Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2015/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X17 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)72/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim İlham Kərimli) 2(012)-239/2015 saylı, xx.xx.2015ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxx 2013-c ü il tarixli RX seriyalı ******* saylı Daşınmaz Əəmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması və həmin torpaq sahəsində inşa edilmiş qeyriqanuni tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə iddiaçının qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Cavabdeh ərizəsi əsasında Abşeron rayon məhkəməsinin 2(012)-239/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, işə ümumi iddia icraatı qaydasında baxılmışdır. Abşeron rayon məhkəməsinin (hakim İlham Kərimli) xx xxxxxxxx 2016-ci il tarixli, 2(012)-1572/2017 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə ödə nilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin iddiaçıdan dövlət nəfinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Telman Məmmədov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin torpağın bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək hasara alınmışdır və cavabdehdən etdiyi hərəkətə son qoymasını tələb etsə də, o buna məhəl qoymamışdır. Ona görə də, Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi boşaldılmalı, qeyri-qanuni tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsi onun sahibliyinə qaytarılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, Torpaq Məcəlləsinin 84.1 və 111-ci maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qəra rları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X19 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kolle giyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı və onun vəkili X17 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququ Sumqayıt ASAN xidmət mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2v-220 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və xx.xx.2013-cü il tarixli 3m-266 nömrəli Miras payının bağışlanmasına dair müqavilə əsasında qeydə alınmışdır. JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən X11, X4, X12 mülkiyyətinə verilmişdir. Abşeron rayon 1 saylı notaria t kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E-24720 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçilər Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair sərəncam verməyi Cavabdeh xx.xx.2062-ci il tarixədək etibar etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 7063 saylı rəyindən görünür ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin koordinatları Cavabdeh istifadəsində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin JN-097A, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən koordinatları (döngə nöqtələri) ilə üst-üstə düşür, üst-üstə düşən torpaq sahəsi 73 kvadrat metr təşkil edir, həmin torpaq sahəsindən cavabdeh istifadə edir. Birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, cavabdehin isə qanuni istifadəsində olmasını, mübahisə tərəflərinin qanuni istifadəsində olan torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsini, torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsində vətəndaşların təqsirini olmamasını, çıxarış və şəhadətnamənin qüvvədə olduğu təqdirdə hansı tərəfin torpaq sahəsini zəbt etdiyini müəyyən etməyin mümkün olmamasını əsas götürərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 140, 152.1, 152.5, 157.2, 157.8-ci maddələri və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndi ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericliyin normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmış, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin etmiş və bütün subutlarla yanaşı, ekspert rəyinə əsasən iddianı tələbini rədd etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin ona məxsus torpağı zəbt etməsini göstərsə də, iş materialları və ekspert rəyi ilə iddiaçının tələbi sübuta yeti rilmir. Belə iş materiallarından müəyyən edilir ki, İddiaçı Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsini vərəsəlik qaydasında mərhum əri X5 qalan miras kimi qəbul etmiş və torpağı mülkiyyətinə keçirmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən də görünür ki, X15 həmin torpaq sahəsini X7 8500 manata almışdır. (i.v.91-94) Həmçinin iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən X11, X4, X12 mülkiyyətinə verilmiş və Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E-24720 reyestr nömrəli etibarnamə ilə mülkiyyətçilər Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair sərəncam verməyi Cavabdeh xx.xx.2062-ci il tarixədək etibar etmişlər. (i.v.53, 80) Bununla da müəyyən edilir ki, X3 alınmış sənəd üzrə 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətində, X11, X4 və X12 mülkiyyətində olan sənəd üzrə 0,08 ha torpaq sahəsi isə etibarnamə əsasında Cavabdeh faktiki istifadəsindədir. Birinci instansiya məhkəməsinə verilən xx.xx.2017-ci il tarixli, 7063 saylı ekspert rəyində Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin koordinatlarının Cavabdeh istifadəsində olan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin JN-097A, KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən koordinatlarla (döngə nöqtələri) üst-üstə düşməsi, üst-üstə düşən tor paq sahəsinin 73 kvadrat metr olması müəyyən edilmişdir. Eyni zamanda iş üzrə obyektiv nəticəyə gəlmək üçün apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 6684 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Əhmədov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********49 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyest rindən çıxarışa əsasən iddiaçı Həlimə Atakişiyevaya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən faktiki istifadə vəziyyətinə uyğun yerində (naturada) 0.0726 ha hissəsi ilə üst-üstə düşür. 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Əhmədov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********49 saylı mütəxəssis rəyinə əsasən, JN- 097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına 0,08 ha torpaq sahəsi qeydə alınmışdır. JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsi elektron kadastr məlumat bazasında faktiki vəziyyətə uyğunlaşdırdıqdan sonra torpaq sahəsinin 0,0619 ha hissəsi X9 faktiki istifadəsind ə olunduğu müəyyən edilmişdir. 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsinin mühəndisi tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli **********49 saylı mütəxəssis rəyinə əsasən, iş materiallarında təqdim olunmuş JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına 0,08 ha torpaq sahəsi qeydə alınmışdır. Lakin JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0619 ha hissəsi faktiki olaraq istifadə olunur. Cavabdeh istifadəsində olan 0,0619 ha torpaq sahəsinin 66,71 kvadrat metr hissəsi xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları il ə üst-üstə düşür. Cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Həlimə Atakişiyevaya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatlarına əsasən 66,71 kvadrat metr hissəsi istifadə edilir. İddiaçı xx xxxxxx 2018-ci il tarixli, 6684 saylı ekspert rəyi ilə razı olmadığı üçün apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə bir daha əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında mübahisənin düzgün həlli baxımından daha əhatəli əlavə suallar da qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 22149 saylı ekspert rəyindən görün ür ki, JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına 0,08 ha torpaq sahəsi qeydə alınmışdır. Həmin 0,08 ha torpaq sahəsindən 0,0619 hektar torpaq sahəsini Cavabdeh faktiki istifadə edir. Elektron kadastr məlumatı bazasında olan şəhadətnamələrin yerləşmə vəziyyətini faktiki vəziyyətə uyğunlaşdırdıqdan sonra istifadəçinin də şəhadətnamənin konfiqurasiyasından kənar istifadə etdiyinə görə torpaq sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri həmin torpaq sahəsinin planına uyğun gəlib-gəlməməsinin araşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumatı bazasında olan şəhadətnamələrin yerləşmə vəziyyətini faktiki vəziyyətə uyğunlaşdırdıqdan sonra istifadəçinin də şəhadətnamənin konfiqurasiyasından kənar istifadə etdiyinə görə torpaq sahəsi naturada daha azd ırsa, çatışmayan torpaq sahəsi nə qədər olması və çatışmayan torpaq sahəsinin hansı istiqamətdə olmasını araşdırımaq mümkün olmamışdır. X13 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinin 0,0619 hektar hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh istifadəsində olan 0,0619 ha torpaq sahəsinin 66,71 kvadrat metr hissəsi xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi həm birinci, həm də apelyasiya instansiyasında 3 dəfə ekspertiza keçirilmiş, birinci rəydə Cavabdeh istifadəsində olan 0,0619 ha torpaq sahəsinin 73 kvadrat metr, digər iki rəydə isə 66,71 kvadrat metr hissəsinin İddia çı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Lakin birinci rəydə İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissənin 73 kvadrat metr, digər iki rəydə 66,71 kvadrat metr olması cüzi fərqli olduğu üçün rəylər arasında ziddiyyət kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh istifadəsində olan 0,0619 ha torpaq sahəsinin 66,71 kvadrat metr hissəsinin İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi iddianın təmin üçün əsas ola bilməz. Çünki həmin ekspert rəylərində Cavabdeh istifadəsində olan 0,0619 hektar torpaq sahəsinin X13 adına qeydiyyata alınmış 0,08 ha torpaq sa həsi ilə naturada üst-üstə düşməsi müəyyən edilmişdir. Buna görə də bir halda ki, cavabdehin istifadə etdiyi 0,0619 hektar torpaq qanunla X13 adına qeydə alınmış 0,08 ha torpağın hüdudları daxilindədir və iddiaçının torpağının da 66,71 kvadrat metri həmin 0,0619 hektar torpaq sahəsinin hüdudları çərçivəsindədir, belə olan halda, Cavabdeh 0,0619 hektar sahəsindən istifadəsi, hətta iddiaçının torpağının 66,71 kvadrat metri həmin torpaqla üst-üstə düşürsə belə, qanunsuz hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdehin istifadə etdiyi həmin torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə 2006-cı ildə JN-097A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair X2 adına qeydə alınmış 0,08 ha torpaq sahəsinə aiddir. JN-097A, kod 30800118 sa ylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə qüvvədədir, ləğv olunmayıb. Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin istifadəsinə verilən 0,08 ha torpaq sahəsi X13 adına mülkiyyət hüququ ilə 2006-cı ildə, iddiaçıya satılan 0,08 ha torpaq sahəsi isə X13 adına mülkiyyət hüququ ilə xx xxxxxxxx 2007-ci ildə qeydə alınmışdır. Başqa sözlə, cavabdehin istifadə etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən daha əvvəl dövlət qeydiyyatından keçmiş torpaq sahəsidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər. Hazırki işdə isə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmədiyi və əksinə, bu hal ekspert rəyilə təkzib edildiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab etmişdir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnamə si dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-72/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2015/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2015/2020
11.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver