Məhkəmə qərarları › İş №2(102)-2013/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2013/2025

22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2013/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 Cavabdeh (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsəl ələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə) qarşı payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-238/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın reyestr nömrəsi **********75-10301 olan çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı5 və Cavabdeh paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). Həmçinin həmin çıxarışda evin 156,2 kv.m dəhliz və pilləkən qəfəsinin ümumi istifadədə olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhram oğlu, İddiaçı4 və İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı ev iddiaçılar və cavabdehin paylı mülkiyyətindədir. Sözügedən əmlak faktiki olaraq naturada ayrılmışdır. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul e dilməsi xahiş edilir.

4. İddiaçılar İddiaçı1, İddiaçı3 Bəhram oğlu və İddiaçı5 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişlər.

5. Cavabdehin nümayəndəsi Maraqlı şəxs iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1191,10 kv.m. olan mənzildən İddiaçı1, İddiaçı3 Bəhram oğlu, İddiaçı4, İddiaçı2 və İddiaçı5 paylarının iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddiası təmin ed ilmiş, İddiaçı1 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 532.2 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı2 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 66.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı3 Bəhram oğlunun 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (1 56.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı4 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 87.4 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, İddiaçı5 1/6 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,0690 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 A saylı evin payına mütənasib şəkildə 116.5 kv.m. (156.2 kv.m. dəhliz və pilləkən qəfəsi ümumi istifadə) naturada ayrılaraq mülkiyyətinə verilməsi, naturada ayrılmanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq iş materiallarına əlavə edilmiş sxemə uyğun həyata keçirilməsi, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdı.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçilər tərəfindən faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Əmlakın naturada ayrılması yolu ilə mülkiyyətçilərin mülkiyyət hüquqlarının operativ təminatı təşkil edilməlidir.

9. Məhkəmə öz mövqe yini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.

12. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, o, paylı mülkiyyətdə olan evin yerləşdiyi torpağın mülkiyyətçisi olsa da, r ayon məhkəməsində işə cəlb edilmədiyini, nəticədə onun maraqlarına zidd qətnamə qəbul edildiyini qeyd etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus torpaq sahəsində yerləşibyerləşmədiyi müəyyən edilsin.

2. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin maraqlarına toxunan şəxs Maraqlı şəxs məxsus torpaq sahəsində yerləşdiyi halda, qeyd edilən evin naturada bölgüs ü onun mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququna (istifadə və sahibliyinə) xələl gətirmədən mümkündürmü?

14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, birinci sual üzrə qeyd edilir ki, göstərilən torpaq sahəsinin faktiki sahəsi 0,069 ha təşkil edir. Qeyd olunan 0,069 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1191,1 kv.m (24 otaq yaşayış sahəsi 507,6 kv.m) olan fərdi yaşayış **********75-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Paylı mülkiyyət olaraq qeydiyyatdan keçən “A” literli fərdi yaşayış evi pay üzrə X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşir. Belə ki, X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evinin tikinti alt sahəsi 0,04588 ha təşkil edir. İkinci sual üz rə, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14 A saylı evin naturada bölgüsü mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyət hüququna xələl gətirmədən mümkün deyildir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-238/2025 nömrəli mülki iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) Cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Allahşükür oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması, Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməs inin mövqeyi ondan ibarət olmuşdur ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, naturada bölünməsi tələb edilən fərdi yaşayış evi iddiaçılar və cavabdehin paylı mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət vermiş Maraqlı şəxs mülkiyyətindədir. Maraqlı şəxs apellyasiya şikayətinin bir dəlili də rayon məhkəməsində onun işə cəlb edilməməsi barədədir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda naturada bölünməsi tələb edilən fərdi yaşayış evinin çıxarışında 156,2 kv.m dəhliz və pilləkən qəfəsinin ümumi istifadədə olması müəyyən edilir. Bu baxımdan, ümumi istifadədə sahələri olan evin naturada bölgüsü ümumilik davam edən sahələr olduğu halda, mümkün ola bilməz. Çünki ümumi paylı mülkiyyətdə olan əşyanın bölün məsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əşyanın naturada bölgüsündə kompensasiya mərhələsi müəyyən edilməmişdir. Hazırkı halda tərəflər əmlakın hərracdan satılmasına etiraz etmişlər. Beləliklə də, paylı mülkiyyətdə olan evin naturada bölgüsü mümkün olmadığından və tərəflər hərracdan satılma tələb etmədiklərindən, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, tərəflərə gələcəkdə hərracdan satılma barədə iddia qaldırmaq hüquqları izah edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.10, 213.1, 213.2, 213.4, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən kifayət qədər araşdırma aparmadan işin faktiki və real hallarına qiymət verməyib, maddi və prosessual normaların tələbini pozmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzə rində tikilmiş 14A saylı ev iddiaçılar və cavabdehin paylı mülkiyyətindədir. Sözügedən əmlak faktiki olaraq naturada ayrılmışdır. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Payların dəqiqləşdirilməsi üçün bölgü sxeminə əsasən, çoxmənzilli binada hər kəsin ayrıca mənzili və istifadə sahələri mövcuddur. Əmlak faktiki olaraq naturada ayrılıb. Yalnız əmlakın hüquqi baxımdan sənəd üzərinə ayrılması qalmışdır və naturada bölgünün aparılması üçün hər hansı bir maneə mövcud deyildir. Sözügedən daşınmaz əmlak paylı mülkiyyətçilər tərəfindən faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Hesab etmişdir ki, payların naturada bölgüsü mümkündür (faktiki bölgü payçıl ar tərəfindən aparılıb) və mülkiyyət hüquqlarının operativ təminatı üçün təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin hüquqi qiymət vermədiyi məsələ apellyasiya şikayəti verən Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirakı və sərgilədiyi mövqedir. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən Maraqlı şəxs iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti araşdırarkən bu məsələyə qiymət verməmişdir. Digər məsələ burada torpağın naturada bölgüsü deyil yaşayış binasının bölgüsündən gedir. Faktiki bölgüdə olan mənzillərin naturada bölünməsi Maraqlı şəxs maraqlarına toxuna bilməz. Çünki Maraqlı şəxs özü birinci instansiya məhkəməyə sərgilədiyi mövqe və bundan başqa əmlakın hüquqi baxımdan naturada ayrılması tələbidir. Bunun başqa şəxsin marağına toxunacaq bir məqamı mövcud deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, birinci sual üzrə qeyd edilmişdir ki, göstərilən torpaq sahəsinin faktiki sahəsi 0,069 ha təşkil edir. Qeyd olunan 0,069 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1191,1 kv.m (24 otaq yaşayış sahəsi 507,6 kv.m) olan fərdi yaşayış **********75-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Paylı mülkiyyət olaraq qeydiyyatdan keçən “A” literli fərdi yaşayış evi pay üzrə X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşir. Belə ki, X1 xüsusi mülkiyyətində olan 0,069 ha torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evinin tikinti alt sahəsi 0,04588 ha təşkil edir. İkinci sual üzrə, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 0,069 ha torpaq sahəsi üzərində tikilmiş 14A saylı evin naturada bölgüsü mülkiyyətdə olan torpaq sahəsinə mülkiyyət hüququna xələl gətirmədən mümkün olmaması rəyi verilsə də, apellyasiya məhkəməsi tam araşdırmadan qərar qəbul edərək müvafiq rəylər arasındakı ziddiyyətə aydınlıq gətirməmiş və X1 mülkiyyət hüquqlarına hansı formada xələl gətirməsini aydınlıq gətirilməmişdir. Bir daha qeyd edilir ki, faktiki bölgü payçılar arasında edilib. Qeyd olunan səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti araşdırarkən bu məsələyə qiymət verməmişdir.

22. Kassasiya şikayəti Azərbaycan R espublikası Mülki Məcəlləsinin 213.4, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

28. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

29. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

30. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz pay ının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

31. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilmə sində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

32. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

33. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

34. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya b ütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı büt övlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünl ük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prose ssual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-238/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar