Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2024/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı11 və İddiaçı18, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin vəkili Vəkil Səftər oğlunun iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyitərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12254/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiy a şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Aleksandrovna, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, Kərimov X20, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, X10, İddiaçı22, İddiaçı23, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, X6, x7, İddiaçı33 və Səmədov Ağamməd Mirzəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə qarşı “müavinətdən gəlir vergisi kimi tutulan məbləğin qaytarılması tələbi barədə” iddia tələbəri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məh ərrəmova, Elşad Şamayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmiş iddiaçılar, cavabdeh “Azneft” İstehsalat Birliyi tərəfindən onların hər birinə ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq tutulmasının qanunsuz və əsassız hesab edilərək gəlir vergisi kimi tutulmuş pulun onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar Dövlət Neft Şirkətinin “Neft Daşları” X22 İdarəsində (hazırda - “Azneft” İstehsalat Birliyi) iş ləmişlər. 2009-cu ildə iddiaçılara bildirilmişdir ki, Dövlət Neft Şirkətinin tabeliyində olan İdarələrdə strukturun təkmilləşdirilməsi aparılır. Bununla bağlı idarələrin ləğv edilməsini gözləmədən könüllü olaraq əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən işçilərə Şirkətin əmr-qərarına əsasən, müstəsna hal kimi orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi və eyni zamanda həmin şəxslər üçün bütün imtiyazların saxlanılması nəzərdə tutulmuşdur. Bu adla, iddiaçılara öz təşəbbüsləri ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdırılmışdır. Daha sonra iddiaçılarla bağlanmış əmək müqavilələri ləğv edilmiş və onlara əmək haqqlarının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh Birlik qanunsuz olaraq həmin məbləğdə n gəlir vergisi tutmuşdur. İddiaçılar dəfələrlə cavabdeh Birliyə müraciət edərək qanunsuz tutulmuş pulların onlara ödənilməsini tələb etmiş, lakin cavabdeh Birliyin rəhbərliyi müxtəlif bəhanələri əsas gətirərək bunu etməkdən imtina etmişdir. Göstərilən səbəbdən, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iddia müddətinin iddiaçılar tərəfindən ötürülməsinə əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin vəkili Vəkil Səftər oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı11 və İddiaçı18 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdilərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onları n izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasə n, Dövlət Neft Şirkəti üzrə verilmiş 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmrdən və Azərbaycan Neft və X18 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrqərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın giriş hissəsində g östərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. İddiaçılara aid “Əmək kitabçalarından” görünür ki, İddiaçı1 “Azneft” X13 və Qazçıxarma İdarəsi üzrə verilmiş xx.xx.2009-cu il tarixli, 150-K №-li, İddiaçı4 xx.xx.2009-cu il tarixli, 154-K №-li, İddiaçı5 xx.xx.2016-cı il tarixli 180-K №-li, İddiaçı6 xx.xx.2012-ci il tarixli, 269-K №-li, İddiaçı7 xx.xx.2009-cu il tarixli 220-K №-li, İddiaçı8 xx.xx.2009-cu il tarixli, 182-K №-li, İddiaçı9 xx.xx.2009-cu il tarixli, 160-K №-li, İddiaçı10 xx.xx.2009-cu il tarixli, 157-K №-li, İddiaçı11 xx.xx.2012-ci il tarixli, 67-K №-li, İddiaçı12 xx.xx.2009-cu il tarixli, 194-K №-li, İddiaçı13 xx.xx.2009-cu il tarixli, 216-K №-li, İddiaçı14 xx.xx.2009-cu il tarixli, 163-K №-li, İddiaçı15 xx.xx.2012-ci il tarixli, 47-K №-li, İddiaçı16 xx.xx.2009-cu il tarixli, 174-K №-li, İddiaçı17 xx.xx.2012-ci il tarixli, 206-K №-li, İddiaçı18 xx.xx.2009-cu il tarixli, 197-K №-li, İddiaçı19 xx.xx.2009-cu il tarixli, 212-K №-li, İddiaçı20 xx.xx.2009-cu il tarixli, 145-K №-li, L.Mehtiyeva xx.xx.2009-cu il tarixli, 242-K №-li, İddiaçı22 xx.xx.2 009-cu il tarixli, 222-K №-li, İddiaçı23 xx.xx.2009-cu il tarixli, 85-K №-li, İddiaçı25 xx.xx.2009-cu il tarixli, 219-K №-li, İddiaçı26 xx.xx.2011-ci il tarixli, 245-K №-li, İddiaçı27 xx.xx.2016-cı il tarixli, 120-K №-li, İddiaçı28 xx.xx.2009-cu il tarixli, 315-K №-li, İddiaçı29 xx.xx.2009-cu il tarixli, 240-K №-li, İddiaçı30 xx.xx.2009-cu il tarixli, 134-K №-li, İddiaçı31a xx.xx.2009-cu il tarixli, 175-K №-li, İddiaçı32 xx.xx.2012-ci il tarixli, 276-K №-li, İddiaçı33 xx.xx.2012-ci il tarixli, 161-K №-li və İddiaçı35 xx.xx.2009-cu il tarixli, 523-K №-li əmr ilə öz xahişləri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxmaları ilə əlaqədar əmək müqavilələrinə xitam verilərək işdən azad edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksper tiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 19581 saylı ekspert rəyindən görünür ki, NQÇİ tərəfindən təqdim olunmuş haqq-hesab vərəqələrində göstərilən məlumatlar əsas götürülərək ödənilən müavinətdən tutulan gəlir vergisi aşağıdakı kimi müəyyən edimişdir: İddiaçı1 - 333,54 manat, İddiaçı4 - 712,72 manat, İddiaçı5 2065,93 manat, İddiaçı6 - 2034,98 manat, İddiaçı7 - 439,86 manat, İddiaçı8 – 2101,15 manat, İddiaçı9 – 2312,02 manat, İddiaçı10 - 961,16 manat,.Qurbanov – 1894,32 manat, İddiaçı12 – 1964,50 manat, İddiaçı13 - 600,92 manat, Zvyaqintseva - 756,22 manat, İddiaçı15 - 1167,94 manat, İddiaçı16 - 674,85 manat, İddiaçı17 1786,14 manat, İddiaçı18 – 2152,36 manat, İddiaçı19 - 1636,52 manat, İddiaçı20 - 262,36 manat, L.Mehtiyeva - 2497,72 manat, İddiaçı22 - 379,95, İddiaçı23 – 1334,29 manat, İddiaçı26 – 1394,68 manat, İddiaçı27 – 2040,55 manat, İddiaçı28 – 2070,64 manat, İddiaçı29 – 1386,84 manat, İddiaçı30 - 822,22 manat, İddiaçı31a – 1420,30 manat, İddiaçı32 - 1576,06 manat, İddiaçı33 – 1557,44 manat, İddiaçı35 - 792,45 manat. İddiaçı25 ödənilmiş müavinətdən tutulan gəlir vergisi ilə bağlı hər hansı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı25 orta əmək haqqı məbləğinin beş misli miqdarında hesablanmış – 1979,40 manat müavinət də daxil olmaqla ödəniləcək məbləğdən – DSMF-yə 73,39 manat, Həmkarlar İttifaqına 24,15 manat və gəlir vergisi 436,25 manat tutulmalar çıxılmaqla, cəmi 384,32 manat miqdarında pul ödənilmişdir. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, İddiaçı31a xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. “Doğum haqqında şəhadətnamədən” görünür ki, X7 xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, atası X5, anası X2. “Nikah haqqında şəhadətnamədən” görünür ki, X3 X11 xx.xx.1970-ci ildə nikaha daxil olmuşlar, arvada nikahdan sonra Şamrayeva soyadı verilmişdir. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, İddiaçı16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. “Doğum haqqında şəhadətnamədən” görünür ki, X8 xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, atası X16, anası İddiaçı16dır. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, İddiaçı17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. “Nikah haqqında şəhadətnamədən” görünür ki, İddiaçı17 ilə X14 xx.xx.1972-ci ildə nikaha daxil olmuşlar, arvada nikahdan sonra c1soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə görə, işçilərin sayı aza ldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir (maddə 77; 1-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir (maddə 77; 2 -ci hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir (maddə 77; 3-cü hissə). Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə veri lməsi nəzərdə tutula bilər (maddə 77; 6-cı hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir (maddə 77; 7-ci hissə). Əmək Məcəlləsinin 175-ci maddəsinə görə, Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazıl ı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər (maddə 175; hissə 1). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (maddə 175; hissə 4). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alına raq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Apelyasiya instansiyası məhkəməsi işin hallarına əsasən müəyyən etmişdir ki, iddiaçılarla bağlanmış əmək müqavilələri Əmək Məcəlləsi nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İddiaçılara işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər iddiaçılara ödənilmişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərinin tam məbləğdə ödənilməsini tələb edirlər. İddiaçılara məxsus “Əmək kitabçalarında” əmək müqavilələrinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar öz təşəbbüsləri ilə yazdıqları ərizələr əsasında xitam verildiyi göstərilmişdir. X21 Şirkətinin 57 nömrəli, xx.xx.2009cu il tarixli əmri və Azərbaycan Neft və X18 Həmk arlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Dövlət Neft Şirkətin in xx.xx.2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Göründüyü kimi, cavabdeh Birlik, işçi heyətindən daha səmərəli istifadə etmək, habelə işçilərin sayının azaldılması məqsədilə yuxarıda qeyd olunan qərar və əmri qəbul etmişdir. xx.xx.2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsi nə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. Qeyd olunan əmr-qərar verildiyi gündən sonra iddiaçılar təqaüdə çıxmaları ilə əlaqədar öz təşəbbüsləri ilə işdən azad olunmuşlar. İddiaçılar, məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlarda onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh işəgötürən tərəfindən işçilərin sayının azaldılması əsası ilə xitam verildiyini göstərmiş, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə isə qabaqcadan işəgötürənlə bu barədə razılaşdıqlarına görə müraciət etdiklərini bildirmişlər. Dövlət Neft Şirkəti 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmri və Azərbaycan Neft və X18 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömr əli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarı bu halı təsdiq edir. Göründüyü kimi, iddiaçılarla olan əmək müqavilələrinin ləğv edilməsi yaşa görə təqaüdə çıxma (Əmək Məcəlləsinin 69.3-cü maddəsi) əsası ilə işçilərin özlərinin təşəbbüsü ilə rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqavilələrinə xitam verilməsinin əsası işçilərin ixtisar edilməsi və sayının azaldılması (Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi) olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli əmr-qərar ilə, həmçinin tərəflərin izahatları ilə təsdiq edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların “Əmək kitabçalarında” və onların işdən azad olunması ilə bağlı verilən əmrlərdə nəzərdə tutulmuş “Əmək Məcəll əsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, iddiaçılar tərəfindən yazılmış ərizələr işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və xx.xx.2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur və onların müstəqil iradə ifadəsini əks etdirmir. İddiaçılar ilə olan əmək müqavilələrinə, işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçılara ödənilən, əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılara ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olunması müəyyən edildiyindən, həmin müavinətlərin gəlir vergisinə görə tutulan hissəsi iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə və işdə olan haqq- hesab vərəqəsinə uyğun olaraq iddiaçılara qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə təmin etməkdə haqlı olmuşdur. Apellyasiypa şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddia müddətinin ötürülməsi ilə bağlı kasasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apelyasiya instansiyası müəyyən etmişdir ki Dövlət Neft Şirkətinin müəssələrindən işdən azad olunan işçilərə ödənilmiş müavinətlərdən səhvən tutulmuş vergilər həmin şəxslərin ərizələrinə əsasən geri qaytarılmışdır. İddiaçılar isə ümumiyyətlə müavinətlərdən vergi tutulması ilə onların hüquqlarının p ozulduğundan və tutulmuş verginin sonradan qaytarılmasından məlumatları olmamışdır. İddiaçılara belə halın olduğu, onlarla birgə işdən çıxarılan digər işçilərə ödənilmiş müavinətdən tutulan vergilər qaytarılmağa başlandıqdan sonra 2019-cu ilin yanvar ayında məlum olmuşdur. Belə olan halda, iddiaçılara münasibətdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş bir illik müddətin başlanğıcı 2019-cu ilin yanvar ayından hesablanmalıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərəri n ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyininkassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12254/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2024/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2024/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver