Məhkəmə qərarları › İş №2(102)-2045/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2045/2023

08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2045/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və 3-cü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2045/2023 (Açar sözlər: ipoteka predmeti olan əmlaka dair hərracın keçirilməsi qaydası, hərracın nəticələrinə dair protokolun etibarsızlığı, ipotekaya xitam verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sur axanı rayon İcra şöbəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 3-cü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-567/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-553/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlə r X1 və İddiaçı müştərək qaydada 34,063,95 ABŞ dolları məbləğində əsas borc, 13.257,53 ABŞ dolları məbləğində faiz borcu və 1.000 ABŞ dolları dəbbə pufu olmaqla, cəmi 48,321,48 (qırx səkkiz min üç yüz iyirmi bir dollar 48 sent) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, tutma cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı mənzilinə ilkin satış qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməklə yönəldilməli və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməli, iddiaçı BOKT ilə cavabdeh X2 arasında bağlanılmış 01 may 2015-ci il tarixli BAKU1- 24021-11209 saylı kredit müqaviləsinə xitam verilməlidir.

2. Qeyd olunan icra vərəq əsi əsasında Suraxanı rayon İcra Şöbəsi tərəfindən icraata başlanılmış və ipoteka predmeti olan əmlakın hərracdan satılması "xxxx" MMC-yə sifariş olunmuşdur.

3. Hərrac Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon İcra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir.

4. Hərrac Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon icra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir.

5. Cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli, Y-215 nömrəli protokol əsasında İddiaçı məxsus mübahisəli mənzili 3-cü şəxs "xxxx" BOKT MMC- nə 39.525 manata satmış və bu barədə müqavilə bağlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 3-cü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3210/2018 nömrəli, 18 may 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi əsasında Suraxanı rayon İcra və probasiya şöbəsinin sifarişi üzrə "xxxx" MMC tərəfindən İddiaçı məxsus mübahisəli mənzilin satışının təşkili ilə bağlı keçirilmiş hərracın, o cümlədə n hərracın nəticələri barədə protokol və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə bağladığı kredit müqaviləsi üzrə kredit borcunu ödəyə bilməməsi səbəbindən sonuncu məhkəməyə müraciət etmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi Suraxanı rayon icra şöbəsinə göndərmişdir. Bundan sonra icra ilə bağlı aparılmış hərəkətlər barədə iddiaçının xəbəri olmamışdır. Bu yaxınlarda kommunal hesabların ödənilməsi zamanı iddiaçıya mənzilin BOKT-un adına keçdiyi məlum olmuş və bunun araşdırılması üçün vəkillə müqavilə bağl anmışdır. Vəkil tərəfindən xx.xx.2020-ci il tarixində Suraxanı rayon İPŞ-nə verilmiş sorğuya xx.xx.2020-ci il tarixində təqdim edilməsindən sonra işlə bağlı sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən aydın olur ki, cavabdeh Suraxanı rayon İPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə 35221/19-18-18 nömrəli məktubla "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir. xx.xx.2019-cu il tarixli bildirişə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 62.000 manat olmaqla xx.xx.2019-cu ildə açıq hərraca çıxarılması məlumatı verilmişdir. Lakin həmin bildiriş Suraxanı rayon icra və probasiya şöbəsi, BOKT MMC və İddiaçı ünvanlansa da, "xxxx" MMC tərəfindən iddiaçıya göndərilməmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə əmlakın satış qiyməti 52.700 (əll i iki min yeddi yüz) manat olmaqla xx.xx.2019-cu ildə təkrar hərraca çıxarılması barədə bildiriş yenə "xxxx" MMC tərəfindən iddiaçıya çatdırılmamışdır. Nəhayət, xx.xx.2019-cu il tarixli "xxxx" MMC Hərracın nəticələri haqında Y-215 nömrəli protokol tərtib edilmişdir. Protokolda göstərilir ki, keçirilən hər iki hərrac baş tutmadığına görə ilkin qiyməti 62.000 (altmış iki min) manat olan əmlak "xxxx" AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan BOKT MMC tərəfindən 39.525 manata alınmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə mətbuatda elan verilməli, hərracın keçirilmə tarixi barədə bildiriş mənzil mülkiyyətçisinə təqdim edilməli idi.

8. Cavabdeh Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, icra sənədi icraya daxil olduqdan sonra borcluya rəsmi qaydada bildiriş göndərilmiş və 10 gün müddət də verilmişdir. Bununla əlaqədar hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət olunmuş və həmin MMC tərəfindən tərəflərə məlumat verilməli və qəzetdə elan verilməli idi. Lakin qəzetdə elan verilməsindən və tərəflərə məlumat verilməsindən onun məlumatı yoxdur. Belə ki, bu hərrac təşkilatı tərəfindən həyata keçirilir. Hal-hazırda "xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də yalnız icra işinin materiallarında olan sənədlər mövcuddur. 9. 3-cü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə müraciət olunub və daha sonra 2020-ci il tarixdə hərracın nəticə ləri barədə vəkil sorğusu göndərilmişdir. Həmin müddətdən bir il keçmişdir. Belə ki, onlar borclu İddiaçı ilə danışıqlar aparmış, borclunun mülkiyyətdə olan daşınmaz əmlakın banka girov qoyulmasından məlumatlı olmuş, lakin bununla bağlı heç bir addım atılmamışdır. Belə ki, tərəflərə açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilməsinə dair qəzetdə elan verilmişdir. İddiaçı qanunsuzluğa yol verilməsini iddia etsə də, bank bununla bağlı heç bir risk daşımır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1700/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Leyla Talıbova) iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolunun və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Ba kı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin, 14 saylı mənzilinin alğısatqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ev 10b saylı evin 14 saylı mənzilinin alğı-satqısına dair ödənilmiş 39.525 (otuz doqquz min beş yüz iyirmi beş) manatın "xxxx" BOKT MMC-yə qaytarılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli olsa da, "xxxx" MMC tərəfindən 08 iyun 2019-cu il tarixli, 624 saylı və 05 iyul 2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərdən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş, ikinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Beləliklə iş materiallarından müəyyən olunur ki, 30 günlük müddət gözlənilməmişdir. Bundan başqa İddiaçı keçirilmiş hərrac barədə məlumatlandırılmamışdır.

12. Məhkəmə hesab etmişdir ki, ipoteka qoyan alıcı qismində iştirak etmək hüququna malik olsa da, bu hüquqdan məhrum edildiyindən və ona bununla bağlı olaraq rəsmi qaydada məlumat verilmədiyindən və hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyindən "xxxx" MMC-nin xx.xx.2019-cu il tar ixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə BOKT MMC arasında mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi etibarsız hesab olunmalıdır.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı və mübahisəli mənzilin alqı-satqısına dair ödənilmiş 39.525 (otuz doqquz min beş yüz iyirmi beş) manat BOKT MMC-yə geri qaytarılmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, 415.3, 416.1, 416.2, 337.1, 337.2, 337.3, 340.2, 337.4, 339.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qət namədən 3-cü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi qaydalarının pozulmasını təsdiq və ya inkar edən sübut məhkəmə iclasında təqdim və tədqiq edilməmişdir. Məhkəmə bu münasibətlərə nə üçün "xxxx" Azərbaycan Respublikası Qanununun deyil, Azəebaycan Respublikası Mülki Məcəlləsinin tətbiq edildiyini əsaslandırmamışdır. Halbuki, hərracın keçirilməsi qaydasını tənzimləyən normalar arasında kolliziya yoxdur. Hərracın keçirilməsi vaxtı və yeri barədə İpotekaqoyana bildirişin lazımi qaydada göndərilməsini və ya əksini sübut edə biləcək poçt qəbzləri məhkəməyə təqdim edilmə miş və tədqiq edilməmişdir. Cavabdeh hərrac şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Belə ki, ona göndərilən məktub ünvana çatdırılmamışdır. Bu səbəbdən çəkişmə prinsipinə əməl edilməmişdir.

17. Apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə sorğu ilə müraciət edərək məhkəmənin icraatında olmuş və baxılmamış saxlanılmış 2(010)-709/2021 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-567/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətn amə qəbul edilərək iddia təmin olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən daxil olmuş 2(010)-709/2021 saylı mülki iş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən göndərilmiş 08 iyun 2019-cu il tarixli, 624 saylı və 05 iyul 2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərdən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş, ikinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş, həmçinin iddiaçının ünvanına göndərilmiş bildirişlər “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır.

20. Məhkəmə Mülki Məcəllə ilə müəyyən edilmiş hərracın keçiri lməsinin ümumi qaydalarını müəyyən edən 415-ci maddəsinə istinad edərək, birinci və təkrar hərracın keçirilməsində 30 günlük müddətin gözlənilməməsi qənaətinə gəlməklə, maddi hüquq normalarının tələblərini pozmuşdur.

21. Məhkəmə kollegiyasının mövqeyinə görə, 08 iyun 2019-cu il tarixli, 624 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Bununla da, birinci hərrac 30 təqvim günündən gec olmayaraq keçirilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. xx.xx.2019-cu ildə birinci hərrac keçirildiyi halda, təkrar hərrac xx.xx.2019-cu ildə keçirilməklə, 20 təqvim günündən gec hərrac keçirilmiş, bununla da "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinin tələbləri pozulmuşdur.

22. Həmçinin, mülki iş materiallarına əlavə edilmiş “Market” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışında dərc olunmuş məlumatdan görünür ki, iddiaçıya mübahisəli mənzilə dair təkrar hərracın keçirilməsinin tarixi xx.xx.2019-cu il göstərilmişdir. Hansı ki, bildirişdə təkrar hərracın keçirilməsi tarixi xx.xx.2019-cu il qeyd olunmuşdur.

23. Belə olan halda, kollegiya hesab etmişdir ki, iddiaçının məlumatlandırılmasına əsas hesab edilən qəzet məlumatının özündə təkrar hərracın keçirilməsi tarixi fərqli qeyd olunmuşdur (bildirişdə xx.xx.2019-cu il, qəzetdə xx.xx.2019-cu il). Bu hal iddiaçının hərracın keçirilməsində məlumatlı olmaması qənaətinə gəlmək üçün əsas y aradır.

24. Hərrac "xxxx" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən, bununla da, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığından, bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olduğundan, hərrac etibarsız hesab edilməlidir.

25. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 415.2-ci, "xxxx" Azərbaycan Respublikası Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.4, 43.7, 43.8, 44-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 7 7.1, 217.4, 384.0.2, 385.1.1 və 385.1.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 27. 3-cü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsini tətbiq etməmişdir. İş materiallarından məlum olur ki, eyni tərəflər, eyni predmet və eyni əsas üzrə Suraxanı Rayon Məhkəməsinin icraatında 2(010)-5315/2020 saylı iş olmuş və iddiaçının məhkəmə iclasına gəlməməsi ilə bağlı baxılmamış saxlanmışdır. Belə ki, iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnu 2021-c i ilin noyabrında itirmişdir.

29. Digər tərəfdən, məhkəmə kollegiyası "xxxx" Qanunun 43.5-ci maddəsini tətbiq etməmişdir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin maddədə ilkin hərracın keçirilməsi qaydası müəyyən edilib, yəni ilkin hərrac sifariş alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Qanunun 43.5-ci maddəsi təkrar hərrac keçirilməsi qaydasını müəyyən edir. İş materilallarından məlum olur ki, təkrar hərrac ilkin hərracın keçirildiyi gündən 30 gün ərzində keçirilmişdir. Bildiriş və qəzetdə verilmiş elanda təkrar hərracın fərqli tarixlərdə göstərilməsi texniki bir səhv olub, ipotekaqoyanı hərracda iştirak etmək imkanından məhrum etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi.

30. Maddə 269.1. Girov və i poteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

31. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

32. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açı q hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə t utulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir

36. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

37. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulm ayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

39. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. "xxxx" Azərbayc an Respublikasının Qanunu.

41. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

42. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olara q verir.

43. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

44. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

45. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

46. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlay an beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

47. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

48. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

49. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi me diada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

50. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

51. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü mü ddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

52. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

53. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyin ə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

54. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

55. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

56. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

57. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir

58. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarı 59. "xxxx" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 60. "xxxx" Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

61. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

62. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər.

63. Maddə 62.1. İcra məmu rundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 7

2. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərç ivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

77. Hərracın nəticələrinin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

78. İşə baxmış apellyasiya instansiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtlərinin olması qənaətinə gələrək iddianı təmin etmişdir.

79. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 08 iyun 2019-cu il tarixli, 624 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”ə əsasən, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş v ə hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Bununla da, birinci hərrac 30 təqvim günündən gec olmayaraq keçirilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. xx.xx.2019-cu ildə birinci hərrac keçirildiyi halda, təkrar hərrac xx.xx.2019-cu ildə keçirilməklə, 20 təqvim günündən gec hərrac keçirilmiş, bununla da "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, mülki iş materiallarına əlavə edilmiş “Market” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışında dərc olunmuş məlumatdan görünür ki, iddiaçıya mübahisəli mənzilə dair təkrar hərracın keçirilməsinin tarixi xx.xx.2019-cu il göstərilmişdir. Hansı ki, bildirişdə təkrar hərracın keçirilməsi tarixi xx.xx.2019-cu il qeyd olunmuşdur. Belə olan halda, iddiaçının məlumatlandırılmasına əsas hesab edilən qəzet məlumatının özündə təkrar hərracın keçirilməsi tarixi fərqli qeyd olunmuşdur (bildirişdə xx.xx.2019-cu il, qəzetdə xx.xx.2019-cu il). Bu hal iddiaçının hərracın keçirilməsində məlumatlı olmaması qənaətinə gəlmək üçün əsas yaradır.

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin, təkrar hərracın ilkin hərracın keçirildiyi gündən 30 gün ərzində keçirilməsi, bildiriş və qəzetdə verilmiş elanda təkrar hərracın fərqli tarixlərdə göstərilməsinin texniki bir səhv olması barədə dəlillərini işin halları ilə təkzib olunduğundan əsassız hesab edir.

81. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tər əfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

82. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasi ya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

85. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-567/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar