Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2039/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Notariat Kontoruna qarşı iddia qaldıraraq, xx xxxxxxx 1991-ci il tarixli Bakı şəhəri 13 saylı X1 tərəfindən cavabdeh X8 verilmiş vəsiyyətnaməni etibarsız hesab e dilməsi və Cavabdeh1 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2019-cu il tarixli, x9 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə X Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, vəsiyyətnamə təsdiq edilərkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Dövlət notariat haqqında Qanunun tələblərinə əməl edilməmişdir. Çünki X9 xəstə idi, gözləri görmürdü, savadsız olduğundan, eləcə də gözləri görmədiyindən yazı yaza, o cümlədən imza edə bilmirdi, vəsiyyətnamə verilən vaxt isə 87 yaşında idi. Belə olan halda isə notarius tərəfindən yazı makinası vasitəsi ilə tərtib edilmiş vəsiyyətnamənin x qızının şəxsən özü tərəfindən imzalanması şübhə doğruldur. Bundan başqa, anasına iddiaçı özü baxmış, anası ilə münasibət yaxşı idi, əmlakın güyə vəsiyyət ediliyi şəxslərin isə anasının saxlanılmasından xəbərləri belə olmamış və bu nları təsdiq edə biləcək şahidləri də vardır. Bütün bunlara baxmayaraq anasının özünə məxsus əmlakını ona yox, başqasına vəsiyyət etməsi inandırıcı deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıya iş üçün əhəmiyyətli olan sübutları təqdim etməsi üçün şərait yaratmamış, Bakı şəhəri 13 saylı X11 nümayəndəsinin iştirakını təmin etməmiş, heç bir yerə sorğu göndərməmiş, yalnız Cavabdeh1 şifahi sözlərinə istinad edərək qətnamə qəbul tmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddia ərizəsinə görə, iddiaçının X9 xx.xx.1904-cü il tarixdə anadan olmuş və xx.xx.1997-ci ildə vəfat etmişdir. X9 atası X13 ilə rəsmi nikahda olmamışdır. Belə ki, anası atasının ikinci həyat yoldaşı olmuş və onların dörd uşağı olmuşdur. X9 xx xxxxxxx 1991-ci il tarixdə cavabdeh X5 v ə X8 X yaşayış evini vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə xx xxxxxxx 1991-ci il tarixdə X nda təsdiq edilmişdir. Həmin vəsiyyətnamə qanuna ziddir. Həmin vəsiyyətnamədə göstərilən mülk atası X10 məxsus olmuş, X9 ilə atası X13 arasında heç bir nikah bağlanmamışdır. Bu halda atası X10 məxsus olan mülk onun övladları arasında bölünməli idi. X2 olmuş, imza çəkə bilməmiş, vəsiyyətnamə verilən vaxt onun 87 yaşı olmuş və xəstəliklə əlaqədar onun gözləri görməmişdir. x bundan istfadə edərək vəsiyyətnaməyə qol çəkdirmişdir. Belə olduğu halda notarius vəsiyyətnaməni şahidlərin iştirakı ilə tərtib etməli və bu barədə vəsiyyətnamədə müvafiq qeydlər aparmalı idi. Lakin notarius bunları etməmiş və bunula da Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın tələbl ərini pozmuşdur. Cavabdeh X12 qeyd olunan ünvanda yerləşən yaşayış evinə 13 saylı notariat kontoru tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən qeydiyyat şəhadətnaməsi almışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşdəki notariat işində olan (reyestr X x qızının xx xxxxxxx 1991-ci il tarixli vəsiyyətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x qızı öləcəyi günə ona məxsus olan x evdə yerləşən şəxsi mənzili bərabər dərəcədə X4 və X8 vəsiyyət etmişdir. Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilən xx xxxxxxxx 1997-ci il tarixli V-JQ seriyalı xnömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x qızı Bakı şəhərində xx xxxx 1997-ci il tarixdə kəskin ürək damar çatmamazlığı səbəbindən vəfat etmişdi r. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bakı Apellyasiya Məhkəməsi işin faktiki halları üzrə qeyd edilən maddi hüquq normalarını tətbiq edərək bu qənaətə gəlmişdir ki, x qızı xx xxxxxxx 1991-ci il tarixli vəsiyyətnaməyə əsasən ona məxsus olan x evdə yerləşən şəxsi mənzili bərabər dərəcədə X4 və X8 vəsiyyət etmişdir. x qızı Bakı şəhərində xx xxxx 1997-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, x qızı mülkiyyətçi kimi öz mülkiyyətində olan evi vəsiyyətnamə ilə vəsiyyət etməklə mülkiyyətindən öz istədiyi kimi istifadə etməkdə haqlı olmuşdur. İddiaçı tələblərinin hüquqi əsaslarını sübut edə bilməmiş, mübahisələndirilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edə bilməmiş və məhkəmə araşdırmaları zamanı da belə bir əsas müəyyən edilməmişdir. İş materiallarından görünür ki, evə dair vəsiyyətnamə notariusda olmuş, vəsiyyətnamə imzalanmış, notarius tərəfindən vəsiyyətnamə təsdiq edilmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, vəsiyyətnamə x qızı tərəfindən notariusun yanında imzalanmış, vəsiyyət edənin şəxsiyyəti və fəaliyyət qabiliyyəti müəyyənləşdirilmişdir. Kollegiya qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da nəzərə almışdır ki, mübahisə predemti olan vəsiyyətnamə eyni tərəflərin iştirak etdiyi başqa mülki işdə - iddiaçı xun cavabdehlər xqızına və X6 qarşı “vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsinin ləğv olunması, payın müəyyən olunması” tələblərinə dair iddiaya baxılarkən müzakirə predmeti olmuşdur. Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən (məhkəmə aktının xx.xx.2009-cu ildə qanuni qüvvəsini almasına dair təsdiqlənmiş qeyd mövcuddur) görünür ki, sözügedən vəsiyyətnamənin etibarsızlığı müəyyən edilməmiş və iddia təmin edilmi şdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onları n həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2039/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2039/2020
17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver