Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2029/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 katibliyiilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13271/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respbulikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində xxx oğluna dəymiş 72701 manat və 41844 ABŞ dolları məbləğində ziyanın 40203 manat və 18509 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsini təşkil edən hissəsinin müştərək qaydada bütün cavabdehlərdən, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 10000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsini təşkil edən hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, 32498 manat və 13335 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsini təşki l edən hissəsinin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq xxx oğlunun hüquqi varisi İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 törətmiş olduqları cinayət əməlləri nəticəsində onlar tərəfindən İddiaçı dəymiş mənəvi zərər olaraq 20000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)91/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, 54733 manatın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 46095 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 7848 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı odənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13271/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, V.T.Həsənov və Ş.A.Məmmədovadan ibarət tərkibdə) İddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-91/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X16 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13271/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instasiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİ RAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə hökmünə istinad etməklə cavabdehlərin törətmiş olduqları cinayət hadisəsi zamanı həmin dövrün manata olan məzənnəsi ilə zərərçəkmiş şəxsə dəymiş məbləğlərlə hesablasa da nəzərə almamışdır ki, bu məbləğlər mülki iddiaya baxılarkən mövcud dövrün manata olan məzənnəsi ilə hesablanmalıdır. Həmçinin cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində iddiaçının atası xxx oğlunun, o cümlədən iddiaçının özünə maddi ziyanla yanaşı mənəvi ziyan da dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərdən heç biri üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 kassasiya şikayətinə yazılı etiraz verərək, iddiaçının tələb etdiyi pulun yalnız Cavabdeh1 tərəfindən ələ keçirildiyi üçün kassasiya şikayətinin təmin edlilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan məbləğin valyutası və iddianın təmin olunmayan hissəsi mübahisələndirilmiş, cavabdehlər isə qətnamənin təmin edilən hissəsindən kass asiya şikayəti verməmişlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız kassasiya şikayətində mübahisələndirilən hissələrində qanuniliyinin yoxlanılması təşkil edir. İş materiallarında olan X12 Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, xx xxxxx 2004-cü ildən xx xxxxxxx 2015-ci ilədək “X13” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Cavabdeh1, ASC-nin Gəncə filialının müdiri Cavabdeh2, baş mühasibi Cavabdeh3 və xəzinədarı Cavabdeh4 ibarət bir qrup şəxslə qabqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Rusiya Federasiyasında yaşayan xxx oğlunun ASC-nin Gəncə filialındakı depozit hesabına əmanət kimi qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib, Cavabdeh3 tərəfindən müştərinin məlumatı və razılığı olmadan, bankın kompyuter əməliyyat sistemində müvafiq rəsmi məlumatların məzmununa yalan məlumatlar daxil edilməklə, guya xxxxayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərin, o cümlədən xx xxxxxx 2012-ci il tarixli 02 №-li xəzinə məxaric orderi ilə 15700 manat, eyni qaydada xx xxxxxx 2012-ci il tarixli 158703 №-li xəzinə məxaric orderi ilə 22336 manat, xx xxxxxx 2012-ci il tarixli 359107 №-li xəzinə məxaric orderi ilə 2167 manat və xx xxxxxx 2012-ci il tarixli 010 №-li xəzinə məxaric orderi ilə həmin dövrün məzənnəsi ilə 14530 manata bərabər olan 18509 ABŞ dollarının verilməsi barədə müvafiq orderlər tərtib edilib, x xxx Cavabdeh3 və Cavabdeh4 tərəfindən imzalanmaqla rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qeyd olunan saxta rəsmi sənədlərlə qanunsuz olaraq filialın xəzinəsindən Cavabdeh4 tərəfindən götürülmüş, ümumilikdə 54733 manat pul vəsaitini Cavabdeh2 alıb, öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəyərək talamış, bununla da öz quluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa Cavabdeh1, qabaqcadan razılaşmaqla əlbir olduğu Cavabdeh2 və Cavabdeh4lə birlikdə vahid qəsdlə təkrarən eyni məqsədlə, Rusiya Federasiyasında yaşayan xxx oğlunun “X13” ASC-nin Gəncə filialındakı depozit hesabına keçirilməsi üçün yaşayış yeri üzrə sürətli pul köçürmə sistemi ilə qohumu X4 adına pul göndərməsi haqqında Cavabdeh2 məlumat alaraq, həmin pul vəsaitinin şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərilməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən, sonuncunun göstərişi ilə Cavabdeh4 tərəfindən müştərinin məlumatı və razılığı olmadan 9000 ABŞ dollarının xxxx hesabına mədaxil edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli və 1000 ABŞ dollarının mədaxil edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli nömrəsiz saxta xəzinə mədaxil orderləri tərtib edilsə də, həmin pullar xəzinəyə təhvil verilməyərək xxx depozit hesabına köçürülməmiş, orderləri Cavabdeh2 və xxxx imzaladıqdan sonra sonuncu tərəfindən xxx qəbul edilmiş həmin dövrün məzənnəsi 7848 manata bərabər olan 10000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 alıb, öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz quluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə Cavabdeh1 qeyd olunan vəzifədə işləyərkən, qabaqcadan razılaşmaqla əlbir olduğu Cavabdeh2 ilə birlikdə vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə niyyəti ilə Rusiya Federasiyasında yaşayan xxx oğlu ilə şəxsi münasibətlərinə, eləcə də qeyd olunan bankın uzun müddətli müştərisi kimi Cavabdeh2 ölan inam və etibarına görə, “X13” ASC-nin Gəncə filialındakı depozit hesabına köçürülməsi üçün sonuncunun özü, qohum və tanışları tərəfindən Rusiya Federasiyasından sürətli pul köçürmə sistemi ilə Cavabdeh2 adına pul göndərilməsi haqqında sonuncudan məlumat alaraq, həmin pul vəsaitlərinin şəxsi işlərində istifadəsi üçün ona göndərilməsi yerdiyi tapşırığa əsasən, Cavabdeh2 tərəfindən xxxx məlumatı və razılığı olmadan sonuncunun qohumu xxxxoğlunun adından xx xxxxxx 2013-cü il tarixli ********* №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 157 manata bərab ər olan 6000 rubl, xx xxx 2013-cü il 75151273 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 2856 manata bərabər olan 118000 rubl, xx xxx 2013-cü il tarixli ********* №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 920 manata bərabər olan 38000 rubl, xx xxx 2013-cü il tarixli 534198-2339 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3630 manata bərabər olan 150000 rubl, xx xxx 2013-cü il tarixli 205-576-5037 r:ndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3924 manata bərabər olan 5000 ABŞ dolları, xxxx dostu X8 adından xx xxxxxxx 2013-cü il tarixli 524-036-2872 №-li İş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 manata bərabər olan 4000 ABŞ dolları, xx xxxxxxx 2013-cü il tarixli 320-248-6377 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 bərabər olan 4000 ABŞ dolları, xx xxxxxxx 2013-cü il tarixli 785-7267471 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 manata bərabər olan 4000 ABŞ dolları, xxxxx tanışı X5 adından xx xxxxxx 2014-cü il tarixli 866447-0364 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4673 manata bərabər olan 220000 rubl, xxxxx dostu xxxxx adından xx xxxxxx 2014-cü il tarixli 486-4943126 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4635 manata bərabər olan 220000 rubl, xxxxx tanışıxxxxx adından xx xxxxxx 2014-cü il 99-852-0858 №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4637 manata bərabər olan 220000 rubl, xxxxx dostu xxxx adından xx xxxxxx 2014-cü il tarixli göndəriş sənədi ilə daxi l olmuş həmin dövrün məzənnəsi ilə 5940 manata bərabər olan 220000 rubl, xxxxqardaşı xxxx adından xx xxxxxx 2014-cü il tarixli ********* №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 1670 manata bərabər olan 100000 rubl, xxxx tanışı X2 adından xx xxxx 2015-ci il tarixli ********* №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 1690 manata bərabər olan 100000 rubl, xx xxxx 2015-ci il tarixli ********* №-li göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 1950 manata bərabər olan 100000 rubl olmaqla, Cavabdeh2 tərəfindən xəzinəyə təhvil verilməyərək xxxxx hesabına köçürülməmiş ümumilikdə 46095 manat məbləğində pul vəsaitini xxxx alıb, öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xxxx külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, bununla da öz quluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, zərərçəkmiş şəxsin hesabına köçürülmüş rus rubulları və ABŞ dolları məbləğləri həmin dövrün məzənnəsi ilə hesablanaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən məbləğlər üzrə ittihamlar öz təsdiqini tapmışdır. İddiaçı isə öz tələbində hökmdə göstərilən və artıq həmin dövrün məzənnəsi ilə hesablanmasına baxmaya raq, həm dollar, həm də manat hesabı ilə cavabdehlərdən pulların tutulmasını iddia edir. Hətta hökmdə göstərilən rubl ilə məbləğləri tələbində göstərməyərək, məhkəmə iclasında iddiaçı tərəf onun manatla hazırkı məzənnəsinin özü tərəfindən hesablayaraq iddiada göstərdiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin tələbində göstərdiyi məbləğlərlə razılaşmayaraq hesab etmişdir ki, hökmlə müəyyən edilmiş və həmin dövr üçün manatla hesablanmış cavabdehlərin zərərçəkmiş şəxs xxxx vurduqları ziyan məbləğləri olan 7848 manat, 46095 manat, 54733 manat məbləğində pul vəsaitləri onlardan hökmlə müəyyən edilmiş qaydada, törətdikləri cinayət əməllərinə görə, zərərçəkənə vurduqları ziyan həddində müştərək qaydada tutulmalıdır. Mənəvi ziyanla bağlı kollegiya qeyd etmişdir ki, İddiaçı iddia tələbində mənəvi ziyanın tutulmasının əsası kimi istinad etdiyi cavabdehlərin hərəkətləri nəticəsində stres və həyəcan, mənəvi sarsıntı və iztirab keçirdiyini, maddi ehtiyac səbəbindən sıxıntılara məruz qaldığını və s. göstərsə də, bunların nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 20000 manat miqdarında hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası mənəvi ziyanla bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi 2008-ci il tarixli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müd dəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin in açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X11 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin həmin tələblərini hazırki işdə tətbiq etm ələ məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona mənəvi ziyanın vurulduğunu və onun məbləğini sübut etməli olduğu halda, bununla bağlı məhkəmələrə sübut təqdim etməmişdir. Lakin vurulmuş maddi ziyanın valyutası ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və hakim üçün məcburidir. Hazırki iş üzrə iddiaçının hüquqi varisi olduğu xxx oğluna cavabdehlərin cinayət əməlləri nəticəsində ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunduğu kimi, cinayət işi üzrə hökmdə zərərçəkmiş şəxsin atasına v rulmuş ziyanın bir hissəsi Azərbaycan manatı ilə, bir hissəsi ABŞ dolları ilə, bir hissəsi isə Rus rublu ilə ifadə olunmuş, ziyan cinayət əməlinin tərkib elementlərindən biri olduğundan cinayət qanunvericiliyinə uyğun olaraq hökmdə törədildiyi anda olan məzənnə ilə Azərbaycan manatı ilə müəyyənləşdirilmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hökmdə ziyanın vurulduğu anda xarici valyutanın manat məzənnəsi ilə ifadə olunması həmin ziyanın məhz hökmdə göstərilən məzənnə ilə manatla tutulmalı olması anlamına gəlmir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutul masın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zər ərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azərbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi vurulmuş ziyanın valyutasının müəyyən edilməsi hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əs asən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13271/2019 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2029/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2029/2020
08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver