Məhkəmə qərarları › İş №2(102)-2044/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2044/2022

11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2044/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddia tələbinə, «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2044/2022 Açar sözlər: əmanət məbləğinin hesabına kredit müqaviləsi üzrə borcun silinməsi, öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyət inə qarşı əsassız yerə silinmiş borcun qaytarılması, ilkin vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi tələbinə dair ilk iddiası, «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin əmanət müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5500/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 Kamaləddin oğlu (bundan sonra – iddiaçı) ilə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) arasında 09.06.2015-ci il tarixdə X2 bağlamış, iddiaçının ə manət hesabına 57.000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Əmanətin müddəti 36 ay, illik faiz dərəcəsi isə 12 faiz razılaşdırılmışdır. 2. 25.11.2015-ci il tarixdə iddiaçı ilə Bank arasında iki pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi bağlanmış, 143786-1-24092 saylı kredit xətti üzrə ona 09.06.2018-ci il tarixinədək illik 16 faiz hesablanmaqla 45.000 manat məbləğində, 143786-1-24093 saylı kredit xətti müqaviləsi üzrə isə 09.06.2017-ci il tarixinədək illik 15.5 faiz hesablanmaqla 103.500 manat məbləğində kredit verilmişdir. 3. 14.12.2016-cı il tarixdə Bank iddiaçını xəbərdar etmədən əmanət məbləğinin hesabına iddiaçının hər iki müqavilə üzrə borcunu tam silmişdir.

4. Hər iki kredit xətti üzrə öhdəliyin tam icra edilməsinə dair Bank tərəfindən verilmiş arayışlarda 25.11. 2015-ci il tarixdən 14.12.2016-cı il tarixədək kredit xətti müqavilələri üzrə heç bir gecikmə borcu olmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.06.2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 11,5% dərəcəsi ilə faiz hesablanması, 09.06.2017-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24093 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; 09.06.2015-ci il tarixli UNİ_Y_ 36M-143786-06 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 12% dərəcəsi ilə faiz hesablanması, 09.06.2018-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması, 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M143786-06 saylı X2nə əsasən İddiaçı1 tərəfindən cavabdeh Banka hesa blanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 12% dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 36 ay müddətinə və 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X2nə əsasən İddiaçı2 tərəfindən cavabdeh Banka hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 11,5% dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 24 ay müddətinə qoyulmuşdur. 25.11.2015-ci il tarixdə Bank ilə İddiaçı1 arasında 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 19 ay müddətinə 103.500 manat və 1437861-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 31 ay müddətinə 45.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bundan başqa əlavə üç ədəd pul vəsaitinin girovu üzrə kredit xətti müqavilələri bağlanm ış və həmin müqavilələr tam icra edilmişdir. Lakin yuxarıda qeyd olunan 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2017-ci il tarixdə 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, Bank iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən Bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmişdir. Bununla bağlı iddiaçının Banka ünvanladığı 16.12.2017-ci il tarixli müraciətinə cavab olaraq Bank tərəfindən 19.01.2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının yuxarıda qeyd olunan tam icra olunmuş və artıq müddətləri bitmiş kredit xətti müqavilələri üzrə gecikmə borcları olmamışdır. Eyni zamanda, Bank tərəfindən verilmiş 19.01.2017-ci il tarixli 03/55 saylı və 19.01.2017-ci il tarixli 03/56 saylı arayışlarda da 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. Bank tərəfindən iddiaçının əmanəti hesabına kredit xətti müqaviləsi üzrə borcunun silinməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə Bank arasında bağlanmış kredit xətti müqaviləsinin 6.1-ci bəndində Bankın həmin müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilməsi üçün əsas olan hallar qeyd olunmuşdur ki, həmin halların heç biri iddiaçı və cavabdeh arasında mövcud olmamışdır. Eləcə də, müqavilənin 6.2-ci bəndinə əsasən Bank kredit a lana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və Bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Qeyd olunan bəndin məzmunundan da aydın olduğu kimi, Bank müqavilənin həmin tələbini pozmuş, belə bir bildirişi göndərməmiş və iddiaçının əmanət hesabından əsassız yerə kredit üzrə borcu silmişdir. Tərəflər arasında girovla bağlı razılaşma mövcud deyildir və həmçinin, bu məsələ ilə bağlı məhkəmə qərarı yoxdur. Cavabdeh mülki qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq öz xeyrinə müəyyən hərəkətlər etməkdən çəkinməmişdir. Eyni zamanda, iddiaçı X2nə görə müəyyən edilmiş illik faiz dərəcələrindən məhrum olmuş və ona maddi zərər dəymişdir. Bundan başqa, iddiaçı fərdi fəaliyyət göstərən Vəkil2 ilə müqavilə bağlayaraq hüquqi xidmət almış və bu da iddiaçı üçün 500 manat zərər hesabına başa gəlmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilmiş xərclər də iddiaçıya maddi zərərin dəyməsinə səbəb olmuşdur.

7. Daha sonra, İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsinin bərpa olunması, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faizin hesablanması; 143786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ (4.416 ABŞ dolları 26.01.2017-ci il tarixə MB məzənnəsinə əsasən) çıxı ldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğinə 10.06.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə (11%) faiz hesablanmaqla ona qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, iş üzrə iddia ərizəsinin 26 yanvar 2017ci il tarixdə təqdim olunmasını və o zamandan uzun müddət keçməsi ilə əlaqədar iş üzrə təqdim olunmuş həm depozit, həm də kredit müqavilələrinin müddəti bitmişdir. Bu səbəbdən, iddia tələbinə dəyişiklik etmək zərurəti yaranmışdır. Belə ki, 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 sa ylı əmanət müqaviləsinin müddətinin 09.06.2018-ci il tarixdə bitməli olmasına baxmayaraq, Bank həmin müqaviləyə də 14.12.2016-cı il tarixdə birtərəfli qaydada qanunsuz xitam vermişdir. Bu səbəbdən müqavilə bərpa olunmalı və 57.000 ABŞ dolları üçün müqavilə ilə nəzərdə tutulmuş son müddətədək həmin müqavilə ilə nəzərdə tutulmuş 12% dərəcəsi ilə faiz hesablanıb ona ödənilməlidir. 09.06.2018-ci il tarixdə müqavilə müddətinin bitməsi həmin müddətdən sonra pul vəsaitinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsinin hesablanmasını istisna edir. Çünki, bu müddətdən sonra həmin pul vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449-cu maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan imtina kimi qiymətləndirilir və bu səbəbdən pulun onlara qaytarıldığı müddətədək həmin vəsaitə ödəniş günü üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmalıdır. Sadə hesablamalar göstərir ki, qeyd olunan depozit müqaviləsi Bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi, müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilərdi. Lakin Bank müqaviləyə xitam verdiyindən, ona faiz məbləği ödənilməmişdir. İddia ərizəsi ilə Banka müraciət etdiyi gün götürdüyü kredit üzrə 4.416 ABŞ dolları faiz məbləği hesablanmışdır. O, krediti şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır, çünki Bank artıq depozit hesabına bu borcu qanunsuz olaraq bağlamışdır. Bu isə açıq-aydın göstərir ki, Bankın əsas məqsədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Odur ki, depozit müqaviləsinin qüvvəsi bərpa olunmalı, 5 7.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faiz ona ödənilməlidir. İddia verdiyi günə hesablanmış faiz və kreditin əsas borc məbləği çıxıldıqdan sonra 10.06.2018-ci il tarixdə Bank tərəfindən ona 14.005 ABŞ dolları məbləğində vəsait ödənilməli idi. Lakin Bank bu vəsaiti ona ödəmədiyindən, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən borcu qaytardığı günədək 11% (10.06.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsi) ilə əsassız istifadəyə görə vəsait ödəməlidir. Kredit müqaviləsinin icrası kreditorun təqsiri səbəbindən icra olunmadığına görə Mülki Məcəllənin 446-cı maddəsinə əsasən o, heç bir vəsait ödəməli deyil.

9. Bank da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı2 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli U Nİ_Y_24M143785-04 saylı X2nin və İddiaçı1 ilə bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M143786-06 saylı X2nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Bank arasında 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X2 bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət «Universal» adlı müddətli əmanətdir. Eyni zamanda İddiaçı1 ilə Bank arasında 09 iyun 2015-ci il tarixdə UNİ_Y_36M-143786-06 saylı X2 bağlanmış və həmin müqaviləyə əsasən əmanət «Universal» adlı müddətli əmanətdir. Müqavilələrin 4.1ci bəndinə əsasən bu müqavilə üzrə əmanət üzrə hesablanmış faiz müvafiq olaraq 11,5 və 12 faiz müəyyən edilmişdir. Göründüyü kimi, həmin faiz dərəcələri ölkənin bank sistemində dollarla olan əmanətlər üzr ə təklif olunan bəlkə də ən yuxarı faiz dərəcələridir. Bu isə ondan irəli gəlir ki, bu əmanət məhsulları bankda standart bir əmanət məhsulu deyildi və onların əsas şərtlərindən biri yüksək məbləğdə depozit yerləşdirilməsindən ibarət idi. Yəni bu məhsul yüksək məbləğ yerləşdirən şəxslər üçün yaradılmışdır. Əks təqdirdə, bu dərəcədə faiz məbləğinin müəyyən edilməsi bankın iqtisadi maraqlarına uyğun deyil. Həmin əmanət müqavilələrinə uyğun olaraq iddiaçılar tərəfindən hesablarına müəyyən vaxtlarda ümumilikdə müvafiq olaraq 450.000 ABŞ dolları və 57.000 ABŞ dolları əmanət yerləşdirilmişdi. Lakin 2016-cı ilin sonlarında onun əmanət məbləği azaldılmış və hazırda İddiaçı1 hesabı sıfırlanmış, İddiaçı2 hesabındakı məbləğ isə təxminən 381.000 ABŞ dolları təşkil edir. Bu isə Bankın iqtisadi maraqları na uyğun olmayan bir məbləğdir və hazırkı halda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması Bankın ziyanla üzləşməsi ilə nəticələnir. Bundan başqa, tərəflər arasında bağlanmış əmanət müqavilələrinin tərkib hissəsi sayılan əlavələrdə də qeyd edilmişdir ki, əmanətin azaldılmasına icazə verilmir. Hazırkı halda isə əmanət müqavilələri üzrə məbləğlər azaldılmışdır. Bu səbəbdən, Bank ilə iddiaçılar arasında bağlanmış bank əmanəti müqavilələrinin ləğv edilməsi məqsədə uyğun hesab edilmişdir.

11. İşə baxılarkən İddiaçı2 məhkəməyə ərizə göndərmiş, ona aid hissədə iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata ona aid hissədə xitam verilməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-13/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiadan imtinası qəbul edilmiş və ona aid hissədə iş üzrə icraata xitam verilmişdir.

13. Bank iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, mülki iş üzrə təyin olunmuş ekspertizalar nəticəsində verilmiş rəylərlə iddiaçıların Banka qarşı irəli sürdüyü tələbin təmin edilməsi üçün əsasın olmaması müəyyən edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə... bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı işdə də iddiaçılar ilə Bank arasında yaranmış hüquq münasibətləri tərəflər arasında bağlanılmış müqavilələrlə nizama salınmışdır. Belə ki, İddiaçı1 ilə Bank arasında bağlanı mış 143786 saylı 17 mart 2015-ci il tarixli «X4»nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. İddiaçı2 ilə Bank arasında bağlanılmış 143785 saylı 17 mart 2015-ci il tarixli «X4»nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. İddiaçı2 ilə Bank arasında bağlanılmış UNİ_Y_24-M-143785-04 saylı 09 iyun 2015-ci il tarixli «X2»nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanət çinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı1 ilə Bank arasında bağlanılmış UNİ_Y_24M-143786- 06 saylı 09 iyun 2015-ci il tarixli «X2»nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı1 ilə Bank arasında bağlanılmış 1-DEPOZİT-1048 saylı 25 noyabr 2015-ci il tarixli «Pul vəsaitlərinin Girov müqaviləsi»nin 5.1.4-cü bəndinə əsasən «Girov Qoyan» girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən «Bank»ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı1 (kredit alan) ilə Bank arasında bağlanılmış 1- Depozit-1049 saylı 25 noyabr 2015-ci il tarixli «Pul vəsaitlərinin Girov müqaviləsi»nin 5.1.4-cü bəndinə əsasən «Girov Qoyan» (X1 - girov qoyan) girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən «Bank»ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı1 ilə Bank arasında bağlanılmış 143786-1-24092 saylı 25 noyabr 2015-ci il tarixli «Kredit Xətti müqaviləsi»nin 5.1.3-cü bəndinə əsasən Bank Kredit xətti üzrə borcu, faizləri və «Kredit alan»ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər «Kredit alan»a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda «Bank»ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti «Kredit alan»ın hesabından silmək hüququ var. İddiaçı1 ilə Bank arasında bağlanılmış 143786-1-24093 saylı 25 noyabr 2015-ci il tarixli «Kredit Xətti müqaviləsi»nin 5.1.3-cü bəndinə əsasən Bankın Kredit xətti üzrə borcu, faizləri və «Kredit alan»ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər «Kredit alan»a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda «Bank»ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti «Kredit alan»ın hesab ından silmək hüququ var. İddia tələbinin rədd edilməsinin digər əsası odur ki, iddiaçılar tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. Bununla da onlar hazırki iddia ərizəsinə əlavəni təqdim etməklə yuxarıda qeyd etdikləri halları qəbul etmişlər. Digər tərəfdən «0» ABŞ dolları faiz məbləği ödənilməsi barədə göstərilmiş arqument elə İddiaçı1 özü-özünü inkar etməsi ilə, yəni onun yazdığı iddia ərizəsinin 5-ci abzası və tələbin “xahiş edirəm” hissəsinin 2-ci bəndi yuxarıdakı arqumenti təkzib etməklə faiz ödənildiyini təsdiq edir. Tələbin rədd edilməsinin daha bir əsası odur ki, iddiaçının hesablaması ümumiyyətlə səhvdir və artıq qoyulmuş əmanət, faiz məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məxaric edilmişdir. X2 üzrə əmanətin məxaric edilməsi isə işin mübahisəsiz halıdır. İddia çı tələbində məxaric etdiyi pul vəsaitini qaytarmadan əmanət müqaviləsinin qüvvəsinin bərpa olunmasını tələb edir ki, bu da kredit borcunun ödənilməməsi və Bankın hüququnun pozulması deməkdir. Bundan əlavə, 10.06.2018-ci il tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 11 faiz olmayıb və məhkəmədən bu cür xahişin edilməsi qeyri-müəyyən, yəni icrası mümkünsüz tələbdir ki, bu da tələbin təmin edilməməsi üçün əsasdır. Beləliklə, iddiaçılar tərəfindən bildirilənlər öz təsdiqini tapmamış və onların istinad etdiyi hallar sübuta yetirilməmişdır.

14. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həm Banka, həm də İddiaçı1 Kamaləddin oğluna ünvanlanmış 10.02.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 143786-1-24092 və 143786-124093 saylı kre dit xətti müqavilələri üzrə vətəndaşın öhdəliklərinin icrasında gecikdirməyə yol verilməməsinə baxmayaraq, həmin müqavilələr üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Həmin kredit xətti müqavilələrinin 6.1.10-cu bəndinə əsasən, kredit borcunun problemli olacağı riski olduğu təqdirdə Bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin müqavilələrin 6.2-ci bəndinə əsasən Bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə kreditin, faizlərin və Bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Vətəndaşın öhdəliklərinin icrasının vaxtından əvvəl tələ b edilməsi üçün ona əvvəlcədən bu barədə müvafiq bildiriş göndərilməli idi. Lakin vətəndaşa bildiriş göndərmədən kredit xətti müqavilələri üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Beləliklə, bank tərəfindən müqavilənin şərtlərinə riayət edilməmiş və vətəndaşın hüququ pozulmuşdur.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 32553 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı1 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X2nə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və İddiaçı2 ilə Bank arasında bağl anmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı X2nə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-ci il tarixədək olan dövr üzrə ümumilikdə 450.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan İddiaçı2 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X2 üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə 14.12.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir.

16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2019-cu il tarixli 11390 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan mövcud sənədlərə əsasən İddiaçı1 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X2nə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57.000 ABŞ dolları məbləğində və İddiaçı2 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M143785-04 saylı X2nə əsasən 09.06.2016-cı il tarixdən 14.12.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 45.000 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan İddiaçı2 ilə Bank arasında bağlanmış 09 iyun 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X2 üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə 14.12.2016-cı il tarixdə 68.535 ABŞ dolları 23 sent məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir.

17. Birinci instansiya məhkəməsinin 2(006)-13/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) ilkin və qarşılıqlı iddia tələblərinin rədd olunması qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, Bank tərəfindən iddiaçının hüquqları pozulmamış, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə Bank tərəfindən əməl olunmuşdur.

19. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, tərəflər arasında müqavilələr bağlanarkən müqavilə şərtləri tərəflər arasında razılaşdırılmış və müqavilə şərtləri ilə tanış olan tərəflər mübahisələndirilən müqavilələri imzalamışlar.

20. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır (maddi hüquq normasına istinad yoxdur). b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı şikayətində qeyd etmişdir ki, məhkəmə qəbul etdiyi qətnaməni əsaslandırmamışdı r. İş üzrə bir neçə dəfə ekspertiza təyin olunmuş, ekspert qarşısında eyni suallar dəfələrlə qoyulmuş, hər ekspertiza zamanı, Bank onda olan sübutları nümayişkaranə şəkildə təqdim etməmiş, ekspertizaların nəticəsi olaraq eyni rəy alınmışdır ki, “iş materiallarında vəsaitin hansı kredit müqaviləsinə silinməsi müəyyən olunmur”. Hesabdan pulu Bank onun sərəncamı olmadan silibsə, o, pulun silinmə istiqamətinə dair necə sübut təqdim edə bilər. Digər tərəfdən, məhkəmə onun hesabından pulun silinməsinin qanunsuzluğuna diqqət yetirməmiş, buna qiymət verməmişdir. Halbuki, əsas məsələ ondan ibarət idi ki, Bankın hesabından vəsaiti silmək hüququ olmamışdır, çünki pulun silinməsi üçün hüquq o vaxt yarana bilərdi ki, o, Bank qarşısında hər hansı öhdəliyi pozmuş olsun. Halbuki, o, məhkəməyə Bank tərəfin dən ona verilən iki məktub təqdim etmiş və hər birində qeyd olunmuşdur ki, onun Bank qarşısında öhdəlik pozuntusu mövcud olmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6059/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, əmanətçinin sərəncamı olmadan onun hesabında olan pulunun Bank tərəfindən silinməsinin hüquqi əsası əmanətçinin Bank qarşısında olan öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsidir. Yəni müqaviləyə görə girov qoyan girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədiyi təqdirdə Bank onun mülkiyyəti barəsində sərəncam vermək hüququna malik olmuşdur. Lakin iddiaçı tərəfindən Bank qarşısında öhdəliklərin pozulması, icra edilməməsi və ya lazımınca icra edilməməsi qəti şəkildə sübuta yetirilmir və Bank bu günədək iddiaçı tərəfindən hansı müqavilə öhdəliklərinin p ozulmasını əsaslandıra bilməmişdir. Əksinə, Bank tərəfindən verilmiş 19.01.2017-ci il tarixli 03/55 saylı və 19.01.2017-ci il tarixli 03/56 saylı arayışlarda 1437861-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. Eyni zamanda, məhkəmə hazırkı vəziyyətdə iddiaçının qoyulmuş əmanətin kassadan məxaric etməsi əsası ilə onun hər hansı hüququnun pozulmadığı qənaətinə gəlmişdir ki, bu tamamilə əsassızdır. Çünki zərər dedikdə təkcə şəxsin məruz qaldığı real itkilər deyil, həmçinin əldə çıxmış fayda da başa düşülür. Belə ki, 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2017-ci il tarixdə, 14 3786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti 09.06.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, Bank iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən Bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmişdir ki, bu iddiaçını xeyli miqdarda gəlirindən, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Depozit müqaviləsi Bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi, müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilməli olardı. İddiaçı kredit öhdəliyini şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır, çünki Bank artıq iddiaçının iradəsinə zidd olaraq, onun xəbəri olmadan onun depozit hesabına bu borcu vaxtından əvvəl qanunsuz olaraq bağlamı şdır. Bu isə açıq-aydın göstərir ki, Bankın əsas məqsədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Bank tərəfindən verilmiş qarşılıqlı iddiadan və etirazdan da aydın olur ki, Bank bu addımı öz iqtisadi maraqlarına uyğun olmayan bir məbləğ olduğuna görə atmışdır və hazırkı halda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması Bankın ziyanla üzləşməsi ilə nəticələnir, bu isə Bank tərəfindən şəxsin mülkiyyət hüququnun birtərəfli qaydada kobud şəkildə pozulması, müqavilə azadlığı və mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması deməkdir. Bank müqavilədə nəzərdə tutulmuş girov hüququndan, yəni iddiaçının əmanəti üzərində sərəncam vermək hüququndan öz itkilərinin qarşısını almaq məqsədi ilə sui-istifadə etmişdir. Nəticə etibarı ilə Bank vicdanlıl ığın tələb etdiyi tərzdə hərəkət etməmiş, iddiaçının mülkiyyəti sayılan Banka qoyduğu əmanəti üzrə mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və məhdudlaşdırılmış, iddiaçı öz mülkiyyətindən faktiki olaraq məhrum olmuşdur. Prosessual normalara gəldikdə isə, iş üzrə bir neçə dəfə ekspertiza təyin olunmuş, bir-birindən ziddiyyətli rəylər verilməsinə baxmayaraq, mötəbər sübut kimi qiymətləndirilmişdir. Eyni zamanda, ekspert qarşısında qoyulmuş suallar da işi mahiyyəti üzrə həll etmir. Belə ki, ekspert rəyində göstərmişdir ki, əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinibsilinməməsi tədqiqatla müəyyən edilmir. Halbuki, bu rəyin işin mahiyyəti üzrə hər hansı bağlılığı yoxdur. Burada önəmli olan silinmə faktının müəyyən olunmasıdır ki, bu da işin mübahis əsiz halıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2147/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir

28. Kassasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verilməmiş, əmanət məbləğinin əmanət hesabından kredit məbləğinin hesabına silinməsinin işin mübahisəsiz halı olduğu, kredit xətti müqavilələrinin 6.1.10 6.2-ci bəndinin t ələbləri nəzərə alınmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5500/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunmaqla, 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faiz hesablanmaqla 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dollarının (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kur suna müvafiq olaraq manatla), 500 manat vəkil xərcinin və 30 manat dövlət rüsumunun cavabdeh Bankdan tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 290 manat pulun Bankdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya məhkəməsinin göstərişləri əsasında təkrar apellyasiya icraatı zamanı iddiaçının izahatı alınmış və sonuncu izahatında bildirmişdir ki, X2 üzrə müddətin bitdiyi gün borca silinmiş əmanətdə qalan 27.000 ABŞ dolları pulu məxaric etmişdir.

31. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, əmanət məbləğinin əmanət hesabından kred it məbləğinin hesabına silinməsi işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Cavabdeh bu halı mübahisələndirməmişdir. Digər tərəfdən, bu hal Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həm Banka, həm də iddiaçıya ünvanlanmış 10.02.2017-ci il tarixli məktubla da öz təsdiqini tapmışdır. Vətəndaşın öhdəliklərinin icrasının vaxtından əvvəl tələb edilməsi üçün ona əvvəlcədən bu barədə müvafiq bildiriş göndərilməli idi. Lakin vətəndaşa bildiriş göndərmədən kredit xətti müqavilələri üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Beləliklə, Bank tərəfindən müqavilənin şərtlərinə riayət edilməmiş və vətəndaşın hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi isə ilk iddiaçının sübut təqdim etməməsinə istinad etm iş, göstərilən məktubu sübutlar sırasında qeyd etməmiş və həmin sübuta hər hansı münasibət bildirməmişdir. Halbuki, həmin məktubdan aydın olur ki, iddiaçının əmanət hesabından pul vəsaitinin akseptsiz qaydada silinməsi üçün onun kredit xətti müqavilələri üzrə gecikmələrin olması və ya kredit borcunun problemli olacağı riski olması halı mövcud olmalı idi ki, bu hallardan hər hansı biri, ümumiyyətlə iddiaçının öhdəliklərinin icrasında hər hansı pozuntuya yol verməsi halı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilməmişdir.

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən halıdır ki, Bank tərəfindən kredit borcunun problemli olacağı riski əsas götürməklə sildiyi borc məhz 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsi ilə təminatlı edilmişdir. Ona görə də borcun silindiyi kredit müqavilələri əmanət müqaviləsi ilə təminatlı olduğundan, riskdən söhbət gedə bilməz. İddiaçının kredit xətti müqavilələri üzrə hər hansı gecikmələri və hazırkı halda hər hansı risk ehtimalı olmadığı halda Bank iddiaçının əmanət hesabından pul vəsaitini akseptsiz qaydada silməkdə haqlı olmamışdur.

33. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bank tərəfindən birtərəfli qaydada 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinə xitam verilməklə iddiaçı müqavilə müddətinin sonunda əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. Ona görə də müqavilənin qüvvəsi bərpa olunmalıdır.

34. Məhkəmə 09.06.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsinin bərpa olunması nəticəs inə gəldiyindən müqavilə üzrə cavabdehdən tutulmalı məbləğin müəyyən edilməsini zəruri hesab edərək, qeyd etmişdir ki, işin icraatının uzadılmaması və xüsusi bilik tələb olunmadan sadə riyazi hesablama ilə məbləğin müəyyən edilməsi mümkün olduğundan hazırkı iş üzrə ekspertizanın aparılmasına zərurət yoxdur. Hesablama apardıqda müəyyən etmək mümkün olur ki, 57.000 ABŞ dollarına 36 aylıq illik faiz dərəcəsi 12% hesablandıqda alınan məbləğ 18.607,9 ABŞ dolları təşkil edir.

35. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı 57.000 ABŞ dolları əsas borca 18.420 ABŞ dolları məbləğində faizin hesablanmasını və 43786-1- 24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğdən 4.416 ABŞ dolları çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğində pulu tələb etdiyindən, riyazi hesablama ilə 18.607,9 faiz məbləği müəyyən edilsə də müəyyən edilən məbləğ iddiaçının iddia tələbindən çox olduğundan tutulmalı məbləğ məhz iddia tələbi həddində, yəni 14.005 ABŞ dolları məbləğində təmin edilməlidir.

36. Məhkəmə 14.005 ABŞ dolları məbləğinə 10.06.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə (11 %) faiz hesablanmaqla ona qaytarılması hissəsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəli k icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki halda isə iddiaçı illik beş faiz ödənilməsini deyil, müqavilə üzrə hesablanmış faizə faiz borcunu tələb edir. Qanunvericiliyin tələbi baxımından faizə faiz hesablanması yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Bank kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, X4nin 4.1.3, X2nin 6.3.1, Pul vəsaitlərinin girov müqaviləsinin 5.1.4, Kredit xətti müqaviləsinin 4.5, 5.1.3, 6.1.1-ci bəndlərində nəzərdə tutulmuş tərəflər arasında bağlanmış müqavilələr üzrə akseptsiz silinmə hüququnun həyata keçirilməsi üçün iddiaçının razılığı tələb olunmadığından, silinmə hər hansı bildiriş göndərilmədən həyata keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və Mülki Məcəllənin 964.2-ci maddəsinin tələblərini pozmuşdur.

39. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 80 və 88-ci maddələrinin tələblərini pozaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının 10.02.2017-ci il tarixli məktubunu mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, həmin məktub mötəbər sübut hesab edilə bilməz. Belə ki, iddiaçı nın Bank qarşısında kredit müqavilələri üzrə gecikmələri olduğu və həmin müqavilələrə dair öhdəliklərinin vaxtında icra edilmədiyi, hətta öhdəliyin icra edilməsi üçün iddiaçı ilə 11.04.2016-cı il tarixli razılaşma bağlanması və həmin kredit müqavilələrinin pul vəsaitinin girov müqaviləsi ilə təminatlı kredit olmasına baxmayaraq iddiaçının götürdüyü öhdəliyi lazımınca icra etməməsi və təqdim edilmiş hesabdan çıxarışların bu halı təsdiq etməsi, iddiaçı tərəfindən bunun inkar edilməməsi məktubun mötəbər sübut olmadığını göstərir.

40. Kassator, həmçinin qeyd etmişdir ki, məhkəmənin hesablama barədə göstərdiyi cədvəldə hesablamaya müqavilənin bağlandığı gündən başlanılmışdır. Halbuki, Mülki Məcəllənin 949.1-ci maddəsinə və həmin maddəyə uyğunlaşdırılmış Əmanət müqaviləsinin 4.2-ci bəndinə əsasə n, Bank əmanətinin məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apardığı hesablamanı əvvəldən səhv başlamış və bu da hesablanmış son nəticənin səhv olmasına səbəb olmuşdur. Həmçinin, 14.12.2016-cı il tarixinə əmanət məbləğinin vergiyə cəlb edilməli hissəsini, əmanətə hesablanmış və ödənilmiş faiz məbləğini çıxmadan hesablama aparmaq düzgün deyildir. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi hesablama aparmamalı, sübutların mötəbərliyini yoxlayıb onlara qiymət vermədir. Əks halda, məhkəmə tərəfin əvəzinə sübut etmə yükünü öz üzərinə götürmüş olur. Bununla da apellyasiya instansiyası məhk əməsi MPM-in 9.3 və 77-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

42. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

43. Maddə

304. Girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu məbləğin üstün ə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur.

44. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

45. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

46. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

47. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. MPM

48. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1).

49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

50. Hər bir tərəf öz tələblərinin əsası kimi ist inad etdiyi halları sübut etməlidir (maddə 77.1).

51. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

52. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

53. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).

54. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yax ud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Bankın kassasiya şikayəti əsasında il kin iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasın da daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

59. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «Bank VTB (Azərbay can)» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5500/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar