Məhkəmə qərarları › İş №2(102)-2041/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2041/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2041/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2041/2022 (Açar sözlər: əşyanın qaytarılması və zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10799/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. 2. xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün xx.xx.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir.

3. Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X2 verilmiş etibarnamə ləğv edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmi ş xx.xx.2020-ci il tarixli, 4/519 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 01 aprel 2017-ci il tarixli 7E-3121 reyestr nömrəli etibarnamədə “İMZA:” qarafasındakı “Ağayev” yazısı və həmin qrafadakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi ilə məhkəməyə müraciət edərək, “QAZ 2705” yük markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilin Cavabdeh2 alınaraq ona verilməsini, 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini, 1 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanl ı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini, mənəvi zərər kimi 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 1-də özünə məxsus Qazel markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşını etibarnamə ilə idarə edib aylıq 500 manat ödənilməsi qarşılığında Cavabdeh2 icarəyə verilmişdir. Həmçinin 3200 manat məbləğində pul təkər təmiri avadanlığının alınması üçün Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verilmişdir. 17 ay müddətində Cavabdeh2 tərəfindən ayda 500 manat olmaqla, cəmi 8500 manat pul ödənilmişdir. 2018-ci ilin oktyabr ayından isə ödəniş dayandırılmış və tələb etməyinə baxmayaraq avtomobili və 3200 manat pulu geri qaytarılmamışdır. Bu səbəbdən də ona verilmiş etibarnamə ləğv edilmiş, cavabdehlərin qanunsuz hərəkətləri barədə polisə müraciət edilmişdir. Xəzər RPİ-nin 3-cü polis bölməsinin təhqiqatçısı polis kapitanı Anar Hacıyevin xx.xx.2019-cu il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

7. Cavabdeh2, İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərisəzi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə” dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, 31 saylı Notariat Kontorunda “QAZ 2705 Yük” markalı, buraxılış ili 2004-cü il olan **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün İddiaçı adından Cavabdeh2 verilmiş etibarnamənin və həmin etibarnamə əsasında İddiaçılə Cavabdeh2 arasında şifahi olaraq razılaşdırılmış avtomobilin idarə edilməsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı, Cavabdeh2 qanunsuz olaraq alınıb verilmiş 11000 (on bir min) manat pul vəsaitinin Cavabdeh2 qaytarılması və İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh2 dəyiş 5000 (beş min) manat mənəvi zərərin, cəmi 16000 (on altı min) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2, İddiaçı adlı şəxsi tanımamış, onunla heç bir hüquq münasibətində olmamışdır. Belə ki, İddiaçı qardaşı Cavabdeh1lə razılaşmaya görə, qeyd olunan 2004cü il buraxılışlı “Qazel” markalı avtomobil 5000 (beş min) manat ödənilməklə onun iştirakı ilə 2017-ci ilin aprel ayında alınmışdır. Avtomobilin pulunu Cavabdeh1 ödəmişdir. Razılaşmaya görə avtomobil etibarnamə üzrə onun istifadəsinə verilirdi bu şərtlə ki, o, 20 (iyirmi) ay hər ay 500 (beş yüz) manat olmaqla icarə haqqı kimi Cavabdeh1 pul ödəməli idi. Yəni, razılaşmaya görə cəmi 10000 (on min) manat pulu ödədikdən sonra avtomobilin dəyəri olan 5000 (beş min) manat pulu da hər ay 1000 (min) manat olmaqla yəni, 5 ay ərzində 5000 (beş min) ödəməli idi. Sonra, sözügedən avtomobil baş etibarnamə əsasında ona verilməli idi. Onun bütün razılaşmaları Cavabdeh1lə olmuş, onun İddiaçı adlı şəxslə heç bir əlaqəsi olmamış, o, Rəşadı ümumiyyətlə tanımır. O, Cavabdeh1lə birgə, Respublika Dövlət Yol Polisi İdarəsinə getmiş və o, İddiaçı şəxsiyyət vəsiqəsi üzrə sözügedən yük avtomobilini İddiaçı adına sənədləşdirmiş və sonra İddiaçı şəxsiyyət vəsiqəsi üzrə öz adından ona 01 aprel 2017-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Sonradan ona şəxsiyyət vəsiqələri üzrə məlum oldu ki, İddiaçı qardaşı Cavabdeh1 oxşadığından, saxtakarlıq edərək İddiaçı razılığı ilə ona qanunsuz olaraq etibarnamə vermişdir. Beləliklə, 2017-ci ilin aprel ayından başlayaraq o, həmin avtomobili idarə etməklə 20 ay ərzində hər ay Cavabdeh1 500 (beş yüz) manat pul, cəmi 10000 (on min) manat p ul ödəmişdir. Bundan sonra razılaşmaya görə, avtomobilin dəyərini ödəməyə başlamışdır. Avtomobil çox köhnə idi. Birinci ay üçün 1000 (min) manatı çətinliklə də olsa ödəmişdir. 10 gündən sonra Cavabdeh1 bildirdi ki, İddiaçı avtomobili satmaq istəmir və avtomobili geri tələb edir. O, anlamışdır ki, İddiaçı və Cavabdeh1 onu aldatmış və aralarında olan razılaşmanı qərəzli olaraq pozmuşdur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bu qanunsuz əməli nticəsində ona 11000 (on bir min) manat maddi zərər və eyni zamanda onu aldatdığına, əsassız və qanunsuz etibarnamə üzrə icarə haqqı adı altında onun pul vəsaitini qanunsuz mənimsədiklərinə, hələ bu azmış kimi, əsassız olaraq onun barəsində hüquq mühafizə orqanlarına əsassız şikayət ərizələri yazaraq onun şərəf və ləyaqətini alçatdığına görə 5000 (beş min) manat da mənəvi zərəri cavabdeh İddiaçı tələb edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) şifahi olaraq bağlanmış əqdə görə mülkiyyətində olan sözügedən yük avtomobilini, onun verdiyi etibarnamə üzrə idarə etməklə 20 ay müddətində hər ay 500 (beş yüz) manat icarə haqqı ödəməli sonra isə, 5 ay ərzində avtomobilin dəyəri olan 5000 (beş min) manatı ödəməklə razılaşmaya görə iddiaçı tərəfindən ona baş etibarnamə verməklə avtomobil onun mülkiyyətindən çıxarılmalı idi. O, razılaşmanın şərtlərinə əməl edərək iddiaçı (qarşılıqlı üzrə cavabdeh) İddiaçı 11000 (on bir) manat ödədikdən sonra cavabdeh İddiaçı tərəfindən razılaşmanın şərtləri pozulmuş və Rəşadın bu qanunsuz əməli nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Sonradan isə ona məlum olmuşdur ki, İddiaçı avtomobilə dai r ona verdiyi etibarnamə qanunsuzdur və bu etibarnamə onun tərəfindən imzalanmamışdır. Bu halda həmin etibarsız etibarnamə üzrə olan əqd də etibarsız hesab edilməlidir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli) ilkin iddianın qismən təmin edilməsi, “QAZ 2705” yük markalı, **-XN*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobilin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pulun İddiaçı və cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “QAZ 2705 Yük” markalı, 99-XN137 dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2017-ci il tarixdən AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün xx.xx.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. Həmin avtomobil xx.xx.2017-ci il tarixdən Cavabdeh2 istifadəsindədir. İ ddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X2 verilmiş etibarnamə xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İlkin iddia üzrə qeyd edilmiş 500 manat pul vəsaiti hər ay Cavabdeh1 ödənilmiş, lakin İddiaçı həmin pulun ona ödənildiyini qeyd etmidir. Məhkəmə belə qanaətə gəlmişdir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia ilə bağlı hissədə, iddiaçının hər hansı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddianı təmin edilməməsini qeyd etmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.1.4, 152.1, 152.5. 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı ap ellyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddianın təmin edilməyən hissələrində ləğv edilməsini və ilk iddianın həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 da apellyasiya şikayəti verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov, M.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilərək, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi * *********1902) avtomobil Cavabdeh2 Səttər oğlundan alınaraq İddiaçı verilməsi, 1 oktyabr 2018-ci il tarixdən başlayaraq “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil İddiaçı təhvil verilənə kimi hər ay üçün 500 manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmiş, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “QAZ 2705 Yük” markalı, 99XN137 dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2017-ci il tarixdən AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İ ddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün xx.xx.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. Həmin avtomobil xx.xx.2017-ci il tarixdən Cavabdeh2 istifadəsindədir. İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X2 verilmiş etibarnamə xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir.

17. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil alınaraq İddiaçı verilməlidir.

18. Məhkəmə Kollegiyası ilkin iddia tələbinin 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən gü nədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində qeyd edir ki, Cavabdeh2 polisə verdiyi izahatında avtomobili icarəyə götürdüyünü, 20 ay müddətinə 500 manat ödədiyini, daha sonra 1000 manat verdiyi və 4000 manat borclu qaldığını bildirmişdir.Onun polisdəki izahatında 1000 manatın verilməsi və 4000 manat borclu qaldığına dair bildirdikləri iddiaçı rərəfindən qəbul edilməmişdir.İddiaçı həm polisdəki izahatında, həm də məhkəmədəki izahatında 17 ay müddətində hər ay 500 manatın ödənildiyini, 2018-ci ilin oktyabr ayından isə icarə haqqının ödənilmədiyini bildirmişdir.

19. Beləliklə, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu işin halları ilə təsdiq olunduğuna görə və sadalanan qanunvericilik müddəalarını və mübahisənin müəyyən e dilmiş faktiki hallarını nəzərə almaqla Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı bu hissədə təmin etməməkdə haqlı olmamışdır.

20. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə icarə müddəti ərzində hər ay 500 manat icarə haqqının ödənilməsi razılaşdırılsa da, 2018-ci ilin oktyabr ayından hazırki iddianın qaldırıldığı tarixədək keçən müddət ərzində Cavabdeh2 tərəfindən ödənişin edildiyi sübuta yetirilmir, halbuki Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız təflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə, razılaşdırılmış icarə haqqının vaxtında ödənildiyini sübuta yetirmək cavabdehin üzərinə dü şsə də, onun tərəfindən bu hala dair şifahi olaraq bildirilənlərdən əlavə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

21. Beləliklə, icarə haqqının ödənilməsinə dair tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə əməl olunmadığından yenə müqavilənin şərtlərinə və qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına əsasən iddiaçının müqavilənin ləğvini və vurulmuş zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranır, vurulmuş zərərin əvəzini ödəmək tələbinin daxilində isə 2018-ci ilin oktyabr ayından cavabdeh avtomobili təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat vəsaitin ondan tutulması daxildir.

22. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddiası ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Kollegiya işin yuxarıda sadalanan hallarına istinad edərək qeyd edir ki, tərəflər arasında mövcud olmuş və xeyli müddət şərtləri icra olunmuş icarə müqaviləsinin etibarsız hesab olunması üçün hər hansı əsaslar müəyyən olunmamışdır.Belə ki, tərəflər arasında mövcud olmuş icarə münasibətləri ilə bağlı işin faktiki hallarına yuxarıda qiymət verilmişdir.

23. Beləliklə, məhkəmə Kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməli, 01 oktyabr 2018-ci il tarixdən başlayaraq “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil İd diaçı təhvil verilənə kimi hər ay üçün 500 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin “01 oktyabr 2018-ci il tarixdən başlayaraq “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı təhvil verilənə kimi hər ay üçün 500 manat pulun ondan tutulmasına aid hissədə ləğv edilərək ilk iddanın həmin hissədə rədd edilməsini, eyni zamanda qətnamənin qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə ləğv edilərək qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan münasibət dilə gətirilməsə də hüquqi cəhətdən nisyə alqı-satqı müqaviləsi olmuşdur. Bunu Cavabdeh2 ilkin cavabdeh olaraq dəfələrlə lap əvvəldən desə də, nə polis orqanında verilmiş bu izahat, nə də məhkəmələr dövründə verilmiş bu izahat araşdırılmamış, cavabdehin bu mövqeyinə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh2 əvvəlcədən izahatlarında bildirmişdir ki, avtomaşını aralarında olan razılaşmaya əsasən 15 min manata qiymətləndiriblər. Onu da sanki icarə kimi hər ay 500 manat olmaqla ödəməyi razılaşdırmışlar. Lakin sonradan pulun böyük hissəsi ödənildi kdən sonra İddiaçı razılaşmanı bilərəkdən pozmuş, avtomobilin geri qaytarılmasını tələb etmişdir. Belə olan halda avtomobil iddiaçının səbəbi üzündən ona qaytarılmalı olandan ödənilmiş cavabdeh tərəfindən də ödənilmiş pul məbləği ona geri qaytarılmalı idi. Bu həm ədalətli, həm də qanuni mövqe olardı. Lakin qətnamədən görünür ki, apellyasiya məhkəməsi Cavabdeh2 qarşı hans səbəblərdən qərəzli mövqedə dayanmış, araşdırmanı onun əleyhinə aparmışdır. Apellyasiya məhkəməsinin qətnaməsinin 8-ci səhifəsinin sonuncu abzasında qeyd edilir ki, “Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə icarə müddəti ərzində hər ay 500 manat icarə haqqının ödənilməsi razılaşdırılsa da, 2018-ci ilin oktyabr ayından hazırki iddianın qaldırıldığı tarixədək keçən müddət ərzində ödənişin edilməsi sübuta yetirilmir. ” Buradan görünür ki, iş üzrə belə bir müqavilə olmasa da məhkəmə bunu “zorla” tərəflərin boynuna qoyur. Bundan başqa həmin abzasdan yuxarıki abzasda yenə belə bir hal varki orada da məhkəmə müəyyən olunmayan halı müəyyən olunmuş və sübuta yetirilmiş hal kimi qələmə verməklə düzgün mövqe nümayiş etdirməmişdir. Belə ki, orada da qeyd edilir ki, cavabdeh tərəfindən 20 ay ərzində 500 manat ödənilməsi iddiaçı tərəfindən qəbul edilməmişdir. Halbuki, iddiaçı 17 ay hər ay 500 manat ödənildiyi qəbul etmişdir. Növbəti abzasda məhkəmə qeyd edir ki, “razılaşdırılmış icarə haqqının vaxtından ödənildiyini sübuta yetirmək cavabdehin üzərinə düşsə də, onun tərəfindən bu hala dair şifahi olaraq bildirilənlərdən əlavə hər hansı mötəbər sübut təqdim edilməmişdir.” Bundan əlavə məhkəmə iddiaçının dediklərini nədənsə hər abzasda əsaslandırmasında doğru hal kimi qəbul etmiş, cavabdehin dediklərini isə hər doğru hal kimi qəbul etməmişdir. Halbuki hər bir tərəf öz istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd edirik ki, iddiaçının da dedikləri şifahi sözlərdən başqa heç bir əlavə mötəbər sübutla sübuta yetirilməmişdir. Məhkəmələr mücərrəd qərar qəbul etməklə əslində cavabdehi çıxılmaz vəziyyətə salmışdır. Buradan belə bir məsələ də varki, tutaq ki, həmin avtomobil yararsız vəziyyətə düşüb və yaxud oğurlanıb. Belə olan halda onun qaytarılması mümkün deyildirsə bu qədər aylar, illər ərzində belə çıxır ki, hər ay cavabdeh iddiaçıya götürmədiyi öhdəliyə görə ayda 500 manat pul ödəməlidir? Bu tamamilə qanunsuz və əsassız olmaqla absurd bir yanaşmadır. Bu səbəbdən Ali Məhkəmə orqanı maddi və prosess ual hüquq normalarını yoxlayarkən məhz bu məqama diqqət yetirməli və mübahisənin bu hissəsi araşdırma predmeti olmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu b ildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə poz duqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[353]

31. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

32. Maddə Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin öd ənilməsini tələb edə bilər.

33. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

34. Maddə 692.2.1. Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır.

35. Maddə 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqavilə sidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

36. Maddə 700.3. maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas o lmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Apellyasiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan avtomobilə dair tərəflər arasında icarə hüquq münasibətləri yaranmışdır. Bu münasibətlər çərçivəsində iddiaçı avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə vermiş, cavabdeh isə hər ay 500 manat pul ödəmişdir. Belə ki, Cavabdeh2 iddiaya qarşı verdiyi xx.xx.2019-cu il tarixli etirazında avtomobilə hər ay ödəməli olduğu 500 manatı icarə haqqı kimi qeyd etmiş, onun nümayəndəsi də apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında sözügedən icarə münasibətlərini təsdiqləmişdir.

49. Buna baxmayaraq iddiaçı bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında tərəflər arasında münasibətlər pozulmuş, ona pul ödənilmədiyi üçün etibarnaməni ləğv etdirərək mülkiyyətində olan avtomobili geri tələb etmişdir. Cavabdeh isə avtomobili qaytarmamışdır.

50. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, mülkiyyətində olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılmasını və əşya qaytarılnadək tərəflər arasında razılaşdırılmış aylıq ödəniş məbləğinin əldən çıxmış fayda kimi tutulmasını tələb etməkdə haqlıdır.

51. Kollegiya bildirir ki, ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə edə bilər. Yəni tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda digər tərəfin müqaviləni ləğv etmək imkanı qanunda nəzərdə tutulmuşdur (§ 29-34).

52. Müqavilə bu qaydada ləğv edildikdən sonra mülkiyyətçi öz əşyasını özgəsinin qanunsuz sahibliyindən nəinki geri tələb edə bilər, hətta bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda, əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir (Mülki Məc əllə, maddə 157.2, 157.5).

53. Qanunda nəzərdə tutulan bu qayda ondan irəli gəlir ki, əşyanı qanunsuz şəkildə öz sahibliyində saxlayan şəxs ondan gəlir götürürsə və ya həmin əşyadan istifadə edərək müvafiq ehtiyacını qarşılamaqla bunun üçün mülki dövriyyədə zəruri olan xərclərdən azad olursa mülkiyyətçinin əmlakı hesabına əsassız varlanmış sayılır.

54. Bu səbəbdəndir ki, Mülki Məcəllənin 1092.1-ci maddəsində varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olması, qaytarma vəzifəsinin bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edildiyi göstərilmişdir (§ 37-39).

55. Qeyd edilənlərə əsasən, ilkin iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin qənaəti mülki qanunvericiliyə uyğundur. Belə olan halda Kollegiya qarşılıqlı iddianın əsaslı olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10799/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar