Məhkəmə qərarları › İş №2(102)-2023/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2023/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2023/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1nə qarşı və iddiaçı Bayramova Şöylə Cahangir qızının Cavabdeh3 və Cavabdeh2 qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, subyektiv hüquq, bağışlama müqaviləsinin etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” və iddiaçı Bayramova Şöylə Cahangir qızının Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etib arsız hesab edilməsi və s.” tələbinə dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)163/2021 nömrəli qətnaməsindən Bayramova Şöylə Cahangir qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bayramov İddiaçı Şöylə Cahangir qızının qardaşı, Cavabdeh3 isə atasıdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli əmlak) Bayramova Şöylə Cahangir qızının adına 29 iyun 1999-cu ildə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Sözügedən ünvanda İddiaçı tərəfindən idarə olunan mağaza faəliyyət göstərmişdir. 3. 03.04.2012-ci il tarixli etibarnamə ilə Bayramova Şöylə Cahangir qızı ona məxsus mübahisəli əmlaka dair sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi qardaşı İddiaçı etibar etmişdir. 4. 08.08.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə (bundan sonra –mübahisəli bağışlama müqavilə), İddiaçı bacısı tərəfindən ona verilmiş etibarnamə əsasında sonuncuya məxsus mübahisəli əmlakı 2008-ci il doğumlu aşyaşlı oğluna Cavabdeh3 bağışlamışdır.

5. Cavabdeh3 mülkiyyət hüququ həmin müqavilə əsasında 21.01.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

6. Mübahisəli əmlak 2018-ci ilin noyabr ayında Cavabdeh1 MMC (bundan sonra – MMC) tərəfindən sökülmüşdür. 7. "xxxx" MMC-nin 06.05.2019-cu il tarixli, MB seriyalı, 12/479 nömrəli qiymətləndirmə hesabatına əsasən mübahisəli əmlakın 2018-ci il tar ixə hesablanmış bazar dəyəri 117.900 manat təşkil edir. 8. "xxxx" MMC-nin 15.05.2019-cu il tarixli, MB seriyalı, 12/530 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 231,85 kv.metr ümumi sahədən ibarət olan (eskiz plana əsasən 172,44 kv.metr) qeyri-yaşayış sahəsinin 2018-ci il tarixə hesablanmış bazar dəyəri 561.200 manat təşkil edir. 9. "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” 19.08.2019-cu il tarixli, 08 nömrəli hesabatına əsasən, mübahisəli əmlakın 2018-ci ilə bazar qiyməti 110.000 manat ilə 115.000 manat arası dəyişir; 10. "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” 19.08.2019-cu il tarixli, 08 nömrəli hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 172,44 kv.metr olan qeyriyaşayış sahəsinin 2018-ci ilə bazar qiyməti 545.000 manat ilə 550.000 manat arası dəyişir.

11. İddiaçı 01.07.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat a) Birinci iş

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş mübahisəli evdə yerləşən mağazanın MMC tərəfindən sökülməsi ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000.000 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak uzun müddətdir ki, iddiaçıgilə məxsusdur. Həmin daşınmaz əmlak əvvəllər yaşayış sahəsi olmuş, lakin 20 ilə yaxındır ki, qeyri-yaşayış sahəsinə çevirilmiş və MMC tərəfindən sökülənədək mağaza kimi fəaliyyət göstərmişdir. Mağaza sahibkarlıq obyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və İddiaçı uzun illərdir ki, dövlət büdcəsinə vergilər və digər məcburi sosial ödənişlər etmişdir. İş üzrə cavabdeh olan MMC, İddiaçı ilə razılaşmadan, onunla hər hansı bir müqavilə bağlamadan 22.11.2018 tarixdə, gecə vaxtı mağazanı uçurtmuşdur. Bununla da, iddiaçıya maddi zərər vurmuşdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1 kv.metrin orta qiyməti təxminən 8.000 manat təşkil edir. Ona görə də müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya 2.000.000 manat məbləğində maddi zərər vurulmuşdur. Bu zərərin əvəzi MMC tərəfindən ödənilməlidir. Həmçinin, MMC-nin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir. İddiaçı tərəf bu zərəri 500.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, MMC bu zərərin əvəzini də ödəməlidir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim:G.Əsədova) 30.08.2019-cu il tarixli, 2(005)-753/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin uçurulması ilə bağlı dəymiş maddi ziyana görə 561.200 manat və mənəvi ziyana görə 5.000 manat, cəmi 566.200 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət etmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak cavabdehin təqsiri üzündən dağıdılmışdır.İddianı qismən təmin edən məhkəmə "xxxx" MMC-nin 15 may 2019 -cu il tarixli qiymətləndirmə hesabatına istinad etmişdir.

16. Mənəvi zərərlə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakından məhrum olmuş iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş, bu hal isə cavabdehin qeyri-qanunu hərəkətləri nəticəsində baş vermişdir.

17. Məhkəmə qətnaməni əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096, 1097.1, 1115-ci maddələrinə, eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına istinad etmişdir. b) İkinci iş

18. İddiaçı Bayramova Şöylə Cahangir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adından etibarnamə əsasında çıxış edən mərhum qardaşı İddia çı ilə sonuncunun övladı Cavabdeh3 arasında bağlanmış mübahisəli mənzilin bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş “Çıxarışların” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şöylə Bayramova iddia tələbini onunla əsaslandırmışdır ki, 20.05.1999-cu il tarixdə İddiaçı özünün xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən mağazasını etibarnamə üzrə nümayəndəsi X1 vasitəsi ilə 50.000 ABŞ dollarına faktiki olaraq ona satmış, 9 saylı Dövlət Notariat Kontorunda həmin alğı-satqı 2M-245 nömrəli reyestrlə bağışlanma müqaviləsi kimi qeydə alınmışdır. Bundan sonra o, həmin daşınmaz əmlakın xüsusi mülkiyyətində olmasına dair 29.06.1999-cu il tarixdə ÖM seriyalı, 006938 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Obyekt mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan obyekti həmişə İddiaçı icarəyə verərək işlətmiş, icarə haqqından həm özü xeyir götürmüş, həm də ona xeyir vermişdir. O, 2004-cü ildə həmin mağazanın ətrafını da inşa edərək genişləndirmiş və obyektin ümumi sahəsini faktiki olaraq 232 kv.metrə çatdırmışdır. Onun mülkiyyətində olan həmin kommersiya obyekti 2018-ci ilin axırına kimi fəaliyyət göstərmiş, əsasən də həmin obyektdə divar kağızı və digər müxtəlif növ tikinti materialları satılmışdır. Lakin ona məxsus olan həmin kommersiya obyektinin faktiki ölçüsünə görə hüquqi sənədləri olmadığından obyektin onun adına mülkiyyət sənədlərini düzəltdirmək məqsədilə üçün o, İddiaçı 02.04.2012-ci il tarixdə 15 saylı Dövlət Notariat Kontorunda etibarnamə vermişdir. Ancaq bundan sonra İddiaçı ona dəfələrlə bildirmişd ir ki, obyektdə tikinti işlərinin aparılmasına dair müvafiq icazə sənədləri olmadığına görə hələlik mülkiyyət sənədlərini almaq mümkün deyil. 22.11.2018-ci il tarixdə onun xüsusi mülkiyyətində olan həmin obyekt Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq sökülmüş və yerində hündür mərtəbəli bina inşa edilmişdir. İddiaçı bundan sonra ona bildirmişdir ki, onun verdiyi etibarnamə əsasında həmin obyektin kompensasiya pulunu alıb ona verəcəkdir. O da inandığından bu işi də İddiaçı tapşırmışdır. İddiaçı 01.07.2020-ci il tarixdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında “Covid19” virusundan öldükdən sonra, 22.07.2020-ci il tarixdə onun arvadı- iş üzrə cavabdeh və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 bu barədə ona bildirdikdən sonra məlum olmuşdur ki, İddiaçı həmin etibarnaməni əsas tutaraq onun xüs usi mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 232 kv.metr ölçüdə kommersiya obyektini 08.08.2014- cü il tarixdə xəlvəti olaraq, ona heç bir məlumat vermədən özünün və arvadı Cavabdeh2 iştirakı ilə 15 saylı Notariat Kontorunda onun adından daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib etdirərək azyaşlı oğlu Cavabdeh3 bağışlamış, həmin müqaviləyə əsasən isə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Göründüyü kimi, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur

20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim:H.Əhmədova) 15.03.2021-ci il tarixli, 2(007)-483/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki,bağışlama müqaviləsi bağlanan zaman tərəflərə öz hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifədələrini həyata keçirərək sözügedən müqaviləni bağlamışlar.

22. Eyni zamanda, məhkəmə mübahisəli müqavilənin həqiqi əqd olmaması üçün qanunvericilikdə göstərilən halların mövcud olmadığını bildirmişdir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1,337.1,337.2 359.3, 360.1,390.1ci, eləcə də Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

24. Birinci iş üzrə qətnamədən İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İkinci iş üzrə qətnamədən iddiaçı X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmas ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-163/2021 nömrəli, 15.03.2021-ci il tarixli qərardadı ilə X2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6728/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərardadı ilə mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-163/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və R.M.Həsənovdan ibarət tərkibdə) (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayətləri təmin edilməmiş və hər iki iş üzrə qətnamələr dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə birinci instansiya məhkəmələrinin mövqeləri ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri

30. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bayramova Şöylə Cahangir qızı kassasiya şikayəti verərək (Vəkil1 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, o mərhum qardaşı İddiaçı etibarnaməni kommersiya obyektinin faktiki ölçüsünə görə mülkiyyət sənədləri düzəltdirmək üçün, yəni sonuncunun deyil,özünün maraqlarından hərəkət etmək üçün vermişdir. Lakin İddiaçı mübahisəli mənz ili onun xəbəri olmadan yetkinlik yaşına çatmayan oğluna bağışlayaraq, öz xeyrinə müqavilə bağlamışdır.

32. Kassator həmçinin bildirmişdir ki, məhkəmə mübahisəli kommersiya obyektinin uçurulması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın Cavabdeh1 MMC-dən alınaraq iddiaçı Cavabdeh3 verilməsi tələbinə dair işə baxarkən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub–olmamasını araşdırmamışdır.

33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127ci, MM-in 359.3, 360.1-ci, MPM-in 9.1-ci,9.3-cü,88- ci,217.1-ci və 217.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır.

37. Maddə 29.3 Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

38. Maddə 29.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mə hrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət g östərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

42. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz

43. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Azə rbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Ka ssasiya baxışının hədləri

53. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hü quqi aktlarına təsir göstərə bilər.

54. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

56. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

57. Apelyasiya instansiyası məhkəməsi qəb ul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh3 arasında bağışlama müqaviləsi bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən bağışlama müqaviləsini bağlamışlar. Məhkəmə eyni zamanda bildirmişdir ki, Şölə Bayramovun verdiyi etibarnamə ilə hərəkət edən İddiaçı özü barəsində əqd bağlamamışdır.

58. Bununla bağlı qeyd edilməlidir ki, X4 Bayramova etibarnamə verərkən hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, Şölə Bayramova mübahisəli daşınmaz əmlaka dair qardaşına etibarnamə verərkən, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İddiaçı özünün maraqlarından deyil, mülkiyyətçinin mara qlarından hərəkət etmək səlahiyyəti vermişdir.

59. İş materiallarından görünür ki, bununla bağlı Şölə Bayramovanın dəlili ondan ibarətdir ki, mülkiyyətində olan əmlakın ümumi sahəsi 34.9 kv.m olmuş, o tikinti işləri aparmaqla mağazanın səhəsini sahəsini 233 kv. metrə çatdırmış və qeyd edilən artımları sənədləşdirmək və obyekti idarə etmək üçün üçün İddiaçı etibarnamə vermişdir.

60. Lakin məhkəmələr nəzərə almamışdır ki, İddiaçı oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, Cavabdeh3 azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etmişdir.

61. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almaqla və həmin hallara qiymət verməklə İddiaçı mübahisələndir ilən bağışlama müqaviləsi ilə özü barəsində əqd bağlayıb-bağlamaması barədə məsələləri ümumiyyətlə araşdırmamışdır.

62. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, cümlədən “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli qərarına əsasən, həmin normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.

63. Bundan başqa, hazırkı mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün İddiaçı bağışlama müqaviləsini öz mənafeyi naminə bağlayıb bağlamaması barədə hallar da işə yeni apellyasiya baxışında araşdırma predmeti olmalı və həmin hallara da Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 mart 2016-cı il tarixli və “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarlarında ifadə edilmiş hüquq i mövqe nəzərə alınmaqla qiymət verilməlidir.

64. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan mağazanın sökülməsinə görə dəymiş maddi və mənəvi ziyanın cavabdeh MMC-dən alınaraq ona verilməsinə dair İddiaçı subyektiv hüququnun olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmələr İddiaçı sözügedən iddia tələbi ilə bağlı subyektiv hüququnun olub olmamasını da araşdırmamışdır.

65. Belə ki, mübahisəli daşınmaz əmlak (mağaza) 21.01.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. Görünən odur ki, əmlakın mülkiyyətçisi İddiaçı deyil onun oğlu olmuş, lakin İddiaçı iddianı öz adından məhkəməyə təqdim etmiş və iddia ərizəsində mağazanın sökülməsinə görə dəymiş maddi və mənəvi ziyanın MMC-dən alınaraq o na verilməsini xahiş etmişdir.

66. Eyni zamanda hazırki iş üzrə qəbul edilmiş qətnamələrin məzmunundan göründüyü kimi, iddia qismən təmin edilməklə dəymiş maddi və mənəvi zərərin məhz İddiaçı xeyrinə tutulması qət edilmişdir.

67. Qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsinin qətnaməsində azyaşlı Cavabdeh3 adından onun qanuni nümayəndəsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi qeyd edilsə də, iş materiallarından da görünür ki, İddiaçı iddia ərizəsini öz adından vermiş və bununla bağlı sonradan ərizəsinə hər hansı düzəliş etməmişdir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz

69. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da nə birinci instansiya məhkəməsi nə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən ha llarla bağlı araşdırma aparmamış və həmin hallara hüquqi qiymət verməmişdir.

70. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən,maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb i rəli sürən üçüncü şəxs Bayramova Şöylə Cahangir qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-163/2021 nömrəli iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar