Məhkəmə qərarları › İş №2(102)-2046/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2046/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2046/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, preyudisial əhəmiyyətli məhkəmə aktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1124/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evi 11 sentyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

2. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(012)-1618/2021 nömrəli qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilmiş, sözügedən fərdi yaşayış evinə dair X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması, habelə xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.

3. Qətnaməyə əsasən iddiaçı Cavabdeh qardaşı oğlu xx.xx.1973-cü il təvəllüdlü X3 “X5, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaş ayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “X4 qəyyumluğa verilməsi barədə” Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X4 üzərində əmisi, yəni Cavabdeh qəyyum təyin olunması qərara alınmışdır.

4. Həmçinin qeyd edilən qətnaməyə görə satıcı X8 ilə alıcı, iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə satıcı sözügedən fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır. Qətnamədə qeyd edilmişdir ki, məhkəməyə etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X6 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı, əlavə 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdi yini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) onun xeyrinə 47254 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 24 avqust 2020-ci il tarixdə Bakı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşay ış evini 38000 manata X2 almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdeh qərarla Aydın Rəhimov üzərində qəyyum təyin edilmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 nömrəli qətnaməsinə əsasən iddiaçının X8 ilə arasında yuxarıda göstərilən evin alğısatqısına dair müqavilə etibarsız hesab edilmiş, onun adına həmin evlə bağlı verilmiş çıxarış ləğv edilmiş, iddiaçının həmin evdən çıxarılması, müqavilə üzrə ödənilmiş 20000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.

8. İddiaçı evi alarkən notariusdan kənar Aydın Rəhimova 17500 manat pul ödəmiş, evi aldıqdan sonra oranı əsaslı təmir etdirmiş, bunun üçün 29754 m anat xərc çəkmişdir. Çünki iddiaçı evi təmirsiz vəziyyətdə almışdı, evi alandan sonra təmir etdirmişdir. Beləliklə ev iddiaçıya 67254 manata başa gəlmişdir, lakin məhkəmə qətnaməsi ilə ona 20000 manat qaytarılıb. Buna görə də 47254 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5-157.7., 1091.1, 1091.2 və 1095-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evdə aparılmış təmirin tarixi və dəyərini müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin etmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 10/2680 saylı müvafiq rəyinə əsasən tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən olunmasına da ir metodika olmadığından, həmin sual üzrə tədqiqat aparılmamışdır. Evdə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri isə 12285 manatdır.

12. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə X8 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Həmin məsələyə həm yerli, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrində baxılmış və heç bir məhkəmədə iddiaçının Aydın Rəhimova müqavilədən kənar qaydada hər hansı məbləğ ödəməsi öz əksini tapmamışdır. Hazırkı məhkəmədə də iddiaçı tərəf bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçıya həmin ev satılarkən təmirli vəziyyətdə olmuşdur. Bu, şahi d ifadəsi ilə sübut olunmuşdur. Həmçinin, ekspert rəyi ilə evin təmirinə xərclənmiş təxmini məbləğ müəyyən edilsə də, təmir işlərinin hansı dövrü əhatə etməsi müəyyənləşdirilməmişdir. Yəni, iddiaçının evi təmir etməsinə dair də sübut mövcud deyil.

13. Birinci instansiya məhkəməsində şahid X9 göstərmişdir ki, o, iddiaçını tanımır. 2019-cu ildə X11 kəndində yerləşən 3 otaqlı evində təmir işləri görmüş, təxminən 3 ay orada işləmişdir. Aydın Rəhimovun yeznəsi ona təmirlə bağlı 10-11 min manat, zəhmət haqqı kimi isə 3-4 min manat pul vermişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Etibar Mustafayev)

15. Birinci instansiya məhkəməsinin iddia tələbinin 17500 manat hissəsinə münasibətdə mö vqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 sentyabr 2021-ci il tarixli, 2(012)1618/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı evin alınması üçün Aydın Rəhimova verdiyi 20000 manatdan əlavə verdiyi 17500 manatın ona ödənilməsini tələb etsə də, məhkəmə buna dair hər hansı sübutun təqdim edilməməsi əsası ilə Aydın Rəhimovun qəyyumu olan cavabdehdən 20000 manatın tutularaq iddiaçıya ödənilməsini qərara almışdır. Hazırkı məhkəmə iclasında da iddiaçı göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

16. İddia tələbinin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəy i ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətini də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş X9 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tələbin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasın ı xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, təqdim edilmiş maklerlərin (X12 (***-*****-**) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən da görünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Şahid ifadəsində guya evdə təmir işlərini 2019-cu ildə apardığını bildirmişdir. Lakin işin materiallarından görünür ki, X8 ilə arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və iddiaçı evi təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə almışdır. X8 ilə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanan zaman A.Rəhimov “X5” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki p sixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bilərdi. Məhkəmə şahid ifadəsi ilə bağlı araşdırmamışdır ki, X9 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə hansı konkret təmir işləri aparmış, bu təmir nə qədər vaxt çəkmiş və bu işlərə görə nə qədər əmək haqqı almışdır. İddiaçı evi Aydın Rəhimovdan alandan sonra sonuncu 1 ay orada qalmışdır və həmin müddətdə də A.Rəhimov həmin evi təmir etdirə bilməzdi. Məhkəmənin iş üzrə təyin etdiyi ekspertizanın rəyi müəyyən şübhələr doğurmuşdur. Təqdim edəcəyi SD diskə baxış keçirilərkən orada göstərilənlərin iş materiallarında olan mənzilin fotoşək illəri ilə eynilik təşkil etməsi, evin təmirsiz vəziyyətdə olması, orada olan maklerlərin, Aydının həyat yoldaşı Təranənin də iştirak etmələri, evin təmirsiz vəziyyətdə qiymətinin 40000 manat olmasına dair danışıqlar olması müşahidə olunacaqdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1124/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək, qeyd etmişdir ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, həmin iş üzrə cavabdeh olan İddiaçı iddia ərizəsinə etirazında göstərmişdir ki, o, Aydının təşəbbüsü ilə Sumqayıt şəhər 4 saylı notarius kontoruna gedib 20000 manat verərək alğı-satqı müqaviləsini bağladıqdan sonra notariat kontorunun həyətində öz maşınında Aydına 17500 manat pulu sayaraq vermişdir. X13 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi ilə 20000 manatlıq təmir işləri aparmışdır. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X6 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ö dənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir. İddiaçı isə hazırda yenə notariusdan kənar ödədiyini iddia etdiyi 17500 manatı və təmir xərcini, lakin bu dəfə 29754 manat göstərərək tələb etmişdir. İddiaçı “notariusdan kənar” verilmiş 17500 manat tələbinin məhkəmə tərəfindən rədd olunması ilə razılaşsa da, təmir xərci hissəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyi qənaətindədir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi həm subyektiv, həm də obyektiv tərkib baxımından hazırkı iş üzrə preyudisiyal əhəmiyyətə malikdir, ona görə də həmin halın yenidən sübut e dilməsinə yol verilmir. Eyni tərəflərin iştirak etdiyi başqa iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi halı (faktı) təkzib edilmişdir. Belə olan vəziyyətdə, həmin halın (faktın) hazırki işin icraatı çərçivəsində yenidən sübut edilməsinə yol verilmir.

23. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, əvvəlki və hazırkı işdə təmir xərcinin fərqli məbləğdə göstərilməsi də vəziyyəti dəyişmir, çünki məbləğ iddianın predmetinə yox, obyektinə aid olan məsələdir. Yəni, əvvəlki işdə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi faktı müəyyən edilmədiyindən, hazırkı işdə təmir xərcinin fərqli həcmdə (məbləğdə) göstərilməsi işə yenidən baxılmasına əsas vermir.

24. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq iddi açının bu dəlillərinə münasibət bildirilmiş və mübahisəli yaşayış evinin iddiaçı tərəfindən təmir edilməsi sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni əsaslarla əldə etdiyi evin 2-ci mərtəbəsini, pilləkan hissəsini, evin fasadını təmir etdirmiş, bundan sonra iddiaçıya qarşı müxtəlif hiylə dolu addımlar atılmışdır. Lakin iş materiallarına diqqət yetirdikdə, iddiaçıya qarşı atılmış addımların bir-biri ilə ziddiyyət təşkil etdiyini, absurd səslənmələrini aşkar etmək olur. İş materiallarına əlavə edilməsi üçün iddiaçı tərəfindən təqdim edilmiş maklerlərin (X12 (***-***-**-**) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən, eləcə də video diskdən də gorünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektl ərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsidir. Qətnamə çıxarılarkən isə iddiaçının hüquqlarına və qanuni mənafelərinə hüquqi qiymət verilməmişdir. İddiaçı evi satan Aydın Rəhimovun psixi pozuntulu şəxs olduğunu bilmiş və alğı-satqı etməyə sövq etmişdirsə, inzibati orqan hesab edilən notariat kontorunun notariusu əməliyyatın aparılmasına necə şərait yaratmışdır. İddiaçı etimad edib ki, notariusda bağlanan əqdin mötəbərliyi heç bir halda şübhə yaratmaz. İddiaçının etimad hüququ ilə onun vəsaiti əlindən alınmış və bu halda məsuliyyət notariusdan yan keçmişdir. X8 ilə iddiaçı arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və iddiaçı evi təmirli deyil, təmirsiz vəziyyətdə almışdır. Hazırda iş üzrə cavabdeh (Rəhimov Aydının 85 yaşlı qəyyumu) iddiaçının (əm lakından məhrum edilənin) hesabına əmlak (təmir pulu və s.) əldə etmək istəyir. Birinci instansiya məhkəməsi iş üzrə yalnız cavabdehin şahidinin dindirilməsi ilə kifayətlənmiş, həmin ifadədən yaranan zəruri araşdırmanı düzgün aparmamış və apellyasiya instansiyasında da bu hala qiymət verilməmişdir. X8 ilə iddiaçı arasında daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanan zaman A.Rəhimovun "X5" xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bi lərdi. Bu hallar araşdırılmasa, iddiaçı tərəfindən ödənilən təmir xərci ilə cavabdeh əsassız varlanmış olacaqdır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində işin halları ətraflı və düzgün surətdə araşdırılmış və iddiaçının iddia tələbləri təmin edilməmişdir. Məhz bu da birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işə həm maddi, həm də prosessual hüquq normaları əsasında düzg ün və ədalətli şəkildə hüquqi qiymət verilməsi ilə əlaqədardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 29754 manat təmir xərclərinin cavabdehdən tutulması barədə iddianın rədd edilməsi hissəsi olmuşdur. Buna görə qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisal əhəmiyyətli qərarlar yanaşmasını əsaslı hesab etmir.

33. Belə ki, preyudisal əhəmiyyətli məhkəmə aktı kimi istinad edilən Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin işdə Rəhimov X10 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 9B ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evinə dair X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə Cavabdeh iddiası qismən təmin edilmiş, müqavilə etibarsı z hesab edilmiş, İddiaçı həmin evdən çıxarılmış, eləcə də xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.

34. İstinad edilən qətnamədən görünür ki, İddiaçı mübahisədə adı keçmiş evdə 20000 manatlıq təmir işlərinin aparılmasını göstərmiş, məhkəmə İddiaçı buna dair sübut təqdim etməməsi səbəbindən yalnız əqd üzrə ödənilmiş 20000 manat pulun İddiaçı qaytarılmalı olması nəticəsinə gəlmişdir.

35. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarında belə nəticəyə gəlinib ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

37. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belə olub ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üz rə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Preyudisial məhkəmə aktı kimi istinad edilən qətnamə üzrə iddianın predmeti alğı-satqı müqaviləsinin etibarsızlığı və onun nəticələrinin aradan qaldırılması olmuşdur. Həmin işdə cavabdeh (hazırkı işdə iddiaçı) İ ddiaçı iddiaya etirazı əqdin etibarlı olması ilə bağlı olmuş, eyni zamanda İddiaçı alğı-satqı predmeti olmuş evdə 20000 manatlıq təmir işləri görməsini də qeyd etmişdir.

39. Adı çəkilən işdə iddiaçının təmirlə bağlı xərclərə dair etirazının iddiadan müdafiə vasitəsi olub-olmaması, məhkəmələrin cavabdehin etirazını məhz iddiadan müdafiə kontekstində araşdırıb-araşdırmaması preyudisial məhkəmə aktı kimi istinad edilən qətnamədən görünmür.

40. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqdin nəticəsi olaraq əqdin predmeti olmuş əmlakın təmirinə çəkilmiş xərcin iddiadan müdafiə vasitəsi kimi geri tələb edilməsi və məhkəmənin də bu kontekstdə araşdırma aparıb müəyyən etdiyi hallar sonradan tərəflər üçün preyudisial əhəmiyyətə malik ola bilərdi. Lakin istinad edilən məhkəmə aktından məhkəmənin bu yöndə a raşdırma aparması müəyyən edilmir. Həmin iş üzrə qətnamədə məhkəmə yalnız cavabdeh İddiaçı əqdin etibarsızlığı ilə bağlı iddiaya etirazında olan dəlillərə qiymət vermiş, eyni zamanda cavabdehin təmir xərci ilə bağlı sübut təqdim etməməsini qeyd etmişdir. Halbuki cavabdehin etirazında təmir xərci ilə bağlı dəlillər iddiadan müdafiə vasitəsi kimi araşdırılıb qiymətləndirildiyi halda tərəflər üçün preyudisial xarakterli ola bilərdi. 41.Başqa sözlə, cavabdehin alğı-satqı predmeti olmuş evdə təmir xərci ilə bağlı etirazı istinad edilən işdə iddianın predmetinə aid olmamış, nə də bu etirazın həmin məhkəmə araşdırmasında iddiadan müdafiə olub-olmaması hazırkı işə baxan məhkəmələr tərəfindən həmin işin materialları tələb edilib baxılmaqla müəyyən edilməmişdir. Belə olan halda, Abşeron Rayon Məhkəm əsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilməsi əsaslı sayıla bilməz.

42. Həmçinin Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin preyudisial məhkəmə aktı kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 23 fevral 2016-cı il qərarda əks edilən hüquqi mövqeyinə də uyğun olmamışdır. Həmin qərar da hüquqi mövqe belə olmuşdur ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1124/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar