Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2027/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində olan sahədən çıxarılma, maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X ıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yəni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi”, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçınə (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ’’icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində olan sahədən çıxarılma, maddi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5359/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcarəyə verən olaraq Maraqlı şəxs ilə icarəçi olaraq MMC arasında xx.xx.2019cu il tarixdə bağlanmış və Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-808 nömrə ilə qeydə alınmış “İcarə müqaviləsindən” görünür ki, Maraqlı şəxs mülkiyyətində olan həmin torpaq sahəsinin 220 kv.metr hissəsini xx.xx.2029-cu il tarixədək MMC-yə icarəyə verimişdir.
2. Maraqlı şəxs ilə MMC arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişdən” görünür ki, onlar razılığa gəlmişlər ki, onların arasında xx.xx.2019-cu tarixdə bağlanmış "xxxx" bir neçə hissəsi (hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmədiyi üçün burada təsvir edilmir), o cümlədən 13-cü hissəsinin “c” bəndi (hazırkı işin həlli üçün əhəmiyyət kəsb etdiyindən aşağıda təsvir edilir) aşağıdakı redaksiyada verilsin: “«İcarəyə verən» icarə sahəsini bu Müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkiləşdirdikdə (bağışlama, alğı-satqı və s.) buna əsas olan müqavilələrdə bu icarə Müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeydşərtlərin olmasını təmin edəcəkdir”.
3. Maraqlı şəxs 2021-ci ilin dekabr ayının sonlarında (hazırkı iş üzrə tərəf olmayan) X1 ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsini Elyar Əlisoya satmışdır.
4. Elyar Əlisoy özünə məxsus və sahəsi 0,04 ha (400 kv.metr) olan həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və C avabdeh2 ilə AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsinin 0,02 ha (200 kv.metr) hissəsini Cavabdeh1, qalan 0,02 ha (200 kv.metr) hissəsini isə Cavabdeh2 satmışdır. Bununla bağlı olaraq alıcılara “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixdə müvafiq "xxxx" verilmişdir 5. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi ilə bağlı həmin ərazidə yerləşən torpaq sahələrinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri (bir sotun orta bazar qiyməti 10.000 manat olmaqla 1 kv.m dəyəri (10.000/100) 100 manat) – 0,7 manat (100*0,7%); 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 154 manatdır (0,7*220). Mübahisəli torpaq sahəsində yerləşən qey ri-yaşayış sahəsinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri – 12 manat, 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti – 2.640 manat təşkil edir. 6. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli "xxxx"na əsasən, MMC tərəfindən icarə müqaviləsi əsasında Maraqlı şəxs hər ay 1.010,50 manat məbləğində icarə haqqı ödənilmişdir (sonuncunun bank hesabına köçürülmüşdür). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC-nin adından buna səlahiyyətli olan nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" predmeti olan, yəni MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin satılmasına dair satıcı olaraq Maraqlı şəxs ilə alıcılar olaraq iş üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" dəşiklik edilməsi və həmin müqavilədə yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli "xxxx" əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması” öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmin ünvanda MMC-yə məxsus marketin fəaliyyətinə hər hansı müdaxilənin və ya hərəkət/hərəkətsizliyin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, cavabdehlər tərəfindən MMC- yə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 4.453,32 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,54 manat məbləğində pulun cavabdehlərdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsində Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozun ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi, yəni üzərində qeyri-yaşayış sahəsi olan hissəsi 10 il müddətinə MMC-nin istifadəsinə verilmişdir. MMC həmin qeyri-yaşayış sahəsində mağaza təşkil etmiş və hazırda da mağazadan istifadə edir. 10. xx.xx.2020-cu il tari xdə MMC ilə Maraqlı şəxs arasında “İcarə müqaviləsinə əlavə dəyişiklər edilməsi barədə saziş” bağlanmışdır. Sazişin 13-cü maddəsinin “c” bəndində qeyd edilmişdir ki, icarəyə verən olan Maraqlı şəxs bu Müqavilənin qüvvədə olduğu müddət ərzində torpaq sahəsini hər hansı bir formada digər şəxslərə özgəninkləşdirdikdə (bağışlama, alğı-satqı və s.) buna əsas olan müqavilələrdə bu icarə müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeydşərtlərin olunması təmin ediləcəkdir. Sonradan MMC-yə məlum olmuşdur ki, torpaq sahəsini cavabdehlərə satılmışdır. “Alğı-satqı müqaviləsi” əldə olunduqdan sonra isə məlum olmuşdur ki, xx.xx.2020- ci il tarixli sazişin 13-cü maddəsinin “c” bəndində qeyd edilmiş şərtə riayət edilməmiş, həmin şərt "xxxx" öz əksini tapmamışdır. Bunda n başqa, MMC-yə xəbərdarlıq edilmədən cavabdehlər tərəfindən təmir-tikinti işlərinə başlamışlar. Təmir-tikinti işləri aparılan zaman mağazanın fəaliyyəti qismən dayandırılmışdır. Belə ki, tikinti işlərindən irəli gələn maneələr ucbatından müştərilərin mağazaya daxil olmasına çox təsir etmiş, həmçinin təmir-tikinti işləri aparılması səbəbdən yük avtomobilərinin ambardan mal verilməsi qeyri-mümkün olmuşdur. Aparılan təmir-tikinti işləri zamanı, yəni xx.xx.2023cü il tarixdə cavabdehlər MMC-yə məxsus reklam “logosunu” söktürmüşlər. Reklam “toqosunun" olmaması və mağazaya yeni "xxxx" vurulduğundan MMC-yə aid mağaza fəaliyyət göstərib-göstərilməsi müştərilərə bəlli olmadığı üçün, mağazaya daxil olub alışveriş aparan müştərilərin sayında xeyli azalma olmuşdur. Bundan başqa cavabdehlər mağazanın s u təchizatını dayandırmışlar. Bütün bunlar MMC-yə 4.453,32 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur ki, cavabdehlər həmin məbləği və hazırkı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini MMC-yə ödəməlidirlər.
11. MMC-nin iddia ərizəsi Xəzər Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında 2(003)-1825/2023 saylı mülki işin icraatı başlanılmışdır.
12. Torpaq sahəsinin yeni mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" ləğv edilməsi, yuxarıda qeyd edilən ünvanında yerləşən və onların birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən MMC və bununla əlaqəli digər şəxslərin həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, sahənin onlara təhvil verilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 34.320 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pulun MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Bu iddia ərizəsində də, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.
14. Cavabdeh1 və Cavabdeh2 birgə iddiası onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanında yerləşən ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinin 220 kv.m-İ xx.xx.2019-cu il tarixində əvvəlki sahibi Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" əsasən MMC-nin icarəsinə verilmişdir. Maraqlı şəxs 2021-ci ilin dekabr ayının sonlarında X1 ilə “Alğı-satqı müqaviləsi” bağlayaraq torpaq sahəsini Elyar Əlisoya satmışdır. Elyar Əlisoy isə Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə “Alğı-satqı müqaviləsi” bağlayaraq sahəsi 400 kv.metr olan torpaq sahəsinin 200 kv.metr hissəsini Cavabdeh1, qalan 200 kv.metr hissəsini isə Cavabdeh2 satmışdır. Bununla bağlı olaraq onlara “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq "xxxx" verilmişdir. MMC, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsini” əsas götürərək həmin ərazidə kommersiya fəaliyyəti ilə məşğul olmuş, hazırda da məşğul olmaqdadır. Lakin nəzərə alınmalıdır ki, həmin “İcra müqaviləsinin” predmeti qeyri-yaşayış sahəsi (mağaza) deyil, torpaq sahəsidir. Həmin qeyri- yaşayış sahəsi faktiki olaraq dövlət qeydiyyata alınmamışdır. Hazırda q eyri-yaşayış sahəsinin qeydiyyatı ilə bağlı müvafiq tədbirlər görülür.
15. Torpaq sahəsini aldıqdan bir müddət sonra iddiaçılar yeni şərtlərlə və yeni qiymətlər ilə rəsmi qaydada yeni müqavilənin bağlanmasını MMC-yə təklif etmiş, lakin MMC bundan imtina etmişdir. Bundan sonra onlar əmlakın boşaldılması ilə bağlı MMC-yə yazılı və şifahi qaydada dəfələrlə xəbərdarlıqlar göndərmiş, lakin MMC məsələni əsassız yerə uzadaraq bundan imtina etmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçılar tərəfindən MMC-yə dəfələrlə müraciət olunsa da, bu, müsbət nəticə verməmişdir. Göründüyü kimi MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar öz əmlakından müstəqil şəkildə istifadə edə bilmirlər və maddi baxımdan zərərə məruz qalmışlar. 16. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı həmin ərazidə yerləşən torpaq sahələrinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri (birsotun orta bazar qiyməti 10.000 manat olmaqla 1 kv.m dəyəri (10.000/100) 100 manat ) - 0,7 manat (100*0,7%); 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti - 154 manatdır (0,7*220). Mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.metrinə görə hazırki aylıq icarə haqqının dəyəri - 12 manat, 220 kv.metrə görə hazırki aylıq icarə haqqının real bazar qiyməti - 2.640 manat təşkil edir. Bu hesabla iddiaçılara əmlakın alındığı xx.xx.2022-ci il tarixindən iddia qaldırıldığı günədək olan dövrdə 34.320 manat məbləğində maddi ziyan vurulmuşdur.
17. İşdə olan xx.xx.2023, xx.xx. 2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli "xxxx" əsasən, MMC tərəfindən icarə müqaviləsi əsasında Maraqlı şəxs hər ay 1.010,50 manat məbləğində icarə haqqı ödənilmişdir (sonuncunun bank hesabına köçürülmüşdür).
18. Qeyd edilən bu iddia ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında 2-2(113)-3462/2023 saylı mülki işin icraatı başlanılmışdır.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin iş, aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir.
20. Xəzər Rayon Məhkəməsi eyni tərəflər arasında, eyni predmetlə bağlı iki mülki işin olmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla hər iki işi bir icraatda birləşdirmiş və onlara bir icraatda baxmışdır.
21. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-105/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) İddiaçı MMC-nin iddiasının qismən təmin edilməsi, ünvan 3 ünvanında İddiaçı MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, İddiaçı MMC- nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiasının qismən təmin edilməsi, İddiaçı MMC- dən 24675 manat məbləğində pulun tutularaq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 birgə iddialarının əsası ondan İbarətdir ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müqaviləsi” torpaq icarə müqaviləsidir və bu barədə müvafiq dövlət reyestrində qeydiyyat aparılmalıdır. Onlar torpaq sahəsini alarkən torpaq üzərində heç bir hüququnun olmadığı nəzərə alıb, həmin torpaq sahəsini almışlar. MMC onlara məxsus torpaq sahəsində qanunsuz olaraq fəaliyyət göstərməklə torpaq sahəsindən çıxmadığından onlara torpaq sahəsini əldə etdikləri vaxtdan yararlana bilmədiklərindən maddi ziyan vurulmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, icarəyə verilən əşyaya (torpaq sahəsinə) icarəyə verildikdən sonra mülkiyyət hüququ icarəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə üçüncü şəxs (əldə edən) mülkiyyəti əldə etdiyi anda n icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
23. Mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən tikili (mağaza) özbaşına tikili sayılır ki, həmin tikintinin icarəyə verilməsi ilə bağlı əqdin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müqaviləsindən” görünür ki, həmin müqaviləsinin predmeti 0,04 ha (400 kv.metr) torpaq sahəsinin bir hissəsi, yəni 220 kv.metr hissəsi olmuşdur.
24. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli "xxxx" dəyişiklik edilməsi və müqavilədə həmin torpaq sahəsi üzərində o lan qeyr-yaşayış sahəsinin MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması öhdəliyinin Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə MMC-nin tələbi əsassızdır.
25. Eyni zamanda rayon məhkəməsi hesab etmişdir ki, MMC tərəfindən "xxxx" şərtlərinin pozulması ilə bağlı əsaslar göstərilməməklə və bu barədə sübutlar təqdim edilməməklə Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" torpaq icarə müqaviləsi olması və bu müqavilənin müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınmaması əsası ilə ləğv edilməsi barədə Cavabdeh1 və Cavabdeh2 tərəfindən MMC-ya qarşı irəli sürülmüş tələb də əsassızdır. Çünki həmin hal "xxxx" ləğvi üçün əsas ola bilməz.
26. Mü bahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsində (mağazada) MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hazırda hüquqi əsaslar mövcud olduğundan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsindən çıxarılma barədə Cavabdeh1 və Cavabdeh2 tələbi əsassızdır. Bu səbəbdən orada MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr Cavabdeh1 və Məhəmməd Mirzazadəyə qadağan edilməlidir.
27. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, MMC-nin iddia tələbinin Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 4.453,32 manat məbləğində pulun tutulması barədə MMC-nin tələbi təmin edilməməlidir. Çünki MMC-nin fəaliyyət göstərdiyi mağazanın ətrafında təmir-bərpa işlərinin görülməsi və həmin təmirbə rpa işlərinin görülməsi nəticəsində mağazada malların satışının azalması ilə əsaslandırılsa da bu halın məhz Cavabdeh1 və Məhəmməd Mirzazadənin hərəkət və ya hərəkətsizliyi səbəbindən mağazada malların satışının azalması barədə mötəbər sübutlar MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir.
28. Həmçinin məhkəmə Cavabdeh1 və Məhəmməd Mirzazadənin iddia tələbinin MMC tərəfindən vurulmuş 34.320 manat maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Çünki işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 və Məhəmməd Mirzazadənin mübahisə pedmetinə daxil olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrindən qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən iş üzrə qətnamə çıxarılanadək (21 ay müddətində) icarə haqqı MMC tərəfindən onlara deyil, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs ödənilmişdir. Ona görə də onların iddiası həmin hissədə qismən təmin edilməli və MMC-dən (21 ay x 1.175 manat=) 2.4675 manat məbləğində icarə haqqı tutularaq Cavabdeh1 və Məhəmməd Mirzazadəyə ödənilməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,146.1,146.3, 157.2, 180.1, 180.2, 677.1.4, 685.1, 686, 699.1, 700.1, 700.2, 700.3, 701.1,706.1,706.2, 706.3, 710.1, 718.1, 719.1, 719.7, 721.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 10, 12, 13, 15-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 30. “OBA MMC” həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin 2(003)- 105/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və MMC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş,əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, Cavabdeh1 və Məhəmməd Mirzazadənin qanunsuz hərəkətlərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
32. Cavabdeh1 və Cavabdeh2 də həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən ləğv edilməsini və MMC-yə qarşı iddianın tam təmin edilməsini xahiş etmişlər.
33. Əsasları Cavabdeh1 və Cavabdeh2 iddiasının əsasları ilə eynilik təşkil edən hər iki apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
34. İş üzrə üçüncü şəxs olan Maraqlı şəxs apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, həmin apellyasiya şikayətinin əsassız hesab edilməsini xahiş etmişdir.
35. O, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinin həllini Məhkəmənin mülahizəsinə buraxmış, əlavə olaraq bildirmişdir ki, o mübahisəli torpaq sahəsini alan vaxt həmin torpaq sahəsi üzərində artıq qeyri-yaşayış sahəsi (mağaza) möv cud idi və həmin mağaza MMC-nin istifadəsində idi. Mağazanı aldıqdan sonra o, MMC ilə “icarə müqaviləsi” bağlasa da, müqavilənin şərtləri ilə tanış olmamışdır. 2021-ci ilin sonunda isə o, həmin torpaq sahəsini Elyar Əlisoy adlı şəxsə satmışdır. Onunla Cavabdeh1 və Cavabdeh2 arasında “alğı-satqı müqaviləsi” bağlanmamışdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5359/2024 nömrəli mülki iş üzrə 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) hər üç apellyasiya şikayətinin təmin edilməməsi, Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MMCnin iddiasının əsası ondan ibarətdir ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi özgəninkiləşdirildiyi zaman Maraqlı şəxs, onunla MMC arasında xx.xx.2019cu il tarixdə bağlanmış "xxxx" şərtlərini yeni mülkiyyətçilər – Cavabdeh1 və Cavabdeh2 ilə bağladığı "xxxx" daxil etməmiş, bununla da Maraqlı şəxs, onunla MMC arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişin” şərtlərinə əməl etməmişdir. Torpaq sahəsinin yeni mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən MMC-nin həmin mağazada fəaliyyət göstərməsinə müdaxilələr törətmiş və bu müdaxilələr nəticəsində MMC-yə maddi ziyan dəymişdir.
38. Cavabdeh1 və Cavabdeh2 isə bildirirlər ki, Maraqlı şəxs ilə MMC arasında bağlanmış “İcarə müq aviləsi” torpaq icarə müqaviləsidir və bu barədə müvafiq dövlət reyestrində qeydiyyat aparılmalıdır. Torpaq sahəsi alınarkən torpaq üzərində heç bir icarə hüququnun olmadığı nəzərə alınaraq əldə edilmişdir. MMC onlara məxsus torpaq sahəsində qanunsuz fəaliyyət göstərməklə torpaq sahəsindən çıxmadığından onlara torpaq sahəsini əldə etdikləri vaxtdan yararlana bilmədiklərindən maddi ziyan vurulmuşdur.
39. Göstərilənləri nəzərə alan məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, maddi hüquq normalarının tələblərindən göründüyü kimi, icarəyə verilən əşyaya (torpaq sahəsinə) icarəyə veri ldikdən sonra mülkiyyət hüququ icarəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə üçüncü şəxs (əldə edən) mülkiyyəti əldə etdiyi andan icarəyə verəni əvəz edərək icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi icarə müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
40. İşin müəyyən edilmiş hallarını və qeyd edilən maddi hüququ normalarını nəzərə alan məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi MMC-nin iddiasının “xx.xx.2022-ci il tarixli "xxxx" dəyişiklik edilməsi və həmin müqaviləyə, torpaq sahəsi üzərində olan daşınmaz əmlakın MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, MMC ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlan mış "xxxx" əsasən köhnə şərtlərlə yeni "xxxx" bağlanması öhdəliyinin yeni mülkiyyətçilərin - Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması” hissəsində əsassız olduğu üçün rədd etməklə düzgün nəticəyə gəlmişdir.
41. MMC-nin verdiyi apellyasiya şikayətinin rayon məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri əsassızdır.
42. Məhkəmə həmçinin hesab etmişdir ki, MMC tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulması ilə bağlı əsaslar göstərilməməklə və bu barədə sübutlar təqdim edilməməklə Maraqlı şəxs ilə MMC arasında bağlanmış "xxxx" torpaq icarə müqaviləsi olması və bu müqavilənin müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınmaması əsası ilə ləğv edilməsi barədə Cavabdeh1 və Məhəmməd Mirzazadə tərəfindən irəli sürülmüş tələb də əsassızdır. Belə ki, həmin hal icarə müqaviləsinin ləğv edilməsi üçün əsas deyil.
43. Belə olan halda mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsində (mağazada) MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hazırda hüquqi əsaslar mövcud olduğundan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahəsindən çıxarılma barədə Cavabdeh1 və Məhəmməd Mirzazadənin tələbləri də əsassızdır.
44. Rayon məhkəməsi yuxarıda göstərilənlərə əsasən qeyd edilən bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
45. Cavabdeh1 və Məhəmməd Mirzazadənin verdikləri apellyasiya şikayətlərinin rayon məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri əsassızdır.
46. Məhkəmə hesab etmişdir ki, işə baxmış rayon məhkəməsi “MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr Cavabdeh1 və Məhəmməd Mirzazadəyə qadağan edilmə si” barədə MMC-nin tələbini əsaslı hesab etməkdə də haqlı olmuşdur.
47. Cavabdeh1 və Məhəmməd Mirzazadənin verdikləri apellyasiya şikayətlərinin rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlilləri də əsassızdır.
48. Bundan başqa məhkəmə, MMC-nin iddiasının “vurulmuş ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçı olaraq MCnin üzərinə düşür. Lakin MMC mağazada malların satışının azalması səbəbinin məhz Cavabdeh1 və Cavabdeh2 hərəkət və ya hərəkətsizliyindən i rəli gəldiyini təsdiq edəcək mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
50. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış rayon məhkəməsi MMC-nin bu tələbini təmin etməməkdə haqlı olmuşdur.
51. MMC-nin verdiyi apellyasiya şikayətinin rayon məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlili əsassızdır.
52. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 iddiasının “vurulmuş ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, həmin şəxslərin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2023-cü il tarixdən iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılanadək (21 ay müddətində) icarə haqqı onlara deyil, üçüncü şəxs Maraqlı şəxs ödənilmişdir. Ona görə də MMC-dən (21 ay x 1.175 manat =) 24.675 manat məbləğində pulun tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi hissəsində iddianı təmin etmiş rayon məhkəməsinin gəlmiş olduğu qənaət işin hallarına uyğundur.
53. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 146.1, 146.3, 157.2, 180.1, 180.2, 677.1.4, 685.1, 686, 699.1, 700.1, 700.2, 700.3, 701.1, 706.1, 706.2, 706.3, 710.1, 718, 719.1, 719.7, 721.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 10, 12, 13-cü maddələrinə, 15-ci maddəsinin 3-cü bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
54. İddiaçı MMC (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-5 359/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin aşağıdakılar nəzərə alınmaqla tam təmin edilməsi; xx.xx.2023-cü il tarixli alqı-satqı müqviləsinə dəyişiklik edilməsi və həmin müqavilədə ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində olan daşınmaz əmlakın İddiaçı MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, İddiaçı MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində qeyd olunan köhnə şərtlər əsasında yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə üzərinə qoyulması; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral2024-cü il qətnaməsi çıxanadək 21000 manat icarə haqqının İddiaçı MMC tərəfindən Cavabdeh1 ödənilməsinin nəzərə alınması;, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 4453,32manat məbləğin də maddi ziyan, iddia qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumu, apellyasiya şikayəti üçün ödənilmiş 33 manat dövlət rüsumu və kassasiya şikayəti üçün ödənilmiş 33 manat dövlət rüsumu, cəmi 4584,32 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
55. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilməklə bərabər göstərilmişdir ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00075 saylı mediasiya barışıq sazişinə əsasən İddiaçı MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə müqaviləsi və xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə saziş əsasında Maraqlı şəxs ödənilmiş icarə haqqı Cavabdeh1 təqdim edilmişdir. Bu səbəbdən Bakı şəh əri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixliqətnaməsi çıxanadək ödənilməli olan 24675 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ödənilməsiəsassızdır. İcarə haqqının 1175 manat ödənişin vergi hissəsi tutulduqdan sonra qalan 1010 manat 50 qəpik hissəsi hesablanmalı olduğu halda 24675 manat vəsait olaraq deyil 21220 manat 50 qəpik pul vəsaiti Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Mediasiya Barışıq sazişi ilə 1000 manat icarə haqqının Cavabdeh1 ödənilmiş olduğu müəyyənləşdirildiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2024cü il tarixli qətnaməsi çıxanadək 21000 manat pul vəsaitinin ödənilmiş olması nəzərə alınmalıdır.
56. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 158.3, 1096.1, 1096.2, 1097. 1, 1115, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə də istinad edilərək əsaslandırılmışdır.
57. Cavabdeh1 ( Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5359/2024 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən İddiaçı MMC, bununla əlaqəli digər şəxslərin həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçılara təhvil verilməsi və cavabdeh tərəfindən iddiaçılara vurulan 34 320 (otuz dörd min üç yüziyirmi) manat məbləğində maddi ziyanın ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə apellyasiya məhkəməs i tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir.
59. Qanunvericiliyin müvafiq maddələrinə əsasən torpaq icarə müqaviləsi 11 aydan artıq davam etdiyi təqdirdə müvafiq qaydada dövlət qeydiyyatına alınmalı olduğu və çıxarışla təqsdiqlənməli olduğu halda, bu cür qeydiyyat aparılmamış və məhz bu səbəbdən torpağın üzərində digər şəxslər tərəfindən hər hansı bir hüququn, əsasən də icarə hüququnun mövcud olmadığı qənaətinə gəlinmişdir.
60. Bakı Apellyasiya Məhkəməsi 2(103)-5359/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində məhkəmə işin hallarını tam, hərtəfli, obyektiv araşdırmamış, yalnız cavabdehlərin formal mülahizələrinə əsaslanmışdır.
61. Bakı Apel lyasiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Həmçinin məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdeh şəxslərin hüquqları kobud şəkildə pozulmuşdur.
62. Bakı Apellyasiya Məhkəməsinin qərarı Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı bərabərlik prinsipinə riayət etmədən qərar qəbuletmişdir.
63. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.1, 386, 416-cı maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
66. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
67. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavil ənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.
68. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
69. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
70. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
71. Maddə 677.1.4. Əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan göt ürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər, istifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur.
72. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.
73. Maddə
686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəf lərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.
74. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.
75. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
76. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
77. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
78. Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə s axlamalıdır, icarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Maddə 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: -701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; -701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; -701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; -701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; -701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla ko mpensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir.
79. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
80. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
81. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunver iciliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
82. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
83. Maddə
718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.
84. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
85. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müd dət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
86. Maddə 721.1. Əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
87. Maddə
1. Torpaq icarəsi müqavilə əsası nda əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
88. Maddə 10(üçüncü hissə).Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
89. Maddə 12.Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
90. Maddə
13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
91. Maddə 15(ikinci hissə). Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdiri lməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
94. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
98. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
99. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
100. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
101. Hazırkı kassasiya şikayətlərinə əsasən – mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməməsi də nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
103. Məhkəmə kollegiyası İddiaçı MMC-nin kassasiy a şikayətinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qətnaməsi çıxanadək 21000 manat pul vəsaitinin ödənilmiş olmasının nəzərə alınmalı olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya şikayətində belə dəlil irəli sürülməmişdir.Apellyasiya şikayətinin dəlillərində göstərilmədiyinə görə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamış hallar üzrə kassasiya məhkəməsi tərəfindən araşdırma və hüquqi dəyərləndirmə aparılması prosessual hüquq normalarının tələbinə uyğun deyil.
104. Cavabdeh1 kassasiya şikayətində cavabdeh tərəfindən iddiaçılara vurulan 34 320 (otuz dörd min üç yüz iyirmi) manat məbləğində maddi ziyanın ödənilməsini xahiş etsə də apellyasiya məhkəməsində belə tələbi olmamışdır.Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini n qətnaməsinin həmin hissəsini də yoxlamış və qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2023-cü il tarixdən iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılanadək (21 ay müddətində) icarə haqqı onlara deyil, üçüncü şəxs Maraqlı şəxs ödənilmişdir. Ona görə də MMC-dən (21 ay x 1.175 manat =) 24.675 manat məbləğində pulun tutularaq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi hissəsində iddianı təmin etmiş rayon məhkəməsinin gəlmiş olduğu qənaət işin hallarına uyğundur.Kassasiya kollegiyası həmin əsaslandırma ilə razılaşır.
105. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
106. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
107. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli 2(103)-5359/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.