Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2026/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2026/22 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10876/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabd eh 11.03.2019-cu il tarixdə dəyəri 11.700 manat olan “X1” markalı və dəyəri 7.000 manat olan “X2” markalı mobil telefonu, onların ümumi dəyərini təşkil edən 18.700 manat məbləğində pulu 1 ay ərzində ödəmək şərti ilə İddiaçı Urfan oğlundan nisyə almışdır. Həmin telefonların ümumi dəyərindən 3.000 manat hissəsi 12.11.2020-ci il tarixdə İddiaçı ödənilmiş, 10.02.2021-ci il tarixdə isə Cavabdeh yazılı iltizam yazaraq, qeyd edilən məbləğin 3.000 manat hissəsini ödədiyini, qalan məbləği ödəmədiyini və borcunun yarandığını etiraf edərək, borcu 07.03.2021-ci il tarixədək qaytaracağını bildirmişdir.
2. Bundan sonra, İddiaçı Bakı şəhəri Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan aldığı mobil telefonlar üçün ödəməli olduğu pulun 15.700 manat hissəsini bugünədək öd əmədiyini və ondan gizləndiyini bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh öz izahatında iddiaçıdan aldığı mobil telefonların ümumi dəyərini təşkil edən 18.700 manat pulun 3.000 hissəsini ödədiyini, qalan 15.700 manat pulu ödəməkdən boyun qaçırmadığını və pul toplayıb həmin məbləği mütləq ödəyəcəyini bildirmişdir.
3. İddiaçı borcun ödənilməməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.700 manat məbləğində əsas,1.836 manat məbləğində faiz və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17.566 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunl a əsaslandırılmışdır ki, Cavabdeh razılaşdırılmış vaxtlarda ödənişlərini etməmiş, öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(001)4764/2021 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15.700 (on beş min yeddi yüz) manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1.657,30 (bir min altı yüz əlli yeddi manat, otuz qəpik) manat məbləğində pulun, cəmi 17.357, 30 (on yeddi min üç yüz əlli yeddi manat, otuz qəpik) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında nisyə al qı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı ümumi dəyəri 18.700 manat olan 2 ədəd mobil telefonu onların dəyərini 1 ay ərzində ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin məbləğin 3.000 manat hissəsi 12.11.2020-ci il tarixdə cavabdeh tərəfindən qaytarılmışdır. Bundan sonra, onların arasında 10.02.2021-ci hüquqi nəticə etibarı ilə borcun etirafı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 15.700 manat məbləğində borcunun qaldığını etiraf etmiş və bu məbləğin 07.03.2021-ci il tarixədək qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdeh iddiaçıya olan həmin borcunu ödəməmişdir. Qeyd edilən məbləğdə borcun olmasını cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinə verdiyi izahatında da etiraf etmişdir. Bununla belə, cavabdeh iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi illik 5% hissədə qismən təmin edilməli, illik 5 faiz dərəcəsi ilə hesablama 11.04.2019-cu il tarixdən 22.05.2021-ci il tarixədək (sonuncu gün qismində iddianın qaldırıldığı tarix əsas götürülməklə), yəni 25 ay 10 gün müddət üçün iddaçının mövqeyinə və tələbinə uyğun olaraq 15.700 manat əsas götürülməklə aparılmalı və bu qaydada aparılmış hesablamaya uyğun olaraq, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış (15.700 x 5% / 100% = 785 / 12 ay= 65,42 manat 1 ay üçün, 65,42 x 25 ay = 1.635,50 manat 25 ay üçün, 65,42 / 30 gün x 10 gün = 21,80 manat 1 gün üçün, 1.635,50 + 21,80 = 1.657,30 manat 25 ay 10 gün üçün) 1.657,30 manat məbləğində pul tutulmalıdır.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 600.1, 882.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə iş üzrə gəldiyi nəticəni əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9378/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi – X.Mərdanova, hakimlər – F.Babayev və E.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(001)4764/2021 nömrəli qətna məsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh səhhətində problem olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair apellyasiya məhkəməsinə teleqram vurmuş, apellyasiya məhkəməsi isə bunu ü zrlü hal hesab etməli olduğu halda, etməyərək, qərəzli olaraq məhkəmə çəkişməsi prinsipini pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə hazırki mübahisəyə borc münasibəti kimi qiymət vermiş, əsassız olaraq 1657 manat faiz hesablamışdır. Halbuki, öhdəliklə bağlı olan maddi hüquq normaları tətbiq edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdə liyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilə nin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, cavabdeh ümumi dəyəri 18.700 manat olan telefonları 1 ay ərzində ödəmək şərti ilə iddiaçıdan nisyə almış, həmin telefonların ümumi dəyərindən 3.000 manat hissəsini geri qaytarmış, 15.700 manat məbləğində pulu isə geri qaytarmamışdır.
33. Toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
34. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İş materiallarından görünür ki, cavabdeh səhhətiylə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqram göndərsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
35. Digər tərəfdən, cavabdeh əldən çıxmış fayda qismində illik 5% dərəcəsi ilə hesablama aparılmasını əsassız hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditoru n etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
36. Odur ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
37. Nəzərə alınmalı dır ki, Mülki Prosessual Məcəlləyə (§19-§21) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası he sab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10876/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova