Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2034/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Fidan” şirkəti, Cavabdeh2, Cavabdeh3, X8, X2, X9, X3 və X5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2034/22 (Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Fidan” şirkəti və Cav abdeh2, Cavabdeh3, X8, X2, X9, X3, X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-68/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Fidan” şirkətinin kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə cavabdeh “Fidan” şirkəti arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 030/03F1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 1.700.000 manat məbləğində 36 ay müddətinə, illik 16 faizlə kredit verilmişdir.
2. Kredit borcunun təminatı olaraq: - “Fidan” şirkətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ƏlətHacıqabul yo lunun 6-7 km ünvanında istifadədə olan 0,28636 ha torpaq sahəsində yerləşən 2.615,3 kv.m ümumi, 2.279,9 kv.m əsas, 335,4 köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmetinin bazar dəyəri 2.000.000 manat, likvid dəyəri 1.800.000 manat qiymətləndirilmişdir. - Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, mənzil 51/53 ipoteka ilə yüklü edilmiş, müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmetinin bazar dəyəri 210000 manat, likvid dəyəri 190000 manat qiymətləndirilmişdir. -Cavabdeh3 məxsus ünvan 2, mənzil 12 ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmetinin bazar dəyəri 57500 manat, likvid dəyəri 50000 manat qiymətləndirilmişdir. - Cavabdeh3 məxsus ünvan 2, mənzil 15 ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmetinin bazar dəyəri 57500 manat, likvid dəyəri 50000 manat qiymətləndirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 18 iyul 2012-ci il tarixli, 030/03F1 nömrəli kredit müqaviləsinə əsasən 1.661.552,62 manat məbləğində əsas və 541.192,29 manat faiz borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.202.745,21 manat pulun cavabdeh “Fidan” şirkətindən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, həmin məbləğin ödənilməsinin kredit öhdəliyinin təminatı olaraq bağlanmış 030/03F1, 030/04F1, 030/05F1 və 030/06F1 nömrəli, 18 iyun 2012-ci il tarixli ipoteka müqavilələrinə müvafiq olaraq Bakı şəhə ri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km ünvanında istifadədə olan 0,28636 ha torpaq sahəsində yerləşən 2.615,3 kv.m ümumi, 2.279,9 kv.m əsas, 335,4 köməkçi sahədən ibarət əmlak kompleksinə, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, 51/53 nömrəli mənzilə, ünvan 2, 12 nömrəli mənzilə və ünvan 2, 15 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, X8, X2, X9, X3 və X4 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, 51/53 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra, iddiaçı iddiа tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, X8, X2, X9, X3 və X4 da hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin göstərilən digər tələblərlə yanaşı həmin şəxslərin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, 51/53 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Fidan” şirkəti kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. İddia tələbində göstərilən borc məbləği 22 aprel 2015-ci il tarixinə hesablanıb.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 269.7, 317, 319, 386.1, 425.1, 442, 445.2-ci “İpoteka haqqında” Qanunun 33, 34, 39.1, 47.5 və 59.3-cü maddələrinə istinad etmişdi r.
7. Birinci instansiya məhkəməsi 10 yanvar 2017-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmiş, müvafiq olaraq borcun 22 aprel 2015-ci il tarixinə miqdarı və ipoteka predmetlərinin qiymət barəsində ekspertizalar qarşısında suallar qoymuşdur. 8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 aprel 2017-ci il tarixli ƏEM/A 06451/17 saylı ekspert rəyinə əsasən 04 aprel 2017-ci il tarixə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən əmlak kompleksinin bazar dəyəri 1.750.000 manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin bazar dəyəri 187000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 12 saylı mənzilin bazar dəyəri 52000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 15 saylı mənzilin bazar dəyəri 52.000 manat təşkil edir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2018-ci il tarixli, 22222 nömrəli ekspert rəyinə əsasən 18.07.2012-ci il tarixli, 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə “Fidan” şirkətinin banka 22.04.2015-ci il tarixinə 1.661.552,62 manat əsas, 541.192,29 manat faiz borcu vardır. Müqavilə müddətinin bitdiyi tarixə isə əsas borc 1.661.552,62 manat, faiz borcu 605.438,99 manat təşkil edir.
10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-8/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 18.07.2012-ci il tarixli, 030/03F1 nömrəli kredit xətti müqaviləsi üzrə 1.661.552.62 manat əsas borc, 541.192,29 manat faiz borcu, dövlət rüsu mu kimi ödənilmiş 30 manat, cəmi 2.202.774,91 manat məbləğində pulun cavabdeh “Fidan” şirkətindən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdeh “Fidan” şirkətinə məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 2.000.000 manat müəyyən edilməklə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km-də yerləşən əmlak kompleksinə, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 19, mənzil 51/53-ə, Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 57.500 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 163, mənzil 12-yə və Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 57.500 manat müəyyən edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 163, mənzil 15-ə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 2.202.774,91 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin müvafiq olaraq “Fidan” şirkətinə, Cavabdeh2 və Cavabdeh3 verilməsi, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdeh “Fidan” şirkətindən İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 19, mənzil 51/53-ə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində X8, X2, X9, X3 və X4 həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Pərviz Hüseynov)
11. Birinci instansiya məhkəməsi işdəki sü butlara əsasən müəyyən etmişdir ki, 18.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən “Fidan” şirkətinə illik 16 faizlə 36 ay müddətinə 1.700.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq “Fidan” şirkətinin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolun 6-7 km saylı əmlak kompleksi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzili, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 12 saylı mənzili, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 15 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh “Fidan" şirkəti k redit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun banka 1.661.552,62 manat əsas və 541.192,29 manat faiz borcu yaranmışdır.
12. Birinci instansiya məhkəməsi hesab edib ki, öhdəlik icra edilmədiyindən borc tutulmalı, borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ müvafiq qaydada mülkiyyətçilərə qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində X8, X2, X 9, X3 və X10 həmin mənzildən çıxarılmalıdır.
13. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edib ki, ipoteka müqavilələrinə əsasən tərəflərin öz aralarında ipoteka predmetinin müəyyən etdikləri və razılaşdırdıqları qiymətinə uyğun olaraq Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolun 6-7 km-də yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 2.000.000 manat. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 12 saylı mənzilinin ilkin satış qiyməti 57.500 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 15 saylı mənzilinin ilkin satış qiyməti 575 00 manat müəyyən edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddianın cavabdehlər X8, X2, X9, X3 və X4 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsi ilə əlaqədar qeyd edib ki, iddiaçı göstərilən mənzilin mülkiyyətçisi deyildir və həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquu yoxdur.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 449.1, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və77.1-c maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 birgə, X3 və “ Fidan” şirkəti isə ayrıayrılıqda apellyasiya şikayə ti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Fidan” şirkətinin apellyasiya şikayətinin dəlilləri eyni məzmunda olmaqla, şikayətdə kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərin nəzərə alınmayaraq əsas və borcundan çıxılmamasına, məhkəmə qətnaməsində ipoteka predmetinin qeyd edilən ilkin satış qiymətinin real bazar dəyərindən qat-qat aşağı olmasına istinad edilib.
18. Cavabdeh X3 apellyasiya şikayətində məhkəmə baxışında iştirakını təmin edilməməsinə, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilə dair ipoteka müqaviləsinin etibarlılığının yoxlanılmamasına istinad etmişdir.
19. Cavabdeh X1 nümayəndəsi apellyasiya baxışında Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırılmasını əsas gətirib, işin dayandırılması barədə vəsatət vermiş, iş üzrə icraat qeyd edilən əsasla dayandırlmış, B.Mahmudovanın iddiası bütün məhkəmə instansiyalarında təmin edilməmiş, hazırki iş iş üzrə icraat təzlənmişdir.
20. Cavabdeh “Fidan” şirkətinin vəkili vəsatətlə müraciət edərək, ipoteka predmetlərinin real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi 18 mart 2020-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq və məhkəmə-qiymətləndirmə ekspertizaları təyin etmiş, müvafiq olaraq ekspertlər qarşısında ipotekaya razılıq ərizəsindəki imzanın cavabdeh Bənövşə Mahmu dovaya məxsus olub-olmaması və ipoteka predmetlərinin 04 aprel 2017- cil tarixinə və hazırki vaxtı olan bazar dəyərinin müəyyən edilməsi barədə suallar qoymuşdur. Qiymətləndirmə "xxxx" MMC-yə taşırılmışdır.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli, 4/612 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş X1 adından olan mənzilin ipotekaya qoyulması haqqında 18.07.2012-ci il tarixli ərizənin aşağı hissəsinin “imza” qrafasında “Mahmudova” yazısı və “Mahmudova” yazısının qarşısındakı imza-X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X1 adından olan 18.07.2012-ci il tarixli mənzilin ipotekaya qoyulması haqqında ərizədəki yazılar (imza qrafasındakı “Mahмуgoва” yazısından başqa) –X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 23. "xxxx" MMC-nin 2 2 oktyabr 2020-ci il tarixli, PR-M/023-1-2020, PR-M/023-22020, PR-M/023- 3-2020, PR-M/023-4-2020 saylı rəylərinə əsasən
1. Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 04.04.2017-ci il tarixinə bazar dəyəri 648000 manat, likvid dəyəri 550000 manat, 22.10.2020-ci il tarixinə bazar dəyəri 540000 manat, likvid dəyəri 460000 manat təşkil edir.
2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 22.10.2020-ci il tarixinə bazar dəyəri 228000 manat, likvid dəyəri 212000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməy ib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb.
3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin 22.10.2020-ci il tarixinə bazar dəyəri 104000 manat, likvid dəyəri 95000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməyib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb.
4. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin 22.10.2020-ci il tarixinə bazar dəyəri 220000 manat, likvid dəyəri 204000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməyib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb.
24. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin 04 aprel 2017-ci il tarixinə və hazırki dövrə bazara uyğun likvid dəyərinin müəyyən edilməsi üçün 25 noyabr 2020-ci il tarixli qərardadla təkrar qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirməni "xxxx" MMC-yə və "xxxx" MMC-yə tapşırmışdır. 25. "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli, 26/01-21/YM saylı, 28 yanvar 2021ci il tarixli, 28/01-21/YM saylı və 22 fevral 2021-ci il tarixli, 22/02-21/QY/ƏK saylı rəylərinə əsasən
1. Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 2017-ci ilin aprel ayı ərəfəsində bazar qiyməti 736000 manat, likvid qiyməti 640000 manat, 2021-ci ilin yanvar ayında bazar qiyməti 770000 manat, likvid qiyməti 665000 manat təşkil edir.
2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 2017-i ilin aprel ayı üçün bazara uyğun qiyməti 236000 manat, likvid qiyməti 200000 manat, 2021-ci ilin yanvar ayına bazara uyğun qiymət 265000 manat, likvid qiymət 230000 manat təşkil edir.
3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin 2017-ci ilin aprel ayına bazara uyğun qiyməti 60000 manat, likvid qiyməti 52100 manat təşkil edir.
4. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin 2017-ci ilin aprel ayına bazara uyğun qiyməti 140000 m anat, likvid qiyməti 122000 manat təşkil edir. 12 və 15 saylı mənzillər birləşdirildiyi üçün ümumi sahə 142,75 kv.m təşkil etməklə, 2021-ci ilin bazara uyğun qiyməti 2021-ci ilin yanvar ayına 210000 manat, likvid qiyməti 185000 manat təşkil edir.
26. Heba Consulting” MMC-nin 28 sentyabr 2021-ci il tarixli, 1348/21/BOA, 1349/21/BOA, 1350/21/BOA saylı rəylərinə əsasən
1. Qaradağ rayonu, Ələt qəsəbəsi, ƏlətHacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 04.04.2017-ci il tarixinə bazara uyğun likvid dəyəri 530000 manat, 28.09.2021-ci il tarixə bazara uyğun likvid dəyəri 570000 manat.
2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 04.04.2017-ci il tarixinə bazara uyğun likvid dəyəri 200000 manat, 28.09.2021-ci il tarixinə bazara uyğun likvid dəyəri 210000 manat.
3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 və 12 saylı mənzilləri birləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin 04.04.2017-ci il tarixə bazara uyğun likvid dəyəri 80000 manat, 28.09.2021-ci il tarixinə bazara uyğun likvid dəyəri 90000 manat. 4. ünvan 2 ünvanındakı 3 mərtəbəli, köhnə tikili binada yerləşən 15 saylı mənzilinin 04.04.2017-ci il tarixinə bazara uyğun likvid dəyəri 180000 manat, 28.09.2021-ci il tarixinə bazara uyğun likvid dəyəri 190000 manat təşkil edir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-68/2021 nömrəli, 10 noyabr 20 21-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehhlər Cavabdeh2, Cavabdeh3 və “Fidan” şirkətinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-8/2018 saylı qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ilkin satış qiyməti 211000 (iki yüz on bir min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti 92500 (doxsan iki min beş yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin ilkin satış qiymətinin 197000 (yüz dox san yeddi min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev)
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh “Fidan” şirkəti kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh “Fidan” şirkəti onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi əsaslıdır.
29. Apellyasiya instansiyası məhkəməsi h esab edib ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanlar, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınarsa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi apellyatorların borcun düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edib ki, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhk əməyə təqdim edilməyib.
31. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqavilələri üzrə faizlərin ilin sonunda ödənilməli olması barədə apellyasiya şikayətin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsini mövqeyi belə olub ki, “Banklar haqqında” Qanunun 36-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi ak tlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu Qanunun 7-ci maddəsinə əsasən isə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Qanun tətbiq edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Bənövşə Mahmudovanın birinci instansiya məhkəməsi tərəfindən ipoteka müqaviləsinin etibarlığının yoxlanılmaması, əsl reallıqda onun ipoteka müqaviləsindən xəbəri olmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, vurğulayıb ki, X1 həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qətnamə si ilə təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, B.Mahmudovanını dəlilləri iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təkzib edilmişdir.
34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması ilə bağlı hissələrdə gəldiyi nəticə ilə də razılaşmış, lakin ipoteka predmetlərinin ilkin satış qiymətlərinə münasibətdə qeyd edib ki, ipoteka predmeti olan Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin ilkin satış qiyməti ipoteka müqaviləsində 210000 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 187000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 21 0000, 212000, 23000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 210000-212000 manat qiymətlər arası 211000 manat müəyyən olunmalıdır.
35. Apellyasiya məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı qeyd edib ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti 57500 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 52000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 90000, 95000, 521000 manat müəyyən edilmişdir. "xxxx" MMCnin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 90000-95000 manat qiymətlər arası 92500 manat müəyyən olunmalıdır.
36. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı da apel lyasiya instansiyası məhkəməsi göstərib ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti 57500 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 52000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 122000, 190000, 204000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 190000-204000 manat qiymətlər arası 197000 manat müəyyən olunmalıdır. 37. “F idan” şirkətinə məxsus olan ipoteka predmetinin – Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin – ilkin satış qiymətinə gəldikdə, apellyasiya instansiyasının mövqeyi belə olub ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti ******* manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində ******* manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri birinci instansiya məhkəməsinin müəyyən etdiyi ******* manatdan aşağıdır. Buna görə də, apellyatorlar həmin əmlakın qiymətinin yuxarı olmasını mübahisələndirsələr də, bu hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Əksinə, müəyyən olunu r ki, məhkəmə həmin əmlakın ilkin satış qiymətini kifayət qədər yüksək müəyyən etmiş, ilkin satış qiymətinin yuxarı olmasından isə iddiaçı apellyasiya şikayəti verməmişdir. Buna görə də, həmin əmlakın ilkin satış qiyməti ilə bağlı gəlinən nəticə düzgün olmuşdur.
38. Cavabdeh Bənövşə Mahmudovanın məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edən apellyasiya məhkəməsi göstərib ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh “Fidan” şirkəti (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi, şirkətin bank qarşısında öhdəliklə rinin həcminin düzgün müəyyən edilməsi məqsədilə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayətinin dəlilləri: - bank tərəfindən müqavilə şərtlərindən kənara çıxılmaqla həddən artıq məbləğdə faizlər tələb edilmiş, faktiki olaraq ödəmə qabiliyyətində olmayan hüquqi şəxs əsassız faiz öhdəlikləri ilə yüklənmişdir; - apellyasiya məhkəməsi Mülki Məcəllənin 741-ci maddəsinin tələblərini nəzərə almamışdır; - ipoteka predmeti olan əmlak kompleksinin qiymətləndiricilər tərəfindən maksimal qiyməti 770000 manat müəyyən edildiyi halda, apellyasiya məhkəməsi həmin əmlakın 2.000.000 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə əmlak kompleksinin ilkin satış qiyməti ilə bağlı sübutl arı düzgün qiymətləndirməməklə “Fidan” firmasına zərər vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı iddiaçı LPO İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun yazılı etiraz daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəlməsinə, kassasiya şikayətinin dəlillərinin əsassız olmasına istinad edilmişsdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ek spertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh “Fidan” şirkəti tərəfindən borcun məbləği və əmlak kompleksi olan ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirilib. Bu baxımda n, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.
46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
47. Apellyasiya məhkəməsi cavabdeh “Fidan” şirkətinin kassasiya şikayəti ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
48. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
49. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, “Fidan” şirkəti ilə bank arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesab lanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
50. İşdən görünür ki, birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən etmək üçün ekspertiza təyin etmiş, ekspert rəyi ilə də cavabdehin 22 aprel 2015-ci il tarixinə bank tərəfindən tələb edilən borcunun məbləği təsdiq edilmişdir.
51. Cavabdeh “Fidan” şirkəti apellyasiya şikayətində borcun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən alınan ekspert rəyi ilə müəyyən edilməsi ilə razı olmadığın dəlil kimi göstərmiş, apellyasiya məhkəməsi də həmin dəlilə qiymət verərək, qeyd edib ki, cavabdeh işdə olan maliyyə sənədlərini və ekspert rəy ini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməyib.
52. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfini n ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, bu səbəbdən apellyasiya məhkəməsi düzgün olaraq cavabdeh tərəfindən onun bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməməsi əsası ilə həmin dəlili qəbul etməmişdir.
54. Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinin nəzərə alınmaması ilə bağlı dəlilə gəldikdə kollegiya qeyd edir ki, eyni dəlil apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya məhkəməsi tərəfindən həmin dəlilə ta m qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 32-ci bəndində əks edilən həmin dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
55. İpoteka predmeti olan əmlak kompleksinin qiymətləndiricilər tərəfindən maksimal qiyməti 770000 manat müəyyən edildiyi halda, apellyasiya məhkəməsinin həmin əmlakın 2.000.000 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla “Fidan” firmasına zərər vurması barədə kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əksinə, cavabdeh “Fidan” firması apellyasiya şikayətində əmlak kompleksinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 2.000.000 manat dəyərinin real bazar dəyərindən qat-qat aşağı müəyyən edilməsini bildirmişdir. Onun bu d əlilini yoxlamaq üçün apellyasiya məhkəməsi əlavə olaraq 3 qiymətləndirici şirkətdən rəylər almış və cavabdehin əmlak kompleksinin dəyərinin 2 milyon manatdan çox olması barədə dəlili həmin rəylərlə təkzib edilmişdir. Hazırda isə cavabdeh kassasiya şikayətində özü-özünü təkzib edərək yeni dəlil kimi əmlak kompleksinin qiymətinin yüksək qiymətləndirilməsini göstərmişdir.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh “Fidan” şirkətinin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Fidan” şirkətinin kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-68/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.