Məhkəmə qərarları › İş №2(102)-2036/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2036/2024

21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2036/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhsil müəssisəsinin üzərinə müəyyən hərəkətlərin edilməsi vəzifəsinin qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müəyyən hərəkətləri etməyin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1220/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2024 -cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının qızı X3 2019-cu ilin tədris ilindən başlayaraq Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nin (bundan sonra – Məktəb və ya cavabdeh) “Ağ şəhər” filialında ibtidai təhsil alır.

2. Məktəbin nizam-intizam Şurasının xx.xx.2023-cü il tarixli iclasının 109/23-k nömrəli protokoluna əsasən V sinif şagirdləri ilə adaptasiya və tərbiyəvi mövzuda söhbət gündəliyə çıxarılmış və aşağı sinif şagirdlərinin yuxarı sinif şagirdləri ilə tez-tez müəllimlərin nəzarəti altında görüşlərin keçirilməsini təmin etmək, sinif saatlarında psixoloqu və hər dəfə fərqli müəllimləri dəvət etmək qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ( bundan sonra – iddiaçı) Məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məktəbin onun iştirakı ilə qızından üzr istəməsi; Məktəbin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin Məktəbin ərazisində qızını müşayiət etməsinə şərait yaratması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, uşaqların beynəlxalq müdafiəsi günündə Məktəbdə müəyyən tədbirlər keçirilmiş, dərslər boş keçmişdir və bu zaman uşaqlar sinifdə öz aralarında müxtəlif oyunlar oynamışlar. Oyun zamanı qızı şara vurduğu zaman həmin an sinif yoldaşı X qəfil zərbənin önünə keçmiş və zərbə təsadüfən X dəymişdir. Bundan sonra X həmin Məktəbdə 9-cu sinifdə oxuyan bacısı sinfə gələrək qızına qarşı psixi və fiziki zor tətbiq edərək, bacısından üzr istəməyə məcbur etmişdir. Belə ki, qızının qollarından tutub sıxaraq “X üzünə bax və adam kimi üzr istə” demişdir. Həmin gün qızı evə gələn kimi ağlayaraq başına gələn hadisəni anasına bildirmişdir. Bu hadisədən qızı qorxmuş, məktəbin öhdəliklərini lazımınca yerinə yetiməməsi nəticəsində ciddi sarsıntı keçirmiş, cəmiyyətə və məktəbə etibarı itmiş və hal-hazırda həmin məktəbdə oxumaq istəməmişdir. Hadisədən 1 gün sonra məsələ ilə bağlı məktəbə gedərək filialın direktoru X ilə görüşmüş və narazılıqlarını bildirmişlər. Görüş zamanı filialın direktorundan xahiş etmişlər ki, baş vermiş hadisə nəticəsində hüquqlarının pozulması nəticəsində uşaqlarında yaranmış stressin, məktə bə və cəmiyyətə qarşı yaranmış etibarsızlığının aradan qaldırılması üçün müvafiq tədbir görsünlər. Həmin vaxt qızına zorakılıq etmiş şagirdin, yaxud valideynlərinin və ya məktəb rəhbərliyinin ondan üzr istəməsini xahiş etmişlər. X məsələni araşdırıb məlumat verəcəyini dedikdən sonra məktəbdən ayrılmışlar. Axşam qızı məktəbdən evə gələndə onlara bildirmişdir ki, “bu gün sinif rəhbərimiz X dərs zamanı məni və Mehini ayağa qaldırıb deyib ki, sən dünən X ehtiyatsızlıqdan vurmusan, buna görə nə edərlər? Mən də dedim ki, üzr istəyərlər. Müəllim də dedi ki, onda sən də X üzr istə. Mən susdum, müəllim də dedi ki, əgər sözlə deyə bilmirsənsə, qucaqlaşın. Mən də X qucaqladım”. Əslində qızı özündən beş yaş böyük şagird tərəfindən qəsdən məruz qaldığı zorakılığa görə ondan üzr istəniləcəyini gözlədi yi halda tam əksinə yenidən bu dəfə sinif rəhbəri tərəfindən X üzr istənilməsi tələb olunmuşdur. Bundan sonra sarsıntısı bir az da artan qızı Məktəbə getmək istəməyərək, başqa məktəbə keçirilməsini anasından istəmişdir. İyunun 3-dən 4-nə keçən gecə saat 02.30-da qızının halı pisləşmiş, kəskin qarın ağrısı şikayəti ilə onu “Mediclub” tibb müəssisəsinə aparmışlar. Klinikada qızı müayinə edilmiş və ciddi bir fizioloji problem aşkar olunmamışdır. Artıq bir neçə gündür ki, X dərsə getməmişdir. Heç bir tədbir görülmədikdən sonra xx.xx.2023-cü il tarixdə məktəbə pretenziya məktubu göndərərək, aşağıdakıları tələb etmişdir:

1. Bu pretenziya məktubunu aldıqdan sonra 1 gün ərzində, qızına qarşı fiziki və psixi zor tətbiq etmiş şagirdin qızından üzr istəməsini təmin etmək. Bu mümkün olmadıqda isə qızı nın təhlükəsizliyindən cavabdeh olan filial direktoru X1 onun iştirakı ilə qızından üzr istəməsini təmin etmək;

2. Uşaqların təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmədiklərinə görə bundan sonra qızının Məktəbdə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə icazə vermək. Bu arada sinif rəhbəri X WhatsApp sosial şəbəkəsi vasitəsilə bildirmişdir ki, filialın direktoru yuxarı siniflər üzrə direktor müavininə göstəriş verib, o da qızına qarşı zorakılıq etmiş 9-cu sinif şagirdi ilə danışmış, bir də belə hadisə baş verərsə, ona dərslərdən müvəqqəti kənarlaşdırma cəzasının veriləcəyini bildirmişdir. Pretenziya məktubuna cavab verilməmiş və tələbləri təmin edilməmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı et iraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının baş verdiyini iddia etdiyi hadisədə hər hansı qanun pozuntusu aşkar olunmamışdır. 9-cu sinif şagirdinin X2 yaxınlaşıb ona zorakılıq göstərməsi, kobud ifadələr işlətməsi hər hansı faktla öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçının irəli sürdüyü faktlar sadəcə fərziyyələrdən ibarət olmuş və əsası olmamışdır. Bununla belə mübahisə edən tərəflər arasında baş vermiş hadisə ictimai təhlükəli hadisə hesab olunmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, şagirdlər mülki hüquq pozuntusu qabiliyyətli hesab olunmamış və əməlləri hüquqi nəticə doğurmamışdır. X3 və sinif yoldaşı Mehin arasında təsadüfi hadisə baş vermiş, kiçik anlaşılmazlıq yaranmış və məktəbin müdaxiləsi ilə məsələ həll olmuşdur. Bununla da, məktəb öz vəzifəsini yerinə yetirmişdir. Sinif rəhbəri tərəfləri barışdırmışdır. İddiaçının övladının şəxsi mühafizəçisinin məktəbdə onu müşayiət etməsinə şərait yaradılması tələbi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığına görə təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli 2190095-22 nömrəli təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.4.3-cü bəndinə uyğun olaraq, valideyn məktəbin tədris prosesinə müdaxilə etməməlidir; 2.1.2-ci bəndinə uyğun olaraq, valideyn və şagird tərəfindən qanunla müəyyən olunmuş normalara, o cümlədən məktəbin daxili qaydalarına və proqramlarına əməl edilməsini tələb etmək məktəbin hüququdur; 2.4.1-ci bəndinə uyğun olaraq, məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə o larkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsidir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4675/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddiaçının Məktəbə qarşı “müəyyən hərəkətləri etməyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı övladına qarşı psixi zor tətbiq edildiyini iddia edərək, baş vermiş hadisədə Məktəbin məsuliyyət daşıdığını iddia etsə də, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlar tədqiq olunarkən (videoçəkilişə baxış keçirilmişdir) xx.xx.2023-cü il tarixində məktəb in “Ağ şəhər” filialında uşaqların beynəlxalq müdafiəsi günündə keçirilmiş tədbir zamanı iddiaçının övladı X qarşı sonuncunun sinif yoldaşı X bacısı və ya başqa şəxslər tərəfindən hər hansı psixi və ya fiziki zor tətbiq edilmədiyi, baş vermiş təsadüfi hadisədən sonra da X sinif yoldaşı X birlikdə əyləndikləri müəyyən olunmuşdur. Baş vermiş hadisədə hər hansı mülki hüquq pozuntusu müəyyən edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquq pozuntusu törədilmiş olsa idi belə, mülki qanunvericiliyin müddəalarına əsasən məktəb həmin pozuntunun subyekti hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi “cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi” hissəsində iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə “cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması” hissəsində də iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının qızı Məryəmin məktəbdə təhsil aldığı müddət ərzində onun tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması kimi öhdəlik götürməmiş, başqa sözlə, qeyd olunan öhdəlik müqavilə şərtlərinə daxil edilməmişdir. Belə olan halda, iddiaçının müqavilədə göstərilməyən bir öhdəliyin cavabdeh tərəfindən icra edilməsini tələb etməsi əsassız olmuşdur.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 1096, 1103-cü, “Sosial xidmət haqqında” Azərbaycan Re spublikası Qanununun 15, 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin təqdim etdiyi sübutlara əsasən qətnamə qəbul etmişdir. xx.xx.2023-cü il tarixində X qarşı məktəbdə baş vermiş hadisə ilə bağlı X anası X xanım ilə X sinif rəhbəri X müəllimə arasında “whatsapp” yazışmaları məhkəməyə təqdim edilmişdir. Bu yazışmalarda sinif rəhbəri həqiqətən də X qarşı yuxarı sinif şagirdinin qeyri-qanuni hərəkət etməsini təsdiq etmişdir. O cümlədən, yazışmadan X X üzr istəməyə məcbur edilməsi də məlum olm uşdur. Daha sonra göstərilən yazışmanın videosu çəkilmiş və mülki işə əlavə edilmişdir. Məhkəməyə təklif olunmuşdur ki, əgər bu mötəbər deyilsə, “whatsapp” yazışmasının həyata keçirildiyi telefona baxış keçirə bilər. Məhkəmə, təqdim olunmuş bu sübuta ümumiyyətlə münasibət bildirməmişdir. Yazışmalarda istifadə edilən mobil nömrənin X aid olmasını təsdiq edən mobil operatorun arayışı da təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə təqdim edilmiş sübutlara qiymət verməmiş, beləliklə də işi obyektiv, tam və ədalətlə araşdırmamışdır. X oxuduğu sinif rəhbərinin şahid qismində məhkəməyə çağırılması barədə vəsatət verilməsinə baxmayaraq, hakim vəsatəti təmin etməmişdir. Məktəb sözügedən hadisədə hərəkətsizliklə qanundan və müqavilədən irəli gələn öhdəliklərini pozmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli ********* saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.2.6-cı maddəsinə uyğun olaraq məktəb şagirdin təhlükəsiz şəraitdə təhsil almasını təmin etməlidir. Qanunun və müqavilənin müvafiq müddəalarından da aydın olduğu kimi, məktəb şagirdi fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır, o cümlədən yuxarı sinifdə təhsil alan digər azyaşlılar tərəfindən törədilə bilən fiziki və psixi zorakılıqdan. Fiziki və psixi zorakılığın yuxarı sinifdə təhsil alan bir azyaşlı tərəfindən aşağı sinifdə təhsil alan azyaşlıya qarşı törədilməsi təhsil müəssisəsini məsuliyyətdən azad etməmişdir. Təhsil müəssisəsi bu cür halların qarşısını almaq üçün bir sıra tədbirlər görə bilərdi. Əksər məktəblərdə olduğu kimi ibtidai siniflərin təhsil aldığı hissəni tamamilə tə crid etmək; müəllimlər, növbətçi müəllimlər, mühafizəçilər və kameralar vasitəsi ilə nəzarət etmək; şagirdlərin bir birinə qarşı, xüsusilə də azyaşlılara qarşı sevgi və şəfqət ruhunda təlim-tərbiyəsini təşkil etmək və s. Əgər məktəb yuxarı sinif şagirdinin ibtidai sinfə daxil olmasını məhdudlaşdırsa idi və ya hadisənin başlama anında müəllim və ya köməkçi müəllim bu hadisəyə müdaxilə etsə idi bu hadisə baş verməyəcəkdi. Məhkəmə cavabdehin bir-birinə ziddiyyətli mövqe nümayiş etdirməsinə münasibət bildirməmişdir. Belə ki, cavabdeh bir tərəfdən Məryəmə qarşı zorakılıq hadisəsinin baş verməsini qəbul etmiş, digər tərəfdən isə hadisənin baş verməsini inkar etmişdir. Hadisənin baş verdiyi günə dair Məryəmin məktəbdə olduğu müddət ərzində qeydə alınmış video qeydlər məhkəməyə təqdim edilməmişd ir. Qətnamədə istinad olunan videoçəkiliş isə ümumiyyətlə tamamilə başqa bir gündə çəkilmiş videoçəkiliş olmuşdur. İşin tam və obyektiv araşdırılması üçün hadisə baş verən günün tam və kəsintisiz videosu məktəbdən tələb oluna bilərdi (sinif otaqlarında yerləşdirilmiş kameralar vasitəsi ilə daimi videoçəkiliş aparılmışdır). İddiaçı bu videonu hadisədən dərhal sonra tələb etmiş, lakin məktəb verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1103.1ci maddəsinə əsasən iddia ilə bağlı pozuntu törədən şəxsin azyaşlı olmasına istinad edərək, onun məsuliyyətə cəlb edilməsinin mümkün olmamasını qeyd etmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən azyaşlının qanunsuz hərəkətlərinə görə onun təhsil aldığı müəssisənin məsuliyyət daşıya biləcəyi göstərilmişdir. Bundan başq a birinci instansiya məhkəməsi cavabdehin qızı X məktəbdə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması hissəsində də səhv maddi hüquq norması tətbiq etmişdir. Belə ki, iddiaçı məktəb ilə xx.xx.2022-ci il tarixli 2190095-22 müqaviləni bağlayarkən övladının fiziki və psixi sağlamlığı üçün təhlükə görməmiş və şəxsi mühafizəçi ilə bağlı müddəanın müqaviləyə salınmasını tələb etməmişdir. Lakin baş vermiş məlum hadisədən sonra iddiaçı hesab etmişdir ki, məktəb onun övladının mühafizəsini lazımi qaydada təşkil etməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1220/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi il ə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Elnur Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsasını və apellyasiya şikayətini təşkil edən dəlillərinə münasibətdə qeyd etmişdir ki, təqdim edilən “whatsapp” yazışmalarından iddiaçının istinad etdiyi hallar müəyyən edilməmiş, iddiaçı mötəbər sübutlar təqdim edə bilməmişdir. Baş vermiş hadisədə hər hansı mülki hüquq pozuntusu müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən azyaşlının qanunsuz hərəkətlərinə görə onun təhsil aldığı müəssisənin mə suliyyət daşıya biləcəyi göstərilsə də, işin faktiki halları ilə iddiaçının azyaşlı qızına hər hansı qanunsuz hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda hər hansı hüquq pozuntusu törədilmiş olsa idi belə, məktəb həmin pozuntunun subyekti hesab edilə bilməz.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi “cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi” hissəsində iddiaçının tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. İddiaçı iddia ərizəsində - cavabdeh tərəfindən qızı X Məktəbdə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratmasını tələb etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşaraq hesab etmişdi r ki, tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının qızı Məryəmin məktəbdə təhsil aldığı müddət ərzində onun tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması kimi öhdəlik götürməmiş, başqa sözlə, qeyd olunan öhdəlik müqavilə şərtlərinə daxil edilməmişdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə istinad etsə də hazırda tərəflər arasında müqavilə münasibətləri çərçivəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı müəyyən edilməmişdir. Çünki şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. İşin faktiki hallarından isə Məktəbin iddiaçının övladının mühafizəsini lazımi qaydada təşkil etməməsi halının mövcud olması müəyyən edilməmişdir.

19. Kollegiya hesab etmişdir ki, iddiaçının qızına qarşı hər hansı qanunsuz hərəkətlərin olması müəyyən edilmədiyindən, eləcə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə olarkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsi olduğundan iddia tələbini müzakirə edilən hissəsi əsassız olmuşdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçının qızına qarşı hər hansı qanunsuz hərəkətlərin olması faktı öz təsdiqini tapmadığından iddiaçının şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən araşdırılmasını tələb etdiyi digər hallar üzrə də araşdırılma aparılmasına zərurət yox idi.

21. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 1096, 1103-cü, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15, 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəl lədə göstərildiyi hallar istisna təşkil edir.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.

31. Maddə 1103.2. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur.

32. Maddə 1103.3. Əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 15.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:

34. Maddə 15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata ke çirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək;

35. Maddə 15.2.2. çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;

36. Maddə 15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək;

37. Maddə 15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;

38. Maddə 15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

39. Maddə 15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək;

40. Maddə 15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və dig ər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq;

41. Maddə 15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək;

42. Maddə 15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

43. Maddə 23.0.4. Sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli a raşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(103)1220/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar