Məhkəmə qərarları › İş №2(102)-2021/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2021/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2021/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab e dilməsi və s. tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-140/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı mülkiyyətində olmuşdur. Həmin mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi 17 fevral 2021-ci il tarixli, 041/211 saylı protokolu ilə və həmin tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 12.000 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbi barə də iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəf olduqları hərracın yekunları barədə 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 fevral 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyes trindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(008)3220/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar 17 fevral 2021-ci il tarixdə hərraca çıxarılaraq icra sənədi üzrə tələbkar olan Cavabdeh3 satılmışdır. Mənzilin satılması ilə bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Belə ki, iddiaçı müayinə və müalicə məqsədi ilə Rusiya Federasiyasına getmiş və hərrac keçirilərkən Rusiya Federasiyasında olmuşdur, bu səbəbdən də hərracın yeri və vaxtı barədə iddiaçını n məlumatı olmamış və iddiaçı hərracda iştirak edə bilməmişdir. Hərraca çıxarılmış mənzil iddiaçının yaşayışını təmin edən yaşayış yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilmir. İddia ərizəsi hazırlanarkən 05 mart 2021-ci il tarixli, 30/2021 saylı sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Əra zi İdarəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, **********19 saylı cavab məktubundan görünür ki, satıcı Respublika Əmtəə Birjası "xxxx" MMC, alıcı Cavabdeh3 arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 8 saylı mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh3 mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hərracın yekunları barədə 17 fevral 2021-ci il tarixli, 041/21-1 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 fevral 2021-ci il tarixli müqaviləni mübahisələndirdikləri üçün 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın döv lət reyestrindən çıxarışın ləğv edilməsi tələbini irəli sürmək zərurəti yaranmışdır. Məhkəmənin sorğusuna cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış, İddiaçı mülkiyyətində olan, ünvan 1, 8 saylı ünvanda yerləşən mənzillə bağlı hərracın keçirilməsi zamanı toplanmış sənədlərlə tanış olarkən aydın olmuşdur ki, hərraca çıxarılan əmlakın mülkiyyətçisi İddiaçı göndərilmiş hərracın yeri və vaxtı barədə bildiriş, İddiaçı ünvan 5 ünvanda yaşamadığı üçün 01 fevral 2021-ci il tarixli aktla geri qaytarılmışdır. Hərrac, hərraca çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuzdur və nəticələri etibarsız sayılmalıdır. Əlavə olaraq bildirdi ki, məhkəmənin qərardadı ilə evin üzərinə həbs q oyulmuşdur, hərrac keçirilən zaman həmin qərardad qüvvədə olmuşdur. Hazırkı iş üzrə iddiaçının həmin qərardaddan məlumatı olmamışdır. Qeyd olunan qərardad sonradan iddiaçının şikayətinə əsasən ləğv edilmişdir. İddiaçı icra sənədində qeyd olunan ünvanda qeydiyyatdadır, lakin həmin mənzilin kimə məxsus olması barədə məlumatı yoxdur. İddiaçı qeydiyyatda olduğu evdə faktiki yaşamadığından hərrac mərkəzi tərəfindən göndərilmiş bildirişləri almamışdır. İcra məmurunun qeyd edilən mənzilin üzərinə həbs qoyulması barədə təqdimatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə təmin olunsa da həmin qərardaddan iddiaçı şikayət vermişdir.

4. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 12 iyul 2021-ci il tarixli, 2(063)382/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlə r "xxxx" MMC-yə, Cavabdeh2nə, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və s. tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil ilə bağlı "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə və internet saytlarında ela nlar vermişdir. Nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh3 satılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

6. Məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə, o cümlədən icra sənədi üzrə borclulara təqdim etdikləri ünvan üzrə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə daşınmaz əmlak qüvvədə olan qa nunvericiliyin tələblərinə uyğun olaraq 17 fevral 2021-ci ildə alıcı Cavabdeh3 satılmışdır.

7. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1,53.2,53.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(107)-140/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təm in edilməyərək, Ucar Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(063)-382/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(008)-3220/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X3 və X1 13 000 ABŞ dolları (ödəniş gününə mərkəzi bankın dollara olan məzənnəsinə uyğun olaraq), vəkilə ödənilmiş xidmət haqqına görə 500 manat vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq X10 və Cavabdeh3 verilməsi qət edilmişdir.

11. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 saylı, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək mə qsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.

12. İşdə olan Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə və surəti İddiaçı, X8, X4 və Cavabdeh3 ünvanlanmış hərracın keçirilməsi barədə 29 yanvar 2021-ci il tarixli, e145411/2020 nömrəli sifarişdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)- 3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraatda borclu İddiaçı adına ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil (ilkin qiymət 12000 manat göstərilmişdir) barəsində hərracın keçirilməsi və nəticəsi barədə Cavabdeh2nə rəsmi məlumat verilməsi xahiş olunmuşdur.

13. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh2nə və məlumat üçün surəti tələbkar Cavabdeh3, tələbkar X10, borclular İddiaçı, X8, X4 ü nvanlanmış Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədi üzrə 29 yanvar 2021-ci il tarixli, 041/21-1 nömrəli hərracın keçirilməsi barədə sifarişdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna müvafiq olaraq İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 12000 (on iki min) manat olmaqla açıq hərracdan satışa çıxarılmış, 17 fevral 2021-ci il tarixə, saat 11:00 tarixə ilkin hərrac təyin olunmuşdur. Hərrac "xxxx" MMC-nin Az1010, ünvan 10 ünvanında yerləşən hərrac zalında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 61, 62-ci maddələri, habelə sifarişçi və təşkilatçı arasında bağlanmış “Hərracın təşkili haqqında” müqaviləyə 01 saylı əlavənin 1.15.4-cü bəndində nəzərdə tutulmuş qaydada keçiriləcəkdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market qəzeti” və s.), digər aparıcı internet saytlarında (birja.com və s.) müvafiq elanlar dərc edilmişdir.

14. İşdə olan "xxxx" MMC-nin direktoru A.Bağırov tərəfindən imzalanmış göndərişin geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yaşayan X8 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olun an ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır.

15. İşdə olan "xxxx" MMC-nin direktoru A.Bağırov tərəfindən imzalanmış geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yaşayan İddiaçı çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır.

16. İşdə olan "xxxx" MMC-nin d irektoru A.Bağırov tərəfindən imzalanmış göndərişin geri qaytarılmasına dair 01 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yaşayan X4 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin bildirdiyinə görə alan şəxs bu ünvanda yaşamır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 01 fevral 2021ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır.

17. İşdə olan elanlardan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1, mənzil 8 ünvanda yerləşən mənzil üzrə 17 fevral 2021-ci il tarixdə, saat 11:00-da Cavabdeh2 sifarişi əsasında İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş qeyd olunan mənzilin ilkin s atış qiyməti 12000 manat olmaqla hərraca çıxarıldığı göstərilmişdir.

18. İşdə olan 17 fevral 2021-ci il tarixli, 041/21-1 nömrəli hərracın yekunlarına dair protokolda sifarişçi: Cavabdeh2, hərracın təşkilatçısı: "xxxx" MMC, sifarişin əsasları: Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubu, satılan əmlak: İddiaçı adına olan məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzil, əmlakın ilkin satış qiyməti: 12000 (on iki min) manat, əmlakın hərracdakı satış qiyməti: 12000 (on iki min) manat, hərracın qalıbi: icra sənədi üzrə tələbkar Cavabdeh3 göstərilmişdir.

19. İşdə olan satıcı-hərracın təşkilatçısı "xxxx" MMC ilə alıcı- Cavabdeh3 arasında bağlanmış 17 fevral 2021-ci il tarixli, 041/21-1 nömrəli sifarişçi və alıcı arasında alğı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini məhkəmə qərarı əsasında üzərinə həbs qoyulmuş ünvan 1, mənzil 8 ünvanında yerləşən mənzil satışı təşkil edir, alıcı müqavilənin 1.1-ci bəndində göstərilmiş əmlakı təhvil almağı və əmlakın müavilənin 1.1-ci bəndində göstərilmiş qiymətinə uyğun olaraq dəyərini sifarişçiyə (Cavabdeh2 müvafiq depozit hesabı) ödəməyi, satıcı isə əmlakın müvafiq sənədlərini onun xassələri və digər şərtlər nəzərə alınmaqla ağlabatan müddətdə alıcıya təhvil verməyi öz öhdəsinə götürür.

20. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surət indən görünür ki, ünvan 1, mənzil 8 Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində 31 mart 2021-ci ildə qeydiyyata alınmışdır.

21. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan İddiaçı barəsində 51466 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildiriləcəkdir.

22. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və p robasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan X9 barəsində 51488 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildiriləcəkdir.

23. İşdə olan Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan X7 barəsində 51532 nömrəli axtarış işi açılmış, tapılması istiqamətində müvafiq əməkdaşlara göstəriş verilmiş, zəruri tədbirlər görülür, əlavə məlumat olduqda rəsmi bildir iləcəkdir.

24. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, ünvan 11-də qeydiyyatdadır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində hərrac, hərraca çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuz olması və nəticələrinin etibarsız sayılmalı olması və onun mənzilinin üzərinə qoyulmuş həbsin ləğv edildiyi barədə göstərdiklərinə münasibət bildir ərək qeyd edir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 nömrəli, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 e145411/2020 nömrəli, 29 yanvar 2021-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil ilə bağlı "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə və internet saytlarında elanlar vermişdir. O cümlədən, "xxxx" MMC hərracın təşkili üçün “Market” qəzetinin 53 (10743) nömrəli 05 fevral 2021-11 fevral 2021-ci il tarixli sayında elan vermişdir. Tərəflərə, o cümlədən mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Həmçinin, "xxxx" MMC- nin “Bakuauksion.az” saytında hərrac barədə məlumat yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən ünvan 11 ünvanda yaşayan X8, İddiaçı və X4 çatdırılması üçün "xxxx" MMC-yə 29 yanvar 2021-ci il tarixdə məktub təqdim olunmuş, cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ünvan üzrə olmuş, lakin həmin ünvanda yaşayan sakinin alan şəxslərin həmin ünvanda yaşamamaları bildirilmişdir. Bu səbəbdən də göndəriş ünvançılara təqdim olunmadan 01 fevral 2021-ci il tarixdə "xxxx" MMC-yə geri qaytarılmışdır.

27. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 54-də yaşayan İddiaçı barəsində 51466 nömrəli, X9 barəsində 51488 nömrəli və X7 barəsində 51532 nömrəli axtarış işlərinin açılması, tapılmaları istiqamətində müvafiq əməkdaşlara göstəriş verilməsi, zəruri tədbirlər görülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Sədi İsmayılov tərəfindən Sabunçu rayon icra və probasiya şöbəsinə 12 oktyabr 2020-ci il tarixdə məktub göndərilmişdir.

28. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3220/2019 saylı, 13 iyun 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.

29. Həmin qərardadın qəbul edilməsindən 4 aydan artıq müddət keçdikdən sonra 17 fevral 2021-ci ildə hərrac keçirilərək mübahisəli mənzil cavabdehə satılmışdır.

30. Hazırki iş üzrə iddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığını bildirdiyi halda, hərracın keçi rilməsindən 14 gün sonra Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadından həmin qərardaddan hansı qaydada məlumat almasını bildirmədən şikayət vermişdir ki, həmin şikayət də Sabunçu Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 8(103)-191/2021 nömrəli qərardadı ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək təqdimata yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmişdir.

32. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8(008)-615/2020 nömrəli, 18 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.

33. Göründüyü kimi, hərracın keçirilməsi ilə bağlı bütün proseslər həmin münasibətləri tənzimləyən normalara uyğun olmuşdur.

34. İddiaçının apellyasiya şikayətində hərrac keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələ bin yönəldilməsinə yol verilməməsi tələbinin pozulması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, tərəfimizdən rəsmi qaydada verilmiş sorğulara verilən cavablarda iddiaçıya və onun ailə üzvlərinə məxsus hər hansı daşınmaz əmlakın mövcud olmaması göstərilmişdir. İddiaçı özünün yeganə yaşayış sahəsinə tutmanın yönəldildiyini bildirdiyi mübahisəli mənzil onun özü tərəfindən hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 2013-cü ildə satılması razılaşdırılmışdır. İddiaçı X9 və X7 ilə birlikdə X13 və Cavabdeh3 ödəməli olduğu 13000 ABŞ dolları borcu həmin mənzilin satılması ilə bağlı əmələ gəlmişdir. Bütün bunlar, eyni zamanda, 2013-cü ildən ötən dövr ərzində iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşamamaları onların başqa yaşayış sahəsinin olmaması halın ı istisna edir.

35. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, mərhum apellyator dəfələrlə ayrı-ayrı məsələlərlə bağlı məhkəmələrə ərizə və şikayətlərlə müraciət etsə də, o, özünün dəqiq ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Onun hüquqlarını müdafiə edən vəkil belə birincinin etibarnamə verdiyi X5 onun adından çıxış edərək verdiyi etibarnamə əsasında təmsilçiliyi həyata keçirmişdir.

36. Özlərini mərhum apellyatorun hüquqi varisi kimi təqdim edən Mamedova Aygün, Əhmədova Aynurə və Mamedova Nuranə məhkəməyə Rusiya Federasiyasının Tula şəhərindən göndərdikləri teleqramlarda hüquqi varisliyi təsdiq edən sübutları məhkəməyə təqdim etmədiklərindən onlar hüquqi varis kimi işə cəlb edilməmişlər.

37. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh3 satılmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur.

38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

39. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinin tələblərinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predme ti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məhkəmə sorğusuna əsasən alınmış, İddiaçı mülkiyyətində olan, ünvan 16 ünvanda yerləşən mənzillə bağlı hərracın keçirilməsi zamanı toplanmış sənədlərdən görünür ki, hərraca çıxarılan əmlakın mülkiyyətçisi İddiaçı göndərilmiş hərracın yeri və vaxtı barədə bildiriş, İddiaçı ünvan 17 ünvanda yaşamadığı üçün 01 fevral 2021-ci il tarixli aktla geri qaytarılmışdır. Göründüyü kimi hərrac, hərrac a çıxarılmış mənzilin mülkiyyətçisinin, yəni icra sənədi üzrə borclunun hərracın keçirilmə yeri və vaxtı barədə məlumatı olmadan keçirildiyi üçün qanunsuzdur və nəticələri etibarsız sayılmalıdır. MM-nin 416.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı- ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi sorğu verərək iddiaçıya və onun ailə üzvlərinə məxsus hər hansı daşınmaz əmlakın mövcud olmaması barədə cavablar əldə etsə də iddiaçının yeganə yaşayış yerinə tələbin yönəldilməsini qanuni hesab etmiş və göstərmişdir: ”İddiaçı özünün yeganə yaşayış sahəsinə tutmanın yönəldildiyini bildirdiyi mübahisəli mənzil onun özü tərəfindən hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 2013-cü ildə satılması razılaşdırılmışdır. İddiaçı X9 və X7 ilə birlikdə X13 və Cavabdeh3 ödəməli olduğu 13000 ABŞ dolları borcu həmin mənzilin satılması ilə bağlı əmələ gəlmişdir. Bütün bunlar, eyni zamanda, 2013-cü ildən ötən dövr ərzində iddiaçının və onun ailə üzvlərinin mübahi səli mənzildə yaşamamaları onların başqa yaşayış sahəsinin olmaması halını istisna edir. “ İşdə olan sənədlərdən - iddiaçı tərəfindən verilmiş etibarnamələrdən, ölümü barədə sənədlərdən- görünür ki, iddiaçı Rusiya Federasiyasında yaşamışdır. Mərhumun hüquq varisləri olan qızlarının məhkəməyə göndərdikləri teleqramlardan da sonuncuların Rusiya Federasiyasının Tula şəhərində yaşadıqları müəyyən olunur. Mərhum iddiaçının öz qızlarının yanında yaşaması istisna deyil. Həmçinin Cavabdeh3 mərhum iddiaçının mülkiyyətində olan mənzildə yaşadığı halda mərhumun və ailəsinin həmin mənzildə yaşamaları qeyri-mümkün olmuşdur.

43. MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin göstərilən hüquqları olsa da işdə olan və özünün əldə etdiyi sübutları təqdiq etməmiş, qiymət verməmiş, sadəcə sadalamaqla kifayətlənmişdir.

44. Prosessual hüquq normasının (MPM-nin 217.1-ci maddəsi) tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmənin hazırkı qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə çıxarılmadığı üçün qanuni hesab edilə bilməz.

45. MPM-nin 88-ci maddəsinin tələblərinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə nəinki tərfin təqdim etdiyi, hətta özünün əldə etdiyi sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində b ildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

48. Maddə 53.1.Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

49. Maddə 53.2.Borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

50. Maddə 53.3.Əmlak satıl madıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Mülki Prosessual Məcəllə

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçının hüquqi varisi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. İş üzrə barəsində keçirilmiş hərracın yekunları barədə protokol və s. mübahisələndirilmiş mənzilə başqa məhkəmə qərarının icrası prosesində borclunun əmlakı kimi tutma yönəldilmişdir. Belə olan təqdirdə də həmin icraat çərçivəsində tutmanın borclunun əmlakına yönəldilməsi barədə müvafiq qərarların ayrıca mübahisələndirilməsi istisna edilmir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halların ın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2022-ci il tarixli 2(107)140/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar