Məhkəmə qərarları › İş №2(102)-2011/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2011/2020

19.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2011/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-3741/2019 saylı qətnaməsindən İddiaçı N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev, iş № 2(026)-183/2019) İddiaçı N oğlunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı 1 30.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası və Cavabdeh2 mənəvi ziyana görə İddiaçı N oğlundan 200.000 manat tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, Z.İ.Məmmədov və S.A.Qafari) İddiaçı N oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin may ayında İddiaçı N oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1994-cü ildə Bakı-Qazax yolunun Qobustan şəhəri ərazisində yerləşən “son” adlanan yerdə 12 kv.metr ölçüdə ticarət köşkü quraşdırmasını və rayon İcra Hakimiyyətinin Memarlıq v ə Tikinti şöbəsi tərəfindən qurğuya dair inşaat pasportu verilməsini və həmin obyektdən 2005-ci ilə kimi istifadə etməsini, lakin rayon İcra və Probasiya şöbəsi tərəfindən Qobustan rayon məhkəməsinin xx xxxxx 2005-ci il tarixli qətnaməsinə istinad olunmaqla həmin obyektin sökülməklə ona 130.000 manat məbləğində maddi, 50.000 manat məbləğində isə mənəvi zərər dəyməsini əsas göstərməklə həmin zərərin rayon İcra və Probasiya şöbəsindən və hazırda həmin sahədən istifadə edən Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək İddiaçı ondan yazdığı əsassız şikayətlər nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas göstərməklə ona dəymiş mənəvi ziyana görə İddiaçı onun xeyrinə 200.000 manat tutulm asına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı N oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məs ələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus obyekt müvafiq icazələr alınmadan mübahisə olunan ərazidə quraşdırıldığından Qobustan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2005ci il tarixli qətnaməsinə əsasən götürülmüş və həmin ərazidə hazırda Cavabdeh2 məxsus əmlak yerləşir. Həmin əml aklar Cavabdeh2 tərəfindən alqı-satqı yolu ilə əldə edilməklə mülkiyyət hüququ əsasında ona məxsusdur. İşdən görünür ki, iddiaçıya məxsus obyekt qətnamənin icrası ilə əlaqədar İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən sökülməklə bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı ona məxsus əmlakın sökülməsi ilə əlaqədar ziyan dəyməsində Cavabdeh2 təqsirləndirərkən məhkəmə instansiyalarına bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin po zulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Məhkəmə kollegiyası iddia tələbinin əsassız olması barədə nəticəyə gələrkən qanunun həmin normasına və eləcə də Mülki Məcəllənin 1115-ci maddəsinə istinad etmişdir. Qanunun həmin normasına əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iddiaçı cava bdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəyməsini MPM-nin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq sübuta yetirə bilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar