Məhkəmə qərarları › İş №2(102)-2059/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2059/2022

17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2059/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “reqress qaydasında pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7460/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı1ndə (X4) həkim-cərrah vəzifəsində işləmişdir. Cavabdeh1 2006-cı ildə X1 burnunda tibbi əməliyyat aparmış, əməliyyat uğursuz olmuş, fəsadlarla nəticələnmişdir.

2. X3 yaranmış fəsadların nəticələrini Azərbaycan Respublikasında aradan qaldırmaq mümkün olmadığına görə Almaniyada yerləşən tibb müəssisəsinə müraciət etmiş, onun üzərində dörd mərhələdə uzun müddətli planlı əməliyyatların keçirilməsinə zərurət olduğu müəyyən edilmişdir. Buna görə də YYY həkim Cavabdeh1 hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdeh İddiaçı1ndən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 qətnaməsi ilə iddia tələbi qismən təmin ed ilərək, İddiaçı1ndən 77652 avro məbləğində pulun ödənişin icra edildiyi gün üçün müəyyən edilmiş məzənnə üzrə manatla, mənəvi zərərə görə 5000 manat və 519.8 manat məhkəmə xərclərinin tutularaq YYYya ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən verilmiş şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-1605/10 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 saylı qətnaməsi İddiaçı1ndən 77652 avro məbləğində pulun ödənişin icra edildiyi gün üçün müəyyən edilmiş məzənnə üzrə manatla və 519.8 manat məhkəmə xərclərinin tutularaq YYYya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, 77652 avro və 9971.65 manat İddiaçı1ndən tutulmuşdur.

4. Bundan sonra - xx.xx.2012-ci ildə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 106833.62 manat İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli, 2(001)-1893/2012 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı1nə 40000 manat məbləğində pul vəsaitini ödədikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsinə əsasən reqres qaydasında pul tələbinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair Cavabdeh1 qarşı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini və iddiasından imtina edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh1 40000 manat pul vəsaiti İddiaçı1nə ödəmişdir.

5. X3 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və İddiaçı1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonrakı müalicəsi ilə əlaqədar zərərin ödənilməsini tələb etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(006)- 79/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh İddiaçı1ndən dəymiş zərərin əvəzi hesabına 113753.9 Avro icra vaxtı manata olan məzənnə ilə iddiaçı X1 xeyrinə tutulmuşdur. Həmin qətnamədən verilən şikayətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilmiş və cavabdeh İddiaçı1ndən 34499.73 Avronun alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624.93 manat pulun tutularaq i ddiaçı X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və xx.xx.2019-cu il tarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən 34499.73 avro Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manat pul vəsaiti tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 Cavabdeh1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 112151.73 Avro məbləğində pulun ödəniş icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 12144.73 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi verilən zaman iddiaçı olan İddiaçı1 sonradan təşkilati–hüquqi formasının dəyişməsi ilə əlaqə dar yenidən təşkil edilmiş və onun hüquqi varisi “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbi baxımından həmin tərəfi hüquqi varisi ilə əvəz etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1605 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı1ndən maddi ziyana görə 77.652 avro, mənəvi ziyana görə 10.000 manat, məhkəmə xərclərinə görə 519 manat 80 qəpik pul X1 xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-944 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı1ndən 34.499,73 avro və 1.624,93 manat pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinin məzmunundan da göründüyü kimi, cərrahiyyə əməliyyatla rı nəticəsində vurulmuş ziyanın onun təqsiri üzündən baş vermədiyini sübuta yetirdikdə zərərvuran məsuliyyətdən azad edilir. Qanunverici cərrahiyyə əməliyyatının nəticəsində baş verə biləcək fəsadlara görə həmin əməliyyatı həyata keçirən tibb işçisini əvvəlcədən məsuliyyətdən azad etməmişdir, və zərərvuran şəxsin öz təqsirsizliyini sübut etdiyi hallar istisna olmaqla, heç bir hal ilə o cümlədən, öz sağlamlığını bərpa etmək üçün tibb müəssisəsinə müraciət edən şəxsin hər hansı tibbi üsulun tətbiqinə dair razılığı ilə şərtləndirməmişdir. Əməliyyat uğursuz olmuş, həkimin səhvi nəticəsində iddiaçının səhhətində ciddi fəsadlar yaranmışdır.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əvvəla hazırki mübahisənin predmeti iki məh kəmə qətnaməsinə əsasən iddiaçıdan tutulmalı olan məbləğlərin cəmidir. Halbuki, mübahisəyə bir dəfə baxılmış və tərəflər barışaraq icraata xitam verilmişdir. Onun hüquqlarını müdafiə etdiyi şəxs bir əmələ görə 2 dəfə məsuliyyət daşımalı deyildir. Bu səbəbdən əvvəlki məhkəmə iclaslarında iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan başqa cavabdehin nümayəndəsi hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətinin olmamasını onunla əsaslandırmışdır ki, qeyd edilən məhkəmə icraatları zamanı cavabdeh proseslərə cəlb edilməmiş, ümumiyyətlə proseslərdən məlumatı olmamışdır. Mübahisənin yaranmasına səbəb cavabdehin öz ərizəsi ilə işdən çıxmağı olmuşdur. Belə ki, cavabdeh məşhur həkim olmaqla güclü xəstə (müştəri) bazasına malikdir, onun işdən çıxmağı iddiaçıda qıcıq yaratmış və bundan son ra məhkəməyə müraciət edilmişdir. Halbuki, onların arasında bu problem heç vaxt səsləndirilməmişdir. Bundan başqa nümayəndə bildirmişdir ki, iddiaçı ikinci məhkəmə icraatı zamanı məsuliyyətsizlik edərək Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş, sanki məqsədyönlü şəkildə qətnamənin nəticəsi ilə barışmış və prosessual imkanlarından lazımınca istifadə etməmişdir. Halbuki, onun tərəfi məhkəmə icraatlarında iştirak etsəydi və ya apellyasiya məhkəməsinin məlum qətnaməsindən şikayət verilsəydi mübahisənin aqibəti bu formada yekunlaşmazdı. Bundan başqa cavabdeh iddiaçının işçisi olmaqla tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Lakin iddiaçı onunla tam maddi məsuliyyət barədə müqavilə bağlamamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3983/2021 saylı, 04 may 2021-ci il tarixli qərardadı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı ilə İddiaçı1) Cavabdeh1 qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbinə cavabdehdən vurulmuş ziyana görə 77652 Avro, mənəvi ziyana görə 10000 manat, məhkəmə xərclərinə görə 519,8 manat pul vəsaitinin cavabdehdən reqres qaydasında tutulması hissəsində icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(001)3983/2021 nömrəli qətnaməsi ilə (İ.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 34499.73 Avro məbləğdə pulun Mərkəzi Bankın xx.xx.2019-cu il üçün müəyyən etmiş olduğu məzənnəyə uyğun olaraq manatla və 1624.93 manat pulun tutularaq iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı ilə İddiaçı1) ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisədə iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə ilə bağlı tərəflər arasında barışıq olmuş və iş üzrə icraata xitam verilmişdir, ikinci hissə isə xx.xx.2019-cu il tarixdə icra məmurunun inkasso sərəncamı ilə İddiaçı1ndən tutulmuş 34499.73 Avro məbləğdə pulun Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulmasından ibarətdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələbində 34499.73 avro məbləğində ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tələb etsə də, həmin məbləğ artıq 2019cu ilin 23 aprelində inkasso sərəncamı ilə icra edildiyindən, cavabdehdən tutulmalı olan 34499.73 Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2019-cu il üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək qanunvericiliyi işçinin işəgötürənə, işəgötürənin işçiyə vurduğu zərərə görə maddi məsuliyyət məsələsini həll etmişdir. Lakin hazırki mübahisə işçinin üçüncü şəxsə vurduğu ziyanla bağlı olmaqla, üçüncü şəxsin tələbi ilə işəgötürəndən tutulan məbləğin işçidən reqres qaydasında alınması ilə bağlıdır. Odur ki, hazırki məsələyə əmək qanunvericiliyinin normaları deyil, mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsinin yuxarıda qeyd edilən məhkəmə icraatı zamanı cavabdehi n prosesə cəlb edilməmiş olması və iddiaçının apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq kassasiya şikayəti verməməsi barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (MPM 15.2).

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1099, 1112, 1114.1-ci maddələrinə, Əmək Məcəlləsinin 2.1, 2.2,191.1, 198-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7460/2021 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə hazırki iddia ərizəsinə yalnız 34499.73 Avronun Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla və 1624.93 manatın reqres qaydasında Cavabdeh1 tutulması hissəsində hüquqi qiymət vermişdir, iddia tələbi qismən əsaslıdır. Belə ki, idd ia tələbinin hüquqi əsasını deliktdən irəli gələn öhdəlik münasibətləri təşkil edir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktıdır. Həmin işdə hər hansı bir pozuntunun olması, o cümlədən cavabdehin həmin işdə iştirak etməyə cəlb edilməməsi həqiqi olsa belə onlar bu işin icraatı zamanı təkrar yoxlanıla və bununla bağlı hansısa qərar qəbul edilə bilməz. Eyni zamanda cavabdehin nümayəndəsinin və vəkilinin apellyasiya baxışı zamanı verdiyi məlumatdan da bəlli oldu ki, artıq həmin qətnamə ilə bağlı cavabdeh işdə iştirak etməyə cəlb olunmadığına görə Ali Məhkəmənin sədrinə də müraciət etmş, lakin müraciət təmin olunmamışd ır. Demək, hazırki iş üzrə həmin işdə baş verənlərlə bağlı hər hansı bir dəlil gətirməyin yaxud fikir söyləməyin də işin nəticəsinə təsir edən heç bir əhəmiyyəti olmayacaqdır.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ikinci dəlili olan Əmək Məcəlləsinin 198-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, həmin normanın məzmunundan açıq-aşkar aydın olur ki, bu maddə işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti nəzərdə tutur. Hazırki işdə isə iddiaçı cavabdehdən vurulmuş zərəri işəgötürən kimi bilavasitə ona vurduğu zərərin əvəzi kimi tələb etmir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən üçüncü şəxsə vurulan zərərə görə ödədiyi əvəz miqdarında geriyə reqres qaydada tələb edir. Həmin maddədə olan “ əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə” müddəası isə bu cür tələblər üzrə heç də qanunla ayrı miqdarın Əmək Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutuulduğuna dəlalət etmir. Əks halda üçüncü şəxslərə vurulan külli miqdarda ziyana görə işçinin mülki məsuliyyətinin yalnız bir aylıq orta əmək haqqı məbləğində məhdudlaşması mülki dövriyyəninin iştirakçılarını, sahibkarlıq subyektlərini iflic vəziyyətə salar, intizamsızlıq və məsuliyyətsizlik baş alıb gedər ki, bu da yolverilməzdir.

21. Apellyasiya instansiyası hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayətində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin mövcudluğu və həmin qətnamədə cavabdehin vaxtilə calışdığı İddiaçı1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia tələbi ilə dəymiş zərərin əvəzi olaraq 34499,73 Avronun alınacaq günə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla və 1624,93 manat pulun cavabdeh İddiaçı1ndən iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə həkim olaraq adı keçən Cavabdeh1 prosesə cəlb edilməmiş, məhkəməyə dəvət olunmamış, qətnamə onun maraqlarına toxunduğu halda iştirakı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(10 3)-944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tanışlıq zamanı İddiaçı1 özünün də məhkəmə baxışında xəbərdar olmasına baxmayaraq iştirak etməməsi Cavabdeh1 qarşı reqress tələbini istisna etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, hə min şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iddianın əsasını təşkil edən Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalic ə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

33. Kassatorun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(006)- 79/2016 saylı qətnaməsi və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ona münasibətdə preyudisiallığının olmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasında preyudisiallıqdan bəhs edən MPM-nin 82-ci maddəsinə və bu qətnamələrin preyudisiallığına istinad yoxdur.

34. Bundan başqa, cavabdehin Cavabdeh1 2006-cı ildə X1 burnunda tibbi əməliyya t aparması, əməliyyatın uğursuz olması və fəsadlarla nəticələnməsi iddiaçının özünün də iştirak etdiyi məhkəmə icraatında müəyyən olunmuşdur. YYYnın həkim Cavabdeh1 hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdeh İddiaçı1ndən tutulması barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2009-cu il tarixli, 2(011)-209/09 saylı qətnaməsi ilə qismən təmin edilmişdir.

35. Həmin işə baxılarkən məhkəmələrin sübut kimi istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin 155/KEŞ saylı, xx.xx.2008-ci il tarixli ekspert rəyində müəyyən olunmuşdu ki, M.N.Hüseynovanın adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsasən, İddiaçı1 klinikasında ona “burun çəpərinin əyriliyi, burun donqarlığı” diaqnozu dü zgün təyin edilmiş və diaqnoza uyğun septoplastika-donqarlığın ləğvi, burun ucunun korreksiyası cərrahi əməliyyatı aparılmış, lakin əməliyyat fəsadla nəticələnmişdir. M.H.Hüseynovada yaranmış fəsadın aradan qaldırılması üçün, hal-hazırda onun etaplı cərrahi müdaxiləyə ehtiyacı vardır.

36. YYYnın İddiaçı1nə qarşı ikinci iddiası üzrə işə baxılanda tibb müəssisəsindən tutulmuş məbləğ məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin 155/KEŞ saylı, xx.xx.2008-ci il tarixli rəyində göstərilən etablı cərrahi müdaxilənin davamı olaraq 5 və 6-cə cərrahiyyə əməliyyatlarının icra olunması üçün ödənilmiş vəsait kimi müəyyən edilmişdir. Həmin vəsaitin məbləği işdə olan sübutlar əsasında müəyyən olunmuşdur. Cavabdeh bu məbləğlərin həqiqətə uyğun ol madığı barədə nəinki hər hansı sübut təqdim etməmiş, hətta dəlil irəli sürməmiş, yalnız formal olaraq onun əvvəlki işdə üçüncü şəxs kimi iştirak etməməsinə istinad etmişdir. Buna görə də məhkəmə kollegiyası kassatorun üçüncü şəxs kimi işə cəlb olunmaması barədə dəlilini qətnamənin ləğv olunması üçün əsas hesab etmir.

37. Cavabdehin iddiaçı ilə əmək münasibətlərində olması və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmaması barədə dəlili doğrudur. Lakin işin bu halı, iddianın təmin olunmasını istisna etmir. Belə ki, tam maddi məsuliyyət haqqında müddəalar Əmək Məcəlləsinin 199-cu maddəsində təsbit edilmişdir.

38. Həmin normada işçinin tam maddi məsuliyyət daşıdığı 7 hal müəyyən olunmuşdur. Bu hallara aşağıdakılar aiddir: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və dig ər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), p sixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

39. Göründüyü kimi, işçi ilə tam maddi məsuliyyət daşımaq haqqında müqavilənin bağlanması, Məcəllənin 199-cu maddəsinin a) bəndində əksini tapmışdır. Həmin maddənin sistemli təhlilindən bu nəticə hasil olur ki, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə deyil, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə x idmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanır. Yəni bu müqavilənin məqsədi əmlakın və digər sərvətlərin qorunub saxlanması, salamatlığının təmin olunmasından ibarətdir. Tam maddi məsuliyyət haqqında müqavilənin əsasında işçi tərəfindən ödənilməli olan ziyan da həvalə edilmiş əmlakın və digər maddi sərvətlərin korlanması və ya məhv olması nəticəsində yaranan ziyanda ifadə olunur. İşəgötürənə digər hallarla bağlı ziyan vurulduqda, işçi ümumi əsaslarla məsuliyyət daşıyır.

40. Buna görə də cavabdehin öhdəliyinin əsası kimi Mülki Məcəllənin 1112-ci maddəsi çıxış edir və məhkəmələr haqlı olaraq həmin normaya istinad etmişlər.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)7460/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar