Məhkəmə qərarları › İş №2(102)-2055/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2055/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2055/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, müqavilənin etibarsızlığı, uydurma əqd) 24.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)770/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin ha lları:

1. X6 başqa cinayət əməlləri ilə yanaşı qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 75760 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Cavabdeh X3 qardaşıdır. 3. 17 sentyabr 2019-cu il tarixli yazılı qəbzlə Cavabdeh İddiaçı 66000 manat borclu olmasını etiraf etmiş və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə akt ları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66000 manat əsas məbləğin, 30 manat ödənilmiş dövlət rusumun və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manatın, cəmi 66180 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cü ildə özünə ev almaq istəmiş, bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X4 75760 manat pul vermişdir. Lakin sonuncu, iddiaçını aldatdığından mənzili ala bilməmişdir. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə araşdırması zamanı cavabdeh ona X6 tərəfindən vurulmuş ziyanın ödənildiyinə dair ərizə yazmasını, 66000 manat pulu şəxsən 1 il ərzində qaytaracağını bildirmiş və bu barədə qəbz yazmışdır. Lakin həmin məbləğ iddiaçıya ödənilməmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 01 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində Cavabdeh adından olan qəbzdəki “Qəbz Mən Cavabdeh bildirirəm ki, Mən İddiaçı 66.000 (altmış altı min) manat borcluyam və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öz öhdəmə götürürəm. İmza: Cavabdeh” yazıları və “İmza: Cavabdeh” yazılarının orta hissəsindəki imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)1479/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh 66000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat olmaqla, cəmi 66180 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.4, 442, 448.1, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 121.1, 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 66000 manat məblə ğində borcu olması iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və E.C.Kazımovun iştirakı ilə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479 /2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gələrkən yalnız qəbzə və həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını göstərən ekspert rəyinə əsaslanmış, borc münasibətinin mənbəyini araşdırmamışdır.

12. İş materiallarından və iddia tələbinin məzmunundan göründüyü ki, cavabdeh iddiaçıya 66000 manat ödəməyi qardaşı Bəhruzun iddiaçıdan pul almasına görə öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, cavabdeh isə apellyasiya şikayətində pulun həqiqətən də Bəhruz Quliyevə verildiyini bildirilmişdir. Göründüyü kimi, iddiaçının pulu Bəhruz Quliyevə verməsi işin mübahisələndirilməyən halını təşkil edir.

13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının 66000 manat məbləğində pul vəsaiti tələb etməsi üçün istinad etdiyi qəbz borc münasibətlərinin əlamətlərini özündə ehtiva etmir və uydurma əqddir. İş materiallarında istinad edilən qəbz iddiaçı və cavabdeh borc münasibətinin tərəfi olduğu üçün deyil, iddiaçı tərəfindən Bəhruz Quliyevə verilmiş pula görə görünüş üçün bağlanmış və əslində Cavabdeh deyil, Bəhruz Quliyevə verilmiş pulun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Bu səbəbdən də, həmin əqd etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz.

14. Daha sonra, məhkəmə Mülki Məcəllənin 522.1, 522.2-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, iş materiallarında borclunun əvəz edi lməsi və öhdəliyin hazırki cavabdehə keçməsini və kreditorun buna razılıq verməsini göstərən hər hansı üçtərəfli razılaşma aşkar edilmir. Mülki Məcəllənin qeyd edilən müddəası borclunun əvəz edilməsini kreditorun razılığı və müqavilənin olması ilə şərtləndirdiyindən, həmin müddəanın tələbləri hazırki mülki iş üzrə tərəflərin münasibətinə tətbiq edilə bilməz. Belə olduğu təqdirdə, Bəhruz Quliyevə verilmiş borcun Cavabdeh tələb edilməsi əsassızdır.

15. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmin qəbzi özü imzalamadığını bildirsə də, iş materiallarında olan ekspert rəyindən görünür ki, qəbzdə olan imza cavabdehə məxsusdur. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyə istinad edilməsi məqsədəmüvafiqdir. 1

6. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hökmdə hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində hər hansı bir şikayət və tələbinin olmaması onun iddia tələbindən imtinası kimi qiymətləndirilə bilməz. İş materiallarında, həmçinin hökmdə İddiaçı cinayət işi üzrə icraat zamanı iddia tələbindən yazılı şəkildə imtina etməsi barədə hər hansı bir sənəd aşkar edilməmiş, onun iddiadan imtinasının qəbul edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı mövcud deyildir. İddiaçı cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs qismində Bəhruz Quliyevə qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirməsi onun daha az cəza almasına şərait yaratmaq məqsədi daşımışdır. Çünki, o həmin vaxt borcunun Cavabdeh tərəfindən ödəniləcəyinə inanırd ı. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 522.1-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

19. Belə ki, Cavabdeh İddiaçı qarşısında 66000 manat pulun ödənilməsi ilə əlaqədar üçüncü şəxs kimi öhdəlik götürmüş və əvvəlki borclunu əvəz etmişdir. Öhdəliyi üzərinə götürmüş cavabdeh istənilən halda iddiaçıya münasibətdə öhdəliyi vaxtında təmin etmək məsuliyyəti daşıyır.

20. Kassasi ya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi pul vəsaiti cavabdehə deyil, onun qardaşına verilmiş, sonuncunun əməllərinə hüquqi qiymət verilərək, barəsində hökm çıxarılmış və hökmlə mübahisə predmeti olan pul vəsaiti ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Həmçinin iddiaçı pul tələbi ilə bağlı əvvəllər də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi ilə X2 dəymiş maddi ziyana görə 75990 manat pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsi qət edil mişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qətnamənin ləğvi üçün əsas yoxdur. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanu nvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 16.1-ci maddəsinə əsasən fiziki v ə hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və i fadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərə kət etməlidir. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol ver ilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.40-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eks pertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsi nə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqlar ın və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

30. İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzdə cavabdeh iddiaçıya 66000 manat borclu olmasını bildirsə də, həmin qəbzə Mülki Məcəllənin 404-cü maddəsinə əsasən yalnız söz və ifadələrin hərfi mənasına görə deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki işin halları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.

31. Bu zaman məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi yuxarıdakı nəticə mülki münasibətlərin əsas qaydalarından biri olan dürüstlük qayda sına ziddir.

32. Belə ki, apellyasiya məhkəməsi özü də müəyyən etmişdir ki, İddiaçı ona qarşı cinayət törətmiş Bəhruz Quliyevin vurduğu ziyanın hazırki iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyinə inanmış və cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxsə (cavabdehin qardaşına) daha az cəza təyin edilməsinə şərait yaratmaq məqsədi ilə sonuncuya qarşı hər hansı şikayətin və tələbinin olmamasını bildirmişdir. (bax bənd 16)

33. Buna baxmayaraq, apellyasiya məhkəməsinin qətnaməsi ilə iddiaçını cavabdehdən razılaşdırılmış pul vəsaitinin tələb etmək hüququndan imtina edilməsi, onun güvənmiş olduğu hüquqi nəticədən məhrum olunmasına səbəb olur.

34. Məhkəmə kollegiyası xüsusən qeyd edir ki, cavabdehin hazırki işdə davranışı da, onun prosessual hüquqlarından sui-istifadə etmək niyyətində olmasını göstərir. Belə ki, cavabdeh mübahisəli qəbzdən xəbərsiz olduğunu göstərsə də, birinci instansiya məhkəməsində keçirilmiş xətşünaslıq ekspertizası rəyi ilə qəbzin onun tərəfindən tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçı bir dəfə cavabdehin qardaşının cinayət əməlləri nəticəsində aldadıldığı və cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödəniləcəyi vəd edildiyi halda, hazırda sonuncunun da, bu öhdəliyin icrasından yayınması, iddiaçının təkrarən aldadılması ilə nəticələnir.

35. Məhkəmə kollegiyası izah edir ki, dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı tələb edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

36. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi yazılı qəbzi uydurma əqd kimi qiymətləndirməklə, maddi hüquq normanı düzgün tətbiq etməmişdir.

37. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, bu qəbz iddiaçı və cavabdeh arasında borc münasibətləri üçün deyil, iddiaçı tərəfindən Bəhruz Quliyevə verilmiş pula görə görünüş üçün bağlanmışdır.

38. Lakin nəzərə alınmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

39. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli qərarında isə göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı müna sibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

40. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması və s. istisna olunmur.

41. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

42. Hazırki işdə apellyasiya mə hkəməsi tərəflər arasında borca dair qəbzin ona hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün tərtib edilməsi nəticəsinə gəlsə də, bu nəticəni işdə olan sübutlarla əsaslandırmamışdır. Əksinə iddiaçı iddia ərizəsində cavabdehin qəbz üzrə üzərinə öhdəlik götürdüyünü iddia edərək, həmin öhdəliyin məhkəmə qaydasında icra edilməsini tələb etmişdir. Yəni Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtinə əsasən əqdin uydurma əqd olması üçün onun hər bir tərəfinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyətinin olmaması müəyyən edilməli olduğu halda, hazırki halda azı iddiaçının qəbz tərtib olunduğu zaman ona uyğun nəticələr əldə etmək istəməsi və vicdanlı tərzdə bu nəticələri gözləməsi mübahisəsiz müəyyən olunur. Bu zaman qarşı tərəfin müqavilə münasibətlərinə girərkən ni yyətinin nədən ibarət olması artıq əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh qəbzi aldadılma, hüquqdan suiistifadə, vacib əhəmiyyətli yanılma nəticəsində imzalamasını iddia etməmiş və bununla bağlı zərəri qanuni addımlar görməmişdir.

43. Odur ki, apellyasiya məhkəməsi işin faktiki hallarının Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşması qənaətinə gəlsə də, iddiaçının gətirdiyi dəlilləri və həmin dəlillərə dair təqdim etdiyi sübutları maddi hüquq normasına uyğun araşdırmamışdır.

44. Daha sonra, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin borclunun əvəz edilməməsi və öhdəliyin hazırki cavabdehə keçməməsi ilə bağlı mövqeyi ilə də razılaşmır.

45. Belə ki, məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin həm 522.1, həm də 522.2-ci maddələrinin dispozisiyalarını sadalamış v ə hesab etmişdir ki, borclunun əvəz edilməsi və öhdəliyin keçməsi ilə bağlı üçtərəfli razılaşma mövcud deyildir.

46. Lakin, qeyd olunan maddələri təhlil edərkən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 522.1-ci maddəsində kreditorla üçüncü şəxs, 522.2-ci maddəsində isə borclu ilə üçüncü şəxs arasında razılaşma nəticəsində öhdəliyin üçüncü şəxsə keçməsindən söhbət gedir. Yəni bu normalar müxtəlif hüquqi vəziyyətləri tənzimləyir.

47. Birinci halda, belə razılaşma kreditorla üçüncü şəxs arasında bağlanıla bilər və buna borclunun razılığı (icazəsi) tələb olunmur. Belə ki, qanunun bu normasında bilavasitə qeyd olunmasa da, Mülki Məcəllənin 431-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdə liyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

48. İkinci halda isə borclu və üçüncü şəxs arasında əldə edilmiş razılıqla yanaşı, kreditorun icazəsi də olmalıdır.

49. Hazırki işdən müəyyən olunur ki, 17 may 2019-cu il tarixli qəbz cinayət nəticəsində vurulmuş ziyana görə borclu olan X3 öhdəliyinin hazırki işdə cavabdehə keçməsinə sonuncunun razılığını ifadə edir və həmin razılıq iddiaçı tərəfindən qəbul olunmuşdur. Belə ki, qəbz İddiaçı təqdim olunmuş, onda saxlanılmış və o, həmin qəbzə istinad etməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, Bəhruz Quliyevin iddiaçı qarşısında olan öhdəliyinin keçməsi nəticəsində hazır ki iş üzrə cavabdehin borclunu əvəzi etməsinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakç ıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

53. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalan an qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

54. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

55. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unmasını təmin etməlidir.

56. Kassasiya şikayətinə etirazın dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış, məhkəmələr tərəfindən tədqiq olunmamış, qüvvədə olub-olmaması araşdırılmamış və ona prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi qiymət verilməmişdir. Lakin işə apellyasiya məhkəməsində təkrarən baxılarkən cavabdehin təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə hüquqi qiymət verilə bilər.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaç ı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar