Məhkəmə qərarları › İş №2(102)-2005/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2005/2022

05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı X1 cavabdeh XXX İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2(102)-2005/2022 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Bakı şəhəri, 5 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2021-ci il tarixli 2(103)460/2016 nömrəli qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Mübahisə Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınmasından imtina barəsində Yasamal rayonu Polis İdarəsi Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinin imtinasının əsassız hesab edilməsi və həmin evə qeydiyyata alınmasına dair iddia ilə ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı xüsusi icraat qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınmasından imtina barəsində Yasamal rayonu Polis İdarəsi Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinin imtinasının əsassız hesab edilməsi və həmin evə qeydiyyata alınması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2-382/2006 nömrəli, 09 yanvar 2006-cı il tarixli qətnaməsi ilə (hakim F.Ağamirzəyev) iddia təmin edilmiş, X1 Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə hüququnun tanınması və X1 Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması, X1 Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması Yasamal rayonu Polis idarəsi, Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.

4. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 17 fevral tarixli, 2(103)-460/2016 nömrəli qətnaməsi ilə (sədrlik edən-İ.Vəliyev, hakimlər X.Məhərrəmova və E.Həsənov) apellyasiya ş ikayəti təmin edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

6. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev sənədsiz tikili olduğundan iddiaçının ona dair hər hansı hüququ tanına bilməz və o həmin evə qeydiyyata alına bilməz. Digər tərəfdən qanunvericiliyin tələblərinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığı əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına d air ehtimal ortaya çıxır.

7. İddiaçı X2 Bakı Apellyasiya məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddəti üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən-X.Sarıyev, hakimlər N.Cəfərov və E.Mehdiyev) 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2016-cı il tarixli, 2(103)-460/2016 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə iddiaçı X1 ərizəsi təmin edilməmişdir. 9. 28.09.2021-ci ildə iddiaçı X2 Bakı Apellyasiya məhkəməsinin 17 fevral 2016-cı il tarixli 2(103)-460/2016 nömrəli qətnaməsindən verdiyi kassasi ya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən- X.Sarıyev, hakimlər N.Cəfərov və E.Mehdiyev) 04 oktyabr 2021-ci il tarixli 2(103)-460/2016 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2016-cı il tarixli, 2(103)-460/2016 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə iddiaçı X1 ərizənin rədd edilməsi barədə işə baxılandan sonra, həmin gün saat 15-00-da iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti hakimə verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, kassasiya şikayətini nəzərdən keçirib hes ab etmişdir ki, hazırki iş üzrə verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2016-cı il tarixli, 2(103)-460/2016 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə iddiaçı X2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası hesab etmişdir ki, X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2016-cı il tarixli, 2(103)-460/2016 saylı qə tnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 ay müddət ötürüldükdən sonra verildiyindən, kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilmədiyindən, kassasiya şikayət geri qaytarımalıdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri.

12. İddiaçı X2 Bakı Apellyasiya məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(103)460/2016 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya Məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunsuz və əsasızdır. Məhkəmə qərardadda qeyd edir ki, X2 qətnaməni aldığı gündən 2 ay müddəti ötürmüşdür. X4 ümumiyy ətlə 10 ildən çoxdur ki, ölkə ərazisində deyildir. Həmin qətnamədən şikayət verilməsi üçün 2021-ci ilin 17 avqust tarixinədək heç bir vəkillə müqavilə olmamışdır Həmçinin məhrum Maraqlı şəxs dünyasını dəyişdiyindən ha-hazırda ev onun istifadəsindədir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlər ə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

19. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

24. İş materiallarından görünür ki, iddiaçı X2 06 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2016-cı il tarixli, 2(103)460/2016 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə həmin ərizə rədd edilmişdir.

25. Belə olan halda, apellyasiya məhkəməsinin iddiaçının təqdim etdiyi kassasiya şikayətinin geri qaytarılması haqqında 04 oktyabr 2021-ci il tarixli qərardadı MPM-nin 408.1.4-cü m addəsinə uyğun olmuşdur. Həmin normaya əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2021-ci il tarixli 2(103)-460/2016 nömrəli qərardadı dəyişdirilmədə n saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar