Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2033/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1026/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh uzun müddət nikahdan kənar münasibətlər qurmaqla birlikdə yaşamışlar. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 35, 1 saylı mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və mənzil barədə mülkiyyət hüquqları xx.xx.2007ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında iddiaçının adından alqı-satqı müqaviləsi bağlanaraq mənzil 139.000 manat müqabilində satılmışdır. Həmin alğı-satqı müqaviləsini isə iddiaçının adından etibarnamə üzrə nümayəndəsi olaraq Cavabdeh imzalamış və satışdan əldə edilən məbləği tam şəkildə təhvil almışdır.
2. İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, o, Cavabd eh qarşı heç bir tələbinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 139.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 429 manat olmaqla, cəmi 139.429 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuşdur. Mənzilə mülkiyyət hüququ tərəflərin uzunmüddətli nikahdankənar münasibətləri olmuş və bu səbəbdən iddiaçı cavabdehə etibar edərək ona bütün əmlaklarının idarə olunmasına dair, əmlaklar barəsində sərəncam vermək s əlahiyyəti daxil olmaqla notarial qaydada etibarnamə vermişdir. 2020-ci ildə iddiaçıda xərçəng xəstəliyi aşkar edilmiş, həmin vaxtdan cavabdeh onunla əlaqəni kəsmiş, ona müalicə ilə bağlı köməklik etməmişdir. İddiaçı isə külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Müalicə olunduqdan sonra iddiaçı Azərbaycan Respublikasına yenidən qayıtmış, cavabdeh onunla münasibətlərini bərpa etməyə çalışsa da bu mümkün olmamışdır. İddiaçı həmin vaxt cavabdehə verilmiş bütün etibarnamələri ləğv etməyi notariusdan xahiş etsə də xx.xx.2023-cü il tarixdə mobil notariat xidmətində qeydiyyatdan keçərkən, notarius tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verdiyi etibarnamənin ləğv edilmədiyini və cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənz ili 139.000 manat qiymətinə X3 adında şəxsə satdığını, lakin bu barədə ona heç bir məlumat vermədiyini aşkar etmişdir. Qeyd edilmişdir ki, iddiaçı mübahisəli evə dair cavabdehə etibarnamə verərkən cavabdehin özünün maraqları daxilində deyil, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqları daxilində hərəkət etmək səlahiyyətini vermişdir. Dolayısı ilə cavabdeh əqdi təmsilçi kimi bağladığından müqavilə üzrə hüquq və öhdəliklər iddiaçıya münasibətdə yaranmışdır. Yəni, əmlakın satışından əldə olunmuş vəsaiti almaq hüququ iddiaçıya münasibətdə yarandığından satışla bağlı əldə edilən vəsait iddiaçıya ödənilməli idi. Bütün bunlara baxmayaraq cavabdeh hazıradək iddiaçının əmlakının satışından əldə olunmuş vəsaiti ona ödəməmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əmlaklar almış və həmin əmlakları iddiaçının adına rəsmiləşdirmişdir. Bunu ona görə etmişdir ki, 30 ildir ki iddiaçı ilə bir yerdə yaşayırlar. Onun etibarından istifadə edilmişdir. 30 il ərzində aralarında söz-söhbət olmamışdır. İddiaçı onun evinin xanımı olmuşdur. İddiaçı 2 il əvvəl xəstələnmiş və onu Moskva şəhərinə bacısıgilə yola salmışdır. O, bu gün də iddiaçını qəbul edər, xəstə adamdır, onun qulluğunda dayanar. Ancaq onu aldadaraq, əmlakını mənimsəməli deyildi. İddiaçının özünün, ata və anasının heç nəyi olmamışdır, yalnız mikrorayonda 2 otaqlı evləri olmuşdur. Obyektinin üstündə yerləşdiyi üçün həmin evi də o almışdır. Həmin zaman iddiaçı ilə görüşmüş və bir yerdə yaşamışlar. Onlar üçün Yasamal rayonunda yer ləşən ev də almışdır. Onun adına iddiaçı tərəfindən verilmiş etibarnamə olmuşdur. O, ömür boyu işləmiş, əziyyət çəkmiş, pul qazanmışdır. İddiaçı isə işləyərək, cüzi məbləğdə pul qazanmışdır. İddiaçı əvvəl hərbi zavodda aşağı məbləğdə maaş almış, o hətta iddiaçını bərbər işinə də düzəltmişdir. İddiaçı tərəf dələduzluq edərək onun etibarından sui-istifadə etmişdir. Bunları vaxtında bilsə idi, əmlakları bacısının adına keçirərdi. Digər şəxslə rəsmi nikahı hazırda da davam edir. Rəsmi nikahda olduğu qadının adına əmlakları rəsmiləşdirməməyi ilə bağlı bildirir ki, o, iddiaçı ilə yaşamış və iddiaçıya etibar etmişdir. 139.000 manata satılan əmlakın pulundan iddiaçıya 6 min manata xəz dərili gödəkçə almış, məbləğ ümumi istifadəyə xərclənmişdir, 30 ildə iddiaçı üçün hər şey etmişdir. İddiaçı ilə rə smi olmasa da, faktiki nikahda olmuşdur. Bütün satdığı əmlakların pulunu iddiaçı ilə yaşadığı evə gətirmişdir. 139.000 manat məbləğin ümumi istifadəyə xərclənməsini yaşayışı ilə, qonşuları ilə sübut edə bilər. 2007-ci ildə əmlakı iddiaçının adına keçirməyə heç kim təzyiq etməmiş, könüllü olaraq əmlakı iddiaçının adına rəsmiləşdirmişdir. İki ildir ki, iddiaçı ilə münasibətləri korlanmış, iddiaçıda xərçəng xəstəliyi aşkarlandıqdan sonra o bunları etmişdir. İddiaçı 50-100 min manat pulu heç vaxt bir yerdə görməyib, pulu birgə yaşadıqları evə gətirsə də iddiaçının əli pula dəyməmişdir. Pulu evə qoymuş və xərcləmiş, iddiaçını xaricə gəzməyə aparmışdır. Pulları xərcləyərkən isə iddiaçının razılığını almışdır, çünki iddiaçı ilə yaşamışdır. Əmlakı çox olduğundan rəsmi nikahda olduğu qadından əmlak ları yayındırmaq üçün iddiaçının adına əmlakları rəsmiləşdirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e2(004)- 3410/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Günel Əkbərli)
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilin onun gəlirləri hesabına və onun tərəfindən alındığını, lakin formal olaraq iddiaçının adına qeydiyyata alındığını bildirsə də, buna dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh mənzili etibarnamə əsasında satdığını etiraf etmişdir. Həmçinin satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Bu na baxmayaraq cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin 1/2 hissəsini iddiaçıya verdiyini bildirsə də, iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur.
8. Cavabdehin etirazının digər dəlili isə iddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş və məzmununda cavabdehə qarşı hər hansı iddiasının olmadığını bildirən xx.xx.2022-ci il tarixli ərizədir. Məhkəmə qeyd etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli ərizə hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik deyildir. Belə ki, qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır.
9. Bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabde h arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir. Məhkəmə qeyd olunan ərizə ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il də satılmış, həmin ərizə isə xx.xx.2022-ci ildə, yəni əmlak satıldıqdan uzun müddət sonra tərtib edilmişdir. Bu halda həmin ərizə iddiaçının mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən satılmasına razılığı kimi qiymətləndirilə bilmədiyi kimi, eyni zamanda iki ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş bu ərizənin məhz həmin mənzilə aid olmasına dair heç bi r dəlil və əsas yoxdur. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında qeyd olunan ərizənin tərəflər arasında digər daşınmaz əmlakın, yəni bağ evinin satışından bilavasitə sonra verildiyini qeyd etmişdir. Dolayısı ilə məhkəmə hesab etmişdir ki, qeyd olunan ərizə bağ evi ilə bağlı olmuşdur.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh hazırda iddiaçının ona verdiyi etibarnamə əsasında pərdələnmiş əqd bağlamaqla özü üçün alqı-satqı müqaviləsi bağlamasını və həmin daşınmaz əmlakı onun adına rəsmiləşdirməsini iddia etmişdir. Halbuki, MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
11. Məhkəmə bütün qeyd olunanları və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlak ın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdeh təhvil almış və həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur, bu halda cavabdeh həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edildiyindən 139.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmamışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 1091, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 26 sentyabr 2022-ci il tarixdə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə bu ərizəni məhz tərəflər arasında olan digər mübahisə üzrə olan daşınmaz əmlakın alqı-satqısına görə tərtib edildiyi nəticəsinə gələrək hazırki mübahisəyə aid olmadığını bildirir. Halbuki məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq (məhkəmənin bu ərizənin həmin əmlakla bağlı tərtib edildiyini bildirdiyi mübahisə) iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur. Bu səbəblə də iddiaçının hazırki iddianı qaldırıb 139.000 manat pul tələb etməsinə hüququnun olmamasına baxmayaraq məhkəmə yanlış olaraq onun belə hüququnun olduğu qənaətinə gəlmişdir. Məhkəmə daha sonra iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdehin təhvil alması və həmin məbləğin iddiaçıya çatdırılmasının sübut olunmaması, bu halda cavabdehin həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edilməsi səbəbilə 139.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmadığından bu məsələyə münasibət bildirilməsinə ehtiyac yoxdur. Məhkəmənin bu mövqeyi ilə bağlı razılaşmayaraq cavabdeh qeyd etmişdir ki, Mülki Məcəllənin 1091-1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Kəsici müddətlər isə elə müddətlərdir ki, bu müddətlərin tətbiq edilməsi ü çün tərəflərin hər hansı birinin ərizə və ya vəsatət verməsinə ehtiyac olmadan məhkəmənin birbaşa özünün tətbiq etmək vəzifəsi və səlahiyyətinin olmasıdır. Belə olan təqdirdə məhkəməyə hazırki mübahisəyə kəsici müddət tətbiq etməsi əvəzinə tərəflərin hər hansı birinin ərizə ilə müraciət etməməsini əsas gətirməsi tamamilə qəbul edilməz və qanunsuz tələbdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1026/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Sabit Bəhrəmzadə)
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan əm lakın satışından əldə edilən 139.000 manat pul məbləğini almasını təkzib etməmiş, mənzili etibarnamə əsasında satdığını etiraf etmişdir. Hətta satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq iclas protokoluna əsasən cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin 1/2 hissəsini iddiaçıya verdiyini bildirsə də, mülkiyyətçiyə - iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur.
17. Belə olan halda məhkəmə kollegiyası hesab etmi şdir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdeh təhvil alsa da, həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur.
18. Cavabdeh iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini (və ya onun yarısını) iddiaçıya verməsini sübut edə bilmədiyi halda o, həmin pulu özündə saxladığından əsassız olaraq varlanmış hesab edildiyindən sözügedən məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan İddiaçı tərəfindən onun, Cavabdeh qarşı heç bir tələbinin olmadığına dair notarial qaydada tərtib edilmiş xx.x x.2022-ci il tarixli ərizəsi ilə bağlı birinci instasiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır.
20. Belə ki, iddiaçını hazırki tələblə məhkəməyə müraciət etməsi üçün əsas olan alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır.
21. Göründüyü kimi qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi bu məqama münasibətdə düzgün olaraq qeyd etmişdir ki, bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabdeh arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir.
22. Apellyasiya şikayətinin digər dəlillərinə əsasən Mülki Məcəllənin 1091-1095ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Kəsici müddətlər isə elə müddətlərdir ki, bu müddətlərin tətbiq edilməsi üçün tərəflərin hər hansı birinin ərizə və ya vəsatət verməsinə ehtiyac olmadan məhkəmənin birbaşa özünün tətbiq etmək vəzifəsi və səlahiyyətinin olmasıdır. Belə olan təqdirdə məhkəməyə hazırki mübahisəyə kəsici müddət tətbiq etməsi əvəzinə tərəflərin hər hansı birinin ərizə ilə müraciət etməməsini əsas gətirməsi tamamilə qəbul edilməz və qanunsuz tələbdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayəti nin bu dəlilləri bağlı qeyd edir ki, iş materiallarından görünür ki, mübahisəli mənzilin satılmasına dair müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışsa da, tərəflər arasında olan münasibətlər isə 2020-ci ildən pozulmuşdur. Həmçinin iddiaçı cavabdehin adına verdiyi etibarnamələri ləğv etdirsə də, 2023-cü ildə sözügedən mənzilin satılması zamanı cavabdehə verilmiş etibarnamənin qüvvədə olmasını bilmişdir.
24. Məhkəmə kollegiyası Mülki Məcəllənin 372.1 və 377.1-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı sözügedən mənzilin satılması zamanı cavabdehə verilmiş etibarnamənin qüvvədə olmasını və mənzilin satılmasını 2023-cü ildə bildiyi və bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçının hüquqlarının pozulmasından daha əv vəl məlumatlı olması iş materialları ilə müəyyən edilməmişdir.
25. Həmçinin də kollegiya qeyd edir ki, apellyatorun istinad etdiyi müddət kəsici deyil, iddia müddətidir ki, onun keçməsi halında belə, tətbiq edilməsi ilə bağlı tərəfindən birinci instasiyası məhkəməsinə müvafiq ərizə ilə müraciət edilməmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 372.1, 377.1, 1091, 1092.1, 1093.1, 1095, MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1091-1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma anlayışındakı müddətlər iddia müddəti deyil kəsici müddət hesab edilir. Bundan başqa, iddiaçı 26 sentyabr 2022-ci ildə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Belə ki, həmin notarial ərizələrin tərtib edilməsi məhz həm hazırki mübahisə üzrə 2019-cu il tarixində alqı-satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin iddia qaldırılanadək ötən 4 il 2 ay ərzində tərəflərin birgə yaşadıqları dövrdə xərclənməsinə iddiaçının etirazının və tələbinin olmaması və daha sonra iddiaçının xəstəliyə düçar olmasından sonra cavabdeh tərəfindən ona digər əmlakı olan bağ sahəsinin satılaraq (məhkəmənin bu ərizənin hə min əmlakla bağlı tərtib edildiyini bildirdiyi mübahisə) iddiaçının səhhətinə xərclənməsinə cavabdeh tərəfindən etirazının olmaması səbəbi ilə olmuşdur.
29. İddiaçı tərəfindən mübahisə edilən əmlakın alqı satqısı 2019-cu ildə baş tutmuşdur. İddiaçı əsassız olaraq iddia ərizələrində bildirir ki, guya tərəflər arasında münasibətlər 2020-ci ildə pozulmuşdur. Bu həqiqətə uyğun olmayan məlumatdır. Belə ki, tərəflər arasında münasibətlər 2022-ci ilin yay aylarında pozulmuşdur. Buna dəlil olaraq əlavə edilmiş xx.xx.2022-ci il tarixində bağlanmış alqı satqı müqaviləsini göstərmək olar. Həmin alqı satqı müqaviləsi cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən (ona cavabdeh tərəfindən xx.xx.2022-ci ildə verilmiş etibarnamə əsasında) həyata keçirilmişdir. Həmin əmlakın alqı s atqısı zamanı aralarında bu vaxtadək satılmış bütün əmlaklarla bağlı halallaşma (yəni bundan sonra heç kəsin bir-birinə qarşı əvvəllər satılmış əmlaklarla bağlı tələblərinin olmayacağına dair) olmuşdur. İddiaçı birgə faktiki nikah münasibətlərində yaşadığı insana baş etibarnamə verməsi və şahidlərin də əmlakların Cavabdeh tərəfindən alınmasını təsdiq etməsi onu deməyə əsas verir ki, o artıq bu əməli ilə Cavabdeh bu əmlakların sahibi olduğunu qəbul etmişdi. Lakin sonradan guya elektron sistemdə etibarnaməni görməsi ilə yadına düşməsini ona görə demişdir ki, iddia ilə bağlı iddia müddətini itirmiş olmasın. Halbuki iş materiallarında olan İddiaçı tərəfindən vəkili Nümayəndə1 verilmiş etibarnamələrə nəzər saldıqda həmin etibarnamələrin heç birinin mobil notariat tətbiqi ilə verilmədiyi görünür.
30. Həmin obyekt icarədə olmuş və oradan hər ay icarə haqqı götürülmüşdür. Təbii ki, obyekt faktiki olaraq Cavabdeh məxsus olduğuna görə onun icarə haqqı da onun tərəfindən götürülmüşdür. İddiaçı dediyi kimi mübahisəli obyekt ona məxsus olmuş olsa idi o zaman o, 2019-cu ildən yəni obyektin satılmasından sonra icarə haqqının kəsilməsi ilə o öz tələbini irəli sürərdi. Lakin o iddianı 2023-cü il də qaldırmışdır. Bu da onu sübut edir ki, o elə həmin obyektin satıldığı vaxtdan obyektin satılmasından xəbərdar idi. Bundan başqa, əlavə edilmiş 2(004)-2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən (qətnamənin 24-cü bəndindən) göründüyü kimi həmin tərəflər arasında digər mübahisənin predmeti olmuş mənzilin alqı-satqı müqaviləsində satıcının adından müqaviləni imzalayan etibarnamə üzrə nümayə ndə olmuş və şahid qismində dindirilmiş X4 və şahid qismində dindirilən makler kimi fəaliyyət göstərən X1 ifadəsi nəzərə alınmamışdır.
31. Məhkəmə bu qeyd olunanlara əsasən Cavabdeh qarşı tərəfin onun hesabına əsassız varlanması səbəbilə ona qarşı əsassız varlanma tələbi ilə iddia qaldırıb ondan haqqını geri tələb etmək hüququnun olması bildirilmişdir. Bütün bunlarla iddiaçının iddiasının əsassız və müddəti ötürülməklə verildiyi öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında inve stisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
35. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüq uqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
40. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləri n izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetin i həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın təmin olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət etməmişdir. Buna görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
51. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətini rədd edərkən qeyd etmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müra ciət etməsi üçün əsas olan alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən onun, Cavabdeh qarşı heç bir tələbinin olmadığına dair notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır.
52. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
53. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin göstərdiyi dəlillər tam araşdırılmayıb. Belə ki, iddiaçının notarial qaydada cavabdehə qarşı heç bir iddia və tələbinin olmaması barədə yazdığı ərizə mübahi səli əmlak satıldıqdan sonra tərtib edilmişdir. İddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərində olmaları və hazırda münasibətlərinin pozulması işin mübahisəsiz halı olsa da, əmlakın satışından əldə edilən vəsaitin iddiaçının razılığı və iştirakı ilə xərclənib-xərclənməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı cavabdehlə faktiki nikah münasibətlərinin 2020-ci, cavabdeh isə 2023-cü ilin yanvar aylarından sonra pozulmasını bildirir. Mübahisəli əmlak isə 2019-cu ilin dekabr ayında satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak satıldıqdan sonra tərəflərin birgə yaşadıqları və birgə təsərrüfat apardıqları müddət, faktiki nikah münasibətlərinin pozulma anı hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin halları natamam araşdırılmış, sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir. İş yenidən baxılarkən faktiki nikah münasibətlərinin pozulması anı müəyyən edilməli, mübahisəli evin satışından əldə edilmiş pul vəsaitinin birgə xərclənib-xərclənməməsi istiqamətində ətraflı araşdırılma aparılmalı və düzgün hüquqi qiymət verilməlidir.
54. İşin digər mühüm əhəmiyyət kəsb edən və mübahisəli halı isə əmlakın satılmasından iddiaçının xəbərdar olduğu müddətlə bağlıdır. Belə ki, məhkəmələr tərəfindən iddiaçının əmlakın satışını bildiyi an dəqiq müəyyən edilməmiş, iddiaçı 2023-cü ildə elektron notariat tətbiqində qeydiyyatdan keçdikdən sonra etibarnamənin qüvvədə qalması və evin satılmasının ona məlum olduğunu bildirdiyi halda bunu təsdiq edən sübutlar təqdim etməmişdir, iddia çının elektron notariat tətbiqində qeydiyyatdan keçmə anının müqavilənin bağlanmasından xəbər tutması anı kimi qiymətləndirilməsi düzgün olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlakın satılmasından xəbərsiz olduğunu iddia edən iddiaçı məhz alqı-satqı müqaviləsinin rəsmiləşdiyi 24 dekabr 2019-cu il tarixdən bir neçə gün öncə – 20 dekabr 2019-cu il tarixdə cavabdehə etibarnamə vermiş, alqı-satqı müqaviləsini (iradə ifadəsinin olmamasını) isə mübahisələndirməmişdir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın satılmasından iddiaçının tələblərinin olmamasına dair verdiyi ərizədən əvvəl, yoxsa sonra xəbər tutması cavabdehin əsassız varlanıb-varlanmaması baxımından mühüm əhəmiyyət kəsb etdiyindən araşdırılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, tərəflərin faktiki nikah münasibətləri pozulduğu vaxt öz aralarında olan mənzil-pul münasibətlərinin razılaşması kimi tərtib edilən iddiaçının ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Lakin bu hal həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququnu istisna etmir. Beləliklə, yeni məhkəmə baxışında iddiaçının notarial qaydada cavabdehə qarşı heç bir iddia və tələbinin olmaması barədə yazdığı ərizənin mahiyyəti, bu ərizənin iddiaçının müqavilədən xəbərdar olmasından əvvəl, yoxsa sonra tərtib edilməsi ətraflı araşdırılmalıdır.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin kəsici müddətlə bağlı dəlilləri ilə razılaşmayaraq bildirir ki, bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına görə əsassız varlanma əmələ gəlir. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Məhkəmələrin bu hissədə mövqeyi əsaslı olmuşdur.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi mə hkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsin in tələbləri baxımından düzgün qiymət verməlidir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1026/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.