Məhkəmə qərarları › İş №2(102)-2003/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2003/2023

25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2003/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-52/2022 nömrəli iş üzrə 12 avqust 2022-ci il tarixli qətnaməs i ilə (hakim Z.Tağıyev) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışınski, A.İmanov) İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbləri təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti 10 aprel 2023-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsindən göndərilmiş və 17 aprel 2023-cu il tarixdə Ali Məhkəməyə daxil olmuş məktubda apellyasiya instansiyası məhkəməsinin 2(103)472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verildiyi bildirilmiş və bununla bağlı olaraq mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. 2(102)-2003/2023 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar