Məhkəmə qərarları › İş №2(102)-2054/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2054/2022

11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2054/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyətə qəsdə son qoyulması, cavabdehlərin torpaq sahəsindən və tikililərdən çıxarılması və sair ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Yədulla oğluna, Cavabdeh3, X6 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən mülkiyyətə qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməs i və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərdən cavabdehlərin çıxarılması və həmin tikililərin ona qeyd-şərtsiz təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh1 Yədulla oğlunun İddiaçı qarşı “torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə dair mülki işə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)122/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri İcra Hakimiy yəti X4 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış 26 dekabr 2006-cı il tarixli 39424 saylı Müqaviləyə görə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan bağlar massivi ərazisində 0,12 ha torpaq sahəsi X9 istifadəsinə verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli 17 avqust 2016-cı il tarixli Çıxarışa əsasən həmin bağ sahəsinin 0,114 ha hissəsi İlham Ağayevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 3. 31 avqust 2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X3 rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha bağ sahəsini İddiaçı satmışdır. Həmin müqaviləni satıcının adından etibarnamə əsasında satıcının adından atası X14 çıxış etmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestrində n verilmiş RX seriyalı ******* nömrəli 07 sentyabr 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,114 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi İddiaçı adına mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. 5. 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, 26 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, 0,114 ha torpaq sahəsindən 0,0116 ha torpaq sahəsini İddiaçı X1.

6. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 28 fevral 2017-ci il tarixli ərizəyə görə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsinin 1024 kv metr torpaq sahəsində n 180 kv metr sahənin yol üçün ayrılmasına etiraz etmir.

7. RX seriyalı ******* nömrəli 10 mart 2017-ci il tarixli dövlət reyestridən çıxarışa görə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,0644 ha torpaq sahəsindən ibarət 1293 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 10 mart 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən ibarət 1293X saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. 9. “Retro Dizayn” firması tərəfindən tikinti sahibi kimi X5 adına tərtib edilmiş hesabat cədvəlindən görə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar massivində yerləşən fər di yaşayış evinin inventar dəyəri 15000 manatdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2018-ci il tarixli, 11758 saylı rəyindən görə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1293 saylı bağ-torpaq sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin inşa olunması və təmiri, sahənin daş hasara alınması və digər işlərinin aparılması üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 76563 manat təşkil edir.

11. İş materiallarına əlavə edilmiş 08 fevral 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, X2 Fuad Yədulla oğluna 10 iyun 2016-cı il tarixədək 15200 manat məbləğində borc pul vermişdir.

12. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 oğunun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı ərizəsi mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, barəsində şikayət edilmiş Cavabdeh1 izahatında X7 torpaq sahəsi almaq və orada hasar və 3 ədəd ev inşa etmək üçün 72500 manat pul aldığını, bu pula 2015-ci ilin fevral ayında bağ torpaq sahəsi alaraq orada 3 ədəd ev inşa etdiyini, evləri sataraq 72000 manat pul əldə etdiyini, bu puldan 3000 manatını özü üçün zəhmət haqqı kimi götürdüyünü, 20.000 manatını Fərhad Xəlilova verdiyini, qalan 49000 m anat isə həmin torpaq sahəsində daha 4 ədəd ev inşa etdiyini bildirmişdir.

13. Tərəflərin verdikləri izahatlar və şərh olunan hallara əsasən məhkəmələr müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağlar massivində yerləşən 0,114 ha torpaq sahəsi X9 istifadəsinə ayrılmış, həmin torpaq sahəsi 17 avqust 2016cı il tarixdə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyatdan keçmiş, 30 avqust 2016-cı il tarixdə həmin torpaq sahəsi İlham Ağayev tərəfindən hazırkı iş üzrə İddiaçı satılmış, bu barədə daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən torpaq sahəsi özəlləşdirilməmişdən əvvəl onun üzərində 2015-2016-cı illər ərzində ümumilikdə 7 ədəd fərdi yaşayış evi inşa edilmiş, evlərdən ikisi hazırkı iş üzrə qarşılıqlı iddiaçı olan Cavabdeh1 tərəfindən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyri rəsmi olaraq satılmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öz ailə üzvləri ilə qeyd edilən evlərdə yaşamaqla, oradan və bu evlərin yerləşdiyi torpaq sahəsindən istifadə etməkdədirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh1 Yədulla oğluna, Cavabdeh3, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsinə cavabdehlər tərəfindən qəsd edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsind ə yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi torpaq sahəsindən cavabdehlərin (onlarla yaşayan digər şəxslər daxil olmaqla) çıxarılması və torpaq sahəsinin və tikililərin ona qeyd-şərtsiz təhvil verilməsi, 10000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,114 ha olan 1293 saylı bağ sahəsini X8 əvəzi ödənilməklə, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Alqısatqı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya 06 sentyabr 2016-cı il tarixli Torpaq sahəsinin plan və ölçüsü, həmçinin dövlət re yestrində qeydə alınmış 07 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Lakin cavabdehlər mülkiyyətində olan torpaq sahəsindən istifadə etməkdə ona maneəçilik törədir, orada inşa edilmiş tikililərdən və torpaq sahəsindən qanunsuz, icazəsi olmadan istifadə edir, öz hzərəkətləri ilə ona külli miqdarda maddi və mənəvi ziyan vururlar.

16. Cavabdeh1 Yədulla oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində 7 ədəd evin tikintisinə sərf etdiyi 51500 manat pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ona vurulmuş 10000 manat məbləğində mənəvi zərərin cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh1 qarşılıql ı iddianı onunla əsaslandırmışdır ki, iddiaçının atası Fərhad Xəlilovla 2009-cu ildən biznes fəaliyyəti ilə, xırda evlər tikib satmaqla məşğul olmuş, həmçinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində, onun razılığı ilə eyni məqsədlə 7 ədəd ev tikdirmiş, tikintiyə külli miqdarda vəsait sərf olunmuşdur. Evlərin bir neçəsi satılmış, qalan evlərin satılmasında və pulun bölüşdürülməsində aralarında narazılıq yaranmış, bilmişdir ki, İddiaçı onu aldadaraq evləri tikdirsə də, tikintiyə sərf etdiyi və gəlir kimi götürəcəyi pulunu vermək istəmir. Hazırda İddiaçı ona 51500 manat pul verməlidir.

18. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Bakı şə həri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 Yədulla oğlundan tutulması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin işin yuxarıda göstərilən halları na əsasən mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin 2-də Cavabdeh3 və Cavabdeh2 yaşayır, lakin həmin evlərin onlara məxsus olması, hər hansı hüququnun olması barədə sübutlar təqdim edilməmiş, həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur.

20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikas ının Mülki Məcəlləsinin 21, 152.2, 157.1, 158.2, 158.2.2, 158.4, və 164.2-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, mülkiyyət hüququnun müdafiəsinə dair beynəlxalq hüquq normalarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 Yədulla oğlu və ilk iddia üzrə Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

22. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilməsinə və ilk iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməklə, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilk iddianın tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması bapədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər-R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və V.Ə.İbayev) 27 avqust 2021-ci il tarixli, 2(103)-122/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birincin instansiya məhkəməsinin mövqeyi ilə razılaşa raq hesab etmişdir ki, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən tikililərdən çıxarılması, tikililərin və onların yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılmalı olması barədə qənaəti qanuni və əsaslı olmuş, məhkəmə ilk iddianın qalan hissədə və qarşılıqıl ididanın tam rədd olunması hissədə düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 140, 152, 157, 158 və 164.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 217-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İlk iddia üzrə Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia predmeti olan ev özbaşına tikilidir, İddiaçı həmin evə hər hansı hüququ, o cümlədən torpaq sahəsinə mülkiyyət hüququndan irəli gələn hüququ mövcud deyildir. Evi 2016-cı ilin mart ayında Cavabdeh1 33000 manata satın almış, ev hasara alınmış 2 sot torpaq sahəsinin içərisində olmuşdur. Həmin vaxtdan ailəsi ilə birlikdə mübahisəlləndirilən evdə yaşayır. İddiaçı isə iddia etdiyi torpaq sahəsini 31 avqust 2016-cı ildə satın almış və adına reyestrdən çıxarış verilmişdir. Torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınarkən yüklü olmuşdur. İddiaçı həmin torpaq sahəsini əldə edərkən orada fərdi yaşayış evinin olmasını və onun ailəsi ilə birlikdə həmin evdə orada yaşamasını bilmiş, mövcud vəziyyətlə faktiki olaraq razılaşmış, torpaq sahəsini yüklü qəbul etmişdir. İşə baxan məhkəmələr isə həmin halı nəzərə almamışdır.

30. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, Cavabdeh2 hazırda yaşadığı evin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi, onnu tərəfindən İddiaçı məxsus torpaq sahəsinin hansı həcmdə zəbt olunması, İddiaçı məxsus məxsus torpaq sahəsinin nə qədər olması, torpaq sahəsinin çıxarışını nə vaxt alması, çıxarış alarkən həmin torpaq sahəsində mövcud evlərin olub-olmaması kimi hallara məhkəmələr tərəfindən düzgün qiymət verilməmişdir.

31. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 157, 158,164 və 180-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq qanun Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 29, İİ hissə Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 34. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxs ə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

35. Maddə.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın Cavabdeh2 münasibətdə təmin olunması hissədə mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə, yəni cavabbeh Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikilidən və həmin tikililnin yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni cavabbeh Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikilidən və həmin tikililnin yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı qaytarılması hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Belə ki, Cavabdeh2 İsrail oğluna münasibətdə iddanı qismən təmin edən birinci instansiya məhkəməsinin və həmin qətnaməni dəyişdirmədən saxl ayan apellyasiya məhkəməsinin qətnamələrinə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsində inşa edilmiş 7 ədəd fərdi yaşayış evinin 2-də Cavabdeh3 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayırlar, lakin həmin evlərin cavabdehlərə məxsus olması, onların həmin torpaq sahəsinə hər hansı hüququnun olması barədə sübutlar təqdim edilməmiş, həmin fərdi yaşayış evləri İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində yaşamaları nəticəsində iddiaçının torpaq üzərində mülkiyyət, fərdi yaşayış evləri üzərində isə sahiblik və istifadə hüquqları pozulmuşdur.

46. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

47. İşdən görünür ki, mübahisənin predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbəsində yerləşən 1293 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə keçməmişdən əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 dekabr 2006-cı il tarixli 382 nömrəli sərəncamı və X4 və İstismarı Birliyi ilə 26 dekabr 2006-cı il tarixdə bağlanmış 39424 saylı Müqaviləyə əsasən X9 istifadəsində, 31 avqust 2016-cı il tarixdən isə mülkiyyətində olmuşdur. Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı ev İlham Ağayevin ra zılığı ilə, iddiaçının atası Fərhad Xəlilov və iş üzrə digər Cavabdeh1 tərəfindən inşa edilmiş, Cavabdeh2 həmin evi sonuncudan əvəzi ödənilmədklə əldə etmişdir.

48. İş materiallarına görə İddiaçı bağ sahəsini satın alan zaman orda üçüncü şəxslərə məxsus evlərin, o cümlədən Cavabdeh2 məxsus evin olduğunu bilməsi, torpaq sahəsini həmin vəziyyətdə mülkiyyətinə keçirməsi təkzib olunmur.

49. Göründüyü kimi mübahisəli torpaq sahəsində yerləşən evin cavabdeh Akif Qəzrəmanova məxsus olması, həmin fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa olunduğundan o, həmin fərdi yaşayış evlərinə münasibətdə potensial mülkiyyətçi hesab olunması və evin üzərində onun sahiblik və istifadə hüquqlarının olması barədə məhkəmələr səhv nəticəyə gəlmişdir.

50. Evin iddiaçının atası Fərhad Xəl ilov və onun bizneç şəriki Cavabdeh1 tərəfindən inşa olunması və 33000 manata cavabdehə satılması iddiaçı tərəfindən də mübahisələndirilmir.

51. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Ona görə işə baxan məhkəmələrin gəldiyi nəticə əsaslı hesab edilə bilməz, qətnamə iddia tələbinin Cavabdeh2 aid təmin olunması hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. 52.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını q ismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-122/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın Cavabdeh2 qarşı təmin ol unması hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar