Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-20/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər nikahda olmuş, bu nika hdan iki övladı doğulmuşdur. Cavabdeh, birgə nikah dövründə evdə olan 46.400 manat dəyərində qızıl-zinət əşyasını və 57.700 ABŞ dolları (98.090 manat) məbləğində pulu iddiaçının razılığı olmadan X2 vermişdir. Bu hal iddiaçıya məlum olduqdan sonra R.Muradovun barəsində cinayət təqibi başlanmış və nəticədə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı və Cavabdeh zərər çəkmiş şəxs qismində tanınmışlar.
2. Ümumi birgə mülkiyyətdə olan qızıl əşyalarının və xarici valyutadakı pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının məlumatı olmadan başqa şəxsə verilməsi səbəbindən tərəflərin ailə münasibətləri pozulmuş, onlar məhkəmənin q ətnaməsi ilə boşanmışlar və uşaqlar iddiaçının himayəsində saxlanılmışdır.
3. İddiaçı, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərər çəkdiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 96.300 manat, mənəvi ziyana görə isə 50.000 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin başqa şəxsə verdiyi əmlak birgə nikah dövründə qazanıldığından və iki uşaq onun himayəsində qaldığından əmlakın 2/3 hissəsi yəni 96.300 manat o na, 48.170 manat isə cavabdehin payı hesab edilməlidir. Cavabdehin ona xəyanət etməsi, Ramil Muradovla qanunsuz əlaqəyə girməsi, uşaqlarının və özünün gələcəkləri üçün topladıqları pulları və qızıl-zinət əşyalarını evdən oğurlayaraq əvəzsiz olaraq R.Muradova verməsi onun uzun illər səyi nəticəsində qurduğu ailə bağlarını qırmış, cəmiyyətdəki nüfuzunu aşağı salmışdır. Bütün bunlar ona ağır mənəvi iztirab verir. Ona dəymiş mənəvi ziyan 50.000 manat məbləğində qiymətləndirir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddia tələbində onu tamamilə əmlakdan məhrum etmək istəyir. O, iddiasını onunla əsaslandırmışdır ki, guya o, başqa şəxslə əlbir olub onlara məxsus pulları və qızılları dələduzluq yolu ilə mənim səmişdir. Lakin, bu fikirlər tamamilə əsassızdır. Çünki, iddiada qeyd olunan dələduzluq cinayətinə görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun cəzası 7 il 6 ay müddətinə endirilmişdir. Həmin hökmə əsasən baş verən cinayət hadisəsinə görə o, və iddiaçı zərərçəkmiş şəxs kimi, Ramil Muradov isə təqsirləndirilən şəxs kimi tanınmışdır. Cinayət işinə məhkəmədə baxılarkən iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində X2 qarşı iddia tələbi də vermişdir. Lakin, sonradan onlar arasında olan razılaşmaya əsasən İddiaçı iddia tələbini geri götürmüşdür. Bu barədə cinayət işi materiallarında müvafiq sənədlər də vardır. Görü ndüyü kimi, baş vermiş cinayət hadisəsinə görə o, özü zərərçəkmiş şəxs olduğu halda hazırkı iddianın ona qarşı irəli sürülməsi tamamilə əsassızdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7627/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak cinayət əməli nəticəsində ələ keçirilmiş və cinayət işi üzrə hər iki tərəf zərərçəkmiş şəxs qismində tanınmışlar. Qeyd olunan əmlak da hazırda cavabdehdə olmadığı üçün məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən həmin əmlakın bir hissəsinin tələb edilməsi ilə bağlı iddiası təmin edilə bilməz. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət əməli nəticəsində vurulmuş maddi ziyan həmin əməli törətmiş şəxsdən tələb edilə bilər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-1861/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, məhkəmə qanunun təfsirində səhvə yol verib. Məhkəmə cinayət məsuliyyəti ilə mülki məsuliyyəti eyniləşdirib. Belə ki, əksinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-732/2018 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş hallar iddianın əsasını təşkil edən bir sıra hallarla üst-üstə düşür və müəyyən mənada həmin hökm iddianın təmin edilməsi üçün əsas rolu oynayır. Belə ki, həmin hökmlə təsdiq edilib ki, Cavabdeh öz iradəsinə uyğun olaraq, ona məlumat vermədən illərlə birgə təsərrüfatları hesabına əldə etdikləri pul vəsaitini və qızıl-zinət əşyalarını Ramil Muradova verib. O, Cavabdeh cinayət törətdiyini iddia etməmişdir. Şəxs cinayət törətmədən də, mülki məsuliyyətin yaranmasına əsas olan hərəkətlər, o cümlədən delikt törədə bilər və buna görə müstəqil qa ydada məsuliyyət daşıyır. Cavabdeh həmin əşyaları ondan xəbərsiz Ramil Muradova verməsi cinayət əməli olmasa da, mülki hüquq pozuntusudur. Belə ki, həmin əşyalar və pul vəsaiti onların birgə nikah dövründə əldə edilib və onlar üzərində hər ikisinin birgə razılığı əsasında sərəncam verilə bilərdi. Həmin əşyaların və pulun ən azı yarısı üzərində onun mülkiyyət hüququ var və məhz buna görə mən həmin cinayət işində zərərçəkmiş şəxsdir. Qeyd edilən vəsaiti o, həm birbaşa Ramil Muradovdan, həm də, Cavabdeh tələb edə bilər. Bundan əlavə, Ramil Muradov həmin vəsaiti və əşyaları talamanın digər üsullarından, o cümlədən Cavabdeh iradəsinə zidd üsullardan istifadə etməklə (məsələn oğurluq, soyğunçuluq, quldurluq və s.) ələ keçirmiş olsaydı, məhkəmənin fikri ilə razılaşmaq olardı. Hazırkı işdə Cavabde h həmin vəsaiti və əşyaları məşuqluq həyatı yaşadığı bir şəxsə, ona mərhəmət göstərdiyi üçün öz iradəsi ilə verib və bu hal cinayət işinin materialları ilə təsdiq edilib. Ona görə də, bu işdə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə iddianın rədd edilməsi üçün deyil, təmin edilməsi üçün hüquqi əsas kimi yanaşılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etm işdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
16. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
17. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
18. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
19. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailə nin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Haz ırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-732/2018 saylı hökmün surətindən görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, c əzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 1(103)244/2019 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-732/2018 saylı hökmündən məhkumun müdafiəçisi G.S.Ztərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-732/2018 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə X2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 il m üddətinə azadlıqdan məhrumetmə cəzası 07 il 06 aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən olunur ki, X3 2017-ci ilin iyun ayının əvvələrindən 2018ci ilin yanvar ayının əvvələrinə qədər olan müddət ərzində, etibardan suiistifadə etməklə və aldatmaqla İddiaçı və Cavabdeh məxsus 98.090 manat pulu (57.700 ABŞ dolları) və 46.400 manat dəyərində müxtəlif çeşiddə olan qızıl-zinət əşyalarını, ümumilikdə 144.490 manat məbləğində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur.
29. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikahda olmuş, həmin nikah məhkəmə qaydasında pozulmuşdur. Cinayət işi üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyə n olunmuşdur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri 98.090 manat pul və 46.400 manat dəyərində müxtəlif çeşiddə olan qızıl-zinət əşyaları etibardan sui-istifadə etmə və aldatma yolu ilə X3 tərəfindən ələ keçirilmiş və nəticədə zərərçəkmiş şəxslər İddiaçı və Cavabdeh ümumilikdə 144.490 manat məbləğində ziyan vurmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak cinayət əməli nəticəsində ələ keçirilmiş və cinayət işi üzrə hər iki tərəf zərərçəkmiş şəxs qismində tanınmışlar. Qeyd olunan əmlak da hazırda cavabdehdə olmadığı üçün, cavabdehdən həmin əmlakın bir hissəsinin tələb edilə bilməz. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.
31. Mənəvi ziyan tələbinə dair apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. 32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymə tləndirməsini aydınlaşdırmağa borcludur”.
33. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. 34. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X4 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təm in edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
35. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.