Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2054/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2104/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. 14.03.2022-ci il tarixdə isə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onda yerləşən ümumi sahəsi 194,90 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. 3. "xxxx" ASC tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə elektrik enerjisi verilməsindən imtina edilmişdir. Buna görə də İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, onun iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində inşa etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur.
4. İddiaçı mülkiyyət hüququ ilə Abşeron rayonu, Masazır kəndində mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin giriş hissəsində Xırdalan ETSİ tərəfindən kabel dayağı quraşdırılmışdır. Həmin kabel dayağının torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdırılması ilə bağlı İddiaçı Xırdalan ETSİ-nə müraciət etmiş və ona yazılı məktubl a bildirilmişdir ki, bu kabel dirəyi tez bir zamanda torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdıracaq. Lakin cavabdeh təşkilat verdiyi vədə əməl etmədiyinə görə İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə araşdırması ərəfəsində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, avqust ayının ortalarında Xırdalan ETSİ tərəfindən kabel dirəyinin ona məxsus olan torpaq sahəsinin qarşısından uzaqlaşdırıldığını bildirmiş və məsələ öz həllini tapdığı üçün iddia tələbindən imtina etmişdir. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)524/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/05-06/275 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-cavabdeh) qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat, iddiaçının evinə əsassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüq uqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat olmaqla, ümumilikdə 24.900 manat pulun, 164.70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadla belə əsaslandırılıb ki, cavabdeh iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsində elektrik dirəyi basdırmış, eyni zamanda ərazidən elektrik naqilləri keçirmiş, 2008-ci ildən iddiaçının razılığı olmadan torpaqdan istifadə etmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh 2020-ci ilin avqust ayında həmin dirəyi oradan çıxarmışdır. Qeyd edi lən elektrik dirəyi iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılsa da, elektrik naqilləri onun torpaq sahəsindən keçməkdə davam etmişdir. Sonradan iddiaçı müraciət etmiş və həmin elektrik xətləri 2022-ci ilin iyun ayında qeyd edilən ərazidən çıxarılmışdır. Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq iddiaçıya məxsus olan torpaq sahəsindən onun razılığı olmadan və heç bir müqavilə bağlamadan istifadə etmişdir. İddiaçı cavabdehə iki dəfə müxtəlif vaxtlarda müraciət edərək müvafiq qaydada haqq ödənilməsi üçün tədbir görülməsini xahiş etmiş, lakin cavabdeh müraciətə cavab verməmişdir. Cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 ma nat pul ödəməlidir. Bundan əlavə cavabdeh iddiaçının hüquqlarını kobud şəkildə pozaraq, qeyd edilən ərazidə yerləşən, iddiaçıya məxsus olan fərdi yaşayış evinə elektrik enerjisi verilməsindən əsassız olaraq imtina etmiş, buna görə də məhkəməyə müraciət olunmuş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə ona məxsus olan evə elektrik enerjisinin verilməsi təmin edilmişdir. Qeyd edilən vaxt ərzində iddiaçı elektrik enerjisindən məhrum olmuş, özünə məxsus olan fərdi yaşayış evində təmir işləri apara bilməmiş nəticədə evinə köçə bilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən hüquqlarının kobud şəkildə pozulmasına və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə cavabdeh ona 6.500 manat pul ödəməlidir. Həmçinin cavabdeh qey d edilən elektrik xətlərini texniki normalara (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” tələblərinə) uyğun çəkmədiyindən, qeyd edilən vaxt ərzində iddiaçının və ailə üzvlərinin həyatını yüksək təhlükə ilə üzbəüz qoymuşdur. Bu səbəbdən də cavabdeh iddiaçıya 4000 manat pul ödəməlidir.
8. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razı olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4030/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə edilməsinə görə 1200 manat pulun cavabdehdən tutularaq iddi açıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı torpaq sahəsindən istifadəyə görə cavabdehdən pul tələb etməkdə haqlıdır. İddiaçı tələb etdiyi pul məbləğini 12 il müddətinə hesablamaqla tələb etsə də, hazırki mübahisə xarakterinə görə əsassız varlanma olduğundan, cavabdehdən tutulmalı pul məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələblərinə əsasən son iki il üçün hesablanmalıdır. Eyni zamanda iddiaçı torpaq sahəsindən istifadəyə görə hər ay üçün 100 manat tələb etsə də, məhkəmə torpaq sahəsindən istifadəyə görə tərəflərin xeyrinə ədalətli həddə hər ay üçün 50 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmasını ağlabatan məbləğ hesab etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəyə ödənilməli olan məbləğ hər ay 50 manat olmaqla iki il üçün 1200 manat (50 x 24 ay = 1200 manat) təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, cavabdehdən müəyyən edilən məbləğ tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
11. İddiaçının onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad etməklə cavabdehdən 4000 manat pul tələb etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi normada yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya sözügedən zərərin vurulması müəyyən olunmur. Eyni zamanda bu hal iddiaçı tərəfindən sübuta yetirilmir. Buna gö rə də məhkəmə hesab etmişdir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
12. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1092.1, 1095, Torpaq Məcəlləsinin 50.5, 56.9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı ap ellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2104/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində müqavilə bağlamadan və iddiaçının razılığı olmadan elektrik dirəkləri quraşdırmaqla və elektrik xətləri çəkməklə sonuncunun torpaq sahəsindən istifadə etmişdir. İddiaçı hazırki tələbində cavabdehin qeyd olunan hərəkətləri nəticəsində vurulmuş zərəri tələb edir.
18. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. 19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 ap rel 2015-ci il tarixli, 4 saylı qərarının 14-cü bəndində isə izah olunmuşdur ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması h aqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
21. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya onu da qeyd etmişdir ki, inzibati orqanın vəzifəli şəxslərinin hərəkətləri nəticəsində vurulmuş ziyana görə də həmin vəzifəli şəxs (şəxslər) yox, inzibati orqan özü məsuliyyət daşıyır.
22. Məhkəmə gəldiyi nəticəni İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.7-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89-cu, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qə rarının 2, 7.1, 14-cü bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, mülki işə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə "xxxx" ASC-yə inzibati orqan kimi yanaşmışdır. "xxxx" ASC isə adından da göründüyü kimi hüquqi şəxsdir və inzibati orqan deyildir. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsindən iddiaçının razılığı olmadan istifadə etmiş, bunun da nəticəsində əsassız varlanmışdır. Bu münasibətlər mülki hüquqi xarakterlidir. "xxxx" ASC-yə o zaman inzibati orqan kimi yanaşmaq olardı ki, onun ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr olsun. Məsələn, iddiaçı "xxxx" ASC-yə elektrik enerjisinin verilməsi üçün müraciət edir, lakin "xxxx" ASC bundan imtina edir. Bu zaman yaranan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə hazırda "xxxx" ASC-yə digər inzibati orqanlar kimi yanaşmış və nəzərə almamışdır ki, cavabdeh hüquqi şəxsdir. Hətta cavabdeh publik hüquqi şəxs belə deyil ki, onunla vətəndaş arasında olan münasibətlər inzibati xarakter daşısın. Məhkəmə o zaman haqlı olardı ki, cavabdeh "xxxx" ASC (hüquqi şəxs) yox, digər inzibati orqan, məsələn, Kənd Təsərrüfat Nazirliyi olardı. Belə olan halda qeyd edilən işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı idi. Məhkəmə Ali Məhkəmənin Plenum qərarında xüsusi olaraq vurğulanmasına baxmayaraq "xxxx" AS C-nin hüquqi statusuna nəzər yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini və apelyasiya instasiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və y a digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
28. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
29. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
34. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
35. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmla k tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarı
36. Bənd
2. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
37. Bənd 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ma raqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. Bənd
14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun
39. Maddə
89. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyan a görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi «iddiaçının evinə əsassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat pulun ödənilməsi» tələbinə dair hissədə işin inzibati məhkəməyə aid olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmənin «iddiaçıya məxsus olan torpaq sahəsindən 12 il ərzində qanunsuz istifadə etməsinə görə 14.400 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəy i ilə üzbəüz qoyduğu üçün 4000 manat pulun tutulması» tələbinin inzibatı məhkəməyə aid olması barədə qənaəti qanunauyğun deyil.
43. Belə ki, elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. 44. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya h ərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.
45. Cavabdeh təbii inhisar subyektidir və iddiaçının evinə əsassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi ilə əlaqədar zərərin ödənilməsi tələbinin əsasını, inhisar subyektinin bilavasitə iddiaçıya münasibətdə tamamilə inhisar xüsusiyyətlərinə malik funksiyasını icra etmədən hərəkətsizlik etməsi təşkil edir.
46. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
47. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi «iddiaçının evinə əsassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat pulun ödənilməsi» tələbinə dair hissədə işin inzibati məhkəməyə aid olması barədə düzgün nəticəyə gəlmişdir.
48. İddia tələbinin digər hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.
49. Yuxarıda qeyd olunduğu kimi elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ict imai xidməti həyata keçirən subyektlərdir. Bu xidmətlə bağlı cavabdehin o hərəkəti və ya hərəkətsizliyi inzibati xarakterə malik olacaq ki, onun əsasını inhisarçılıqdan irəli gələn qeyri-bərabər səlahiyyətə dayanan davranış üstünlüyü təşkil etsin.
50. İddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etmə isə, cavabdehin inzibati xarakterli səlahiyyətlər dairəsinə düşməyən, öz təsərrüfat fəaliyyəti ilə əlaqədar iddiaçının mülkiyyətinə təsir edən hərəkətlərdir və iddiaçının öz torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi üzrə yaranmış mübahisədir. Bu tələb mülki məhkəmə icraatında baxılmalıdır.
51. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə tə minatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.
52. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir.
53. Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquql arının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır.
54. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
55. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən m əhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur.
56. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur.
57. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə aidiyyətinin əsassız və qeyri-qanuni dəyişdirilməsi yolverilməzdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
58. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir
59. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səla hiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2104/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı qismən - iddiaçıya məxsus olan torpaq sahəsindən 12 il ərzində qanunsuz istifadə etməsinə görə 14.400 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pulun tutulması tələbi üzrə icraata xitam verilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə (iddiaçının evinə ə sassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat pul tələbi üzrə icraata xitam verilməsi) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.