Məhkəmə qərarları › İş №2(102)-2005/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2005/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “payçı siyahısında adının bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2086/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Koorperativinin Nizamnaməsinə əsasən, İddiaçı adı payçılar siyahısında yoxdur. Nizamnamənin 4.5- ci bəndindən görünür ki, koorperativin pay fondu koorperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooorperativ üzvü ümumi yığıncağın qərarı ilə üzvlükdən çıxarılır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" saylı MTK-ya 7 iyun 1991-ci il tarixdə 8000 rubl məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "xxxx" MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın (bundan sonra “cavabdeh” və ya “MTK”) rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün "xxxx" Mənzil-Tikinti Kooperativində 3 otaqlı mənzilin alınması üçün növbəyə durmuşdur. Növbəyə durduqdan sonra növbəsinin çatmas ı ilə maraqlanmış və iddiaçıya məlum olmuşdur ki, 1989-cu ildə min nəfərdən çox insan mənzillə təmin edilmişdir. Bundan sonra 1990-cı ildə yenə də 1000 nəfərdən çox insan mənzillə təmin edilmiş və nəhayət iddiaçının növbəsinin çatması ilə əlaqədar 1991-ci ildə ona kooperativə üzvlüklə bağlı ödəniş etmək təklif edilmiş və iddiaçı da öz növbəsində 1991-ci ildə mənzilə görə ilkin ödəniş olaraq 8000 rubl ödəniş etmişdir. Bundan sonra binanın və mənzilinin tikintisini gözləmişdir. Bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Payçıların hamısı, yəni 50-60 nəfərdən çox payçı yığışaraq Bakı Şəhər Sovetinə getmişlər. Orada gəlməklərinin səbəbini bildikdən sonra polis əməkdaşları onları dövriyyəyə almış və Bakı Şəhər Sovetinin nümayəndələri onları qarşılayaraq bildirmişlər ki, bir d aha bura yığışmasınlar və bina tikiləndə onlara xəbər edəcəklər. Bundan sonra iddiaçı vaxtaşırı Bakı Şəhər Sovetinə gedib maraqlanmışdır ki, tikinti necə oldu və hər dəfə ona bildirmişlər ki, bina hələ tikilməyib, gözləyin. 1998-ci ildə iddiaçı iş yeri üzrə mənzil növbəsinə durmaq üçün sənədləri toplayıb təqdim etmiş, lakin ona rədd cavabı gəlmiş, bildirmişlər ki, o, iki mənzil ala bilməz. Bundan sonra iddiaçı dəfələrlə İcra hakimiyyətinə, Bakı Şəhər Sovetinə müraciət etmiş və hər dəfə iddiaçını müxtəlif instansiyalara yönləndirmiş, hətta pul ödəyib yeni mənzil üçün növbəyə durmağı belə məsləhət görmüşlər. Uzun sürən uğursuzluqlardan sonra iddiaçı müxtəlif instansiyalara məktub ünvanlamış və məktuba cavab olaraq ona bildirmişlər ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ona mənzil v eriləcəkdir. Bundan sonra o, "xxxx" Mənzil-Tikinti Kooperativini axtarmağa başlamış və həmin MTK-nın Dadaş Bünyadzadə küşəsi 55 ünvanında yerləşdiyini öyrənmişdir. Lakin həmin ünvanda yaşayış evi yerləşmişdir. Təkrar axtarış apardıqdan sonra (070) 688- 6278 nömrəli telefonu tapa bilmiş və nömrənin sahibi Məmməd adlı şəxs iddiaçını küçədə qarşılamış və iddiaçı ofislərinin harada yerləşməsini soruşduqda Rəşad adlı şəxsin telefon nömrəsini vermişdir. Rəşad ilə iddiaçı çayxanada görüşmüş, Rəşad sənədlərin surətlərini iddiaçıdan almış və bildirmişdir ki, bina 2006-cı ildə inşa edilmişdir, lakin iddiaçıya heç bir mənzil verilməmişdir. O, artıq 32 ildir ki, iddiaçı mənzilini gözləyir. Bakı şəhər İcraiyyə Komitəsinin Mənzil-kooperativ təsərrüfat idarəsinin ******* nömrəli hesab üzrə 5 nömrəli qəbz indən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdə MTK üzvünün 30% həcmində pay ödənişi olaraq 8000 rubl ödəniş etmişdir. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106- P26947128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir, lakin 55 nəfər payçı (kooperativ üzvü) arasında iddiaçının adı yoxdur. Göründüyü kimi iddiaçı 1991-ci il tarixdə MTK üzvlüyünə görə 30% həcmində pay ödənişi, yəni 8000 rubl ödəniş etmiş, hansı ki, MTK-nın nizamnaməsində ilkin pay fondu minimum olaraq 5500 ödənişin edilməsi kifayət idi. Lakin iddiaçıya məlum olmayan hansısa səbəbdən onun adı MTK-nın payçıları sırasında, yəni 55 nəfərin siyahısında yoxdur.

6. Cavabdehin vəkili və nümayəndəsi iddiya etiraz təqdim edərək göstərmişdir ki, MTK-nın xx.xx.2006-cı il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən, MTK Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 198 nömrəli MTK-nın bazasında yaradılmışdır və onun hüquqi varisidir. Amma buna baxmayaraq MTK-nın 55 nəfər üzvünün sırasında iddiaçının adı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının payçıların siyahısında olmadığı aşkardır və MTK-nın yaşayış binasının inşası payçıların öz vəsaiti hesabına aparılmışdır. İddiaçı özünün MTKnın payçısı kimi təqdim etsə də, iddia ərizəsinə əlavə edilən sənədlərdə bunu təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda, mövcud qanunvericiliyin tələbləri baxımından, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar da yoxdur. Çünki qan unvericiliyin tələbləri baxımından iddia tələbinin təmin edilməsi üçün, həmin MTK-da payçı olmaqla yanaşı, eyni zamanda mənzilin dəyəri də ödənilməlidir. Göründüyü kimi, iddiaçı iddia etdiyi mənzilin nəinki dəyərini ödəməmiş, eyni zamanda nə üçün MTK-nın payçılarının siyahısına daxil edilməsini əsaslandırmamışdır. İddiaçının adının MTK-nın payçılarının siyahısında bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolundan çıxarışın verilməsi vəzifəsinin MTK-nın rəhbərliyinin üzərinə qoyulması tələbi əslində mümkünsüzdür. Çünki bina çoxdan tikilib təhvil verilib. İddiaçı özü isə iddia ərizəsində etiraf edir ki, 40 il bundan qabaq payın 30 faizini ödəyib. O zaman sual olunur ki, iddiaçı niyə 100 faiz pay ödəməyə-ödəməyə payçı olmaq istəyir. Ən yaxşı halda iddiaçı 40 il bundan qabaq ödəd iyi 8000 min rublun əvəzini tələb edə bilər ki, bu tələb də iddia müddəti baxımından və əsaslılıq baxımından uğursuz görünür. Həmçinin iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Bundan əlavə, hazırkı tələblə oxşar tələb qaldırılıb, qətnamə çıxarılıb və qanuni qüvvəyə minib.

7. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə də verərək, iddia müddətinin ötməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 508/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Gülnar Babazadə)

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdir ki, iddiaçı iddiasında 9 noyabr 2006-cı ildə qeydə alınmış MTK-nın payçı siyahısında adın bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsini tələb edərək, əsas kimi pay haqqını xx.xx.1991-ci ildə ödəməsini göstərsə də, MTK-nın 9 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstərilən 55 nəfər payçı siyahıda payçı qismində iddiaçının adı qeyd olunmamışdır. Nizamnamədən də görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/359 saylı qərarı ilə təsdiq edilmiş 198 saylı kooperativinin üzvlərinin siyahısında iddiaçının adının aşkarlanmamışdır. Bu cür vəziyyətdə iddiaçı həmin MTK-nın bazasında yaradılmış və hüquqi varisi olan 198 saylı Mənzil Kooperativinin də məhkəmə aktı ilə payçı siyahısında adının bərpa edilərək daxil edilməsi və ümumi yığıncağın protokolunun verilməsi tələbi təmin edilə bilməz.

10. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı MTK-ya 8000 rubl məbləğində pulu məhz 7 iyun 1991-ci il tarixində ödəmişdir. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 373, 375.2ci, 377.1, 385.1-ci və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş edilmişdir.

13. Apellyasiya şikayətinin dəliləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edərək əlavə ola raq qeyd edilmişdir ki, məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə ziddir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2086/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçının adı Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli 5/359 saylı qərarı ilə təsdiq edilmiş 198 saylı kooperativinin üzvlərinin siyahısında yoxdur. Həmçinin MTK-nın 9 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstəri lən 55 nəfər payçı siyahıda da payçı qismində iddiaçının adı qeyd olunmamışdır. Həmçnin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş və cavabdeh tərəf də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər təkzib edilməklə yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil: Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki iddia tələbi məhz Mülki Məcəllənin 384-cü maddəsinin təsiri altına düşür və belə olan halda Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddəti tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 73.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasi ya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iddia tə ləbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

26. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

27. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən v əzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi yuxarıda göstərilən qaydaya uyğun olaraq iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün bölüşdürmüşdür.

29. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya ş ikayətinin dəlilləridir.

30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, iddiaçı şikayətində tələbinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinin təsiri altına düşməsini göstərmişdir.

31. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 384-cü maddəsi iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsini müəyyən edir və iddiaçının istinad etdiyi norma da (384.0.4) mülkiyyətçinin və ya digər sahibin onun hüququnun (əşya hüququnun) hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə aiddir. Başqa sözlə, analoji iddialarda hər hansı şəxsin tələbinə iddia müddətinin şamil edilməməsi üçün həmin şəxs ya mülkiyyətçi, ya da qanuni sahib olmalıdır. Hazırki işdə işə iddiaçı nə mülkiyyətçi, nə qanuni sahibdir, üstəlik iddia tələbi də mülkiyyətçinin və sahibin hüququnun p ozuntularının aradan qaldırılması barədə deyil.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2086/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar