Məhkəmə qərarları › İş №2(102)-2040/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2040/2025

01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2040/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə və X7 qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və s.” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair; Birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, müqavilənin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-880/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X15 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xxxna təhvil verilmişdir.

2. Maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh MMC-yə məxsusdur. Bu kompleksin 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı xxx tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur. 3. xx.xx.2008-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən xxx tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyriyaşayış sahəsi üçün 261.000 manat kassaya mədaxil edilmişdir. 4. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X15 tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 saylı y aşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir. 5. xx.xx.2009-cu il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi üçün 708.000 manat kassaya mədaxil edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəs i 174 kv.m olan qeyriyaşayış sahəsi (mağaza) üzərində xxxnun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) xxx tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktuba əsasən Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 5 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində xxxnun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMCyə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyriyaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurul duğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulubvurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub-olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.

9. Cavabdeh MMC ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ünvan 6 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya təhvil verilir. Sahənin dəyəri 250.000 manat təşkil edir və yeni payçı X9 bu məbləği əvvəlki payçı xxxna ödəmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ əmlakın ölçüsü faktiki 151,2 kv.metr göstəri lməklə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 10. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X9 həmin daşınmaz əmlakı X7 bağışlanmışdır. Sözügedən daşınmaz əmlaka dair Ləman Abdullayevanın mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona çıxarış verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə: a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 7 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətç inin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanına təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakına nəzarət etməmiş və bundan istifadə edən cavabdeh qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019-2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyriyaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və sair) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.

13. Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnam əsi ilə iddia təmin edilmiş, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması qərara alınmışdır. (hakim Pərviz Zamanlı)

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.

15. Birinci instansiya məhkəməs i qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsində təsbit edilmiş əsas görə nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Lakin nə cavabdeh, nə də iddiaçıya verilmiş çıxarışı mübahisələndirməmiş və həmin çıxarış qüvvədədir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasından 2022-ci ilin fevral ayında məlumatı olduğunu bildirmişdir. Lakin həmin tarixdən sonra da xx.xx.2014-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini sübut edən s ənədləri məhkəməyə təqdim edə bilməmişdir.

16. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xxxnun üzərində sahiblik və istifadə hüquqlarının tanındığı qeyri-yaşayış sahəsi olan Bakı şəhəri, F.Bayramov küçəsi, 1156-cı ünvanında inşa edilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 174 kv.m olduğu halda, iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilə üzrə 177 kv.m, çıxarışla isə 167,8 kv.m təşkil edir. Cavabdeh hər iki əmlakın eyni əmlak olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə i stinadla əsaslandırmışdır. İkinci iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 8 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşay ış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 7 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən ma neələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsini, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulmasını, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılmasını qət etmişdir. Xətai Rayon Məhkəmə sinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apelyasiya şikayəti vermiş, apellyasiya şikayətinə baxılması məhkəmə baxışına təyin edilmişdir. Hesab edir ki, İddiaçı, 2(011)-2980/2022 nömrəli mülki iş üzrə MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin əsasını təşkil edən Cavabdeh MMC-nin direktoru X15 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009- cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçıla Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyən Eldar Ma hmudov Cavabdeh MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. MMC-nin rəhbərliyi binanın tikintisinin külli miqdarda maliyyə vəsaitinə başa gələcəyini, tələb edilən ölçüdə qeyri-yaşayış sahəsinin böyük bir sahə olduğunu, bu səbəbdən həmin əmlakın dəyərinin də çox böyük məbləğdə pul vəsaiti tələb etdiyini, qeyri-yaşayış sahəsinin əvəzsiz verilməsinin mümkün olmadığını E.Mahmudovun göndərdiyi adamlara bildirmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MM C-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “Maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox bir zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən “Sahil-D Kompani “ MMC və İddiaçı arasında bağlandığı iddi a edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Həmin müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqdir və Cavabdeh MMC üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə iş üzrə İddiaçı yoxdu r. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 №-li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC X23 ilə (87 kv.m) xx.xx.2013-cü il tarixdə, xxx ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X13 ilə (80 kv.m), X17 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) ilə və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi ilə (305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plan-sxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx"Sahil-D Kompani” MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə xxxna satılmış qeyri-yaşayış sahəsidir. Belə ki, ünvan 10 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyriyaşayış sahəsinə dair və Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşa yış sahəsi Cavabdeh MMC tərəfindən Elsevər Talıbova təhvil verilmiş, sonuncu isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi barədə MMC tərəfindən Elsevər Talıovun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. X27 və Cavabdeh MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. X14 dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyriyaşayış sahəsi İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, həmin əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. ünvan 8 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məh kəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4563/ 2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elsevər Talıbovun həmin iddiası təmin edilmiş, ünvan 8 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun sahiblik və istifadə hüququnun tanıması, həmin qeyri-yaşayış sahəsindən tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. ünvan 8 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 177 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında 21 yanvar 2009-cu il tarixdə müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı tərəfindən hərhansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, bu əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Sözügedən qeyri-yaşayış sahəsi 174 kv.m olmaqla 14 yanvar 2008-ci il tarixdə Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Həmin əmlakla bağlı hüquqlarının İddiaçı ötürülməsi və ya müqavilə bağlanmasına razılıq verməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında 21 yanvar 2009-cu il tarixdə bağlandığı iddia etdiyi müqavilə etibarsız əqddir.

20. Cavabdehin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüş, bununla bağlı dəlilləri ayrıca verilmiş ərizədə sadalamışdır. Bu ndan başqa, aşağıda qeyd olunanlarla iddia tələbinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən də iddia tələbi təmin olunmamalıdır. İddiaçının sübut qismində təqdim etdiyi və iddiasının hüquqi əsasını təşkil edən xx.xx.2008-ci il tarixli müqavilə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmadığından onun iddiası hər bir halda təmin oluna bilməz. Digər tərəfdən, hətta həmin sənədin (müqavilənin) qanunla müəyyən olunmuş qaydada təsdiq edilməklə məhkəməyə təqdim edildiyi və bu səbəblə sübut qismində nəzərə alınmalı olduğu fərziyyə olaraq qəbul edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin həqiqi halına görə, mübahisələndirilən obyekt məhz iddiaçı ilə əldə olunan razılığa əsasən, İddiaçı adına rəsmiləşdirilmiş, bu zaman hər hansı qanu nsuzluğa yol verilməmiş və nəticədə obyekt İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi müqavilənin onda olmaması, obyektin 11 ildən artıq müddət ərzində maraqı şəxs Elsevər Talıbova təhvil verilməməsi, onun bu illər ərzində obyekti təhvil vermək öhdəliyini üzərinə götürmüş MMC-dən bu öhdəliyini icra etməsini tələb etməməsi, ona bu barədə müraciətlər etməməsi, obyektlərlə maraqlanmaması, obyektin ona təhvil verilməməsi, obyektin 2014cü ildən mülkiyyət hüququ üzrə başqasının adına qeydə alınması, onun yalnız 11 ildən sonra məhkəməyə müraciət etməsi, xüsusən də Elsevər Talıbovun adına olan müqavilədə onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin, əmlakın dəyərinin qeyd olunmaması, digər müqavilələrdən fərqli olaraq Elsevər T alıbovun müqaviləsində 2.1 bənd ola-ola 2.2-ci bəndin, yəni əmlakın hər kvadratına görə və ümumi dəyərinin göstərilməməsi, habelə ekspertiza təyin olunmağın qarşısını almaq üçün müqavilənin əslinin təqdim olunmaması ilə bağlı işin faktiki halları da obyektin həqiqətən də İddiaçı məxsus olması və xx.xx.2008ci il tarixi kimi qeyd edilən müqavilənin saxtakarlıqla arxa tarixə tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Hətta mübahisə mövzusu olan obyektə dair həyata keçirilən sonrakı rəsmiləşdirmənin iddiaçının və maraqlı şəxsin iradəsini əks etdirmədiyi qəbul edilsə belə, iddia yenə də əsaslı sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2008-ci il tarixli müqaviləyə görə, iddiaçı olan MMC mübahisə mövzusu olan obyekti maraqlı şəxsə təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, lakin obyekt ona təhvil verilməmişdir. Maraqlı şəxsin özü də Bakı şəhəri Xətai Rayon Məhkəməsində irəli sürdüyü iddiasında obyektin təmirinə buraxılmadığını iddia etmiş, "xxxx" şirkəti isə məhkəməyə gələrək iddianı etiraf etmiş və qətnamə icra edilərkən çəkilən videomaterialdan görünür ki, obyekt 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmuşdur ki, bu xüsusat da qeyd olunan iddianın süni şəkildə qaldırıldığı qənaətinə gəlməyə aydın şəkildə imkan verir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə, işin mübahisəsiz halına g örə, mübahisələndirilən obyekt məhz İddiaçı təhvil verilmiş, sonuncu həmin obyekti təmir etdirmiş, zamanında obyektin təmirini müşahidə etmək açıq-aşkar mümkün olmuş, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İşin qeyd edilən halı işdə olan sənədlərlə də tam sübut olunur, o cümlədən obyektin təmir olunmasını isə hətta kənardan belə görmək mümkün olduğundan bu xüsusatın, yəni obyektin ən azı 2014-cü ildən başqa birinin sahibliyində olması faktının iddiaçı üçün açıq-aşkar olması danılmazdır. Qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda bor clu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Qanun fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə, hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlam ası, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv 3 hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı mübahisə mövzusu olan obyektə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından digər kreditorun (iddiaçının) həmin əşyanı borcludan tələb etmək imkanı h üquqi baxımdan aradan qalxmışdır. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçının adına olan müqavilənin tarix etibarı ilə daha əvvəl olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Həqiqətən də qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, tam əksinə, MM-in məhz elə 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Buna görə də bu müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır. Bundan başqa, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüş və bununla bağlı ayrıca ərizə də verilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2008-ci ilin avqust ayında “bağlanmış” və müvafiq 3.2-ci bəndinə əsasən obyekt alıcıya 24 ay sonra veriləcəyi göstərilmişdir. Maraqlı şəxs isə obyektin təhvil verilməli olduğu həmin tarixdən sonra iddiaçı şirkətə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 2019-cu il tarixdə (obyektin təhvil verilməli olduğu tarixdən 9 il sonra) süni şəkildə təşkil edilmiş iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, iddiaçı əqdin etibarsızlığ ı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisələndirilən obyektə dair İddiaçıla xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, obyekt məhz ona təhvil verilmiş, həmçinin 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının və maraqlı şəxsin həmin tarixlərdən etibarən müvafiq olaraq 7-12 il ərzində obyektlə maraqlanmaması, onun güya başqa şəxsə satıldığını öyrənməməsi ağlabatan və məntiqli deyildir. Onlar, bu qədər uzun müddət ərzində qeyd edilənlərdən hər bir halda xəbərdar olmalı (bilməli) idi. Bununla belə onlar, İddiaçı adına olan müqavilənin etibarsızlığını xx.xx.2023 -cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir.

21. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmış, hazırkı tələb isə 19 il sonra qaldırılmışdır. Həmçinin, iddia olunan qeyri-yaşayış sahəsi 2021-ci ilin ortalarından etibarən tərəflər arasında mübahisə predmeti olmuş, qeyd olunan tarixdən hazırkı iddianın verildiyi tarixədək 2 ildən çox vaxt keçmiş, yəni iddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə mübahisələndirmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə baxşında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçü ncü şəxs xxx bildirmişdir ki, obyektin özünə qaytarılmasını istəyir. Əqdin etibarsız olmasına razıdır.

23. Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış nə Cavabdeh MMC, nə də Talıbov Elsevər tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bay ramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində xxxnun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) xxx tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Həmçinin iddia ərizəsi və iddiaçının nümayəndəsi və vəkilinin izahatından görünür ki, iddiaçı Cavabdeh MMC rəhbərliyinin Eldar Mahmudovun göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarə siz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsaslanır. Halbuki, Eldar Mahmudov tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008ci ildə artıq xxxnun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf istinad etdiyi xxx və Cavabdeh MMC arasında bağlanmış 14 yanvar 2008-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materillarında olan və iddiaçı tərəfin münahisələndirdiyi cavabdeh İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin və Hüquqların Dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014cü il tarixli çıxarışın surəti məhz cavabdeh tərəfindən təqdim edilmişdir.

26. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə göstəmişdir iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmışdır. Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia isə, yalnız xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Eyni zamanda iş materiallarında müxtəlif məhkəmə qətnamələrinin və digər sənədlərin olması iddiaçının bu məsələ ilə bağlı məlumatlı olduğunu göstərir.

27. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

28. Birinci ins tansiya məhkəməsi hesab etmişdir ki, belə olduğu halda iddia tələbi qalan hissədə, yəni İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi hissəsində təmin oluna bilməz.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 324.1, 337.1, 337.2, 339.1, 354, 390.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstə rilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

30. Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMCnin iradə ifadəsi olmamışdır. Həmin çoxmənzilli yaşayış b inasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı) və həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə hazırkı iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyriyaşayış sahəsində yoxdur. Belə ki, 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC X23 ilə (87 k v.m) xx.xx.2013-cü il tarixdə, xxx ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X13 ilə (80 kv.m), X17 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birlik ilə ( 305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plansxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir (müqavilələr, çıxarış, plan sxemlər apellyasiya şikayətinə əlavə edilir. Göründüyü kimi, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bütün bunlar barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiyası məhkəməsinə məlumat vermişdir. Qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ayrı-ayrı hissələrə bölünərək özgəninkiləşdirilmişdir və həmin mərtəbədə artıq Cavabdeh MMC-yə məxsus əmlak yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin İddiaçı guya “ona məxsus sahəyə” buraxmaması barədə bildirdikləri həqiqətə uyğun deyil. Çünki İddiaçı adına çıxarış olsa da, çıxarışda qeyd olunan sahə ünvan 12 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yoxdur. Həmçinin "xxxx" MMC-yə həmin yerdə əmlak məxsus deyil. Belə olan vəziyyətdə Cavabdeh MMC hazırkı iş üzrə iddia tələbinə cavabdeh olan şəxs deyil. Əslində İddiaçı, qeyd olunan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tərkibi hissəsi olan Elsevər Talıbova məxsus, sahəsi 174 kv.m. olan əmlaka iddia edir. Bununla bağlı bildirilir ki, Cavabdeh MMC və arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında qeyd olunan 4 nömrəli çoxmənzil li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Sonuncu, qeyd edilən əmlakın tam dəyərini Cavabdeh MMC-yə ödəmiş, bu barədə ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, Elsevər Talıbovun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağalar ın aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)4563/2019 saylı qətnaməsi ilə iddia tam həcmdə təmin edilmişdir. həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. Hazırda da həmin əmlak sonuncunun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı iddia etdiyi qeyriyaşayış sahəsinin Elsevər Talıbova məxsus olması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, iddiaçı Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiyası məhkəməsi də qeyd edilən məlumatları iddiaçıdan tələb etməmiş, məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qərar qəbul edərkən, yalnız bir çıxarışa əsaslanmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. 32. da apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. E.Talıbovun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinin yönəldiyi ünvan 10 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 17 4 kv.m qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən ona təhvil verilmiş, o isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyriyaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi MMC tərəfindən onun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. Çünki, və Cavabdeh MMC arasında müqavilə bağlandığı (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan dig ər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il Plenum Qərarı ilə müəyyən edilmiş və qərara alınmışdır ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçü n əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunverciliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. O da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda qeyd olunluğu kimi, ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyər ini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmişdir.

34. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakda n onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Bundan sonra həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hazırda da həmin əmlak Elsevər Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı, əsassız iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması barədə məlumatlıdır. Bu səbəbdən də o, Elsevər T alıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Həmin yerdə yerləşən qeyri-yaşayış sahəsi isə Elsevər Talıbova məxsusdur və həmin sahənin ümumi ölçüsü 174 kv.m təşkil edir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əvvəllər heç vaxt Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinə iddia etməmiş, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olmamış, Elsevər Talıbova qarşı heç bir pretenziya, tələb irəli sürməmişdir. hazırda apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin mövcudluğundan Türkiyə Respublikasından qayıtdıqdan sonra, Cavabdeh MMC-nin işçilərinin verdiyi məlumat əsasında 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Sahil-D Kompani” MMC-nin işçisindən aldığı qətnamədən görünür ki, MMC-nin nümayəndəsi A nar Hüseynov izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi qeyriyaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilə saxtadır. Əslində həmin əmlakın mülkiyyətçisi Elsevər Talıbovdur. Bunları bildirən nümayəndə Anar Hüseynov məhkəməyə sənədləri, o cümlədən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi, Elsevər Talıbovu hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, son nəticədə isə Elsevər Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir. Qeyd olunan kobud prosessual pozuntudan başqa, birinci instansiyası məhkəməsi həmçinin İddiaçı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhə dlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatların mövcud olmamasına əhəmiyyət verməmiş, qeyd edlilən məlumatları, sənədləri, sübutları İddiaçı tələb etməmiş, iş üzrə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, qərar qəbul edərkən, yalnız İddiaçı adına olan çıxarışa əsaslanmış, iş üzrə əsaslı və qanuni qərar qəbul edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Xətai Rayon Məhkəməsi həmçinin İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilib-verilməməsini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş texniki pasport (verildiyi halda) hansı əmlakın ölçüləri əsasında verilməsi istiqamətində də heç bir hərəkət etməmiş, b ununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərməmiş, cavablar almamış, işin baxılmasına səthi yanaşmışdır. Xətai Rayon Məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Elsevər Talıbovun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

35. Cavabdeh MMC həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti verərək onun ləğv, iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X15 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqa vilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində işləyən Eldar Mahmudov ”Sahil-D Kompani” MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan Eldar Mahmudovun göstərişi ilə MMCyə bil dirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. Eldar Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir.

37. Göründüyü kimi, hazırda etibarlılığı mübahi sələndirilən Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 ya nvar 2008-ci il tarixdə xxxna satılmış qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanda inşa edilmiş 4 №- li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, Elsevər Talıbovun Cavabdeh MMC ilə bağladığı müqavilənin şərtlərinə və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə, həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisidir. Belə olan halda, onun razılığı olmadan əmlak başqa şəxsə (İddiaçı) özgəninkiləşdirilə bilməzdi. Bundan başqa, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçı Cavabdeh MMC-nin iddiasının müddətlə məhdudla şmış olduğu qənaətinə gəlmişlər.

38. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6493/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)6493/2023 saylı mülki iş İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

39. İşə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qə tnaməsi ilə birinci iş üzrə: Cavabdeh MMC və üçüncü şəxs xxx tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 9 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılması, apellyasiya şikayətlərinin v erilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC və üçüncü şəxs xxxnun özlərinə aid edilməsi, ikinci iş üzrə: iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov)

41. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X15 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış indiyədək nə "xxxx" MMC, nə də tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.

42. Apellyasiya instansiyası məhkəməsi həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbovun sahiblik və istifadəsinə verilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış bin asının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində E.Talıbovun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə hər hansı qisimdə işdə iştirak etməyə cəlb edilməmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq Elsevər Talıbovun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqa vilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır. Həqiqətən də, doğurdan da MMC-nin bildirdiyi kimi, İddiaçıla həmin vaxt müqavilə təzyiq və təsir altında bağlanmışdısa, həmin vaxt MMC-nin inşa etdiyi binalarda çoxlu sayda boş yerlərin olduğu halda, hansı səbəbdən məhz başqa şəxsə verilmiş sahəyə dair müqavilə bağlanmalı idi, MMC-nin nümayəndələri bu sualı hər hansı şəkildə izah edə bilməmişlər. İddiaçı Cavabdeh MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstəril diyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015-ci ildə ləğv edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinə istinadən göstərmişdir ki, iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhk əməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən,həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz, belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Beləliklə, hazırkı iş üzrə rayon məhkəməsinin Mülki Məcəllən in 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.

44. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə üçüncü şəxs Elsevər Talıbovun apellyasiya şikayətinin dəlilinə münasibətdə isə diqqətə çatdırmışdır ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması barədə hazırkı iddiasına baxılarkən mülki işə cəlb edilməmiş, həmçinin rayon məhkəməsi tərəfindən cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 387.2.4-cü maddəsinin pozuntusuna yol verildiyindən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməlidir.

46. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354, 752.1, 752.2, 752.3, 759.1, 759.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarı və Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

47. Cavabdeh MMC və xxx kassasiya şikayəti vermişlər.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2389/2024 nö mrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş X12 da kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv, birinci iş üzrə iddia tələbinin rədd, ikinci iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-2957/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

50. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi bunları qeyd etmişdir: - X12 şikayətini belə əsas landırmışdır ki, mübahisəli daşınmaz əmlakı onun əmisi X9 15 sentyabr 2020- ci il tarixində xxxndan almış və B.Əliyevin mülkiyyət hüququna dair 01 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış verilmişdir. 27 mart 2024-cü ildə Bəhman Əliyev Bakı şəhəri, Xətai rayonu, 1156-cı məhəllə Fəzail Bayramov küçəsində yerləşən qeyri-yaşayış sahəsini ona bağışlamışdır. Bunun əsasında sözügedən qeyri-yaşayış sahəsi üzərində Ləman Abdullayevanın mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixində adı çəkilən reyestrdə qeydə alınaraq ona ********** reyestr nömrəli çıxarış verilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir. - Belə olan halda qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, işə apellyasiya instansiya məhkəməsində Ləman Abdullayevanın iştirakı ilə baxılması təmin olunmalıdır; - apellyasiya instansiyası məhkəməsi İddiaçı tələbi üzrə Mülki Məcəllənin 157.4-cü maddəsini tətbiq etmişdir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; - mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması ilə yanaşı, cavabdeh tər əfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir; - həmin iddia üzrə cavabdeh olan Cavabdeh MMC bildirir ki, İddiaçı tələbində göstərilən daşınmaz əşya onun sahibliyində deyil. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4563/2019 saylı qətnaməsi ilə Elsevər Talıbovun qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə tələbi təmin olunmuşdur. Əmlak sonuncunun qanuni sahibliyində və istifadəsindədir, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyildir. Buna baxmayaraq iddia Cavabdeh MMC-yə qarşı irəli sürülmüşdür; - bundan əlavə, Ləman Abdullayevanın kassasiya şikayətində qeyd olunur ki, Bəhman Əliyev xx.xx.2020-ci ildə mübahisəli əmlakı Elsevər Talıbovdan əldə edərək mülkiyyət hüququnu xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, xx.xx.2024-cü ildə isə əmlakı Ləman Abdullayevaya bağışlamış və xx.xx.2024cü ildə sonuncuya adı çəkilən reyestrdən mülkiyyət hüququna dair çıxarış verilmişdir. L.Abdullayevanın bildirdiyinə görə daşınmaz əşyanı xx.xx.2024-cü il tarixli müqavilə əsasında icarəyə vermişdir; - yuxarıda bildirilən hallar da nəzərə alınmaqla, İddiaçı münasibətdə mübahisənin obyekti olan daşınmaz əşyaya Cavabdeh MMC tərəfindən qəsd və ya başqa maneələr törədilib-törədilməməsi, dolayısı ilə onun sözügedən iddiaya cavab verən şəxs olubolmaması tam və hərtərəfli araşdırılmalı, nəticəsindən ası lı olaraq İddiaçı adı çəkilən MMC-yə qarşı iddiasına yekun hüquqi qiymət verilməlidir; - Elsevər Talıbovun mübahisəli əşya üzərindəki hüquqlarını Bəhman Əliyevə ötürməsi və bununla da mübahisə predmetinə olan mülki hüquqlarının aradan qalxması faktları təsbit ediləcəyi halda işdə iştirak edən E.Talıbovun prosessual hüquq varisliyi ilə bağlı məsələ də müzakirə olunmaqla həll edilməlidir; - belə ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər han sı mərhələsində mümkündür. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

51. Təkrar baxış zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 birinci iş üzrə Cavabdeh MMC-nin prosessual hüquq varisi olaraq əvəz edilmişdir.

52. Apellyasiya instansiyası məhkəmənin eyni tarixli qərardadı ilə X12 birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

53. Bundan sonra X12 təkrar apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri cəlb edilməklə) “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

54. İddia ərizəsi belə əsaslandırılmışdır ki, L.Abdullayevanın mülki prosessual qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan əmlakla bağlı mülkiyyət hüquqlarının qorunmasına dair prosessual hüquqlardan istifadə imkanı indiki mərhələdə yaranmışdır. Mübahisənin mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, ünvan 13 ünvanda inşa edilən 4 saylı binada, 1-ci mərtəbədə yerləşən sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi "xxxx" MMC ilə ilkin alıcı –xxx arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında xxxna satılmış, həmin tarixdə qeyri-yaşayış sahəsinin dəyəri 261.000 manat satıcıya ödənilmişdir. Bunun əsasında isə, xx.xx.2008-ci il tarixl i müqavilə, kassa mədaxil orderi, maliyyə arayışı alıcıya təqdim edilmişdir. Daha sonra alıcı xxx tərəfindən həmin qeyri-yaşayış sahəsi 3 tərəfli xx.xx.2020-ci il tarixli müqavilə əsasında X1. Buna müvafiq olaraq X9 qeyri-yaşayış sahəsi üzrə tam payçı hüququnu qazanmış, müvafiq olaraq xx.xx.2020-ci il tarixli müqavilə, maliyyə arayışı, plan-çizgi əldə etmişdir. Bu sənədlər əsasında qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeydə alınma zamanı Bəhmən Əliyevin razılığı əsasında əmlakın ölçüsü (təmir və divaraltı nəzərə alınmaqla) 174 kv.m azaldılaraq faktiki 151,2 kv.m qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmış və müvafiq Çıxarış verilmişdir. Bundan sonra həmin əmlak X10 tər əfindən xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında Ləman Abdullayevaya bağışlanmışdır. Qeyd edilən əsasla Ləman Abdullayevanın mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə DƏDRX qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üzrə subyektiv iddia hüququna malik mülkiyyətçi X8r. Qeyri-yaşayış sahəsi üzrə ilkin müqavilə münasibətləri xx.xx.2008-ci il tarixli müqavilə üzrə başlamış və Ləman Abdullayevanın mülkiyyət hüquqları da həmin müqavilədən irəli gələn müqavilə və hüquqi hərəkətlərdən yaranmışdır. Lakin həmin qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixli müqavilə, kassa mədaxil orderi, maliyyə arayışına, plan cizgi sənədlərinə əsasən ilkin alıcı xxxna satılmasına, həmin tarixdən də E.Talıbovun tam pay hüququna malik olmasına baxma yaraq, qanunsuz olaraq, cavabdehlər tərəfindən başqasının əmlakına dair sərəncam vermə hərəkəti aparılmış, yəni "xxxx" və İddiaçı arasında xx.xx.2009-ci il tarixli müqavilə imzalanmışdır. xx.xx.2009-cu il tarixli müqavilənin əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Göründüyü kimi qeyri-yaşayış sahəsi ilə bağlı 2 qüvvədə olan mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur. X5 mülkiyyət hüququnun yaranmasına əsas olmuş ilkin hüquqi sənədlər, ilkin alqı-satqı müqaviləsi olmaqla xx.xx.2008-ci ildir. Cavabdeh İddiaçı mülkiyyət hüququnun yaranmasına istinad edilən müqavilə isə xx.x x.2009-cu ildir. Bundan başqa, L.Abdullayevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsi heç bir zaman cavabdeh İddiaçı istifadəsində olmamışdır. İş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi ilkin alıcı Talıbov Elsevər tərəfindən təmir edilmişdir. (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktubda qeyd edilir: Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 14 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1 -ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində xxxnun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişd ir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyriyaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulub-vurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur). Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixli 918VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilənə qədər qüvvədə olan redaksiya) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin maddənin qeyd edilən redaksiyadakı varinatının şərhinə dair Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi, hazırda Ləman Abdullayevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasının ilkin hüquqi əsası xx.xx.2008-ci il tarixli müqavilədir (həmin müqavilənin əsli və ona aid kassa mədaxil sənədi, digər sənəslərin əsli mülki işə əlavə edilmişdir). Qeyd edilən müqavilə bağlandıqdan sonra, həmin əmlakla bağlı sərəncam vermə hüququ da daxil olmaqla bütün hüquqlar ilkin alıcı xxxna məxsus olmuş və onun razılığı olmadan, sərəncam vermə iradəsi olmadan keçirilmiş bütün əqdlər və hüquqi prosedurlar etibarsızdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 3 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.metr (müqavilə üzrə 4 saylı binanın 1-ci mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin, o cümlədən əmlakın dövlət reye strində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində qeydiyyata alınan ********** saylı, xx.xx.2014-cü il tarixli dövlət qeydiyyatının, **********21-05301-083001 saylı reyestrin və bununla bağlı verilmiş çıxarış etibarsız hesab edilməlidir.

55. Eyni zamanda birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı məxsus ünvan 15 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" MMC və X12 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-ya şayış sahəsinə buraxılmasını xahiş etmişdir.

56. Daha sonra birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMCnin qeydiyyata alınmamış direktoru Nümayəndə, və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini; X3 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvini; Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini; Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi barədə qətnamənin qəbul edilməsi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 15 ünvanında 1ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X12 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında qətnamənin qəbul edilməsini; yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliy yətə cəlb edilməsi üçün xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

57. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, iş kassasiya instansiyası məhkəməsinin icraatında olan zaman tərəfindən təsadüf nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi hazırki iş üzrə məhkəmə icraatının gedişatında "xxxx" şirkəti ilə Elsevər Talıbovun əlbir olması nəticəsində saxta sənəd əsasında özgəninkiləşdirilmiş, bu barədə olan məlumat məhkəmələrdən gizlədilmişdir. Bu səbəbdən, tərəfindən həm "xxxx" şirkəti, həm də Elsevər Talıbov, Bəhman Əliyev, Ləman Abdullayeva və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi nə müraciət edilmiş, həmçinin bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə məlumat verilmişdir. Bundan sonra, Ləman Abdullayeva məhkəmə araşdırmasının gedişatından məlumatlanmış, onun tərəfindən İddiaçı qarşı qarşılıqlı iddia verilməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X12 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, “satıcı” "xxxx" MMC-nin qeydiyyata alınmamış “direktor”u Nümayəndə və arasında bağlanmış müqavilə ləğv olunmuş, “alıcı” X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli saxta müqavilə əsasında, ünvan 13 ünvanında inşa edilən 4 saylı yaşayış binasının İ mərtəbəsində ümumi-tikinti sahəsi 174 kv.m-dən ibarət o lan qeyri-yaşayış sahəsi “alıcı” X6 təhvil verilmiş, qeyriyaşayış sahəsinin dəyəri guya 250.000 azn təşkil edir və həmin məbləği guya yeni payçı X9 əvvəlki payçı Elsevər Talıbova ödəmişdir. Qeyd olunan saxta müqavilə əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X6 **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlı uyğunsuzluq, yəni İddiaçı aid çıxarışa görə 167.8 kv.m, Bəhman Əliyevə aid çıxarışa görə isə 151.2 kv.m sahənin olması onunla izah edilir ki, 2014-cü ildə İddiaçı çıxarış verilərkən həmin qeyri-yaşayış sahəsində arakəsmələr mövcud olmamış, sonra İddiaçı tərəfindən tə mir işləri aparılarkən sahə otaqlara bölünmüş, həmin sahə saxta yollarla Bəhman Əliyevə satıldığı zaman qeyri-yaşayış sahəsində olan təmir-tikinti zamanı arakəsmələrin sahəsi çıxılmış və guya ki, 151.2 kv.m sahə müəyyən olunmuşdur. Bundan sonra, xüsusən də, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 419/2024 nömrəli qətnaməsi qəbul edildikdən sonra izləri itirmək məqsədi ilə cavabdeh "xxxx" MMC və üçüncü şəxs Elsevər Talıbovla əlbir olan Bəhman Əliyev xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında qeyd edilən əmlakı öz qardaşı qızı Ləman Abdullayevaya bağışlamışdır. Bu bağışlama müqaviləsi əsasında Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə **********44-0 5301083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Beləliklə, yuxarıda sadalanan xüsusatlardan açıq-aşkar görünür ki, qeyri-yaşayış sahəsinin 2009-cu il tarixdən etibarən müqavilə üzrə, 2014-cü il tarixdən etibarən isə Çıxarış əsasında mülkiyyətçisi İddiaçı mülkiyyəti "xxxx" MMCnin qeydiyyata alınmamış direktoru Nümayəndə, və Bəhman Əliyev tərəfindən saxta sənədlər əsasında özgəninkiləşdirilmiş, yanlış məlumatlar əsasında DƏDRX tərəfindən çıxarışın alınmasına nail olunmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli qərardadlarla Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən müstəqil tələb irəli sürən şəxs L.Abdullayeva nının iddia ərizəsini və birinci iş üzrə İddiaçı iddia tələbinin həcminin artırlması barədə ərizəsini icraata qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, həm mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsinin, həm də birinci iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizələrinin verilməsi üçün əsaslar işə hazırkı apellyasiya baxışında yaranmışdır.

59. Apellyasiya baxışında birinci iş üzrə cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi MMC tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək göstərmişdir ki, məhkəməyə müraciət edəndə iddia ərizəsində ilk gündən təhdidlərlə, eyni zamanda direktorun başına torba keçirdərək, onu oğurlayıb, bir sutka saxlanıldığını və orada ona təzyiqlərlə yazdırıldığını bil dirmişdir. Halbuki, həmin əmlakın sahibi idi. 2015-ci ildən MMC-nin direktoru vəzifəsində çalışmışdır, onlar heç vaxt yaxın gəlməyib. Əmlak üzərində mülkiyyət hüququ X7 məxsusdur. İddiaçı iddia tələblərini isə qəbul etmir.

60. Apellyasiya baxışında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Ləman Abdullayevanın nümayəndəsi və vəkili L.Abdullayevanın iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, onların malik olduğu əmlak sahəsi ilə bağlı ilkin olaraq Talıbov Elsevərin adına alqı-satqı olmuşdur. Daha sonra isə Ləman Abdullayeva almışdır. Onun əmlakı aldığı şəxs həmin əmlakı digər şəxslərdən daha əvvəl əldə etmişdir. Bu səbəblə əmlak digər şəxslərə satıla bilməzdi. Qarşı tərəfin isə iddiasını qəbul etmir.

61. Apellyasiya baxışında birinci iş üzrə iddiaçı, birləşdirilmiş ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, iş materiallarında cinayət işinin başlanılmasının rədd olunması barədə qərar vardır. Onları oraya Cavabdeh MMC-nin əməkdaşları buraxmayıb. Bundan başqa, cavabdehin əvəz edilməsini deyil, X5 əlavə cavabdeh olaraq cəlb edilməsini xahiş etmişdir. Hazırda Xətai Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehə, cavabdehin də ona qarşı çıxarışların ləğv edilməsi tələblərinə dair mülki iş vardır. Həmin iş üzrə icraat dayandırılmışdır. Hesab edir ki, həmin iş üzrə icraat təzələnməlidir və iddialar bu iş üzrə qaldırılmalıdır. Cavabdehin qarşılıqlı iddia ərizəsi verməsi ilə icraatın dayandırılması eyni gündə baş verdiyi üçün məhkə mənin qarşılıqlı iddianı icraata qəbul edib-etmədiyini müəyyən edə bilmirlər. İcraat təzələnərsə, qarşılıqlı iddia icraata qəbul ediləcək. Apellyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra belə, X12 adlı şəxsin mövcudluğu barədə məlumatları olmamışdır. Bütün məhkəmə iclasları baş verdiyi dövrdə digər məhkəmə iştirakçıları bunu gizlətmiş və saxta sənəd əsasında gizli alqı-satqı etmişlər. Xətai Rayon Məhkəməsində olan iş üzrə icraatın təzələməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Hazırkı iş üzrə icraat dayandırılmalı və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməli, apellyasiya şikayəti verildikdən sonra hazırki işlə bir icraatda birləşdirilib baxılmalıdır.

62. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-880/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə b irinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs xxx tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X7 qarşı “mübahisəli əmlaka dair xx.xx.2020- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X3 adına verilmiş çıxarışın ləğvi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2024 tarixli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus həmin qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məh dud Məsuliyyətli Cəmiyyəti və X12 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını n təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilərək, İddiaçı adına ünvan 16 ünvanında 167,8 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində aparılmış ********** nömrəli, xx.xx.2014cü il tarixli qeydiyyat (reyestr nömrəsi **********21-05301-083001) və İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova)

63. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərlə razılaşdığını və onları nəzərə aldığını göstərərk hesab etmişdir ki, hazırkı işin qanunamüvafiq qaydada həlli baxımından ilk növbədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12 tərəfindən verilmiş iddia tələbinə, bundan sonra isə ilkin və birləşdirilmiş işlər üzrə iddia tələblərinə hüquqi qiymət verilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən hallarına görə xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC ilə xxx arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır. Eyni tarixli kassa mədaxil orderinə əsasən xxx tərəfindən həmin qeyri-yaşayış sahəsi üçün 261.000 manat məbləğində vəsait MMC-nin kassasına mədaxil edilmiş, sonuncu tərəfindən verilmiş maliyyə arayışına əsasən xxxnun Cavabdeh MMC-yə borcu qalmamışdır. Həmçinin eyni qeyri-yaşayış sahəsinə dair xx.xx.2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır.

65. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına istinadən hesab etmişdir ki, xxx tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənilmiş qeyriyaşayış sahəsinə onun sahiblik və istifadə etmək hüququ əmələ gəldiyindən Cavabdeh MMC tərəfindən artıq ona məxsus olmayan əmlaka dair xx.xx.2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlanması mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

66. Bundan başqa, hazırkı işdən həmin qeyri-yaşayış sahəsinin MMC tərəfindən İddiaçı təhvil verilməsi, orada təmir işlərinin aparılması, sahənin onun sahibliyi və istifadəsində ol ması müəyyən edilmir. Həmçinin İddiaçı keçən müddət ərzində əmlakı MMC-dən tələb etməsi də iş materialları ilə müəyyən edilmir. Əksinə, işdən müəyyən edilmişdir ki, İddiaçı birinci iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmamışdan bir neçə il öncə xxx həmin MMC-ya qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) xxx tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmiş, həmin qətnamənin icrası zamanı icra məmuru tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfi ndən möhürləndiyi aşkar olunmuşdur.

67. X20 Abbas oğlu tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqları əvəzli qaydada xx.xx.2020-ci il tarixdə X6 ötürülmüş, qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra Bəhmən Əliyev həmin əmlakı xx.xx.2024-cü il tarixli müqavilə əsasında X7 bağışlamış və sonuncunun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xxxnun mübahisəli qeyriyaşayış sahəsinə dair sahiblik və istifadə etmək hüquqları yuxarıda şərh edilənlərə əsasən müəyyən edildiyindən, bundan sonra həmin h üquqların X6 ötürülməsi, sonuncu tərəfindən əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, xx.xx.2024-cü il tarixli müqavilə əsasında əmlakın X7 bağışlanması və bundan sonra sonuncunun da əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mülki qanunvericiliyin tələblərinə uyğun olmuş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.

69. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12 mübahisəli qeyri-yaşayış sahəsinin hazırda mülkiyyətçisi olduğundan onun İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləni və onun hüquqi nəticələrini mübahisələndirməyə subyektiv hüququ vardır.

70. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X5 iddiası təmin edilməli, İddiaçı ilə Cavabdeh MM C arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Müqavilə etibarsız hesab edildiyindən onun əsasında yaranmış hüquqi nəticə, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2014-cü il tarixli qeydiyyat və onun adına verilmiş çıxarış ləğv edilməlidir.

71. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs X12 tərəfindən verilmiş iddia tələbi ilə bağlı onu da qeyd etməyi zəruri hesab etmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Reyestr qeyd iyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır.

72. Üçüncü şəxs X5 iddiası təmin edildiyindən apellyasiya instansiyası məhkəməsi kollegiyası hesab etmişdir ki, birləşdirilmiş iş üzrə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətn aməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, hansı formada əsaslandırılmasından asılı olmayaraq birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" MMC-nin də mahiyyət etibarı ilə X5 tələbi ilə eynilik təşkil edən iddia tələbi təmin edilməlidir. 73. "xxxx" MMC tərəfindən iddia ərizəsində İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi xahiş edilsə də, Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, həmin tələb müqavilənin və onun əsasında yaranmış hüquqi nəticələrin etibarsızlığı ilə əhatə edildiyindən sözügedən tələbə ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur.

74. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, qeyd olunan tələblər təmin edildiyindən birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs xxx tərəfindən birinci iş üzrə ayrı-ayrı lıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiası təmin edilməməlidir.

75. Belə ki, yuxarıda şərh edilənlərə əsasən X11 mübahisəli qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə etmək hüquqları müəyyən edildiyindən, habelə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız olduğu qənaətinə gəlindiyindən, X16 tərəfindən Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqların sonradan X6 ötürülməsini, sonuncunun əmlak üzərində mülkiyyət hüququnu, xx.xx.2024-cü il tarixli müqavilə əsasında əmlakın X7 bağışlanmasını, bundan sonra sonuncunun da əmlak üzəri ndə mülkiyyət hüququnu mübahisələndirməyə İddiaçı subyektiv hüququ yoxdur.

76. Eyni zamanda, yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X12 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması barədə tələbi təmin edilə bilməz. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bu tələb həmçinin o əsasla da təmin edilə bilməz ki, mübahisəli qeyri-yaşayış sahəsi həmin cavabdehin sahibliyində və istifadəsində deyildir

77. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar edilmədiyindən İddiaçı xüsusi qərardadın çıxarıması barədə vəsatət təmin edilməməlidir.

78. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 157.4, 193.1, 324.1, 324.2, 324.4, 337.1, 337.4, 452.1, 752.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 50.1, 58.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

79. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(103)-880/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci iş üzrə İddiaçı iddiasına münasibətdə "xxxx" MMC-nin qeydiyyata alınmamış direktoru Nümayəndə, və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; X3 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********4 4-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********44-05301083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 15 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X12 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında iddia tələbinin tam təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

80. Kassasiya şikayətində onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mülkiyyət hüququ ilə bağlı konstitusion və M ülki Məcəllədə müəyyən edilmiş normaları düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmə vicdanlılıq, reyestrin həqiqiliyi, tərəflər arasında müqavilə münasibətləri, müqavilənin etibarsızlığı və onun nəticələri, işdə iştirak edən şəxslər arasında öhdəliklərin bir-birinə münasibətdə icra edilib-edilməməsi, fərdi müəyyən əşyaya münasibətdə öhdəliklərin icra edilməsi qaydası, alqı-satqı və podrat müqaviləsi ilə bağlı, eləcə də daşınmaz əmlakın dövlət reyestri ilə bağlı tələbləri müəyyən edən normaları - Konstitusiyanın 13 və 29-cu maddələrinin, Mülki Məcəllənin 5.3, 6, 14.2, 135.4, 139.1, 140, 148, 149.2, 152, 157, 178.1, 178.2, 324, 337, 347.1, 354, 385.1, 386.1, 389.1, 425.1, 452.1, 567, 568, 569, 570, 752, 758-ci maddələrinin və zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respub likasının Qanununun 1.0.2-ci və 12.1-ci maddələrinin müddəalarını - düzgün tətbiq etməmiş və həmin normaların tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, mübahisələndirilən obyekt fərdi müəyyən əşyadır, həmin əşya Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilmiş, sonuncunun sahibliyində olmuş, oranı tam şəkildə təmir etdirib müvafiq mebel əşyaları ilə təzhiz etmiş, həmin əşya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və ona münasibətdə İddiaçı adına çıxarış alınmışdır, həmin əşyanın reyestr nömrəsi olmuş və bu qeyd heç vaxt ləğv edilməmişdir. Eyni obyektə münasibətdə mövcud olan digər müqavilənin formal olaraq daha əvvəlki tarixə malik olması yuxarıda sadalanan hüquqi təminatların üstündən xətt çəkməyə əsas vermir. Birinci növbəd ə həqiqətən də həmin sənədin daha əvvəlki tarixdə bağlanması şübhə doğurur və bu hissədə məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 452.1-ci maddəsində fərdi müəyyən əşyanın kreditorun mülkiyyətinə vermək öhdəliyinin icrası ilə bağlı müddəalar müəyyən edilmişdir. Sözügedən sənədin daha əvvəlki tarixdə mövcud olmasını fərziyyə kimi qəbul etsək belə, həmin fərdi müəyyən əşyanın verilməsi öhdəliyi Cavabdeh MMC tərəfindən İddiaçı lehinə icra edilmiş (İddiaçı obyektin dəyərini tam ödəməsi müqabilində) və Cavabdeh MMC-nin hüquqi iradəsi çərçivəsində onun adına mülkiyyət kimi qeydə alınmışdır. İşə baxan hakimlər mübahisəyə o qədər qeyri-obyektiv və qərəzli yanaşmışlar ki, hətta müqavilənin etibarsızlığı ilə bağlı nəticəyə gələrkən İddiaçı tərəfindən ödənilmiş 708.000 (yeddi yüz səkkiz min) manat pul vəsaitinin aqibətini müəyyən etməmişlər. Mübahisələndirilən qətnaməyə görə İddiaçı həm özünün qanuni mülkiyyətindən məhrum olur, həm də 2009-cu ildə ödəmiş olduğu 708.000 manat (devalvasiyalardan əvvəl ödənildiyini nəzərə alsaq, həmin pul vəsaiti hazırki şərtlərlə daha çox iqtisadi dəyərə malik idi) onun aktivindən çıxmış olur və belə olan halda Cavabdeh MMC əsassız varlanmışdır. Bu azmış kimi, məhkəmə Cavabdeh MMC-ni başqa cavabdehlə (Ləman Abdulllayeva) əvəz etmişdir. Bu o deməkdir ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsi ilə təkcə İddiaçı mülkiyyət hüququnu pozmaqla kifayətlənməmiş, həm də Cavabdeh MMC-nin İddiaçı hesabına əsassız varlanmasına şərait yaratmış və eyni zamanda Cavabdeh MMC-nin məsuliyyətdən kənarda qalması üçün ə lindən gələni etmişdir. Bunun üçün məhkəmə iş materiallarında mövcud olan qanunsuzluqlara göz yummaqdan belə çəkinməmiş və İddiaçı vəkilinin və nümayəndəsinin “yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi” tələbinə məhəl qoymamışdır. Bir daşınmaz əşyaya münasibətdə bir reyestr nömrəsi mövcud ola-ola ikinci reyestr nömrəsinin necə verilməsi, məhkəmə mübahisəsi davam etdiyi halda işdə iştirak edən şəxslər tərəfindən əmlakın formal olaraq özgəninkiləşdirməsi, Cavabdeh MMC-nin reyestrdə qeydiyyata alınmayan və səlahiyyəti olmayan əməkdaşı tərəfindən müqavilənin imzalanması kimi qanunsuzluqlara apellyasiya instansiyası göz yummuşdur ki, bunun nə ticəsində Cavabdeh MMC rahat şəkildə əsassız varlanmış olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

81. Kassasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs (cavabdeh) Ləman Abdullyeva etiraz vermişdir.

82. Etirazda işin faktiki halları qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu və tətbiq edilən maddi və prosessual hüquq normaları göstərilməklə, həmin normaların pozunutusunun şikayətdə əsaslandrılmasına istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Müddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa mane ələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfl i ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.

1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

85. Məhkəmə kollegiyası hüquq un inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

86. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

87. İddia tələbləri üzrə apellyasiya instansiyası məhkləməsinin gəldiyi nəticə və təbiq etdiyi maddi hüquq normalarından görünür ki, münasibətlər podrat müqaviləsi müstəvisində qiymətləndirilmiş, 14 yanvar 2008-ci il tarixli podrat müqaviləsi üzrə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq Elsevər Talıbova təhvil verilməsi, sonuncunun qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada xx.xx.2020-ci il tarixdə X 6 ötürməsi, qeyri-yaşayış sahəsinə dair X3 mülkiyyət hüququnun xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyev həmin əmlakı xx.xx.2024-cü il tarixli müqavilə əsasında X7 bağışlaması və sonuncunun mülkiyyət hüquqlarının xx.xx.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad edilmişdir.

88. Məhkəmə kollegiyası Cavabdeh MMC ilə arasında 14 yanvar 2008-ci il tarixli, İddiaçı arasında bağlanmış 21 yanvar 2009-cu il tarilxi müqavilələr üzrə münaisbətlərin mahiyyətcə podrat münasibətləri olması barədə apellyasiya instansiyası məhkəməsini mövqeyi ilə razılaşır.

89. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq E.Talıbova təhvil verilməklə, sonuncuya m ünasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiq edilməli olması barədə gəldiyi nəticəni həmin normanın dispozitiv şərtlərinə uyğun qiymətləndirməyib və həmin normanın tələblərinə cavab verən sübutlarla əsaslandırmayıb.

90. Belə ki, apellyasiya instansiyası məhkəməsi xxx tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənilmiş qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə etmək hüququnun əmələ gəlməsini qeyd etsə də, bunu hansı sübutla müəyyən etdiyini qətnamədə göstərməmiş, qeyri-yaşayış sahəsinin E.Talıbova təhvil verilib-verilməməsi, nə vaxt təhvil verilməsini, ümumiyyətlə, müəyyən etməmişdir.

91. Halbuki Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildi yini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunmadığını müəyyən edir. Mülki prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

92. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, İddiaçı birinci iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmamışdan bir neçə il öncə xxx həmin M MC-ya qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) xxx tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmiş, həmin qətnamənin icrası zamanı icra məmuru tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhürləndiyi aşkar olunmuşdur.

93. E.Talıbovun xeyrinə olan qətnamənin icrası zamanı qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhürlənmiş vəziyyətdə olduğu halda, həmin q eyri-yaşayış sahəsinin nə vaxt, necə və hansı şəraitdə E.Talıbova təhvil verilməsi sual yaratsa da, buna aydınlıq gətirilməmişdir. Eləcə də, həmin qətnamənin sonradan da icra edilib-edilməməsi işdən görünmür.

94. Eyni zamanda iddiaçı (cavabdeh) A. Mahmudov da qeyri-yaşayış sahəsinin ilk olaraq ona təhvil verilməsini, oranı təmir etdirməsini, mebellə təchiz etməsini göstərmiş, üstəlik, E.Talıbovun xeyrinə çıxmış qətnamə icra edilərkən çəkilən videomaterialdan obyektin 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmasının görünməsini bildirmişdir.

95. Buna görə də E.Talıbova münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün ilk növbədə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin E.Talıbova təhvil verilməsi halı mötəbər sübutlarla müəyyən edilməli idi.

96. E.Talıbovun qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada xx.xx.2020-ci il tarixli müqavilə ilə X6 ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi lə bağlı qeyd edilməlidir ki, işin müəyyən edilmiş halına görə İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları 13 sentyabr 2014-cü il tarixdə qeydə alınıb.

97. Belə olan halda, yəni qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ 13 sentyabr 2014-cü il tarixdən mövcud olduğu halda, E.Talıbovun həmin sahə ilə bağlı hüquqlarını 6 ildən sonra – xx.xx.2020-ci il tarixli müqavilə ilə əvəzli qaydada X6 ötürməsi Mülki Məcəllənin 358-ci maddəsi üzrə qiymətləndirmə tələb edirdi.

98. Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

99. Göründüyü kimi, qanunvericilik səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam əqdinin etibarlılığını iki halla şərtləndirib, ya səlahiyyətli şəxs bu əqdə qabaqcadan razılıq verməli, ya da əqdi sonradan bəyənməlidir. Bu hallardan hər hansı birinin olmaması qanunverciliyə görə səlahiyyətsiz şəxsin bağladığı əqdin etibarlılıq şərtinə cavab verməyən əqd kimi qəbul edilməlidir.

100. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin halı Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinin kontekstində qiymətləndirməmişdir.

101. Qeyri-ya şayış sahəsinə dair X3 mülkiyyət hüququnun xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisədə adı keçən qeyri-yaşayış sahələrinin eyni olması işin mübahisəsiz halı kimi müəyyən edilib və həmin sahəyə İddiaçı mülkiyyət hüquqları daha əvvəl – 13 sentyabr 2014-cü il tarixdə qeydə alınıb. Bu baxımdan, eyni sahəyə müxtəlif vaxtlarda (8 il fərqilə) ilkin olaraq həm İddiaçı, sonrdan isə həm də B.Əliyevin mülkiyyət hüquqlarının necə qeydə alınması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqətə alınmayıb, nəticədə bu ziddiyyətli hal açıq qalıb.

102. Həmçinin işdən görünür ki, birinci iş üzrə İddiaçı mübahisədə adı keçən qeyriyaşayış sahəsindən istifadəyə cavabdeh "xxxx" MMC tərəfindən yaradılan ma neələrə son qoyulması, ikinci iş üzrə "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı həmin qeyri-yaşayış sahəsinə dair müqavilənin və çıxarışın mübahisələndirilməsi barədə iddialara baxılarkən, "xxxx" MMC qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli müqavilə əsasında E.X2 ötürülməsi, sonuncunun həmin yerə mülkiyyət sənədi alması barədə hər hansı dəlil bildirməmişdir. Baxmayaraq ki, birinci iddia məhkəməyə E.Talıbovla B.Əliyev arasında müqavilə bağlanandan sonra, xx.xx.2022-ci il tarixdə, ikinci iddia isə hətta B.Əliyev həmin yerə mülkiyyət sənədi aldıqdan sonra, xx.xx.2023-cü ildə verilib.

103. Birinci iş üzrə İddiaçı da təkrar apellyasiya baxşında qeyri-yaşayış sahəsinin ilkin olaraq ona məxsus olmasına dair öz dəlillərinin təsdiqi kimi bu hallara istinad etmişdir.

104. Buna görə də tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi İddiaçı dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.

105. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

106. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-880/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar