Məhkəmə qərarları › İş №2(102)-2037/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2037/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2037/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzasına görə kompensasiya məbləğinin, vurulmuş maddı və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzasına görə kompensasiya məbləğinin, habelə vurulmuş maddı və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6270/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə metal süzən vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə İddiaçı öz xahişi ilə tutduğu həmin vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı metaləridən vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilm iş və onunla son haqq-hesab aparılmışdır.

2. İddiaçı şikayəti əsasında Abşeron rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı İddiaçı, Cavabdeh MMC-nin direktoru X8, cəmiyyətin əməkdaşları X10, X1, X5 izahatları alınmış, məhkəmə tibbi (ilkin və təkrar), habelə məhkəmə texniki ekspertizalar keçirilmiş, şikayət üzrə əhəmiyyət kəsb edən sübutlar toplanmış və nəticədə müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş "xxxx" MMC-nin direktoru X13 “İstehsalat prosesləri” 12.2.003-091 DST-nin 1.1.2.7.1, 2.9.1 bəndlərininin; “İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DST”-nin 1.2, 1.4 bəndlərinin; “Əridicilər və tökməçilər üçün təhlükəsizlik texnikasına təhlükəsizlik təlimat”-ının 1.3 bəndlərin in, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1.1 bəndinin tələblərini pozaraq, rəhbəri olduğu Cavabdeh MMC-də quraşdırılmış metal əritmə sobasının konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan, istehsalat prosesində sobadan istifadə edən işçi heyyətini həmin təlimatlarla tanış etmədən sobanı istismar etdiyindən, metalların çeşidləməsinə nəzarət edən şəxs təyin etmədiyindən, xammalın sobaya ustanın göstərişi ilə doldurmadığından, metal əridən İddiaçı və digər işçilərə xüsusi (odadavamlı) geyim formasının verilməsini təşkil etmədiyindən “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin; “İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DSTİ”-nin 1.2., 1.4 bəndlərinin; ”Əricidilər və tökm əçilər üçün təhlükəsizlik texnikasına dair təlimat”ın 1.3 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1,1 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatının 1.1 bəndinin 1.1 tələblərini pozması nəticəsində ehtiyatsızlığından xx.xx.2020-ci il tarixdə metal əridən sobada partlayış baş vermiş, nəticədə alovun yerli təsirindən İddiaçı ümumi bədən səthinin 20-22%-ni əhatə edən üz və boyun nahiyələrinin hər iki qulaq seyvanlarının və hər iki yuxarı ətrafların İİ-İİİ dərəcəli termiki yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur.

3. Bununla bağlı qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.20 20-ci il tarixli qərara əsasən İddiaçı istehsalat xəsarəti alması faktında cinayət hadisəsinin olmadığı üçün 181-C-20 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 inzibati tənbehə cəlb edilib barəsində icraat başlanması üçün material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi, Cavabdeh MMC-də işçilərin real əmək haqlarını gizlətmə, mühasibat sənədlərinə yanlış məlumatları daxil etmə, vergiləri və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma əməllərinin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açmaq üçün materialın aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilm əsi qərara alınmışdır.

4. Abşeron Rayon Prokurorluğunun eyni tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə xx.xx.1954-cü il tarixdə Füzuli rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 198.0.1, 198.0.6 və 198.6.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh MMC-nin direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar M əcəlləsinin 114.1.1-ci və 198.1-ci (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə 1000 manat məbləğində cərimə edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2022-ci il tarixli, 734 nömrəli rəyinə əsasən 1994-cü il təvəlüdlü İddiaçı hal-hazırda çənə, döş və hər iki yuxarı ətraflarda yanıq xəsarətindən sonra yaranmış piqmentasiya dəyişiklikləri və çapıq sahələri müəyyən edilmiş, bu dəyişikliklər estetik qüsurlar olub və fiziki baxımdan məhdudiyyət yaratmır, baş və bədən nahiyəsində aşkar edilmiş estetik qüsurların aradan qaldırılması üçün şəxsin istəyinə bağlı olaraq regenirasiya prosedurlarının (kosmetoloji) aparılmasına ehtiyac vardır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ek spertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 351 saylı rəyinə əsasən İddiaçı posttravmatik stress pozuntusu aşkar olunur. İddiaçı qeyd olunan “posttravmatik stress pozuntusu” xx.xx.2020ci il tarixdə baş vermiş partlayış zamanı keçirdiyi stresslə əlaqədar olmuşdur. İddiaçı məhkumluğu yoxdur. Həmçinin, İddiaçı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilmiş və tərtib edilmiş 1129 saylı, xx.xx.2021-ci il tarixili akta əsasən belə bir haların olmadığı müəyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi, daha iddia tələbininin dəyişdirilməsi b arədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz işdən çıxarmaya, istehsalat xəsarətinə görə kompensasiya olaraq 10.000 manat məbləğində, əlavə iş saatlarına görə 17.297,50 manat məbləğində, mənəvi zərərə görə 20.000 manat məbləğində olmaqla, ümumilikdə 47.297,50 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdə 21 iyun 2019-cu il tarixdən metal əridən peşəsi üzrə işləməyə başlamışdır. 8 avqust 2020-ci il tarixdə saat 04:20 radələrində işi yerinə yetirən zaman sobaya düşən bağlı metalın qızması və od püskürməsi nəticəsində üz və bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri alaraq zədələnmişdir. Həmin xəsarəti o, xüsusi istehsalat geyimi verilmədiyi, texniki təhlükəsizlik qaydaları pozulduğu üçün almışdır. Məcbur qalıb Mingəçevirə getmiş, 3 gün qaldıqdan sonra, vəziyyəti ağırlaşdığı üçün Bakıya 5 nömrəli xəstəxanaya gəlmiş, 1 ay ambulator müalicə almışdır. Həmin il avqustun 20- də işdən çıxarılmışdır. İstehsalat xəsarəti aldığı üçün ona kompensasiya ödənişi ödəməli olduqları halda heç bir məbləğ ödənilməmişdir. Cavabdeh müəssisə istehsalat prosesinin təlimatlarını pozmaqla yanaşı, əmək şəraiti zərərli və ağır işdə onu hər gün qanunsuz olaraq 14-15 saat işlətmişlər. İşlədiyi müddət ərzində məzuniyyət verilməyib, məzuniyyət haqqı ödənilməmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 may 2022-ci il tarixli 2(001)-194/2022 saylı qətnaməsi ilə (h akim F.Abdıyev) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi “qanunsuz işdən çıxarılmaya, habelə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarətin alınmasına görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ilk olaraq, yəni xx.xx.2018-ci il tarixdə müddətsiz, xx.xx.2019-cu il tarixdə isə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə müvafiq bildiriş həmin tarixdə mərkəzləşd irilmiş elektron informasiya sisteminə daxil edilmiş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən tam qanuni əsaslarla xitam verilmişdir. Digər tərəfdən iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşdur. Bu hal Abşeron Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərarda göstərilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi haqqında ATE 18053202 saylı icbari sığorta müqaviləsinə edilmiş 1 nömrəli ə lavəyə əsasən iddiaçının peşə riskinin dərəcəsi 13, sığorta məbləği 36.072,97 manat, sığorta tarifi 1,9%, sığorta haqqı 47,88 manat təşkil edir. Bu halın mövcudluğu, yəni iddiaçının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunması qeyd edilən hadisə ilə bağlı cavabdeh tərəfindən ona hər hansı xərclərin əvəzinin, habelə ödənclərin ödənilməsini istisna edir.

12. İş vaxtından artıq işə cəlb edilməyə görə 17.297,50 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qüvvədə olan əmək qanunvericiliyində “iş vaxtından artıq iş” anlayışına aydınlıq gətirilmiş, iş vaxtından artıq işə cəlb edilməsinin qaydası, müddəti, son həddi, belə işlərə yo l verilən müstəsna hallar və sair müəyyən edilmişdir. İş vaxtından artıq işə cəlb edilməsi üçün də işəgötürənin əmr (sərəncam, qərar) formasında rəsmiləşdirilmiş istəyi (ehtiyacı) və işçinin razılığı olmalıdır. Lakin iddiaçı 13 ay 17 gün ərzində hər gün iş vaxtından 6 saat artıq işə cəlb edildiyini iddia etməsinə baxmayaraq, bu halı sübuta yetirə bilmir, o cümlədən iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfindən bu barədə hər hansı əmrin (sərəncam və ya qərarın) qəbul edildiyi də müəyyən edilmir. İddiaçının şikayəti əsasında Abşeron Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı X17, X6 və X12 öz izahatında bu məsələyə toxunsalar da, həmin məsələ üzrə araşdırma aparılmamış və Abşeron Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarda bu məsələ üzrə hər hansı qərar qəbul edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, X12 iddiaçının qardaşıdır. Həm bu şəxsə, həm də izahat vermiş X3 cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə şiddətli töhmət verilmişdir.

13. Mənəvi zərərə aid hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, həm hadisə baş verən zaman, həm də bundan sonrakı dövrdə iddiaçı mənəvi sarsıntı və istirab keçirmiş, onun bu halı hələ də davam edir və istisna deyil ki, hələ xeyli müddət davam edəcəkdir.

14. Məhkəmə gəldiyi nəticəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərb aycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2 “b” bəndi, 73.1, 83.1, 239.1, 239.2, 239.5, 99.1, 99.4, 165.1 Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.7, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.

16. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verdikdən sonra işəgötürən hadisəni gizlətmək məqsədi ilə ona heç bir yerə şikayət etməməyi və dəymiş ziyanı ödəyəcəyini vəd verməklə onu aldatmışdır. İşəgötürən baş verə n xəsarətlə əlaqədar Əmək Müfəttişliyinə məlumat verməmiş, 1 gün ərzində tərtib edilməli olan İZ formalı akt tərtib etməmişdir. O, aylıq qazancından məhrum olmuşdur. Üz nayihəsində eybəcərləşmə baş vermiş və kosmetik dəyişiklik üçün xərc tələb olunur. İşəgötürən onunla bağlanmış müddətli əmək müqaviləsinə o, xəstəxanada müalicədə olduğu vaxt xitam vermişdir.

18. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisədə hər hansı xəsarət almamış, bu hadisəni qardaşı ilə birlikdə planlaşdırmışdır. Müəssisədə işləmiş qardaşı 07 avqust 2020-ci il tar ixdə iş yerini özbaşına tərk edərək getmiş və taksi fəaliyyəti ilə məşğul olmuşdur, növbə rəisi kimi öz işini də qardaşına, yəni iddiaçıya həvalə etmişdir. İddiaçı Mingəçevirə getmişdir. Müəssisənin rəhbərliyi tərəfindən ona 500 manat pul göndərilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6270/22 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova, E.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qanunsuz işdən çıxarıldığına istinad etsə də, bununla bağlı müstəqil iddia qaldırmamış, qanunsuz olduğunu göstərdiyi əmri mübahi sələndirməmişdir. Eləcə də iddiaçı stasionar qaydada xəstəxanada müalicə almamış, müalicəni ambulator qaydada almışdır, bülleten açdırmamışdır. İddiaçı hadisə baş verdikdən sonra könüllü Mingəçevirə getmiş, daha sonra Bakı şəhəri 5 nömrəli Xəstəxananın Yanıq şöbəsində ambulator müalicə almışdır. Xəstəxana dövlət müəssisəsi olmaqla dövlət vəsaiti hesabına xidmət göstərilir.

22. Digər tərəfdən iddiaçı maddi zərərə məruz qalması ilə bağlı (özəl klinikada müayinə və müalicə, dərmanların alınması, nəqliyyat xərci və s.) hər hansı sübut təqdim etməmişdir.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Mingəçevirdə olduğu zaman cavabdeh tərəfindən ona 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının maddi zərər kimi nəzərə aldığı yol xərc i və zəruri digər xərclərin qarşılanması üçün cavabdeh tərəfindən ödənilmiş həmin 500 manat kifayət qədər ağlabatan məbləğdir. Məhkəmə bu hissədə iddia tələbinin rədd edilməsi barədə əsaslı və düzgün qənaətə gəlmişdir.

24. İş vaxtından artıq işə cəlb edilməyə aid iddia tələbinə aid hissədə də kollegiya hesab etmişdir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı 13 ay 17 gün ərzində hər gün iş vaxtından 6 saat artıq işə cəlb edildiyini iddia etməsinə baxmayaraq, bu halı sübuta yetirə bilmir, o cümlədən iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı da bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

25. Mənəvi zərərlə bağlı da məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ani surətdə və gözlənilməz hal da baş verən bu hadisə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya (ölüm qorxusu, həyəcan, anlaşılmazlıq və s.) və əzab çəkməsinə səbəb olmuşdur.

26. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mənəvi ziyana görə tutulması müəyyən edilən 5000 manat ağlabatan və ədalətli məbləğdir.

27. Məhkəmə gəldiyi nəticəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2, 8, 10, 11-ci bəndlərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1, 99.4, 165.1, 239.1, 239.2, 239.5, MPM-nin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddia çı (vəkil X7) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə bədbəxt hadisə baş verməsinə baxmayaraq, işəgötürən həmin hadisəni gizlətmək məqsədi ilə kassatora heç bir yerə şikayət etməməyi və dəymiş ziyanı ödəyəcəyi verməklə, onu aldatmışdır. Ancaq aldadıldığını gördükdən sonra, əvvəlcə Mingəçevir şəhər Xəstəxanasına, 11 avqust 2022-ci ildə isə Bakı şəhər 5 saylı Xəstəxananın yanıq şöbəsinə müraciət etmişdir. Bu müddət ərzində işəgötürən istehsalatda baş verən xəsarətlə əlaqədar Əmək Müfəttişliyinə məlumat verməmiş, 1 gün ərzində tərtib edilməli olan İZ formalı aktı tərtib etməmiş, işçiyə həm in aktın surətinin verilməsini təmin etməmişdir.

30. Həmçinin, işəgötürən əməyin mühafizəsi qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 1198.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Məhz bu səbəbdən kassator sığorta ödənişindən məhrum qalmışdır.

31. Kasssator aylıq qazancından məhrum olmuşdur. Bu səbəbdən işəgötürən kassatora orta aylıq əmək haqqı miqdarında vurulmuş ziyan kimi ödənc verməlidir.

32. Digər tərəfdən, keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi ilə kassatorun üz nahiyyəsində eybəcərləşmə baş vermiş və bunun üçün kosmetik dəyişiklikliyə, yəni bunun üçün vəsaitə xərc tələb olunur. Cavabdeh hadisəni araşdırmağa qoymamaqla, sığortaya məlumat verməməklə kassatoru bu vəsaitdən məhrum qoymuşdur. Halbuki, ekspert rəyi ilə kassatorun uzun müddətdə əmək qabiliy yətini itirməyi və ən ağır xəsarət almağı öz təsdiqini tapmışdır. Nə qədər ki, həmin vəsaiti sığorta təşkilatından kassatorun almağına işəgötürən mane olmuşdur, həmin vəsaiti işəgötürən özü ödəməlidir. Digər ehtimal isə bundan ibarətdir ki, kassator üçün sığorta ödənişi ümumiyyətlə edilmədiyindən, işəgötürən həmin halı gizlətmişdir.

33. İşəgötürən kassator ilə bağlanmış müddətli əmək müqaviləsinə kassator xəstəxanada müalicədə olduğu vaxtda xitam vermişdir. Bununla da kassatora ziyan vurmuş və əmrin surətini kassatora göndərməmişdir ki, ondan şikayət versin. Maddi imkanı olmadığına görə və artıq əmək qabiliyyəti olmadığından, həmin əmrin ləğv edilməsi tələbini qaldıra bilməsə də, kassator xəstəliyi müddətində işdən azad oluna bilməzdi.

34. Kassator şikayətini Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına, Əmək Məcəllənin 73, 99, 165, 195, 196, 217, 239, Mülki Məcəllənin 21, 23, 1097, 1118.1, 1118.2, 1119, MPM-nin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

35. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin mənəvi zərərin əvəzi olaraq 5000 manat tutlması hissəsində ləğv edilməsi və mahiyyəti üzrə yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya heç bir maddi ziyan dəyməmişdir, müalicədə olmamışdır, əlavə xərclərə məruz qalmamışdır. Apellyasiya məhkəməsinin mənəvi zərərlə bağlı mövqeyi tamamilə əsas sızdır, baş vermiş hadisənin iddiaçının şüurunda mənfi psixi reaksiya səbəb olması halı iddiaçının hadisədən sonrakı davranışları ilə uyğunlaşmır, iddiaçının bir neçə gündən sonra təcili yardıma müraciət etməsi onun heç bir sarsıntı və qorxu keçirməməsini və əsassız iddia tələbi irəli sürməsi üçün zəmin yaratmasını sübuta yetirir. Əmək Məcəlləsinin 195 maddəsinin “c” bəndini məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə yalnız AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli rəyinə istindan etməklə, düzgün olmayan mövqe nümayış etdirmişdir. Rəydə piqmentasiya dəyişikliyi və çapıq sahələrinin müəyyən edilməsi qeyd edilmişdir. Bu rəylə həmin əlamətlərin hansı vaxtda alınması və yaranması sübuta yetirilmir, çünki iddiaçının bədən na hiyyəsində əvvələr də çapıq mövcud olmuşdur.

37. Kassator şikayətini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 127.2, Əmək Məcəllənin 195 “c”, MPM-nin 14.2, 77.1, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı

39. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının v ə X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

40. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsi nə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

41. Bənd 10. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud q adın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

42. Bənd

11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Əmək Məcəlləsi

43. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır

44. Maddə 99.4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

45. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

46. Maddə 23 9.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

47. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

48. Maddə 239.5. Bu maddə ilə nəz ərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Mülki Prosessual Məcəllə

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Ma ddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsə lələrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6270/2022 nömrəli mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar