Məhkəmə qərarları › İş №2(102)-2051/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2051/2019

22.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2051/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli 2(103)-86/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MM C tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Rzayev) 30.06.2017-ci il tarixli 2(001)26/2017 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər “xxxx” MMC-nə və X3 qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh X1 90 manat ödənilmiş xidmət haqqının, qaşların bərpasına çəkiləcək 5000 manat pulun, mənəvi zərərə görə 50 manatın, cəmi 5590 manat pulun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə, yəni iddia üzrə digər cavabdeh “xxxx” MMC-nə münasibətdə və 49500 manat mənəvi ziyanın tutulması hissəsində rədd e dilməsi, ilk iddia qismən təmin edildiyindən, ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10%-nin, yəni 3 manatının ilk iddia üzrə cavabdeh X1 tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qalan 90%-nin, yəni 27 manatının isə ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının, yəni İddiaçı işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq “xxxx” MMC-nin xeyrinə 100000 manat pul zərər əvəzinin tutulması və həmin məbləğin kimsəsiz uşaqlar, kimsəsiz qocalar evlərinə köçürülməsi barədə tələbinin rədd edilməsi, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən ödənilmiş 30 man at dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının, yəni İddiaçı işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq onun xeyrinə 6000 manat pul zərər əvəzinin, 1000 manat hüquqi yardıma görə, ümumilikdə 7000 manat pulun alınaraq ona ödənilməsi barədə tələbinin rədd edilməsi, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı X4 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 20.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən veril miş apelyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli 2(001)-26/2017 nömrəli qətnaməsinin ilk iddiaya münasibətdə ləğv edilməsi, ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməsi, ilk iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 6120 manatın, mənəvi zərərin əvəzi kimi 3000 manatın, cəmi 9120 manatın cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı verilməsi, ilk iddia tələblərinin qalan hissədə, eləcə də cavabdeh X3 münasibətdə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddialara münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC və vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verm işlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 18.04.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, qaşlarına edilmiş permanent rəngləmə əməliyyatı nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq “xxxx” MMC-dən 90 manat məbləğində ödənilmiş xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumunun, 1000 manat hüquqi xidmətə görə haqqın və qaşlarının bərpasına çəkiləcək 5000 manat pulun, cəmi 6120 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC İddiaçı qarşı “işgüzar nüfuza vurulan zərərin əvə zinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia rədd edilməklə, İddiaçı işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq “xxxx” MMC-nin xeyrinə 100000 manat pul zərər əvəzinin tutulması və həmin məbləğin kimsəsiz uşaqlar, kimsəsiz qocalar evlərinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi və işə başqa cavabdehin cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, X2 ikinci cavabdeh kimi işə cəlb edilməsini, qaşlarına edilmiş permanent rəngləmə əməliyyatı nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq “xxxx” MMC-dən və X1 müştərək qaydada 90 manat məbləğində ödənilmiş xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumunun, 1000 manat hüquqi xidmətə görə haqqın və q aşlarının bərpasına çəkiləcək 5000 manat pulun, cəmi 6120 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuza vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia rədd edilməklə, İddiaçı şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq onun xeyrinə 6000 manat pul zərər əvəzinin, 1000 manat hüquqi yardıma görə, ümumilikdə 7000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı “xxxx” MMC kassa siya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdeh “xxxx” MMC-nin xidmətlərindən istifadə etdiyini,salonda işləyən B1 tərəfindən onun qaşlarında uğursuz permanent rəngləmə əməliyyatı aparılaraq ona xəsarət yetirildiyini göstərərək, fikizi, maddi və mənəvi zərər vurulduğunu göstərmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin ******* saylı, 30.04.2018ci il tarixli ekspert rəyinin 3-cü səhifəsində ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, t.e.d, professor H1qeyd etdiklərindən müəyyən olunmuşdur ki, qaşın tatuaj üsulu ilə rənglənməsi sadə üsul olub heç bir fəsad yaratmır, bunun əksinə olaraq qaşların permanent rənglənməsi dərinin daxilində aparılan mürəkkəb əməliyyatdır və əməliyyatın uğ ursuz olaraq dərialtı nahiyyəyə müdaxilə edilməsi həmin nahiyyədə xəsarətin yaranması ilə nəticələnir. Göründüyü kimi bu vəziyyətdə iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən 2 halın müəyyən edilməsi zəruri olmuşdur: 1) X8 tərəfindən “xxxx” MMC-nin xidmətlərindən istifadə edib-etməməsi və onun qaşlarında permanent rənglənmə əməliyyatının aparılıb-aparılmamasının müəyyən edilməsi. 2) X5 qaşlarında uğursuz permanent əməliyyatının aparılmasının müəyyən edilməsi üçün həmin nahiyyədə düzgün olmayan permanent əməliyyatının yaratdığı xəsarətin olub-olmamasının müəyyən edilməsi. İddiaçı iddia ərizəsində qaşlarında uğursuz permanent əməliyyatının 2015-ci ilin sentyabr ayında aparıldığı göstərilsə də, lakin bundan uzun müddət keçdikdən sonra iddia verilmişdir. İddiaçı bu müddət ərzində tibbi mü ayinə və müalicədən keçdiyini bildirsə də, lakin bunu təsdiq edən heç bir tibbi sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı “xxxx” MMC-nin xidmətindən istifadə etdiyini təsdiq edən kassa mədaxil qəbzini təqdim edə bilməmiş, onun şahidləri bacısı və peşəkarlıq səviyyəsi aşağı olduğu üçün ərizəsi alınaraq əmək müqaviləsinə 31.03.2016-cı il tarixdə xitam verilmiş X6r. Eyni zamanda nəzərə alınmalıdır ki, P1 işdən çıxarıldıqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya məhkəməsinin sübut kimi istinad etdiyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 14.12.2016-cı il tarixli məktubu ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə iddia verdikdən sonra sübut kimi sənəd təqdim etmək üçün 2016-cı ilin sonlarında həmin təşkilata şikayət ərizəsi ilə müraciət edərək, həmin məktubu əldə edib sübut kimi məhkəməyə təqdim etmişdir. Lakin ərizə əsasında əldə edilmiş həmin məktub sübut deyildir və məhkəmə tərəfindən sübut kimi istifadə edilə bilməz. Qətnamədə permanent əməliyyatı ilə rənglənmə üçün salona 90 manat ödənilməsi barədə qəbz olduğu göstərilsə də, lakin belə qəbz yoxdur və məhkəmə tərəfindən qəbzin olduğu göstərilməklə həqiqət təhrif edilmişdir. İddiaçının istirahət və ya başqa məqsəd üçün 2017-ci ildə Türkiyəyə getməsi və qalması ilə bağlı xərclərin bu işlə aidiyyəti yoxdur. Bununla da İddiaçı “xxxx” MMC-nin xidmətindən istifadə etməsini və onun qaşlarında permanent rənglənmə əməliyyatının aparılmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, İddiaçı qaşlarında permanent rənglənmə əməliyyatının və ya tatuaj rənglənmənin müəyyən edilməsi və iddiaçıda permanent rənglənmə aparılmışdırsa, həmin əməliyyatın səhv-uğursuz aparılaraq xəsarətlə nəticələnməsinin müəyyən edilməsi qanunvericiliyə uyğun olarsaq ekspert rəyi ilə müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin ******* saylı, 30.04.2018-ci il tarixli rəyində İddiaçı tərəfindən müvafiq materialın götürülməsinə razılıq verilmədiyi üçün onun qaşlarında permanent rənglənmə əməliyyatının və ya tatuaj rənglənmənin aparılmasının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin həmin rəydə İddiaçı tərəfindən müvafiq materialın götürülməsinə razılıq verilmədiyi üçün onun qaşlarında permanent rənglənmə əməliyyatının və ya tatuaj rənglənmənin aparılmas ının müəyyən edilməsinin mümkün olmasa da, aparılan müayinə nəticəsində onun qaşlarında nəinki travmatik xəsarət, hətta xəsarət izi olmadığı, bununla da onun iddia zərərvurmanın mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, zərərin mövcud olmadığının ekspert rəyi ilə müəyyən edilməsi məlum olmayan səbəbdən apelyasiya məhkəməsi tərəfindən gizlədilərək müvafiq hüquqi qiymət verilməmiş, bunun əksinə olaraq qətnamədə İddiaçı cavabdeh “xxxx” MMC-nin xidmətlərindən istifadə etdiyi, salonda onun qaşlarında uğursuz əməliyyat aparıldığı və bunun nəticəsində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalmasının açıq və aşkar olduğu göstərilmişdir. Bununla da zərərvurma olmadığı halda apelyasiya məhkəmə tərəfindən mövcud hüquq münasibətlərinə tətbiq edilməli olan Azərbaycan Respublikasını n Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələri tətbiq edilməyərək, həmin hüquq normalarına uyğun olmayan, eləcə də Azərbaycan Respublikasının MPM-nin 77.1, 80, 81, 88, 97.1, 97.5, 217.1 və 217.2-ci maddələrinin tələbləri pozularaq işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli 2(103)-86/2018 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi və “xxxx” MMC tərəfindən verilmiş qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bilərəkdən qanunsuz qətnamə qəbul etmiş hakimlər barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə cav abdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili X7 və cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Əliyeva Nurlana Tofiq qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X15 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələ lər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli qətnaməsini ləğv edərək, ilk iddiaya münasibətdə ləğv edilməsi, ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməsi, ilk iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 6120 manatın, mənəvi zərərin əvəzi kimi 3000 manatın, cəmi 9120 manatın cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı verilməsi, ilk iddia tələblərinin qalan hissədə, eləcə də cavabdeh X3 münasibətdə təmin edilməməsi qənaətinə gələrkən səhvə yol verm iş, bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qətnamənin ilk iddia hissəsini və özünün vermiş olduğu qarşılıqlı iddianın təmin edilməməsi hissəsini mübahisələndirdiyi üçün kassasiya kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilən hissəsində yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 həmin salonda manikür ustası kimi işlədiyini, Lamiyənin həmin salonun gözəllik xidmətlərindən istifadə etdiyini, Lamiyənin əvvəllər sadəcə saç ustası Badamxanımın xidmətindən istifadə etdiyini, sonradan Badamxanımın Lamiyəni onunla da tanış etdiyini, Lamiyənin onu n yanına manikür və pedikür xidmətindən istifadə etmək üçün gəlib-getdiyini, Lamiyənin hər dəfə Badamxanımın yanına gələndə onun da yanına gəldiyini, Lamiyənin onun yanında olanda həmişə Badamxanımın ona qaşlarında problem olduğunu bildirərək, ona permanent rəngləmə edə biləcəyini təklif etdiyini, sonradan Lamiyənin razılaşdığını, onun özünün də həmin əməliyyatda iştirak etməyini xahiş etdiyini, hətta Lamiyə manikür etdirən zaman Badamxanımın onun qaşlarının keyiməsi üçün xüsusi mayeni də məhz onun manikür otağında vurduğunu, sonradan prosedur həyata keçirilən zaman Lamiyə ağrı hiss etdiyini desə də, Badamxanım narahat olmamasını bildirərək, prosedura davam etdiyini, ümumiyyətlə, “Beauty” salona gələn müştərilərin heç birinin qeydiyyatı aparılmadığını bildirmişdir. Məhkəmə kollegiyasının i clasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır, o, “Beauty” salonunun yerləşdiyi “Port Baku”-da idmana getmiş, bir müddətdən sonra həmin salounun yaxşı salon olduğunu eşitdiyindən həmin salonun xidmətlərindən istifadə etməyə başlamış, Badamxanım onun da saç ustası olmuş, bacısını Badamxanımla məhz o, özü tanış etmiş, bacısı da bir müddət həmin salonun xidmətlərindən istifadə etmiş, sonradan isə ona bildirmişdir ki, qaşlarını permanent rəngləmə etmək istəyir və B1 həm də bunu bacarır, bacısı qaşlarını permanent rəngləmə etdirəndən sonra qaşlarında problemlər yaranmağa başlamışdır. Məhkəmə kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X13 tərəfind ən 11.05.2018-ci il tarixli, **** saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, İddiaçı qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həyata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı var. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır. İddiaçı isə onsuz da qaş nahiyəsinə yetərincə müdaxilə olunduğu, həmin hissənin artıq zədəli olduğu və buna görə də həmin hissədə əlavə çapığın da yaranmasını istəmədiyini bildirərək, buna razılıq verməmişdir. İddiaçı ona dəyən maddi ziyanın məbləği ilə bağlı bildirmişdir ki, onun tərəfindən permanent üçün salona 90 AZN, hüquqi xidmət üçün 1000 AZN, qaşa tük əkilməsi üçün bir qaşa – 1000 avro, cəmi 2000 avro, Bakı-Ankara bileti üçün 325 AZN, Türkiyədə oteldə qalmaq üçün birinci gecə 417.01 TRY, ikinci gecə - 417.98 TRY, üçüncü gecə - 414.74 TRY, cəmi 1249,73 TRY, Türkiyədə müayinə üçün - 342 TRY, pataloji – 207 TRY, cəmi 549 TRY, qaşların lazer ilə silinməsi üçün 1000 TRY ödənilmişdir. İddiaçı həmin məbləğlərin təsdiqi kimi məhkəməyə müvafiq aviabilet, oteldən arayışlar, müvafiq qəbzlər, hüquqi xidmətin ödənilməsi ilə bağlı kassa mədaxil orderi təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış 18.07.2016cı il tarixli məktubdan görünür ki, təyin edi lmiş ekspertiza ƏN-nin Məhkəmə Ekseprtiza Mərkəzi Kosmetoloji müayinəyə aid olduğundan sənədlər ekspertiza icra edilmədən geri qaytarılmışdır və həmin məktubda həmçinin bildirilmişdir ki, İddiaçı 20.05.2015-ci il tarixdə Bakı şəhər 1 saylı dərizöhrəvi dispanserə müraciət etmiş, onun qaşlarında yaranan dəyişiklik həkim tərəfindən qeyd edilmişdir. İş materiallarında olan ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, t.e.d, professor H1 tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış məktubun məzmunundan görünür ki, İddiaçı qaşlarına edilmiş əməliyyatın permanent, yoxsa tatuaj üsulu ilə həyata keçirilməsini biokimyəvi və patohistoloji tədqiqatdan sonra müəyyən etmək mümkündür. Bunun üçün vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığı olmalıdır. Çünki bu prosedurdan so nra dəri parçasının götürülmüş bölgəsində kiçik çapıq qoyma ehtimalı var. Apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20.05.2015-ci il tarixdə, yəni qaş nahiyyəsində rənglənmə aparılmamışdan əvvəl Bakı şəhər 1 saylı dəri-zöhrəvi dispanserə hansı səbəbdən müraciət etməsinə, qaş nahiyyəsində permanent rənglənmə və ya tatuaj əməliyyatının olunmasına, əgər permanent əməliyyat olunmuşdursa, həmin əməliyyat nəticəsində qaş nahiyyəsində xəsarət yaranmasına, nəticə olaraq İddiaçı zərər dəyib-dəyməməsinə, dəymiş zərərdə “xxxx” MMC-nin roluna, təqdim edilmiş aviabilet və oteldən arayışlar üzrə xərclərin hansı məqsədlə və təyinatla istifadə edilməsinə dair hissədə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, İddiaçı ekspertizadan keçmədi yini, ona qaş nahiyyəsində xəsarət yetirilib-yetirilmədiyinin müəyyən edilmədiyini nəzərə almamış, “xxxx” MMCnin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli qətnaməsi qismən, yəni - “ilk iddianın qismən təmin edilməsi və cavabdeh “xxxx” MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi”hissəsində ləğv edilməli, iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılm alıdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X20rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərb aycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli 2(103)86/2018 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətində, yəni “ilk iddianın qismən təmin edilməsi və cavabdeh “xxxx” MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi”hissəsində ləğv edilsin, mülki iş bu hissələrdə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar