçılar İddiaçı1 və İddiaçı2 Banka qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Bankın birtərəfli qaydada iddiaçıların adına rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. İddia onunla əsaslandırılmışdır ki, Bank tərəfindən hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddia tələbinə görə, guya İddiaçı2 ilə Bank arasında xx.xx.2013-cü il tarixli, 280/13 saylı və İddiaçı1 ilə Bank arasında isə xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri bağlanmış və onlara bank tərəfindən guya ümumilikdə 29.000.000 manat məbləğində borc vəsaiti verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının keçirilməsi barədə rəydə və təkrar ekspertiza rəylərində Bankın istinad etdiyi kredit müqavilələrində borcalan qrafasındakı imzaların onlar tərəfindən icra edilməməsi müəyyən olunmuşdur. Lakin bütün göstərilən sübutlara rəğmən Bank tərəfindən iddiaçılardan əsassız olaraq verilməyən məbləğlərin geri qaytarılması tələb edilməkdədir. Halbuki, bankla iddiaçılar arasında qeyd olunan tarixlərdə kredit müqavilələri bağlanmadığı və həmin istinad olunan müqavilələrə əsasən hər hansı məbləğdə borc verilmədiyi halda Bank qanunsuz olaraq iddiaçıların adına külli miqdarda borc rəsmiləşdirmişdir. Tərəflər arasında heç bir müqavilə rəsmiləşdirilmədiyi üçün iddiaçılar Bank qarşısında məsuliyyət daşımırlar. Bütün bu hallar isə onu təsdiq ed ir ki, borc əsassız və qanunsuz olaraq hesablanmışdır.

31. Bank qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı2 Bankın xeyrinə 15.000.000 manat məbləğində əsas, 856.250,35 manat müddət sonuna hesablanan faiz borcunun, 2.508.333,00 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.922.922,50 manat məbləğində faiz borcunun, cəmi 20.287.505,85 manat məbləğində borcun tutulması, cavabdeh İddiaçı1 Bankın xeyrinə 14.000.000 manat məbləğində əsas, 764.731,22 manat müddət sonuna hesablanan faiz borcunun, 2.330.222,21 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.693.607,67 manat məbləğində faiz borcunun, cəmi 18.788.560,67 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 280/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 15.000.000 AZN məbləğində vəsait verilmişdir. Bundan başqa Bank ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 14.000.000 AZN məbləğində vəsait verilmişdir. Qeyd olunan kredit müqavilələri həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanılmış və kredit müqavilələrində qeyd edilmiş məbləğlər borcalanların iradə sinə uyğun olaraq, onların özlərinə və müvafiq hesablara köçürülmüşdür. Kredit müqavilələrin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdehlər İddiaçı2 və İddiaçı1 kredit müqavilələrinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişlər.

33. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 16105 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281 /13 nömrəli kredit müqavilələrində təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı2 və İddiaçı1 xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281/13 nömrəli kredit müqavilələri üzrə hər hansı bir vəsaitin hər hansı bir bank hesabına köçürülməsi barədə göstəriş verməsi barədə hər hansı bir sənəd, o cümlədən, yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərinə cavab verən sənəd iş materiallarında mövcud deyil. Eyni zamanda, ekspert bildirir ki, mühasibat uçotu və bank sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinə görə pul vəsaitinin nağd qayda alınması, yaxud nağdsız qaydada digər bank hesabına köçürülməsi vəsaiti alan (köçürən) şəxsin kassa məxaric orderində (ödəniş tapşırığında) icra etdiyi imza ilə rəsmiləşdirildiyindən həmin sənədlərin həqiqiliyinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyil.

34. Bundan sonra məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası da təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 29198 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş sənədlərdən Bankda olan İddiaçı1 hesabına xx.xx.2019-cu il tarixdə 8.000.000 manat, xx.xx.2019-ci il tarixdə 14.000.000 manat, İddiaçı2 hesabına xx.xx.2019-cu il tarixdə 15.000.000 manat, İddiaçı3 hesabına xx.xx.2019-cu il tarixdə 7.000.000 manat, İddiaçı3 hesabına xx.xx.2019-cu il tarixdə 2.707.390 mana t və İddiaçı3 LPO "X6” ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 10.779.722,22 manat vəsaitin daxil olması və həmin vəsaitlərin hansısa bir hesaba köçürülməsi müəyyən edilməmişdir.

35. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-230/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşid Səmədov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

36. Məhkəmənin ilkin iddia tələbi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Bank arasında xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri bağlanmış, məhkəmə ekspertizası əsasında müəyyən edilmişdir ki, sözügedən kredit müqavilələri İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmamış, eyni zamanda həmin kredit müqavilələrində təsbit olunmu ş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmamışdır. İddiaçıların ləğv prosesində olan Banka kredit borclarının olması hər hansı sübutla öz təsdiqini tapmadığından, mövcud olmayan öhdəliklərə xitam verilməsinə dair iddiaları da əsaslı hesab edilə bilməz.

37. Məhkəmənin qarşılıqlı iddia tələbləri ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Bank tərəfindən İddiaçı1 və İddiaçı2 banka hal-hazırda borclarının olması bildirilsə də, həmin borcların yaranması əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 89.3, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b.2. Apellyasiya in stansiyası məhkəməsindəki icraat

39. İddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddia tələbi ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

40. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamışdır.

41. Bank apelyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddia tələbi ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı3 ilə “X6” ASC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli, 75-180-12 saylı kredit müqaviləsinə əsasən, ona illik 7% olmaqla, 6 ay müddətinə 10.000.000 manat məbləğində kredit verilmişdir. 24 dekabr 2013-cü il tarixində Mərkəzi Bankdan köçürmə vasitəsi ilə qeyd olunan kredit tam bağlanmışdır. Belə ki, xx.xx.2013-cü il tarixdə cavabdeh İddiaçı1 hesabından 10.779.722,22 manat vəsait tranzit hesabı vasitəsi ilə İddiaçı3 LPO “X6” ASC tərəfindən xx/xx/2012-ci il tarixində 75-180-12 saylı kredit müqaviləsi üzrə verilmiş 10.000.000 manat kreditin əsas və faiz borcunun ödənişinə köçürülmüşdür. Eyni gündə həmin vəsait İddiaçı3 LPO "X6" ASC-də olan hesabına daxil olmuşdur. 10.779.722,22 manat vəsaitdən 10.000.000 manat əsas borca, 779.722.22 manat məbləğində vəsait isə faiz borcuna silinmişdir. Qeyd olunan köçürmə banklararası köçürmə vasitəsi ilə həyata keçirilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilən və keçirilən mühasibatlıq ekspertizalarının rəyinə əsasən ekspertlər onların qarşısında olan suallara düzgün cavab verməmişlər. Ekspertlər onlara təqdim edilən, cavabdehlərə məxsus hesabdan çıxarışları, 24 dekabr 2013-cü il tarixində Mərkəzi Bankdan köçürməni nəzərə almamış, hesab üzrə köçürmələri düzgün araşdırmamışlar. İşin aydın və tam hərtərəfli araşdırılması üçün əlavə mühasibatlıq ekspertizası təyin edilməlidir və ya ekspertlər məhkəməyə dəvət edilməli, hansı qaydada bank hesablarına daxil olan 29.000.000 manat məbləğində vəsaitin hesaba daxil olmaması və onların hara silinməsi məsələsinə aydınlıq gətirməlidirlər.

43. İşə baxan məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci işlə ikinci iş bir icraatda birləşdirilmişdir.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4919/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(006)-400/2017 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 18 yanvar 2017-ci il tarixli qətnamədən Mərkəzi Bank və Bank tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 2(006)-230/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 18 fevral 2020-ci il tarixli qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1 və Bankın apellyasiya şikayətləri təmin edilməmiş və həmin qətnamə də dəyişdirilmədən saxlanılmışdır.

45. Məhkəmə kollegiyası birinci iş üzrə birinci instansiya məhkəməs inin mövqeləri ilə tam razılaşaraq qeyd etmişdir ki, həqiqətən də Bank ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında 29.000.000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuşdur. Belə razılaşmanın olması isə mübahisəli xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçılar Mərkəzi Bank ilə Bank arasında bağlanılmış xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “Kredit müqavilələri” üzrə verilmiş 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı kimi mülkiyyətlərində olan əmlaklarını Bankın öhdəliyi ilə əlaqədar Mərkəzi Bank qarşısında yüklü etmişlər. Bank həmin məbləğlərin İddiaçı2 və İddiaçı1 verildiyini bildirsə də, yuxarıda artıq qeyd edildi yi kimi, işin halları ilə bu xüsusat sübuta yetmir. Həmçinin, iddiaçılar tərəfindən X3 götürdüyü külli miqdarda pulun qaytarılmasının təminatı kimi öz əmlaklarını yüklü edilməsi ağlabatan mühakimə kimi qəbul edilməməli və mübahisəli sonrakı ipoteka müqavilələri iddiaçıların həqiqi iradə ifadəsinə uyğun olmayan əqd kimi qiymətləndirilməlidir.

46. Məhkəmə kollegiyası ikinci iş üzrə də birinci instansiya məhkəməsinin mövqeləri ilə tam razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mövcud olmayan öhdəliklərə xitam verilməsinə dair ilk iddia tələbləri əsassız olmuş, onların Banka borclarının yaranması əsaslarını təsdiq edən sübutlar isə məhkəmələrə təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi də əsassız olmuşdur.

47. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 18, 324.1, 324.2, 337, 406, 407.2, 421.2, 422.1, 423, 425, 560.1, 560.2, 739-cu və MPM-in 14.2, 77.1, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. Bank apelyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

49. Bankın kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bank tərəfindən borcla bağlı kifayət qədər sübutlar təqdim olunmuşdur. Əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir və iddia tələbini n təsdiq edən sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Lakin məhkəmə sənədləri nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasında öhdəliklərin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdehə bununla Bank qarşısında kredit müqaviləsi üzrə borcu olduğu bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən Banka kredit müqaviləsinin onun tərəfindən imzalanmadığı bildirilməmişdir.

50. Mərkəzi Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin Mərkəzi Bankın apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə rədd olunmasına dair ye ni qərar qəbul edilməsini xahiş etmişdir.

51. Mərkəzi Bank kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakını ipoteka ilə yüklü edən üçüncü şəxslər müxtəlif bəhanələr göstərərək istənilən halda ipoteka müqaviləsinin ləğvinə nail ola bilərlər (məsələn, təcrübədə geniş yayılmış, ata və ya ana övladının öhdəlikləri üzrə girovla yüklü edilmiş əmlaklarına tələb yönəldildikdə, valideyn keçən müddət ərzində övladından ümid etdiyi maddi yardımı ala bilmədiyindən və ya bu kimi minlərlə digər bəhanələr gətirməklə müqavilənin etibarsızlığını və ya ləğvini iddia edə bilər). Bu isə son nəticədə təminat institutunun, xüsusilə öhdəliklərin təminat üsulu kimi girovun (ipotekanın) ən etibarlı və hüquqi cəhətdən müdafiə olunmuş təminat kimi cəlbediciliyini və etibarlılığını mənasız edir. Digər tərəfd ən mübahisələndirilən ipoteka müqavilələrində əqdin şərtlə bağlanması müəyyən edilməmişdir və bu səbəbdən təmin edilmiş kreditin müəyyən şəxslər tərəfindən alınmamasına görə ləğv olunmasının heç bir hüquqi əsası yoxdur (“guya xeyrinə kreditin verilməsi ümid edilən şəxslərdən biri, İddiaçı2 olmuşdur, halbuki ümumiyyətlə o, bu münasibətlərdə ipoteka qoyan deyildir). Məhkəmə nəzərə almamışdır ki, Banka ayrılmış kredit Bank tərəfindən iddiaçılara verilməmişdisə, onlar “xəyali razılaşma"nın baş tutmadığını görüb, əmlak mülkiyyətçiləri kimi məsuliyyət hiss edərək, vaxt itirmədən ipoteka müqavilələrinin ləğvi ilə bağlı Mərkəzi Banka müraciət edə bilərdi və Mərkəzi Bank borclu bankdan digər təminat tələb edə və ya kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilərdi. Lakin, iddiaçılar əmlakları nı ipoteka ilə yüklü etdiyi halda Mərkəzi Banka yalnız 3 il vaxt keçdikdən sonra müraciət etmişdirlər. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən şəxslər bir il ərzində əqdi mübahisə edilə bilər, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ipoteka müqavilələrinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlayarkən nəzərə almamışdır ki, həmin müqavilələr üzrə ipoteka saxlayan qismində çıxış edən Mərkəzi Bank təmin edilən kreditin verilməsi öhdəliyinin icrasında heç bir pozuntuya yol verməmiş və iddiaçılara hər hansı zərər vurmamış və belə niyyəti də olmamışdır. Məhz ipote ka predmetlərinin Bankın ləğvedicisi tərəfindən satılmasına imkan verməmək üçün iddiaçılar məqsədli şəkildə məhkəməyə müraciət etmiş və borclu bankın bu vəziyyətində ipoteka müqavilələrinin ləğv edilməsi barədə iddiaları bilərəkdən Mərkəzi Bankın kreditor maraqlarına zərər vurmaq məqsədi daşımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən kassasiya şikayətlərinə etiraz təqdim edilərək, şikayətlərin təmin edilməməsi xahiş edilmişdir. Etiraz işin halları sadalanmaqla tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, şikayətlər formal mülahizələrdən ibarətdir və əsassızdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

53. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, h abelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

54. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

55. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

56. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

57. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

58. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitər əfli və ya çoxtərəfli) ola bilər.

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

61. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmə tlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

63. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

64. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

65. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilən i pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

66. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

67. Maddə 423.2. Müqavilənin də yişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

68. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 69. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyya tını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə

70. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin aktı Bankın və Mərkəzi Bankın kassasiya şikayətləri əsasında birinci iş üzrə iddianın təmin olunması; ikinci iş üzrə qarşılıqlı iddianın təmin olunmaması hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin olunması və Bankın kredit borcunun qaytarılması tələbinin rədd olunması hissələrində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində təyin edilmiş çoxsaylı məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları üzrə verilmiş rəylər əsasında müəyyən edilmişdir ki, Bankla İddiaçı1 adından olan xx.xx.2013cü il tarixli 281/13 №-li kredit müqaviləsi və həmin müqavilə üzrə kassa məxaric orderi; Bankla İddiaçı2 adın dan olan xx.xx.2013-cü il tarixli 280/13 №-li kredit müqaviləsi və həmin müqavilə üzrə kassa məxaric orderi borcalan qismində göstərilmiş İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmamışdır. İş üzrə həmçinin xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü-il tarixli kredit müqavilələrində təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi, onlar tərəfindən kredit müqavilələri üzrə vəsaitin hər hansı bank hesabına köçürülməsi barədə göstəriş verildiyi müəyyən edilməmişdir.

83. Bankın kassasiya şikayətində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

84. Mərkəzi Bank, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC və Bank arasında bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

85. Birinci iş üzrə iddiaçılar həmin tələblərini onunla əsaslandırmışlar ki, “ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakları ona görə Mərkəzi Bank tərəfindən Banka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Bank həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. İpoteka qoyanlar Mərkəzi Bank ilə sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər tərəflər bu dəyişməni, yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər”.

86. Qeyd olunan iddia tələbi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qa ldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmçinin müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar istisna olmaqla, müqavilə tərəfinin qanunla nəzərdə tutulan ləğv əsaslarına istinad edərək, müqavilənin ləğvini tələb etməsi məhkəmənin üzərinə həmin əqdin ləğvi üçün qanuni əsasların olub-olmadığını yoxlamaq vəzifəsi qoyur.

87. Baxılan iş üzrə iddiaçılar onlarla Mərkəzi Bank və Bank arasında bağlanmış ipoteka müqavilələrinin onların iradə ifadəsini əks etdirmədiyi barədə dəlil irəli sürməmiş, müqavilələri etibarsızlıq əsasları ilə mübahisələndirməmişlər. Əksinə iddiaçıların məhz ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olduqla rına, onların əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyinə istinad etmələri onların əqdin etibarlılığını mübahisələndirmədikləri mənasına gəlir.

88. Buna baxmayaraq, birinci instansiya məhkəməsi birinci iş üzrə iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, həmin müqavilələr ipoteka qoyanların həqiqi iradə ifadəsini əks etdirməmişdir. Qeyd olunan hal sübuta yetirildiyi halda Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən ipoteka müqaviləsinin etibarsızlığına hüquqi əsas ola bilərdi. Lakin məhkəmə həmin hala istinadla Mülki Məcəllənin 422-ci maddəsinə əsasən ipoteka müqavilələrinin ləğv edilməli olduğu barədə qənaətə gəlmişdir.

89. Məhkəmə mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, mübahisəli ipoteka müqavilələrinin bağlanması X4 bağladığı xx.xx.2013 və xx.x x.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti X3 götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X5 xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Bank tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çatmamışlar.

90. Halbuki iddiaçılarla bağlanmış ipoteka müqavilələrində Mərkəzi Bank tərəfindən Banka ayrılan kreditin İddiaçı2 və İddiaçı1 veriləcəyi barədə hər hansı şərt (öhdəlik) müəyyən edilməmişdir. Birinci işə baxmış birinci instansiya məhk əməsi işdə olan hansı sübutlar əsasında tərəflər arasında götürülən kreditlərin sonunculara veriləcəyi barədə razılaşma əldə olunduğunu müəyyən etdiyini əsaslandırmamışdır.

91. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddəl əri).

92. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvini tələb edən tərəf həmin Məcəllənin 422.2-ci maddəsində sadalanan şərtlərdən birinin mövcud olduğunu sübuta yetirdiyi halda həmin iddia təmin oluna bilər. Lakin birinci iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini qeyd edilən maddi hüquq normasının dispozisyiya şərtlərinə və mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamış, MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

93. Beləliklə, birinci işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının pozul ması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır.

94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka müqavilələrinin ləğv olunması və əmlakın yüklülükdən azad edilməsi tələblərinin təmin olunması (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması) hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına gö ndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

95. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4919/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka müqavilələrinin ləğv olunması və əmlakın yüklülükdən azad edilməsi tələblərinin təmin olunmas ı (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması) hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar