Məhkəmə qərarları › İş №2(102)-2036/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2036/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2036/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlimusa oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-697/2022 nömrəli mülki iş üzrə 07 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 2(006)-2500/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 220.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X2) 2(103)-697/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin olunan hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələblərinin həmin hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edi lməsi qət edilmişdir.

5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsindən 14 noyabr 2022-ci il tarixdə kаssаsiyа şikаyəti vermişdir.

6. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 2(102)-6832/2022 nömrəli, 30 dekabr 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmiş və iş kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) 2(103)-697/2022 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

8. İd diaçı (Vəkil2) 10 fevral 2023-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) 2(103)-697/2022 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 697/2022 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-697/2022 saylı qərardadının ləğv olunması və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-697/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul edilmiş qərardadlarında göstərilmişdir ki, “Mülki iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron imza ilə təsdiq edilməklə, 16 fevral 2022-ci il tarixdə iddiaçının etibarnamə əsasında nümayəndəsi, Vəkil2 Elektron Məhkəmə İn formasiya Sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçının müraciəti əsasında qətnamənin surəti 04 oktyabr 2022-ci il tarixdə ona rəsmi qaydada verilmişdir. Bundan əlavə müəyyən olunur ki, iddiaçının və vəkili Vəkil2 imzaladıqları hazırkı kassasiya şikayəti MPMin 10 1.3-cü maddəsinin tələblərinə uyğun 16 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının səlahiyyətli nümayəndəsinə 16 fevral 2022-ci il tarixdə təqdim edildiyi halda, qanunla nəzərdə tutulan formada və qaydada tərtib edilən kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 16 noyabr 2022-ci il tarixdə verilmiş və buraxılmı ş prosessual müddətin bərpası ilə bağlı vəsatət ilə məhkəməyə müraciət olunmamışdır. Belə olan halda iddiaçı, bildirmişdir ki, o Vəkil2 ilə iddiaçı arasında yalnız birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmış və birinci instansiya məhkəməsi üçün order verilmişdir. Belə bir müqavilə apellyasiya instansiyası məhkəməsi üçün bağlanılmamış, order götürülməmiş və ümumiyyətlə iddiaçı apellyasiya instansiyası məhkəməsində heç bir vəkil ilə təmsil olunmamışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-697/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin iddiaçının nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsindən məlumatı və xəbəri olmamışdır və həmin mə lumatlar peşə sirri təşkil etdiyi üçün ona verilməmişdir. Digər tərəfdən qətnamə poçt vasitəsilə də iddiaçıya çatdırılmamışdır. İddiaçı qətnaməni 04 oktyabr 2022-ci il tarixdə şəxsən imza etməklə qəbul etmişdir və bundan sonra kassasiya şikayətinin verilməsi ilə bağlı 15 noyabr 2022-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərilməsi üçün yeni müqavilə bağlanmış və order verilmişdir. Bundan əlavə, iddiaçı bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehlərdən Cavabdeh2 ona bildirmişdir ki, “Pulun ödənilməsini istəyirsənsə bizə uyğun formada izahat ver və qətnamədən heç bir şikayət təqdim etmə. Digər cavabdehlərlə danışıb və onlar pulu qısa bir vaxta ödəyəcəklər”. Bir rayondan və yerli olduqları üçün onlara növbəti dəfə inanmışdır. Lakin, bugünədək heç bir ödəniş olunmamış və növbəti dəfə cavabdehlər tərəfindən aldadılmışdır.

12. Kassator bildirmişdir ki, kassasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.1. Elektron qaydada mülki işlər mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

15. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şik ayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

17. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

18. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

28. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müda fiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

31. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının səlahiyyətli nümayəndəsinə 16 fevral 2022-ci il tarixdə təqdim edildiyi halda, qanunla nəzərdə tutulan formada və qaydada tərtib edilən kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsində onu təmsil etmədiyi üçü n qətnamənin vəkili G.Vəkil2 təqdim edilməsinin müddətin axımına səbəb olmadığı barədə kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qətnamənin elektron kabinetə yerləşdirildiyi xx.xx.2022-ci il tarixdə Vəkil2 kassatorun səlahiyyətli nümayəndəsi olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi müddətin bərpasına dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab etmişdir ki, həmin hallar kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz.

34. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən ş əxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.

35. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə mə hkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-697/2022 nömrəli mülki iş üzrə 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar