Məhkəmə qərarları › İş №2(102)-200/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-200/2024

10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-200/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Xalid oğlunun Cavabdeh qarşı “borcun cavabdehə məxsus daşınmaz əmlakdakı payına yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına açıq hərracdan satılması yolu ilə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)2260/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə edilmiş, Maraqlı şəxs adına rəsmiləşdirilmiş əmlakların bölgüsü aparılmış, digər əmlaklarla yanaşı ünvan 1 ünvanında yerləşən 290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m. olan qeyri-yaşayış sahələri bərabər paylarda ümumi əmlakları hesab edilmiş, həmin əmlakların ½ hissəsinə Yusifova (Abdullayeva) Təyminə Şamil qızının mülkiyyət hüquqları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış 16 fevral 2017-ci və 18 aprel 2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295000 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə həmçinin qanun qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Xalid oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə olan 295000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın cavabdehin ünvan 1 ünvanında yerləşən 290,9 k v.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan 1/2 nisbətindəki paylarına yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 295000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentinin və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Xalid oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi icraya yönəldilsə də, iddiaçıya heç bir vəsait ödənilməmişdir. Borclunun əmlak vəziyyətini araşdırarkən məlum olmuşdur ki, Cavabdeh paylı mülkiyyət hüququ ilə bir neçə daşınmaz əmlaka sahib olmuşdur. İddiaçı ünvan 1 ünvanı nda yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyriyaşayış sahələri üzərində cavabdehin 1/2 payının dəyərinin borcun ödənilməsinə yetərli olacağı qənaətindədir. Cavabdehdən tələb olunmuşdur ki, paylı mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklarını üçüncü şəxsə və ya paylı mülkiyyət hüququnun digər sahibi olan Maraqlı şəxs satmaqla borcunu ödəsin. Lakin cavabdeh bildirmişdir ki, Maraqlı şəxs əmlakdakı payını əldə etməklə bağlı təklifinə heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi maraqlı şəxslərin hərəkətsizlikləri səbəbindən yubanır. Cavabdehin paylı mülkiyyət üzrə öz əmlakını satmaqla ona olan borcunu ödəməsi üçün ağlabatan həddə kifayət qədər vaxtı olmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı ş əxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Maraqlı şəxs notariat qaydasında verdiyi ərizəsində göstərmişdir ki, o, İddiaçı Xalid oğlunun Abdullayeva (Yusifova) Təyminə Şamil qızına qarşı pul tələbinin yönələcəyi ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin naturada bölgüsünə etiraz edir, ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin Abdullayeva (Yusifova) Təyminə Şamil qızına aid payının əvəzləşdirilməsi hesabına onun İddiaçı Xalid oğlu qarşısında olan borcunun onun tərəfindən ödənilməsindən imtina edir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)1276/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddi a təmin edilərək, İddiaçı Xalid oğlunun Cavabdeh olan 295000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan 1/2 nisbətindəki payına yönəldilməsi, həmin qeyriyaşayış sahələrinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satışdan əldə olunacaq vəsait hesabına 295000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentində pul məbləğinin İddiaçı Xalid oğluna ödənilməsi, Cavabdeh İddiaçı Xalid oğlunun xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin paylı mülkiyyət hüququ üzrə öz əmlakını satmaqla iddiaçıya olan borcunu ödəməsi üçün kifayət qədər vaxtı olmuş, lakin cavabdeh bunu etməmişdir. Bu isə iddiaçıya ziyan vurmaqla nəticələnir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1, 224.1, 224.2-ci və “İcra haqqında” Qanunun 45.8-ci maddələrinin tələblərinə əsasən paylı mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının belə tələb irəli sürməsi qanunvericiliyin tələblərinə uyğundur və onun belə tələblə çıxış etməsi əsaslı hesab edilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, ümumi mülkiyyət və onun bir növü olan birgə mülkiyyət əşyanın bir vahidlik təşkil edən yeganəliyi və ona mülkiyyət hüqu quna malik olan subyektlərin çoxluğu deməkdir. Qanunvericilik həm birgə mülkiyyətdəki, həm də paylı mülkiyyətdəki paya mülkiyyətçilərin kreditorları tutmanın yönəldilməsini tələb edə bilər. Əgər əmlakdan payın naturada ayrılmasına digər mülkiyyətçilər etiraz edərlərsə, qanunvericilik bu halda mübahisənin həlli qaydasını da müəyyən edir. Belə ki, belə hallarda kreditor tələb edə bilər ki, borclu mülkiyyətçinin payı onun satın almaqda üstünlük hüquqları olan mülkiyyətçilərə bazar qiymətinə satılsın və əldə edilmiş vəsait hesabına borc ödənilsin. Əgər qalan mülkiyyətçilər payı satın almaqdan imtina edərlərsə, kreditor həmin payı hərracda satılmasını və öz tələbinin təmin edilməsini məhkəmə qaydasında tələb edə bilər.

11. Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda daşınmaz əmlakın digər payl ı mülkiyyətçisi olan Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərin paylarına uyğun ayrılmasına etiraz etməsi, eyni zamanda digər mülkiyyətçi Cavabdeh payının satın alınmasından imtina etməsi müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2260/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya ş ikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, mülki işin 124-cü səhifəsində Maraqlı şəxs tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizəsi mövcuddur.

15. Apellyasiya məhkəməsi iddiaçının qeyri-yaşayış sahələrində olan payına tələbi yönəltməsi zamanı həmin əmlakların bazar qiymətlərinin nəzərə almaması, həmin əmlakların hazırda naturada bölünüb-bölünməməsi və ya həmin əmlakların naturada bölünə bilməsi məsələsinə diqqət yetirməməsi ilə bağlı dəlilini əsassız hesab etmiş və qeyd etmişdir ki, apellyas iya kollegiyasının 05 aprel 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilərək, iş üzrə icraat Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Maraqlı şəxs qarşı “ər-arvad arasında əmlak bölgüsü” (payın naturada ayrılması) tələbinə dair 2(006)-145/2022 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(006)-13/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Maraqlı şəxs qarşı “ər-arvad arasında əmlak bölgüsü” tələbinə dair iddiası baxılmamış saxlanıldığından hazırkı iş üzrə icraat təzələnmişdir. Göründüyü kimi, cavabdeh payın naturada ayrılması ilə bağlı məhkəmədə iddia qaldırsa da, onun özünün ərizəsi əsasında iddia baxılma mış saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2260/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 6.1.1, 225.6-cı, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 76.1, 77.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

18. Belə ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Digər tərəfdən, məhkəmə tutmanı mübahisəli qeyri-yaşayış sahələrində cavabdehə məxsus olan payına tələbi yönəltməsi zamanı həmin əmlakları n bazar qiymətlərini nəzərə almamış və onun əmlak hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdehin birgə nikah dövründə əldə edilən digər əmlakları mövcuddur. İcra şöbəsinin hansı əsasla məhz hazırda mübahisəli qeyriyaşayış sahələrinə tutma yönəltməsinin səbəbi məlum deyildir. Məhkəmə tərəfindən cavabdehin iştirakı qəsdən təmin edilmədiyi üçün ədalət və çəkişmə prinsipi pozulmuşdur. İddiaçı da məhkəmə prosesinə gəlməmiş və bununla bağlı cavabdehin tələbi təmin olunmamışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndird iyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sür ülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 24. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 61.2-ci madd əsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidləri n ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsi nə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apelly asiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator hazırda iddiaçıya olan borcunu mübahisələndirsə də, buna Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrinə əsasən yol verilmir. Yuxarıda qeyd olunduğu kimi cavabdehin iddiaçıya olan borcu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. 29. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunu n 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

30. Maddi hüquq normaların pozulması ilə bağlı kassasiya şikayətinin dəlilləri həmçinin əsassızdır. Belə ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 224.1 və 224.2-ci maddələri təşkil edir ki, apellyasiya məhkəməsi həmin maddələri düzgün şərh edərək, onları tətbiq etmişdir.

31. Mübahisəli əmlakların dəyərin in məhkəmə tərəfindən müəyyən olunmaması ilə bağlı cavabdehin dəlili də rədd olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 61.2-ci maddəsinin mənasına görə əmlak hərracdan icra məmurunun sifarişi əsasında satılır və hərraca qoyulan əmlakın ilkin qiyməti icra qaydasında müəyyən olunur.

32. Cavabdehin başqa əmlaklarının olması ilə bağlı kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh belə dəlili nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsində irəli sürməmiş və tam mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklara dair hər hansı sübutu təqdim etməmişdir.

33. Digər tərəfdən isə cavabdehin mülkiyyətində başqa əmlakların olması hazırki qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən o, tələbin birinci növbədə həmin əmlaklara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Eyni zamanda, cavabdehin mülkiyyətində olan və üzərində məhdudiyyət olmayan istənilən əmlakı sərbəst olaraq sataraq, məhkəmə qətnaməsini könüllü icra etmək imkanı vardır.

34. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən həm cavabdeh şəxsən, həm də iddiaçı nümayəndəsi vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etmişlər. Bu səbəbdən, çəkişmə prinsipinin pozulmasına dair kassasiya şikayətinin dəlili açıq-aydın əsassızdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2260/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar