Məhkəmə qərarları › İş №2(102)-2034/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2034/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2034/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2649/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m əmlak kompleksini "xxxx" QSC-dən xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında almışdır.

2. Həmin əmlak kompleksi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2021-ci il tarixdə qeydiyyata alınmış, əmlak kompleksinin texniki pasportu verilmişdir. Əmlak kompleksinə dair xx.xx.2021-ci ildə tərtib olunmuş texniki pasportda əmlak kompleksinin A literli inzibati binadan, B, C və Ç literli anbar binalarından, D literli hamam tikilisindən və E literdə göstərilən tərəzi otağından ibarət olduğu əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m əmlak kompleksindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m olan əmlak kompleksini "xxxx" QSC-dən aldıqdan sonra həmin əmlakın əvvəlki sahibi olmuş Cavabdeh qeyriyaşayış sahəsinə gələrək, orada bəzi əşyalarının olduğunu bildirərək həmin əşyalarını aparmaq üçün iddiaçıdan bir həftə vaxt istəmiş, iddiaçı onunla razılaşmışdır. Lakin cavabdeh qeyri-yaşayış sahəsinə daxil olduqdan sonra həmin əmlak kompleksinin qıfıllarını dəyi şmiş və oradan çıxmayacağını bildirmişdir. İddiaçı dəfələrlə cavabdehdən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, əmlakdan qanunsuz istifadə etməyə davam etmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia təlıbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

6. Samux Rayon Məhkəməsinin 2(058)-797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iddiaçının mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır və əsaslıdır. Belə ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alı nmışdır. Cavabdehin həmin əmlakdan istifadə etməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin sözügedən əmlakdan çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh mübahisəli əmlakdan çıxarılmalı, mübahisəli əmlak cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 216-220, 357-360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamışdır. Cavabdeh alğı-satqı müqaviləsi ilə 1994-cü ildə hal-hazırda çıxarılması qət edilən 0,15 ha torpağı və orada yerləşən 72 kv.m metal konstruksiyadan ibarət ticarət köşkünü almış, həmin qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Belə olan halda cavabdehin bu sahədən çıxarılması onun mülkiyyət hüququnu pozur. Cavabdeh ona məxsus 0,15 ha torpağa dair iddiaçının adına verilmiş çıxarışın ləğvi barədə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. İşə baxan məhkəmə işə cavabdehi cəl b etmədən, iştirakı olmadan baxmışdır. 0,4 ha torpağın iddiaçının mülkiyyətində olmasını mübahisələndirmir. Ancaq cavabdehin alqı-satqı ilə aldığı 0,15 ha torpaq və bu torpağın üzərində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)-2649/2023 nömrəli qətnaməsi ilə (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xüsusi mülkiyyətində olan Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kv.m sahədən ibarət əmlak kompleksindən Cavab deh çıxarmaqda düzgün nəticəyə gəlmişdir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi əsasında 0,15 ha torpaq sahəsini və orada yerləşən 72 kv.m metal konstruksiyadan ibarət ticarət köşkünü almış və buna dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi əldə etmişdir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olduğuna görə iddiaçının adına verilmiş çıxarışın ləğvinə dair iddia ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, 0,4 ha torpağın iddiaçının mülkiyyətində olmasını deyil, alğı-satqı müqaviləsi əsasında alınmış 0,15 ha torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış sahəsini mübahisələndirmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 152.1. 157.4, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 372.6, 372.7, 384.0-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilibb işin yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını tədbiq edərkən işin faktik hallarına uyğun müzakirə edib qiymət vermədən qərar qəbul etmişdir. Belə ki, işin faktik və mübahisəsiz halları ondan ibarətdir ki, Samux rayon Dövlət No tariat Kontorunda 17 iyun 2003-cü ildə bağlanmış 175289 nömrəli alğısatqı müqaviləsinə əsasən eyni ərazidə yerləşən 0.15 ha torpaq sahəsi və orada olan 72 kv.m ölçüdə ticarət köşkü Cavabdeh satılmışdır. Bundan sonra Cavabdeh həyat yoldaşı Səfərova (İbrahimova) X2 rayonu Nəbiağalı bələdiyyəsindən həmin 0.15 ha torpaq sahəsinə bitişik olan ərazidən, 0.40 ha torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən almış və ona 9 iyul 2003-cü il tarixli JN-1791 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Eyni zamanda Samux rayon İcra Hakimiyyəti başçısının 14 aprel 2004-cü il tarixli 64 nömrəli sərəncamı ilə Cavabdeh aid olan “Qoşqar” KM-nə məxsus dəyirman binasının arxa tərəfindəki boş sahədən dəyirman üçün 200 kv.m anbar binası tikilməsinə icazə verilmiş və bu məqsədlə həmin yer dən 0.36 ha torpaq sahəsi ayrılmışdır. İlhamə və Cavabdehlar tərəfindən həmin 0.15 ha, 0.40 ha və 0.36 ha torpaq sahələrində yerləşən inzibati və dəyirman binasına bitişik ərazilərdə, əlavə əsaslı tikinti və təmir quraşdırma işləri aparılmış, sahələri 139.7 kv.m olan “A” literli inzibati bina, ümumi sahəsi 600.0 kv.m olan “B" literli istehsal sexi, ümumi sahəsi 568.0 kv.m olan “V” literli anbar, ümumi sahəsi 1000.0 kv.m olan “O” literli anbar, ümumi sahəsi 34.2 kv.m olan “D” literli hamam, ümumi sahəsi 10.1 kv.m olan “L” literli tərəzi nəzarət otağı təmir və tikinti işlərinin predmeti olmuşdur. (Bütün tikililərin ümumi sahəsi 2352 kv.m təşkil etmişdir). Samux rayon Dövlət Notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-144 nömrəli bağışlama müqaviləsinə əsasən həmin tikililər Cavabdeh Şam il oğlu tərəfindən arvadı X1 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi sənədləşdirilərkən, 3 saylı Ərazi İdarə tərəfindən notariusa verilmiş forma-2 arayışında torpaq sahəsi və tikililər barədə ölçülər düzgün göstərilməmişdir. Çünki bağışlama müqaviləsi hazırlanarkən cavabdehin düzgün olmayan forma-2 arayışında, guya həmin tikililərin hamısının 0.15 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Əslində isə ümumi sahəsi 2352 kv.m göstərilən tikililər 0.15 ha torpaq sahəsində yerləşməmiş və yerləşməsi də mümkün deyildir. Çünki 0.15 ha (1500 kv.m) torpaq sahəsində, 2352 kv.m birmərtəbəli tikintinin olması qeyri-mümkündür. Bağışlama müqaviləsindən əvvəl həmin tikililərdən, sahəsi 139.7 kv.m “A” literli inzibati bina və sahəsi 600 kv.m olan “B” literli istehsal sexi (dəyirman) və sahəsi 34.2 kv.m “D” literli hamam 0.15 ha torpaq sahəsində olmuşdur. Digər tikililər, yəni sahəsi 568 kv.m olan “V” literli anbar binası, sahəsi 1000 kv.m olan “O” literli anbar binası, sahəsi 10.1 kv.m olan “L” literli tərəzi-nəzarət otağı iddiaçının mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin ərazisində olmuşdur. Bundan sonra 3 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli, **********54-12301 reyestr nömrəli çıxarış verilmişdir. Ərazi İdarəsi tərəfindən iddiaçıya həmin çıxarış verilərkən yenidən yalnışlığa yol verilmiş, iddiaçının ümumi sahəsi 2352 kv.m təşkil edən tikililərinin 2162 kv.m hissəsinin, guya 0.40 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Ümumi tikililərdən 190 kv.m tikili və 0.15 ha torpaq sahəsi dövlət qeydiyyatından kənarda qalmışdır. Eyni zamanda 0.40 ha to rpaq sahəsində göstərilən 2162.7 kv.m tikilidən yalnız 1578.1 kv.m hissəsi orada olduğu halda, 0.40 ha sahədən kənarda olan, sahəsi 600 kv.m olan istehsal sexi də, düzgün olmayaraq çıxarışa salınmışdır. Nəticədə Ərazi İdarəsinin düzgün olmayan qeydiyyatı əsasında verilmiş çıxarışa əsasən iddiaçıya məxsus olan əmlaklar, "xxxx" QSC-dən verilmiş kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin girovu kimi qeydə alınmışdır. Sonradan hərracın yekunları barədə 19 avqust 2019-cu il tarixli 39-09 nömrəli alqı-satqı protokolu əsasında "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. "xxxx" QSC xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin əmlakı İddiaçı adlı şəxsə satmışdır. Ərazi İdarəsinin düzgün aparılmamış qeydiyyat sənədləri üzrə İddiaçı bir hissəsi 0.40 ha torpaq sahəsi üzərində yerləşən və bir hissəsi 0.15 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2162.7 kv.m olan əmlak kompleksinə hüquq əldə etmiş və Cavabdeh oradan çıxarılması barədə iddia qaldırmışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində işin həmin halları araşdırılmadan onun iddiası təmin olunmuşdur. Ərazi İdarəsinin düzgün aparılmamış qeydiyyatları nəticəsində iddiaçı tərəfin 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi 0.15 ha torpaq sahəsi və orada yerləşən tikililərə dair mülkiyyət hüquqları qanunsuz yolla məhdudlaşmış və İddiaçı mülkiyyətinə keçmişdir. Ona görə də, cavabdeh tərəf Gəncə İnzibati Məhkəməsində 3 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasında Ərazi İdarəsi tərəfindən yol verilmiş düzgün olmayan qeydiyyatlarda düzəliş aparılmaqla 0.15 ha torpaq sahəsi və onun üzərində olan tikililərə dair mülkiyyət hüququnun qeydə alınıb, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisələndirilən məhkəmə qərarında 0.40 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2162.7 kv.m olan əmlak kompleksindən cavabdehin çıxarılması qət edildiyinə görə tikililərin bir hissəsi həmin torpaq sahəsindən kənarda, yəni iddiaçının mülkiyyətinə aid olmayan 0.15 ha torpaq sahəsində yerləşdiyinə görə düzgün olmayan qeydiyyatlarda düzəliş edilməsi, həm iddiaçının, həm də cavabdehin mülkiyyət hüquqlarının müdafiəsi baxımından zəruri olduğu göstərilmişdir. 17. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

19. Tətbiq edilən hüquq

20. Azərbayc an Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 2

3. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Avropa İnsan Hüquqları Məhk əməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlil lərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. İddia tələbi iddiaçının əmlak kompleksi üzərində mülkiyyət hüququndan irəli gəlir. Mülkiyyət hüququ, mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibl iyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi).

42. İşin halları onu deməyə əsas verir ki, iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin ona məxsus əmlak kompleksindən çıxarılmasını tələb etmək hüququna malikdir.

43. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respu blikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

44. Baxılan işdə iddianın təmin olunması üçün qanunda müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

45. Kassatorun əmlak kompleksi üzərində İddiaçı mülkiyyət hüququ daşı nmaz əmlakın dövlət reyestrində 10 mart 2021-ci il tarixdə qeydiyyata alınarkən yalnışlığa yol verilməsi (0.40 ha torpaq sahəsində göstərilən 2162.7 kv.m tikilidən yalnız 1578.1 kv.m hissəsi orada olduğu halda, 0.40 ha sahədən kənarda olan, sahəsi 600 kv.m olan istehsal sexinin də düzgün olmayaraq çıxarışa salınması və s.) haqqında dəlillər araşdırma predmeti ola bilməz. Çünki Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, h əqiqi hesab edilir.

46. Ümumiyyətlə qeydiyyatın inzibati orqan tərəfindən səhv aparılması barədə xüsusatlar inzibati məhkəmə araşdırmasının predmetidir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ver ildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2649/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar