Məhkəmə qərarları › İş №2(102)-2015/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2015/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2015/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2015/2023 (Açar sözlər: bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi, sübutetmə) Bakı şəhəri 27 iyul 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, (məruzəçi) X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-318 /2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə tərəfindən Cavabdeh satılmışdır.

2. Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli, 1942 saylı sərəncamına əsasən, həmin sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsəd i ilə bələdiyyə tərəfindən Cavabdeh satılmışdır.

3. Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən, həmin sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə tərəfindən İddiaçı satılmışdır.

4. Binəqədi rayonu X1 27 fevral 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Cavabdeh Məmməd oğluna ayrılmış torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahəsi yanaşıdır.

5. Binəqədi rayonu X1 16 may 2019-cu il tarixli İddiaçı cavab məktubunda göstərilmişdir ki, “... torpaq sahənizə baxış zamanı Sizə ayrılan torpaq sahənizin, digər şəxs Cavabdeh ayrılmış torpaq sahəsi ilə yanaşı olduğu müəyyən edilməklə bəra bər eskiz-sxem planları üzrə naturada olduğu kimi eynilik təşkil edir”.

6. Binəqədi rayonu X1 31 may 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinin eskiz-sxemi ilə ərazi üzrə uyğunluq təşkil edir, vətəndaş Cavabdeh torpaq sahələrinin ona göstərilməsi və ya təqdim edilməsi ancaq onun özünün müraciətindən sonra həyata keçirilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ay rılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi, torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan polisə şikayət etmişdir ki, guya iddiaçı torpaq sahəsini ona satıb. Onun yazdığı şikayət ərizəsini müstəntiq Ramil Mehdiyev araşdırmış, heç bir əsas olmadığı üçün şikayət ərizəsini mülki qaydada həll edilməsini tövsiyə etmişdir. Cavabdehin Binəqədi bələdiyyəsi ərazisində 2 sərəncamlı ayrı-ayrı yerlərdə hər biri 6 sot olmaqla 2 torpaq sahəsi var. Bir torpaq sahəsini iddiaçının keçmiş qonşusu Zaur Məmmədovdan almışdır. İkinci torpaq sahəsi bir az kənarda yerləşir. Lakin cavabdeh iddiaçıya böhtan ataraq, iddiaçını tut duracağı ilə hədələyir, iddiaçının torpaq sahəsi onun ikinci torpaq sahəsi ilə dəyişmək istəyir ki, torpaqları yanaşı olsun. İddiaçının torpağı üzərindəki mülkiyyət hüququnu pozur, hasarını sökür, iddiaçını və ustaları təhqir edir, hədə-qorxu gəlir. Polisləri ora çağırır ki, guya torpaq onunkudur, guya iddiaçı oranı zəbt etmişdir. İddiaçı bu barədə polisə və bələdiyyəyə dəfələrlə müraciət etmişdir. Bələdiyyə torpağa yerində baxış keçirərək eskiz planları üzrə naturada olduğu kimi eynilik təşkil etdiyi haqda məktub vermişdir. Torpağın iddiaçıya məxsus olmasını bir daha təsdiq etmişdir. Bundan başqa cavabdehə ayrılmış torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə yanaşı olduğu müəyyən edilmişdir. Qanunla torpağı cavabdeh bələdiyyədən almışdır. Bələdiyyənin verdiyi məktubdan görünür ki, onu n bir torpağı iddiaçı ilə qonşudur. Torpaq sahəsini bələdiyyədən aldıqları üçün, torpağın kimə məxsus olduğunu bələdiyyə dəqiq bilir. Ona görə bələdiyyənin verdiyi məktublardan görünür ki, iddiaçı öz torpağından istifadə edir və heç kimin torpağını zəbt etməmişdir. Mahiyyət etibarilə işin sübuta ehtiyacı yoxdur, torpağın ona məxsus olduğunu bələdiyyə də söyləyir.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı özünə aid olmayan torpaq sahəsində tikinti aparılmasına cəhd etdiyinə görə, o, vətəndaş kimi hüquqlarından istifadə edərək polisə müraciət etmiş, hərhansı qeyri-qanuni hərəkət etməmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili v ə geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və Bakı şəhəri Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən et mək mümkün olmadı.”

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli, 20425 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı qızma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılm ış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2020-ci il tarixli, 2(001)-300/2020 saylı qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmaya n kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

14. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetir ə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində “mülkiyyət və istifadə hüquqlarının” bərpa edilməsi xahiş edilsə də, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilmədiyi iddiaçı tərəfindən məhkəmə iclasında qəbul edildiyi təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində "mülkiyyət və istifadə hüquqlarının" pozulmasının nədən ibarət olması aydın deyil.

16. İddiaçı tərəfindən məhkəməyə sübut kimi Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli qərarların surətləri təqdim edimişdir. Həmin qərarlardan görünür ki, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Nəticə etibarı i ş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan göründüyü kimi, İddiaçı tərəfindən mövcudluğu iddia edilən Cavabdeh qanunsuz hərəkətləri onun tərəfindən hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilməsindən ibarətdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76.1, 77.1, 80, 81, 88, 217-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, hazırlıq iclası zamanı məhkəmə onlara “qanunsuz hərəkətlər dedikdə nəyi nəzərdə tutursuz?” sualını verdikdə, cavabdehin onları şərliyərək böhtan ataraq guya torpaq sahəsini onlardan alması və bundan istifadə edərək hasarını sökməsi, onu və ustaları təhqir etməsi, hədələməsi ilə izah etmişdir. xx.xx.2019-cı il tarixində keçirilən məhkəmə zamanı dəqiqləşdirmiş iddia ərizəsini məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixində dəftərxana vasitəsilə verilmiş izahat və vəsatətində iddianın əsasını bir daha təkrar etmişdir. Belə ki, onların iddialarının əsasını, cavabdehin ona qarşı olan qanunsuz (torpağı ondan alması) torpaq iddiasına və qanunsuz hərəkətlərinə (hasarını sökür, onu ustaları təhqir edir, hədə-qorxu gəlir, polisləri ora çağırır ki, guya torpağı ondan alıb, onunkudur, idd iaçı oranı zəbt etmişdir) son qoymaqla Bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində sahiblik və istifadə hüququnun təmin edilməsidir. Baki Şəhəri Binəqədi Rayon Məhkəməsi işin mahiyyəti olan cavabdehin ona qarşı olan qanunsuz torpaq iddiasını araşdırmamışdır. Yəni cavabdeh iddia etdiyi kimi guya torpağı ondan aldığı üçün, iddiaçının torpaq sahəsi ona məxsusdur. Ona görə də bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsində (bələdiyyə tərəfindən verilmiş məktubdan görünür ki, heç kimin torpağin zəbt etməmişlər, torpaq ona məxsusdur) iş görən kimi Cavabdeh torpağı özününki hesab edərək, özünün dediyi kimi iddiaçı, ona məxsus (cavabdeh hardan bilir ki, torpaq ona məxsus deyil) olmayan torpaq sahəsində tikinti aparmasına cəhd etdiyinə görə yeddi dəfə polisi ora çağırmaqla, onu və ustaları təhqir etməklə, hədə-qorxu gəlməklə, hasarı sökməklə torpaq üzərində sahiblik və istifadə hüququnu pozur. Şahid kimi qonşular, ustalar onunla birgə orda olan tanışlar bunu təsdiq edə bilərlər. Lakin şahidə heç ehtiyac yoxdur, çünki cavabdeh özü bunları təsdiq edir. Polisə yazdığı ərizələrdə, məhkəmədə verdiyi ifadədə də aydın görünür. Qətnamədə göstərilir ki, mülkiyyət və istifadə hüququnun pozulmasının nədən ibarət olması aydın deyildi. Cavabdehin qanunsuz torpaq iddiası əsasında etdiyi qanunsuz hərəkətləri məhkəmə tərəfindən araşdırılsaydı, mülkiyyət və istifadə hüququmun pozulmasının nədən ibarət olması aydın olardı. Digər tərəfdən, cavabdeh məhkəmədə çıxışı zamanı torpağı bizdən almasını, polisə verdiyi şikayətə uyğun olaraq izahat verdi, yeddi dəfə polisin ora çağırmasını məhkəmədə b ildirdi və torpağın onunku olmasını iddia etdi. Lakin məhkəmənin çıxardığı qətnamədə bunlar öz əksini tapmır. Məhkəmədə çıxışı zamanı cavabdeh onun hüquqlarını pozmasını etiraf etdiyi halda məhkəmə bunu sübut kimi qəbul etmir. Məhkəmənin nəticə etibarilə qərara gəldiyi kimi cavabdehin qanunsuz hərəkətləri onun tərəfindən hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilməsindən ibarətdir. Cavabdehin polisə şikayət etməyinin səbəbi torpağı ondan almasını iddia etməsidir. Bu deyilənlər müstəntiqin çıxardığı qətnamədədə öz əksini tapır. Məhkəmə tərəfindən öz təşəbbüsü ilə təyin edilmiş ekspertizanın keçirilməsinə etiraz etmişlər. Belə ki, ekspertizanın qarşısına qoyulan suallar Binəqədi bələdiyyəsi tərəfindən cavablandırılmış və məktub formasında işə tikilmişdir. Vəsatət qaldırılmışdır ki, torpaq bələdiyyə tərəfindən verildiyi üçün üçüncü tərəf kimi məhkəməyə dəvət edilsin. Vəsatəti təmin edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi ekspertizaya Binəqədi bələdiyyə mütəxəssislərinin dəvət edilməsini qərara almışdır. Lakin ekspertiza zamanı bələdiyyə mütəxəssislərinin orda iştirakını təmin etməmişdir. Bu barədə o, hakimə və ekspertə də öz etirazımızı bildirmişlər. Bəri başdan nəticəsi məlum olan ekspertizanın keçirilməsinə nə ehtiyac vardı. Torpaq sahəsinin ona məxsus olması Binəqədi bələdiyyəsinin ona verdiyi məktublardan və cavabdehin polisə verdiyi şikayət ərizəsilə, müstəntiqin çıxardığı qərarla da sübut olunmuşdur. Tərəflər arasında qanuni və ya qeyriqanuni heç bir torpaq alqı-satqı faktının olmaması onun tərəfindən sübut olunmuşdur. Cavabdehin qanunsuz hərəkətlər i yəni, onun torpağını özününki hesab etməsi, onu satmaq istəməsi, hasarını sökməsi, ona hədəqorxu gəlməsi bundan başqa məhkəmə zamanı verdiyi ifadələrdən, məhkəmə zalında onu təhqir etməsindən də görünür. Şəkillər vasitəsi ilə torpaq sahəsinin yanaşı olmasını və hasarının tikilməsinə mane olaraq nəticədə yarımçıq qalmasını sübut etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-318/2021 nömrəli mülki iş üzrə 27 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nət icə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı“ təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

22. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində “mülkiyyət və istifadə hüquqlarının” bərpa edilməsi xahiş edilsə də, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilmədiyi iddiaçı tərəfindən məhkəmə iclasında qəbul edildiyi təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində "mülkiyyət və istifadə hüquqlarının" po zulmasının nədən ibarət olması aydın deyil.

23. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə sübut kimi Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli qərarların surətləri təqdim edimişdir. Həmin qərarlardan görünür ki, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

24. Nəticə etibarı iş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan göründüyü kimi, İddiaçı tərəfindən mövcudluğu iddia edilən Cavabdeh qanunsuz hərəkətləri onun tərəfindən hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilməsindən ibarətdir. Qeyd edilənlərə əsasən, sübuta yetirilmədiyi üçün iddia tələbin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə polisə müraciətin qanunsuz olmamasını qeyd etsə də, amma cavabdehin qanundan sui-istifadə etməsi araşdırılmamışdır. İşin mahiyyətini təşkil edən qanunsuz torpaq iddiasına, buna aid verilmiş sübutlar da baxılmamış ( araşdırılmamışdır). Bələdiyyə tərəfindən verilmiş yazılı arayışlar, polisin qərarları, X3 verdiyi rəydəki mübahisəli torpaq sahəsinin (onlara məxsus olan torpaq sahəsinin) faktiki yerləşmə sxemi sübut kimi təqdim edilmiş, lakin hüquqi qiymət verilməmişdir. Məhkəmə bunu sübut kimi qəbul etməmiş, MPM-nin, 88, 89-cu maddələrinin tələbləri pozulmuşdur. Hakim tərəfindən qanunsuz torpaq iddiasına baxılmadığı üçün mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmamış, pozulmuş hüquqların bərpası təmin edilməmişdir. MM-nin 6.1.7, 6.1.8 maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərinin qorunması, məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Bələdiyyə tərəfindən cavablandırılmış məlum məsələnin yenidən müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə ehtiyac yox idi. Ekspertizanın qarşısında qoyulan suallar işin faktiki halının m üəyyən edilməsinə yönəlməmişdir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını bildirmədiyi halda, məhkəmə bu istiqamətdə araşdırma aparmışdır. Düzgün olmayan qərarın çıxarılması sonda həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə gətirib çıxarmışdır. Məhkəmənin düzgün olmayan qərar qəbul etməsi torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirə bilməsinə və torpaqdan istifadə etməyinə mane olmuşdur. Torpaq Məcəlləsinin 48.5, MM-nin 157.4 normaları pozulmuş, lakin işdə bunlar nəzərə alınmamışdır.

27. İddiaçı məhkəməyə əlavə ərizə ilə müraciət edərək,gğstərmişdir ki, məhkəmə qətnaməsindən sonra Bələdiyyə tərəfindən cavabdehə torpaq sahəsinin koordinatları göstərilməklə eskiz layihələri verilmişdir. Həmçinin iddiaçının Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(211)-3534/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş və həmin qərara əsasən Bələdiyyə iddiaçıya məxsus torpaq sahəsinin koordinat nöqtələrinin təsdiq olunmuş eskiz cizgisini çəkib vermişdir. Buna görə də, artıq həmin torpaq sahəsinin zəbt edilib-edilməməsi ilə bağlı ekspertiza təyin etməklə işi ədalətli araşdırmaq olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı torpaqğın zəbt olunması və onun tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Eyni zamanda, bələdiyyə tərəfindən ona verilmiş və koordinatlar qeyd edilmiş eskiz layihələri torpaq saəsinin o na məxsus olduğunu sübut edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 32. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

33. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

34. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəf lər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

35. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının“rəyi“alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlə nir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə

36. Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət“və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

37. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

38. Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat p lanına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

39. Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin“ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.“

40. Bənd

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

41. Bənd

23. Torpaq sahəsinin mülkiyyətə, is tifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələ lərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

55. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. İddiaçının apelyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ona və cavabdehə koordinatlar göstərilməklə Bələdiyyə tərəfindən eskiz layihələrin verilm əsinə istinad etməsi və bu əsasla məhkəmə qətnaməsinin ləğv edilməli olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apelyasiya instansiya məhkəməsində işə baxılarkən mövcud olmayan sənədlər həmin qətnamələrin ləğv edilməsinə əsas vermir. İddiaçı ona məxsus torpaq sahəsinə dair müvafiq koordinatlar göstərilməklə verilmiş eskiz cizgi əldə etmişdirsə, artıq yaranmış yeni əsasla məhkəmədə müstəqil iddia qaldıra bilər.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-318/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar