Məhkəmə qərarları › İş №2(102)-2033/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2033/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2033/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): qızıl-zinət əşyalarının qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və ya onların dəyərinin ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-289/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı və Cavabdeh nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar, hazırda isə ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat dəyərində, brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qr çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün, 300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qr çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün və 180 manat dəyə rində Rusiya istehsalı, 583 əyyarlı, 2 qr çəkidə qaşlı üzüyün alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 5700 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi - vəkili Nümayəndə2 iddianın həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh qızıl-zinət əşyalarının 4000 manat dəyərində, brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplektinin, 800 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qram çəkidə nişan üzüyünün, 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün,300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qram çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiy a istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzüyün və ya onların dəyəri olan 5400 manatın; cehiz əşyalarının - 800 manat dəyərində 1 ədəd künclü divan dəstinin, 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stolun, 5000 manat dəyərində şkaf, trümo-güzgülü şkaf, 2 ədəd komod və sandıqdan ibarət 1 ədəd yataq dəstinin, 120 manat dəyərində 1 ədəd masanın (stol), 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəsti və ya onların dəyəri olan 6300 manatın, ümumilikdə 11700 manat pulun, iddianın irəli sürüməsi üçün ödənilmiş 75.1 manat dövlət rüsumunun, 50 mediasiya xərcinin alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı göstərmişdir ki, cavabdehin ona qaytarmadığı cehiz əşyaları - 800 manat dəyərində 1 ədə d künclü divan dəsti, 200 manat dəyərində 1 ədəd güzgülü kiçik stol, 5000 manat dəyərində şkaf, trümo-güzgülü şkaf, 2 ədəd komod və sandıqdan ibarət 1 ədəd yataq dəsti, 120 manat dəyərində 1 ədəd masa (stol), 180 manat dəyərində 6 ədəd, birinin dəyəri 30 manat olan stul dəstidir. Bu əşyalar Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehin ailəsinə məxsus mənzilə yığılmış, o həmin mənzilə gəlin köçmüş, sonra isə Ukrayna Respublikasına gedib orada yaşamışlar. Cavabdeh Ukrayna Respublikasında yaşadıqları vaxt - 2022-ci ilin yanvar ayında ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarını onun xəbəri olmadan yataq otağındakı dolabdan götürüb lombarda qoyaraq əvəzində pul götürmüşdür. O, pul ödəndikdən sonra qızıl-zinət əşyalarını geri götürərək o na qaytaracağını bildirsə də, sonradan qızılları ona geri qaytarmamışdır. Onlar Ukraynada olduqları vaxt, həmçinin ona bildirmişlər ki, onun cehiz əşyalarını yığdığı mənzil onun cehiz əşyaları ilə birlikdə satılmışdır. Bundan sonra Ukraynada müharibə başladığından onlar Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qalmışdır. 2022-ci ilin dekabr ayında cavabdeh Ukraynaya geri qayıtmışdır. Ona hədiyyə verilmiş qızıl-zinət əşyaları və cehiz əşyaları isə özünə verilməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, İddiaçı toy hədiyyəsi olaraq yalnız brilyant qaşlı, İtalyan istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti hədiyyə verilmiş, digər qızıl əşyaları ona verilməm işdir. Həmin qızıl-zinət əşyaları onun özündədir. Cehiz əşyaları isə həqiqətən Balakən şəhərində yerləşən on iki mərtəbəli binanın altıncı mərtəbəsində olan, cavabdehə məxsus olmayan mənzilə yığılmışdır. Sonradan həmin ev satılmışdır. Lakin cehiz əşyalarının harada olduğu onlara məlum deyildir. Əgər cehiz əşyaları sözügedən evdədirsə iddiaçı gedib götürə bilər.

6. Balakən Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İddiaçı müraciəti əsasında verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı qızıl-zinət əşyalarının bazar qiyməti haqqında rəydə qeyd edilmişdir ki, İtaliya istehsalı olan brilyant qaşlı komplektin (sırğa, boyunbağı, qolbaq, üzük) qiyməti 4000 manat, İtaliya istehsalı olan brilyant qaşlı 6 qramlıq nişan üzüyünün qiyməti 800 manat, Rusiya istehsalı olan 583 əyarlı 3 qramX80 üzüyün qi yməti 240 manat, Rusiya istehsalı olan 583 əyarlı 3 qramlıq qaşlı üzüyün qiyməti 300 manat, Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat və Rusiya istehsalı olan 583 əyarlı 2 qramlıq qaşlı üzüyün qiyməti 180 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 9/6949 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertiza təyini haqqında qərardadda göstərilən 5 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırkı tarixə orta bazar qiyməti 1510.0 manat müəyyən edilir. 5 adda qızıl zinət əşyalarının 2020-ci ilin yanvar ayına olan nəzəri hesablama yolu ilə təxminən 1400,00 manat müəyyən edilir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 9/368 nömrəli ekspert rəyində qeyd edilmişdir: 1 ədəd yataq dəsti (şkaf, trümo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla) 2800 manat, Künclü divan dəsti 750 manat, Güzgülü kiçik stol 150 manat, Stol stul dəsti 200 manat olmaqla 2020-ci il yanvar ayına olan orta bazar qiyməti cəmi 3900,0 manat təşkil edir. 1 ədəd yataq dəsti (şkaf, trümo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla) 1900 manat, Künclü divan dəsti 450 manat, Güzgülü kiçik stol 100 manat, Stol stul dəsti 150 manat olmaqla hazırki bazar qiyməti cəmi 2600,0 manat təşkil edir. İtaliya istehsalı olduğu qeyd edilən brilyant qaşlı komplektin qiyməti aydın deyil, 8 qram sırğa 750 əyar 800 manat, 14 qram Boyunbağı 750 əyar 1400,0 manat, 12 qram qolbaq 750 əyar 1200,0 manat, 6 qram üzük 750 əyar 600,0 manat olmaqla 2020-ci il yanvar ayına olan orta bazar qiyməti cəmi 4000,0 manat təşkil edir. İtaliya istehsalı olduğu qeyd edilən brilyant qaşlı komplektin qiyməti aydın deyil, 8 qram sırğa 750 əyar 880 manat, 14 qram Boyunbağı 750 əyar 1540,0 manat, 12 qram qolbaq 750 əyar 1320,0 manat, 6 qram üzük 750 əyar 660,0 manat olmaqla hazırki bazar qiyməti cəmi 4400,0 manat təşkil edir.

9. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, 4000 manat dəyərində -1 ədəd ümumi çəkisi 40 qram olan italyan istehsalı brilyant qaşlı komplekt (800 manat dəyərində-8 qramlıq sırğa, 1400 manat dəyərində -14 qramlıq boyunbağı, 1200 manat dəyərində -12 qramlıq qolbağı, 600 manat dəyərində 6 qramlıq üzü k), 600 manat dəyərində - 1 ədəd italyan istehsalı brilyant qaşlı 6 qram çəkidə nişan üzüyü, 2600 manat dəyərində - (1900 manat dəyərində 1 ədəd yataq dəsti (şkaf, trümo-güzgülü şkaf, 2 ədəd kamod, sandıq daxil olmaqla), 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərində, 1 ədəd güzgülü kiçik stol və 150 manat, dəyərində 1 ədəd stol-stul dəstinin, qətnamənin icrası zamanı naturada alınması mümkün olmadıqda onların dəyərinin, həmçinin dövlət rüsumu və mediasiya xərclərindən ibarət məhkəmə xərcinin 77,56 manatının Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin 62 manatının cavabdehdən, 38 manatının iddiaçıdan tutulub dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslan dırmışdır ki, hazırkı işdə cavabdehin nümayəndəsi də etiraf etdi ki, iddiaçının tələb etdiyi 4000 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti ona hədiyyə olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya tələb etdiyi 600 manat dəyərində nişan üzüyünün hədiyyə verilməsini etiraf etməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər el adəti ilə, yəni nişan, toy və s. mərasimlər keçirilməklə evlənmişlər. Belə olan halda iddiaçıya nişan üzüyünün hədiyyə olaraq verilməməsi inandırıcı deyildir.

11. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya hədiyyə olaraq 600 manat dəyərində nişan üzüyü də verilmişdir. Həmçinin iddiaçının izahatı, şahidin ifadəsi və onun təqdim etdiyi videogörüntüdən aydın olur ki, iddiaçının cehiz olaraq tələb etdiyi əşyalar hazırda da Balakən şəhərində olan on iki mərtəbəli binada, tərəflər evlənərkən yığıldığı mənzildədir.

12. Məhkəmə iddiaçının, şahidin ifadələrinə, işin faktiki hallarına, iddiaçının cehiz olaraq apardığı əşyalar onun razılığı olmadan cavabdeh tərəfindən satıldığı halda, cavabdehin özünün hədiyyə olaraq iddiaçıya aldığı əşyaları da onun əlindən almasının həqiqətə uyğun olmasını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilmiş 4000 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı sırğa, boyunbağı, qolbağı, üzük komplekti, 600 manat dəyərində brilyant qaşlı İtaliya istehsalı, 6 qram çəkidə nişan, habelə 1900 manat dəyərində şkaf, trümo-güzgülü şkaf, 2 ədəd kamod, sandıqdan ibarət yataq dəsti, 450 manat dəyərində 1 ədəd künclü divan dəsti, 100 manat dəyərin də, 1 ədəd güzgülü kiçik stol və 150 manat dəyərində 1 ədəd stol və 6 ədəd stuldan ibarət stol-stul dəsti iddiaçının iradəsi ziddinə ondan alınmışdır. Odur ki, iddia tələbi bu əşyalara aid hissədə təmin edilməlidir.

13. İddiaçı digər qızıl zinət əşyaları – 240 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, 3qr çəkidə üzüyün, 300 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 3 qram çəkidə qaşlı üzüyün, 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzüyün və 180 manat dəyərində Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzüyün ona hədiyyə olaraq verilməsinə dair heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi onlara aid hissədə təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2 və 666.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsini 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)- 57/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə ayrıldıqdan bir il sonra əvvəlcə qızıl-zinət əşyaları, sonra isə cehiz əşyaları tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı 2022-ci ilin mart ayında cavabdeh və onun ailə üzvləri ilə Balakən rayonuna qayıtmış, təxminən bir ay sonra 2022-ci ilin aprel ayında faktiki olaraq ayrılmışlar. Bir müddət sonra İddiaçı özünə məxsus olan cehiz əşyalarını, eləcə də məişət əşyalarını, qab-qacaq və s. bütün əşyalarını cavabdehin atasına məxsus olan evdən toplayıb aparmışdır. İddiaçı 2022-ci ilin aprel ayında cavabdehdən ayrıldıqdan sonra iddia etdiyi qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı 2023-cü ilin may ayınadək bir dəfə də olsun heç bir yerə şikayət etməmiş, həmin əşyaları tələb etməmiş, eyni zamanda onun cehiz əşyalarını yığdığı mənzilin 2021-ci ildə əşyaları ilə birlikdə satılmış, lakin həmin əşyaları 2023-cü ilin dekabr ayında məhkəmə qaydasında cavabdehdən tələb etmiş, keçmiş bu müddət ərzində heç vaxt heç bir orqana və cavabdehə bu barədə bildirməmiş, hər hansı tələb irəli sürməmişdir. Onların ayrılmasından bir il sonra iddiaçının q ızıl-zinət əşyaları, 1 il yarım sonra isə cehiz əşyaları tələbinə dair iddianı qaldırması iddianın əsaslı olmasına əsaslı şübhələr yaradır, həmin qızılların və cehiz əşyalarının cavabdehin sahibliyində olması üçün isə şübhə doğurmaya bilməz. İddiaçıya 4000 manat dəyərində sadalanmış qızıl-zinət əşyaları alınsa da, həmin əşyalar heç vaxt cavabdehdə olmamışdır. İddiaçı isə həmin əşyaları dolabdan cavabdehin ondan xəbərsiz götürdüyü, Ukraynada lombarda qoyaraq pul götürdüyü, pul ödənildikdən sonra isə qızılı ona qaytarmadığını bildirmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf də naturada tələb edilən iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının cavabdehdə qalması və onun faktiki sahibliyində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin qızıl-zinət əşyaları tələbi hissəsində iddia tələbini sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür.

17. Həmçinin iddiaçının qızıl-zinət əşyalarının geri tələbi vindikasiya iddiası, qızılların dəyərinin tələbi isə maddi ziyanla bağlı iddiadır. İddiaçı da tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını və ya həmin əşyaların və ya onlardan hər hansı birinin cavabdeh tərəfindən satılması, bağışlanması və ya başqa qaydada özgəninkiləşdirilməsi, bununla da iddiaçıya hər hansı ziyan vurulmasını, bu ziyanın vurulmasının cavabdehin hüquqazidd əməlləri nəticəsində baş verməsini, həmin ziyanla cavabdehin hansısa hüquqazidd əməlləri arasında səbəbli əlaqənin olmasını və Cavabd eh həmin ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, ona münasibətdə iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. İddia tələbinin hüquqi əsası həm hakimin şəxsi mülahizələrinə və ehtimallarına, eyni zamanda bir şahid ifadəsinə əsaslanır ki, iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid iddiaçının rəfiqəsidir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə keçirilən iclaslarda şahid qismində dindirilməklə bu dindirilmənin aparılmasının özü də Mülki Prosessual Qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Həmin şahid məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Mətanət Ukraynadan atası evinə gələrkən o da Mətanətin atası evində olmuşdur. Həmin vaxt Mətanətin ü zərində heç bir qızıl-zinət əşyası olmamışdır. Soruşduqda Mətanət ona bildirmişdir ki, qızıl əşyalarını əri Amil onun xəbəri olmadan götürmüş, satmışdır. O, həmçinin eşitmişdir ki, Mətanətin cehiz apardığı evi əşyalarla birlikdə satmışlar. Sonradan nə qızıl əşyalarını, nə də cehiz əşyalarını Mətanətə verməmişlər. Lakin iddiaçı məhkəmə iclasında 2022-ci ilin mart ayında Balakən rayonuna qayıtdıqlarını, Azərbaycana gəldikdən sonra o, çox zaman atasının evində qaldığını, 2022-ci ilin aprel ayında cavabdehlə ayrıldıqlarını, 2022-ci ilin dekabr ayında isə cavabdehin Ukraynaya qayıtdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə prosesini əks etdirən videoçəkilişlərdə həmin hallar öz əksini tapmış, həmçinin bu halları təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir.

18. Cavabdeh tərəfindən iddiaçıya 4000 manat dəyərində sadalanmış qızıl-zinət əşyalarının alınması etiraf edilsə də, həmin əşyaların cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf 4000 manat dəyərində tələb edilən qızıl-zinət əşyalarının mövcudluğunu və qiymətini mübahisələndirməmişdir. Yəni həmin əşyaların iddiaçıya hədiyyə olunduğu mübahisə doğurmur. Lakin birinci instansiya məhkəməsi 1700 manat dəyərində göstərilən digər əşyaların iddiaçıya hədiyyə olunub-olunmamasına dair araşdırma aparmamışdır. Məhkəmə iclasında isə iddiaçı həmin əşyaların ona yaxınları tərəfindən hədiyyə olunduğunu qeyd etmişdir.

19. İddiaçının tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğuna dair mülahizəsinə münasibətdə cavabdeh qeyd etmişdir ki, iddiaçı i ddia ərizəsindən başqa məhkəməyə bununla bağlı hər hansı bir sübut növü təqdim etməmişdir. Həmçinin bir ildən artıq bir müddətdə tərəflərin faktiki ayrıldıqları halda iddiaçı qeyd edilən əşyalarını tələb etməməsi inandırıcı görünmür.

20. Bundan əlavə, məhkəmə 600 manat dəyərində nişan üzüyünə münasibətdə iddianı təmin edərkən hər hansı sübuta deyil, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır ki, bu da qanunvericiliyin tələblərinin pozulması anlamına gəlir. Bundan əlavə, cavabdehin 12 mərtəbəli binanın 6-cı mərtəbəsində hər hansı mənzili olmamış və iddiaçıya məxsus əmlakları qəbul etməmişdir. İddiaçı isə iddia etmişdir ki, 2021-ci ildə həmin mənzil ona məxsus olan əşyaları ilə satılmışdır. 2022-ci ildə iddiaçı və cavabdeh Balakən rayonuna qayıdarkən iddiaçının özünə mə xsus olan cehiz əmlakı başqasına satıldığı halda, onu cavabdehdən tələb etməməsi və bir il yarım sonra bu barədə məhkəmədə iddia qaldırması kifayət qədər şübhə doğurur.

21. İddiaçı ilə şahidin ifadələrini müqayisə etdikdə görünür ki, şahid işin ona məlum olan halları barədə tam məlumatlı deyil və xüsusi öyrədilmişdir. İddiaçının məhkəməyə verdiyi izahatından da görünür ki, tərəflər 2022-ci ilin dekabr ayında yox, mart ayında digər ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmiş, qayıtdıqdan sonra çox vaxt atasıgildə olmuş, 2022-ci ilin aprel ayında ayrılmış, cavabdeh isə 2022-ci ilin dekabr ayında Ukraynaya qayıtmışdır. Balakən rayonuna qayıdarkən iddiaçı və cavabdeh arasında mübahisə olmadığı halda, Şahid iddiaçı ilə qızıl-zinət əşyaları barədə, eyni zamanda cehiz əşyaları barədə sorğu-sual aparması məntiqsiz görünür. Eyni zamanda tərəflərin Balakənə qayıtma müddətləri barədə də şahid yanlış məlumatlar vermişdir. Bundan əlavə, Şahid iddiaçının iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq etməmişdir.

22. Şahidin ifadəsi qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə qalmasını müəyyən etməyə əsas vermir. Belə ki, şahid iddiaçının dostu olduğuna və mübahisənin onun xeyrinə həll edilməsində maraqlı olduğuna, onun dediklərinin işin faktiki halları ilə uzlaşmadığına görə onun ifadəsi qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə qalması müəyyən edilərkən mötəbər sübut sayıla bilməz.

23. Bundan əlavə, hakim məhkəmə baxışı mərhələsində iddiaçı tərəfə sübutlar təqdim etməsinə şərait yaradaraq məhkəmə baxışı mərhələsində iddiaçı tərə fdən SMS mətn yazıları və video disk qəbul etmişdir. Həmin əşyaların sübut qismində iş materiallarına əlavə edilməsi SMS mətnlərinin cavabdehə məxsus olmaması, diskdə görünən əşyaların isə iddiaçıya məxsus olması şübhə doğurduğuna görə qəti etirazlarını bildirmişlər.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-289/2025 nömrəli xx.xx.2025-ci il qətnaməsi ilə (hakimlər - Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(019)-57/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hər tərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessual hüquq normaları ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə həmin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbay can Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2 və 666.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsini 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul ed ildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

35. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

49. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət verməd ən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş hesab edilməlidir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv ed ilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-289/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar