Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2046/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2, Cavabdeh1, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əşya hüququnu vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-684/2*23 nöm rəli, 18 yanvar 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1.* ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı MTK-nın adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29.*5.2*14-cü il tarixdə 3*8*13*67491 (qeydiyyat nömrəsi: 1614*1883*) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 29.*2.2*16-cı il tarixli, 2-2(85)-88/2*16 nömrəli qiyabi qətnaməsi ilə 63.143 manatın borclu "xxxx" MTK-dan tutularaq, tələbkar "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamə icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir.
3. Abş eron Rayon Məhkəməsinin 29 iyul 2*16-cı il tarixli, 8(*12)-1232/2*16 saylı qərardadı ilə Abşeron rayon İcra şöbəsinin təqdimatı təmin olunmuş, İddiaçı MTK-nın adına qeydiyyata alınmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1.* ha torpaq sahəsinin üzərinə həbs qoyulması, tələbin həmin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 29.*7.2*16-cı il tarixli, 8(*12)-1232/2*16 nömrəli qərardadına əsasən həmin torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə keçmiş və "xxxx" MMC-nin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8*13*67491 (qeydiyyat nömrəsi: 1617***444) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş 14.*2.2*17-ci il tarixli, 4Ə118 reyestr nömrəli alqı-s atqı müqaviləsinə əsasən "xxxx" MMC sözügedən torpaq sahəsini Cavabdeh2 8**** manata satmış, həmin torpaq sahəsi sonuncunun adına qeydiyyata alınaraq 21.*2.2*17-ci il tarixli, 3*8*13*67491 (qeydiyyat nömrəsi: 1617**1977) reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
6. Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş *6.11.2*2*-ci il tarixli, 4Ə1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mübahisəli torpaq sahəsini Cavabdeh1 1**** manata satmış və həmin torpaq sahəsi sonuncunun adına 13.11.2*2*-ci il tarixdə, 3*8*13*67491 (qeydiyyat nömrəsi: 162**236*7) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-88/2*16 saylı, *4 avqust 2*21-ci il tarixli qərardadına əsasən, Sumqayıt İnzibati-İqt isadi məhkəməsinin 29.*2.2*16-cı il tarixli, 2-2(85)-88/2*16 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1*45/2*21 saylı, 2* sentyabr 2*21ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MTK-ya qarşı borcun ödənilməsi tələbi üzrə iddia təmin edilərək, cavabdeh İddiaçı MTK-dan 4.8** manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 8(*12)-1232/2*16 saylı, 26 aprel 2*22-ci il tarixli qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2*16-cı il tarixli, 8(*12)1232/2*16 saylı qərardadından borclu "xxxx" MTK tərəfindən şikayət vermə müddəti ötürülməmiş hesab edilmiş, borclu "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin e dilmiş, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2*16-cı il tarixli, 8(*12)-1232/2*16 saylı qərardadı ləğv edilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmurunun "xxxx" MTK-nın adına qeydiyyata alınmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1.* ha torpaq sahəsi üzərinə həbs qoyulması, tələbin həmin torpaq sahəsinə yönəldilməsi barədə təqdimatı təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,* ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8**13*67491 (qeydiyyat nömrəsi: 617***444) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüqu qu ilə aparılmış qeydiyyat, Abşeron rayon 2 saylı Notariat Kontorunda təsdiq olunmuş 14.*2.2*17-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 21.*2.2*17-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli 3*8*13*67491 (qeydiyyat nömrəsi: 617**1977) dövlət reyestrindən verilmiş çıxarış, həmçinin Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş *6.11.2*2*-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13.11.2*2*-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli 3*8*13*67491 (qeydiyyat nömrəsi: 162**236*7) reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmış dır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22(85)- 88/2*16 saylı, 29 fevral 2*16-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin İddiaçı MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Belə ki, qiyabi qətnamə ilə 63.143 manatın borclu "xxxx" MTK-dan tutularaq, tələbkar "xxxx" MMCyə ödənilməsi qət olunmuşdur. Həmin vaxtı "xxxx" MTK-nın direktoru həbsdə olduğundan məhkəmədə iştirak edə bilməmiş və vaxtında qətnamədən şikayət verə bilməmişdir. Həbsdən azad edildikdən sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 fevral 2*16-cı il tarixli qiyabi qətnaməsindən ərizə verilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin *4 avqust 2*21-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq qiyabi qətnamə ləğv edilmiş, iş ümumi iddia icraatı qaydasında baxılmış və məhkəmə də iddiaçı tələbi dəqiqləşdirərək, cavabdeh "xxxx" MTK-dan 63.143 manat deyil, 4.8** manat tələb etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 2* sentyabr 2*21-ci il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin olunmuşdur. Hazırda, məhkəmə qətnaməsi üzrə ödənilməli olan məbləğ iddiaçı "xxxx" MMC-yə ödənilmişdir. Məlum olmuşdur ki, Sumqayıt Kommersiya Məhkəməsinin *4 avqust 2*21-ci il tarixli qərardadı ilə ləğv olunmuş qiyabi qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və icrası təmin olunaraq, borclu "xxxx" MTK-nın mülkiyyətində olan və dəyəri 5**.*** manat civarında qiymətləndirilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,* ha torpaq sahəsi 63.143 manat borcun əvəzi olaraq tələbkar "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21312*2*2773 saylı, 17 dekabr 2*21-ci il tarixli arayışından görünür ki, "xxxx" MTK-nın adına mülkiyyət hüququ ilə dövlət reyestrində 29.*5.2*14-cü il tarixdə, 3*8*13*67491 (qeydiyyat nömrəsi: 1614*1883*) reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,* ha torpaq sahəsi Abşeron Rayon Məhkəməsinin 29.*7.2*16-cı il tarixli, 8(*12)1232/2*16 saylı qərardadına əsasən "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8**13*67491 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş 14.*2.2*17-ci il tarixli, 4Ə-118 reyes tr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınaraq 21.*2.2*17-ci il tarixdə, 3*8*13*67491 dövlət reyestrindən çıxarış verilmiş, daha sonra həmin notariat kontorunda təsdiq olunmuş *6.11.2*2*-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və hal-hazırda Cavabdeh1 mülkiyyətindədir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(**6)-2988/2*22 saylı 2* sentyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qaytarılması tələb olunan əmlak mülkiyyət hüququ ilə hal-hazırda Cavabdeh1 məxsusdur. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,* ha torpaq sahəsi barədə tələb üzrə mübahisələndirilən hal cavabdehlər tərəfindən həmin daşınmaz əmlakın qanunsuz olaraq iddiaçıdan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakdan məhrum olmuş və həmin əmlak məhz cavabdehlərin faktiki sahibliyindədir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrind əki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədində n irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7-ci maddələrinin tələblərini n nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalm asına gətirib çıxarardı.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 324.1, 324.2, 324.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2**4-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin düzgün həll edilməsinin təmin olunması məqsədilə bütün cavabdehlərin iştiraklarını məhkəmədə təmin etməmiş, bütün dəlil və sübutlarını məhkəməyə təqdim edilməsinə şərait yaratmamış, mübahisəyə obyektiv hüquqi qiymət verməmişdir. İddiaçı MTK cavabdehlər istər "xxxx" MMC, istərsə də Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan əmlakdan məhrum olunmuşdur. Cavabdehlər arasında əvvəlcədən başqa öhdəlikləri arasında borc münasibətləri yaranmış və cavabdehlər arasında vasitəçi olan şəxs Cavabdeh1 olan 1**.*** manata yaxın borcunun əvəzinə iddiaçının torpaq sahəsini ona 35*.*** manata satmışdır. Faktiki cavabdehlər arasındakı alğı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Müqavilədən də görünür ki, iddiaçıya məxsus olm uş torpaq sahəsinin dəyəri 5**.*** manat qiymətləndirildiyi halda, cavabdeh "xxxx" MMC torpaq sahəsini Cavabdeh2 8*.*** manata satmış, bundan sonra isə daşınmaz əmlakların və əşyaların qiymətlərində sürətlə bahalaşma olsa da, Cavabdeh2la Cavabdeh1 arasında bu torpaq sahəsi 1*.*** manata alğı-satqı edilmişdir. Cavabdeh1 nümayəndəsi olan qardaşı məhkəmə iclasında bildirmişdir ki, müqavilədə torpaq sahəsini 1*.*** manata aldığı formal olaraq qeyd olunsa da, onun həmin torpaq sahəsini alması ilə bağlı 35*.*** manatdan artıq xərci çıxmışdır. Beləliklə, iş üzrə bütün cavabdehlər əmlaka mülkiyyət hüquqlarını qanunsuz əldə etmişlər. Qətnamədən görünür ki, məhkəmə Cavabdeh1 vicdanlı əldə edən hesab etmiş, buna görə də iddianı təmin etməmişdir. Lakin onun həmin əmlakı qanunsuz əldə etməsi ilə bağlı iddiaçı tərəfin gətirdiyi dəlilləri nəzərə almamış və ümumiyyətlə iddiaçı tərəfin dəlil və sübutlarına hüquqi qiymət verməmiş, hansı əsas və səbəblərə görə onları nəzərə almadığını qətnamədə göstərməmişdir. Məhkəmə işin müəyyən olunmuş əhəmiyyətli halı kimi cavabdehlər arasında həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olduğunu və bu səbəbdən də həmin torpaq sahəsi üzərinə məhkəmə digər məhkəmənin qərardadı ilə müəyyən məhdudiyyətlər qoyulduğunu, eyni zamanda cavabdehlərin istintaq orqanına şikayətlər etəməsi, bununla bağlı bütün cavabdehlərin məhkəmədə iştiraklarını təmin edib, onların istintaq orqanındakı ifadələrini araşdırmamış və bu halları nəzərə almamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-684/2*2 3 nömrəli, 18 yanvar 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – X5 (sədrlik edən və məruzəçi), X4 və X2) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-2988/2*22 saylı 2* sentyabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla iş materialları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
20. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd e tmişdir ki, hazırkı halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 14*-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin. Mülki Məcəllənin 14*-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 14*-cı maddəsində də əqdin həqiqi sayılma sı üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırkı işdən görünür ki, Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş 14.*2.2*17-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və *6.11.2*2*-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Eyni zamanda məhkəmə iclasında torpaq sahəsinin özəlləşdirilməsi və Ca vabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. İddiaçı müqavilə üzrə tərəflərin bir-birini tanıdığını və borca görə torpaq sahəsinin cəmi 1**** manata Cavabdeh1 verdiyini, qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmiş və məkhəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. İş materiallarında olan *6.11.2*2*-ci il, AN-İ № *88*462 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən isə görünür ki, satıcı Bağırov X3 rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsini 1**.*** manat məbləğində alıcı Cavabdeh1 satmışdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsini n 14*, 157.2, 324.1, 324.2, 324.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2**4-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK cavabde hlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan əmlakdan məhrum olunmuşdur. Cavabdehlər arasında əvvəlcədən başqa öhdəliklər, yəni borc münasibətləri yaranmış və cavabdehlər arasında vasitəçi olan Malik adlı şəxs Cavabdeh1 olan 1**.*** manata yaxın borcunun əvəzinə iddiaçının torpaq sahəsini ona qeyri-rəsmi 35*.***, faktiki olaraq isə 1**.*** manata satmışdır. Faktiki cavabdehlər arasındakı alğı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Müqavilədən də görünür ki, iddiaçıya məxsus olmuş torpaq sahəsinin dəyəri 5**.*** manat qiymətləndirildiyi halda, cavabdeh "xxxx" MMC torpaq sahəsini Cavabdeh2 (faktiki Cavabdeh2la cavabdeh "xxxx"eyni tərəfdir) 8*.*** manata satmış, bundan sonra isə daşınmaz əmlakların və əşyaların qiymətlərində sürətlə bahalaşma olsa da, Cavabdeh2la Cavabdeh1 arasında bu torpaq sahəsi 1**.*** manata alğı-satqı edilmişdir. Cavabdeh1 nümayəndəsi olan qardaşı məhkəmə iclasında bildirmişdir ki, müqavilədə torpaq sahəsini 1**.*** manata aldığı formal olaraq qeyd olunsa da, onun həmin torpaq sahəsini alması ilə bağlı 35*.*** manatdan artıq xərci çxmışdır. Beləliklə, iş üzrə bütün cavabdehlər əmlaka mülkiyyət hüquqlarını qanunsuz əldə etmişlər və Cavabdeh1 vicdanlı alıcı hesab oluna bilməz.
24. Məhkəmə kollegiyası işin müəyyən olunmuş əhəmiyyətli halı kimi cavabdehlər arasında həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olduğunu və bu səbəbdən də həmin torpaq sahəsi üzərinə digər məhkəmənin qərardadı ilə müəyyən məhdudiyyətlərə qoyulduğunu, eyni zamanda cavabdehlərin bir-biri barəsində istintaq orqanına şikayətlər etəməsi, bununla bağlı bütün c avabdehlərin məhkəmədə iştiraklarını təmin edib, onların istintaq orqanındakı ifadələrini araşdırmamış və bu halları nəzərə almamışdır.
25. Qətnamədən görünür ki, məhkəmə Cavabdeh1 vicdanlı əldə edən hesab etmiş, buna görə də iddianı təmin etməmişdir. Lakin, onun həmin əmlakı qanunsuz əldə etməsi, yəni əvvəlcədən cavabdehlər "xxxx" və Cavabdeh2 nümayəndəsi olan Malik adlı şəxslə Cavabdeh1 arasında borc münasibətlərinin olması və Cavabdeh1 aldığı torpaq sahəsinin mülkiyyətçisinin həbsdə olmasını, iddiaçı ilə cavabdeh "xxxx" arasında mübahisə olmasını bildiyi ilə bağlı iddiaçı tərəfin gətirdiyi dəlilləri və Cavabdeh1 nümayəndəsi olan qardaşının bunu etiraf etməsini nəzərə almamışvə ümumiyyətlə iddiaçı tərəfin dəlil və sübutlarınıa hüquqi qiymət verməmiş, hansı əsasvə səbəblərə görə onları nəzərə almadığını qətnamədə göstərməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün təfsir edilməmiş, prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə çıxardığı qətnamə faktlar və sübutlara deyil, şəxsi mülahizələrə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olması nı bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
32. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
33. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
34. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
35. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Prosessual Məcəllə:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddianın "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,* ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8**13*67491 (qeydiyyat nömrəsi: 617***444) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv olunması hissəsi istisna olmaqla, digər tələblərə aid hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya sə hv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, iddiaçı, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1.* ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh1 adlarına aparılmış qeydiyyatların və fizikli şəxslərin bağladıqları müqavilələrin ləğv olunmasını tələb etmişdir.
46. Qanunvericiliyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilmə si ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 31-33).
47. Göründüyü kimi, hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin aparılmasını məhkəmə qaydasında tələb edə bilər. Bununla belə, dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququnu vicdanlı şəkildə əldə etmiş şəxslərin hüquqları qorunur və bu halda düzəlişin a parılmasına yol verilmir.
48. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istə nilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. (§ 3*, 34-35).
49. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır” (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək vəzifəsi həmin halı iddia edənin (bundan fayda əldə edəcək tərəfin) üzərinə düşür.
50. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torp aq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına edilmiş 21.*2.2*17-ci il tarixli qeydiyyat 14.*2.2*17-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, Cavabdeh1 adına olan 13.11.2*2*-ci il tarixli qeydiyyat isə *6.11.2*2*-ci il tarixli alqı-satqıl müqaviləsi əsasında aparılmışdır.
51. Beləliklə, mübahisəli daşınmaz əşya üzərindəki hüququ *4.*2.2*17-ci il tarixli qeydə əsasən mülkiyyətçi "xxxx" MMC-dən əldə edən Cavabdeh2, eləcə də əşya hüququnu sonuncudan qazanan Cavabdeh1 vicdanlılığı ehtimal edildiyi üçün bu halların əksini (onların vicdanlı olmadığını) sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 36-37).
52. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qən aətə gəlmişlər ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vicdanlı əldə edən şəxslərdirlər və bu halların əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, iddianın “Abşeron rayon 2 saylı Notariat Kontorunda təsdiq olunmuş 14.*2.2*17-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə əsasında 21.*2.2*17-ci il tarixdə Cava bdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli 3*8*13*67491 (qeydiyyat nömrəsi: 617**1977) dövlət reyestrindən verilmiş çıxarış, həmçinin Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş *6.11.2*2*-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13.11.2*2*-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli 3*8*13*67491 (qeydiyyat nömrəsi: 162**236*7) reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv olunması” hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Bunun la belə, məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi iddianın "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,* ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8**13*67491 (qeydiyyat nömrəsi: 617***444) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv olunması hissəsində düzgün nəticəyə gəlməmişdir.
56. Belə ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməs inin dövlət qeydiyyatı üçün əsas hesab olunur (§ 28-29).
57. Dövlət reyestrində "xxxx" MMC-nin adına *4.*2.2*17-ci il tarixdə aparılmış qeydiyyatın əsası olan, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 29.*2.2*16-cı il tarixli, 22(85)-88/2*16 nömrəli qiyabi qətnaməsi, habelə Abşeron Rayon Məhkəməsinin 8(*12)1232/2*16 saylı, 26 aprel 2*22-ci il tarixli qərardadı sonradan ləğv edilmişdir (§ 7, 9).
58. Göründüyü kimi, mübahisəli qeydiyyatın hüquqi əsasları aradan qalxmış (məhkəmə aktları ləğv edilmiş) və bu hal daşınmaz əmlakın dövlət reyestrindəki məlumatın tamamlığına və həqiqiliyinə güvənmə ilə bağlı olmayan, dövlət reyestrindən kənardakı hüquqi səbəblərlə əlaqədardır. Belə olan halda, vicdanlı əldə edənin qorunması ilə bağlı qaydaların "xxxx" MMC-nin adına aparılmış *4.*2.2*17 reyestr qeydi yyatına tətbiq edilməsinin mümkünlüyü (mümkünsüzlüyü) apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir.
59. Bu hallar həmin hissədə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 3839).
60. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,* ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17ci il tarixdə, 3*8**13*67491 (qeydiyyat nömrəsi: 617***444) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv olunması hissəində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, qalan hissələrdə isə məhk əmə aktı dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-684/2*23 nömrəli, 18 yanvar 2*23-cü il tarixli qətnaməsi "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,* ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *4.*2.2*17-ci il tarixdə, 3*8**13*67491 (qeydiyyat nömrəsi: 617***444) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyatın ləğv olunması hissəsində ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi