Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2004/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4399/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx"na “dolixokolon, xroniki koprostaz” diaqnozu ilə daxil olmuş, cərrahi əməliyyata hazırlanmaq üçün klinikaya yerləşdirilmiş, xx.xx.2017-ci il tarixdə üzərində “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” qoyulması cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuş, erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə üzərində “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra olunmuşdu r. xx.xx.2017-ci il tarixdə o, “Akademik M.A.Topçubaşov adına X6”nə köçürülmüş, xx.xx.2017-ci il tarixdə həmin Mərkəzdə onun üzərində “Laparotomiya, Bitişmələrin ayrılması Transverzostomanm qoyulması”, xx.xx.2017-ci il tarixdə isə “Bitirmələrin ayrılması Transverzostomanm ləğvi Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir.
2. İddiaçı "xxxx"na ödədiyi 1450 manat klinika tərəfindən ona geri qaytarılmış, “Akademik M.A.Topçubaşov adına X6”nə pul vəsaiti ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – Klinika və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş z iyanın əvəzi olaraq 3000 manat, eləcə də mənəvi əziyyət çəkdiyinə görə 50000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə qarın boşluğunda yaranmış ağrılar ilə bağlı olaraq “X8”ndə rentgen müayinəsindən keçmiş, həmin rentgen müayinəsinin cavablarına baxan tibb mərkəzinin həkimi Anar ona ilkin olaraq əməliyyata ehtiyac olmadığı və müalicə əsasında keçə biləcəyini bildirmişdir. Buna görə də ona bir neçə aylıq müalicə yazmışdır. İddiaçı isə həmin müalicəni yalnız 1 həftə etmiş və ağrıları keçmədiyinə görə dayandırmışdır. Daha sonra həmin rentgen cavablarını “Sabunçu Xəstəxanasına” təqdim e tmiş, orada həkimlər həmin rentgen cavablarına baxdıqdan sonra ona bağırsağında heç bir problem olmadığı və nevroloji səbəblərlə əlaqədar olaraq mədə-bağırsaq sistemində pozulmalar olduğunu bildirmişlər. Həmin günü iddiaçı Klinikaya qarın boşluğunda olan ağrılar ilə bağlı müraciət etmiş, Klinikanın baş həkimi Lika Şıxıyeva onu qəbul etmiş və rentgen cavablarına baxdıqdan sonra ona bağırsağının anadan gəlmə uzun olduğunu, təcili əməliyyat olunmağını bildirmişdir. Həkim əməliyyatın qiymətinin 2000-3000 manat olduğunu, ondan isə 1500 manat alacağını söyləmişdir. Həmin Klinikada əməliyyat ilə bağlı olaraq heç bir müayinə olunmamış və ondan analiz götürülməmişdir. O, 3 gün bağırsağının təmizlənməsi ilə bağlı Klinikada qalmış və təmizlənməsi üçün müxtəlif dərmanlar qəbul etmiş, xx.xx.2017-ci il tarixdə əməliyyat olunmuş və onun bağırsağından 50-60 sm kəsilmişdir. Əməliyyat olduqdan bir neçə gün sonra iddiaçıya qida olaraq banan və alma vermişlər. O, bu qidaları qəbul etdikdən sonra onda “bağırsaq keçirməməzliyi” yaranmış və yenidən əməliyyata götürülmüşdür. Kustar üsulla onun bağırsağına şlank yerləşdirilmişdir. İkinci əməliyyatdan sonra da bağırsağı işləməmiş və bağırsağının işləməsi üçün göbək nahiyəsindən müxtəlif yüksək dozalı iynələr vurulmuşdur. İddiaçı vəziyyəti ağırlaşdığından valideynləri ilə əlaqə saxlamış və onu buradan çıxarmaqlarını bildirmişdir. Valideynləri gəldikdən sonra xəstəliyi ilə əlaqədar olaraq başqa xəstəxana axtarmağa başlamışlar. Bu zaman Klinikanın baş həkimi Lika xanım ona özünün həkim tapdığını və oraya göndərəcəyini bildirmişdir. xx.xx.2017-ci il tar ixdə “M.Topçubaşov adına X2” müayinə üçün nümayəndələr gəlmiş və onu qəbul edəcəklərini bildirmişlər. Onlar iddiaçının şəxsi avtomobili ilə həmin mərkəzə getmişlər. Orada onun həkimi Yusif Əliyev olmuşdur. Əməliyyata qədər ona bağırsağının işləməsi üçün müxtəlif müalicələr edilmişdir. Həmin müalicələrin xeyri olmamış və əməliyyatın zəruri olduğunu bildirmişlər. İki cərrahi əməliyyatdan sonra bağırsağı əvvəlki kimi işləməyə başlamışdır. İddiaçının Klinikadan verilmiş epikrizdə onun guya sözü gedən Klinikada müalicə olunduğu və müxtəlif analizlər götürüldüyü qeyd olunmuşdur. Bu məlumatlar tamamilə səhv olmuş, sadəcə olaraq öz səhvlərini örtmək üçün yazılmış sözlər olmuşdur. O bildirmişdir ki, bağırsağının yenidən işləməsinə baxmayaraq əvvəlki ağrıları yenə də qalmışdır. “M.Topçubaşov adına X4” olunan əməliyyatlar yalnız Klinikada aparılmış səhv əməliyyat nəticəsində bağırsağının işləməməsi problemini aradan qaldırmışdır. Yusif Əliyev ona bağırsaqla bağlı əməliyyatdan sonra ən azı 20 gün müddətində qida qəbul etməyin düzgün olmadığını bildirmiş və çoxsaylı müayinələrdən sonra bağırsağında heç bir problem olmadığını və ağrılarının nevroloji səbəblərlə bağlı olduğunu bildirmişdir. İddiaçı həmin səhv əməliyyata 1500 manat ödəniş etmiş, bundan əlavə 2 ay işə çıxa bilməmişdir. Bu baş verən hadisə onun həyatına mənfi təsir göstərmiş, çox ciddi mənəvi sarsıntılar keçirmiş, əməliyyatdan sonra uzun bir müddət psixoloji pozuntuları olmuş və bununla bağlı müxtəlif sakitləşdirici dərmanlardan istifadə etmişdir. Bu hadisə təkcə iddiaçının özünə yox, ailəsinə də mənfi təsir göstərmişdir. Belə ki, valideynləri öz övladlarını itirmə qorxusu ilə üz-üzə qalmışdır.
5. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 2012-ci ildən 2017-ci ilədək ağrıları olmuş, əməliyyatdan əvvəl də, hazırda da ishal problemindən əziyyət çəkmişdir. Onda heç vaxt “bağırsaq keçməzliyi” xəstəliyi olmamış, Klinikanın həkimi Lika xanım ona əməliyyatdan sonra problemlərinin düzələcəyini vəd etmişdir. Əməliyyata razılıq verilməsinə dair müqavilədə imza ona məxsus olmamışdır. Lika Şıxıyeva onu müayinə etmədən mədə-bağırsaq şəkili ilə əməliyyat etmiş və bağırsağın bir hissəsini səhvən kəsib götürmüşdür. Dərman və əlavə xərclərə görə 1000 manat, ümumilikdə isə 5000-6000 manat xərc çəkmişdir. Həmin xərclərə dair çeklərinin cib kisəsində olmasını, həmin kisəsini isə it irməsini bildirmişdir. Bundan əlavə iddiaçı Klinikada ödədiyi əməliyyat xərclərinə dair heç bir tələbinin olmadığını, “Topçubaşov” adına xəstəxanaya göndəriləndə ödədiyi 1450 manat pulun ona geri qaytarıldığını, “Topçubaşov” adına xəstəxanada iki dəfə əməliyyat olunmağı ilə əlaqədar o və ailə üzvləri tərəfindən heç bir əməliyyat xərci ödənilmədiyini, cavabdeh klinikada əməliyyata razılıq verilməsi üzrə müqavilədə qeyd edilən imzanın ona məxsus olmadığını qeyd etmişdir.
6. Cavabdehin vəkili və nümayəndəsi “Topçubaşov” adına xəstəxanadan iddiaçının xəstəlik kitabçasının surətinin əldə edilməsini, iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinə etirazlarının olmamasını, iş üzrə tam məlumatın əldə edilməsi üçün tibbi ekspertizanının keçirilməsini xahiş etmişdir.
7. X1 ifadəsində bildirmişdir ki, iddiaçı “X7” mərkəzində rentgen olunmuş və ona “Meqokolon” diaqnozu verilmişdir. Klinikaya müraciət etmiş, onu müayinə etdikdən sonra 3 gün müalicə almış, sonra əməliyyat icra edilmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/876 saylı 4 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş iddiaçının adına olan xx.xx.2017-ci il tarixli iltizamnamədə “cərrahi əməliyyata razılıq verirəm.” və “Xəstənin (yaxın qohumun) imzası:” qrafalarındakı imzalar – iddiaçı tərəfindən icra olunmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patolojİ Anatomiya Birliyi” X10 tərəfindən verilmiş 798/KEŞ saylı 15 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, iddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx"na müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoz düzgün olmuş və daha əvvəl xx.xx.2017-ci il tarixdə “Diaqnoz” Tibb Mərkəzində aparılmış “İrriqoskopiya” müayinəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı düçar olduğu xroniki bağırsaq xəstəliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx"na daxil olmuş və patologiyanın kliniki gedişini nəzərə alaraq ona operativ müalicə taktikası seçilmişdir. xx.xx.2017-ci il tarixdə “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuşdur. Erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı anastamozun çatışmamazlığı qeyd edilməmişdir. Dinamik nəzarət davam etmiş, lakin sonrakı müalicə üçün xəstə yaxınların istəyi ilə xx.xx.2017-ci il tarixdə “Akademik M.A.Topçubaşov adına X6”nə köçürülmüşdür. İddiaçının üzərində “Akademik M.A.Topçubaşov adına X6”ndə xx.xx.2017-ci il tarixdə “Laparotomiya; Bitişmələrin ayrılması Transverzostomanm qoyulması” və xx.xx.2017-ci il tarixdə “Bitirmələrin ayrılması Transverzostomanm ləğvi sağ tərəf li hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Beləliklə ilkin cərrahiyyə əməliyyatından sonra, iddiaçının üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilər. Bu səbəbdən etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış operativ müdaxilələr taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1710/2021 nömrəli iş üzrə 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə m ənəvi zərərə görə 1000 manat və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən onun da təsdiq etdiyi kimi cavabdeh tibb müəssisəsinə ödənilmiş 1450 manat vəsait ona qaytarılmış, digər tibb müəssisəsində iki dəfə keçirilmiş əməliyyatlara görə isə ondan əməliyyat xərci tutulmamışdır. Baxmayaraq ki, iş üzrə keçirilən ekspert rəyi ilə iddiaçının üzərində digər tibb müəssisəsi tərəfindən daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəbin xəstədə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətləri və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları ic ra edilməsi ilə əlaqələndirilmişdir. Cavabdeh təşkilat tərəfindən keçirilən əməliyyat xərcinin iddiaçıya mübahisəsiz qaydada qaytarılmasını onu maddi ziyanın qismən həmin hissədə qəbul etməsinə dair iradəsinin olması kimi qiymətləndirərək məhkəmə belə qənaətə gəlmişdir ki, maddi ziyan əməliyyat xərci məbləğində ödənildiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.
13. Məhkəmə iddiaçının əlavə dərman, yoxlama xərclərinə, 2 ay işə çıxa bilməməsinə dair ziyana düşməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə konkret sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı xərclərə dair təsdiqedici sənədlərin bir qismini həmin sənədləri itirməsi ilə əlaqələndirmiş, 2 ay işə çıxa bilməməsini bildirsə də konkret hansı məbləğdə gəlirlərdən məhrum olm asına dair məhkəməyə konkret sübutlar təqdim etməmişdir.
14. Məhkəmə mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının üzərində dəfələrlə əməliyyata məruz qalması nəticəsində ciddi mənəvi sarsıntılar keçirməsi şübhəsiz olmuşdur. Cavabdeh tərəfindən mübahisəsiz qaydada ödənilmiş 1450 manat zərər məbləğinin mənəvi zərərə tənasüblüyü nəzərə alınmalı, iddiaçının xeyrinə 1000 manat tutulmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İd diaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patolojİ Anatomiya Birliyi” X10 tərəfindən verilmiş 433/KEŞ saylı 7 sentyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən həmin təyinat əsasında iddiaçının özünün də müayinəsi həyata keçirilərək əvvəlki rəydə göstərilənlər təkrarlanmış, "xxxx" MMC-də “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu ilə bağlı iddiaçıda aparılmış operativ müdaxilələrin taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, ilkin cərrahiyyə əməliyyatından sonra, üzərində daha iki c ərrahiyyə əməliyyatlarının aparılmasına səbəbin isə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları icra edildiyi” nəticəsi vurğulanmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4399/2022 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə) dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci i nstansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh MMC-nin həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya mənəvi ziyan dəymiş olması qənaəti Mülki Məcəllənin 1097.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmamışdır. Bununla belə, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iddianın təmin olunan hissəsində yoxlanılmadığından, hazırkı halda həmin məsələyə qiymət verilməmişd ir. Lakin bu o deməkdir ki, iddiaçının apellyasiya şikayəti müvafiq hissədə (mənəvi ziyanla bağlı hissədə) də təmin oluna bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə zərə rin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərin yaranmasını və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamışdır. Ekspert rəyinin ziddiyyətli və tam olmamasına baxmayaraq komissiyon ekspertiza təyin edilməmiş və bununla apardıqları səhv müalicə (cərrahi əməliyyat) arasında səbəbli əlaqə müəyyən olmamışdır. Əgər Klinikanın günahı olmasaydı, müqaviləsi ilə aldıqları 1450 manat pulu qaytarmazdılar.
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3, 1122-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 102.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edə rək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozun tusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini s übuta yetirərsə, məsuliyyətdən azad edilir.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
32. Mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericili k aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.
33. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə qismən, iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tutulmalı mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli, mənəvi zərərin məblə ği 2000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
45. Belə ki, iddiaçı üzərində dəfələrlə əməliyyata məruz qalmış və bunun nəti cəsində ciddi mənəvi sarsıntılar keçirmişdir. Yəni iddiaçının mənəvi sarsıntı keçirməsi hüquq pozuntusu ilə bağlı olmamış, sağlamlığına dəymiş zərər ilə bağlı olmuşdur.
46. Apellyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntının, fiziki iztirabların ağırlığını, zərərvuran şəxsin təqsirini kifayət qədər nəzərə almayaraq mənəvi zərərin miqdarını nisbətən az müəyyən etmişdir.
47. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş 1000 manat mənəvi zərərin məbləği dəyişdirilərək 2000 manat müəyyən edilməlidir.
48. Kassasiya şikayətində göstərilən digər dəlillər formal mülahizələrə əsaslandığından və iş materialları ilə təsdiq olunmadığ ından məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4399/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı olan mənəvi zərərin məbləği 2000 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.