Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2059/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdəki payın naturada ayrılması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(104)2789/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin in zibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyəti kimi 02 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi tərəflərin paylı mülkiyyətindədir. Onlar paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin bərabər paylara bölünməsində razılığa gələ bilməmişlər.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 iyun 2023-cü il tarixli rəyinə əsasən, **********38-06301083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 02 sentyabr 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə olmaqla payların ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2 023-cü il tarixli 2(125)-413/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddia təmin edilmiş, 02 sentyabr 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı və Cavabdeh paylarına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 nömrəli ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə naturada ayrılaraq onlara verilməsi; tərəflərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərcinin alınıb Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi; ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini iş üzrə keçirilmiş ekspert rəyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(104)-2789/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehdiyevdən və Ə.İ.Məmmədovdan i barət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(125)-413/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh hər birinə ½ hissədə mülkiyyət hüquqları Dövlət reyestrində 02 sentyabr 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında qeydə alınan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissədə naturada bölünməsi, bölgü aparılarkən qeyri-yaşayış sahəsinin 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi, qeyri-yaşayış sahəsinin mövcud giriş qapısının ləğv edilməsi, ləğv olunan giriş qapı istiqamətdən paylara düşən hissədən yeni qapının açılması, 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə (mülkiyyətçilərin razılaşması əsasında digər tikinti materiallarından istifadə olunmaqla da mümkündür) sərhədin çəkilməsi və mövcud giriş qapısının ləğv edilməsi xərci müştərək qaydada tərəflərə aid edilməsi, yeni giriş qapılarının açılma xərcinin paylara münasib tərəflərin hər birinə aid edilməsi qət edilmişdir.
9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlsə də, qətnamənin nəticə hissəsində qeyri-yaşayış sahəsinin naturada ayrılmasının dəqiq hansı qaydada aparılmasını (ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun), eləcə də bölgü aparılan zaman çəkiləcək xərcin tərəflərdən hansına aid olmasını göstərməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi faktiki olaraq bütövlükdə cavabdeh tərəfindən istifadə olunur (özünün deməsinə görə avia biletlərin satışı kimi). Əmlaka ½ pay hüququ olan iddiaçı isə ondan asılı olmayan səbəblərə görə payına münasibətdə əmlakdan istifadə edə bilmir, eləcə də digər pay hüququ olan cavabdeh əldə etdiyi gəlirdən ona çatası payı verməkdən imtina edir. Bu səbəbdən iddiaçı payın naturada ayrılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
11. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və yuxarıdakı məzmunda ekspert rəyi alınmışdır. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, bölgü zamanı qeyri-yaşayış sahəsinin eni 4,2 metr olan divarın orta hissəsindən hər birində 2,1 metr saxlamaqla alçipan təbəqə vasitəsilə bölgü sərhədinin çəkilməsi mümkündür və qeyri-yaşayış sahəsinə dair bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunan bölgü sxemində isə qeyri-yaşayış sahəsinin giriş qapısının ləğv edilməsi, bölgü əsasında tərəflərin hər birinə düşən pay hissədən yeni giriş qapılarının açılması göstərilmişdir.
12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əmlakda olan payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
13. Apellyasiya kollegiyası hesab edir ki, ekspertin rəyi və bölgü sxemi dəqiq və müfəssəldir. Bölgü sxemində mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilir. Bu da onu deməyə əsas verir ki, İddiaçı iddiası əsaslıdır və sonuncunun iddia qaldırmaqda məqsədi qanunla müəyyən olunmuş və dövlət tərəfindən müdafiə olunan toxunulmaz mülkiyyət hüququna əlçatanlığa yönəlmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.4, 213.5, 220.1, 220.2, 220.3-cü və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(104)-2789/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 23.1, 213, 220-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 77.1, 97-ci maddələrinin tələbləri pozulmuşdur.
17. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, bölgü aparıldığı halda obyekt i təyinatı üzrə istifadə etmək mümkün olmayacaqdır. Bundan əlavə, mübahisə predmeti olan əmlak cavabdehin deyil, 03 yanvar 2023-cü il tarixdən cavabdehin oğlu Verdiyev Elman Pərviz oğlunun adına qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə nə cavabdehi əsl cavabdeh ilə əvəz etmiş, nə də ki, işə cəlb etməmişdir. Həmçinin məhkəmənin əsaslandığı ekspert rəyi həqiqəti əks etdirmir. Əvvəla, obyektin qapısı bölündüyü halda hər tərəfdə 1 metr qalır ki, obyekt qapısı üçün azdır. Bundan başqa, obyektin eni 4,20 metr olmaqla, ən azı 10 sm arakəsməyə götürülsə, bölgü zamanı hər tərəfin sahəsinin eni 2,05 metr qalacaqdır və ondan kommersiya məqsədi ilə istifadə etmək mümkün olmayacaqdır. Eyni zamanda, obyektin içərisində ikinci mərtəbəyə pilləkən var. Obyekt bölündüyü halda ikinci mərtəbədən də ist ifadə etmək mümkün olmayacaqdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayr ıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyy ətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla r hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsa sən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onlar ın hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, həmin qətnamə və ya qərardad şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı he sab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmas ı, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.
27. İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olduğundan və mülkiyyətçilər həmin əmlakdan birgə istifadə ilə, ya da ki, aralarında bölünməsi ilə bağlı razılığa gələ bilmədiklərindən, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun bu hüququ Mülki Məcəllənin 220.1220.3-cü maddələrindən irəli gəlir.
28. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbi Cavabdeh qarşı irəli sürmüş və əmlakın tərəflərin paylı mülkiyyətlərində olmasına dair Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı əlavə etmi şdir.
29. Kassator hazırda mübahisəli əmlakda mülkiyyət hüququnun olmamasını, payını oğlu Verdiyev Elman Pərviz oğluna verməklə, sonuncunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını göstərməklə, buna dair Çıxarışı kassasiya şikayətinə əlavə etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlakın ½ hissəsinə Verdiyev Elman Pərviz oğlunun mülkiyyət hüququnun olmasını təsdiq edən sübut birinci və apellyasiya instansiyaları məhkəmələrinə təqdim edilməməsə də, faktiki olaraq mübahisələndirilən qətnamə qəbul edilərkən daşınmaz əmlak işə cəlb olunmayan həmin şəxsin mülkiyyətində olmaqla, sonuncunun qanunla qorunan hüquqlarına toxunduğundan, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, ye ni apellyasiya baxışı zamanı Verdiyev Elman Pərviz oğlunun cəlb edilməsi məsələsi həll olunmalı və işə sonuncunun iştirakı ilə baxılmalıdır.
31. Digər tərəfdən, kassasiya kollegiyasının mövqeyinə görə, işə təkrarən apellyasiya məhkəməsində baxılarkən, işin faktiki hallarının araşdırılması zəruri bilindiyi halda, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri baxımından bir daha hüquqi qiymət verilməlidir.
32. Belə ki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
33. Hazırki işi üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş ekspert rəyinin məzmunundan müəyyən olunur ki, ekspert tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması üçün vəsatət vermiş, mübahisəli əraziyə 18 may 2023-cü il tarixə baxış keçirilmişdir.
34. Lakin, iş materiallarında birinci instansiya məhkəməsinin icraatı zamanı qeyd olunan tarixdə baxışın keçirilməsi ilə bağlı hər hansı sənəd əlavə olunmamış, baxış zamanı müəyyən olunan hallara, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin və vəziyyətinin texniki sənədə uyğun olub-olmamasına dair qeydlər ekspert rəyində də öz əksini tapmamışdır.
35. Ekspert rəyinin məzmunundan görünür ki, sahəyə baxış keçirilsə də, rəy Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdakı məlumatlara uyğun vermişdir.
36. Halbuki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ikimərtəbəli olması və bölünən hissədən ikinci mərtəbəyə girişin olmasını bildirir.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, ona qeydə alınmayan və ya ayrıca qeydiyyata alınmış digər sahələrinin bitişik olub-olmaması, hazırki bölgü ilə həmin sahələrdən istifadənin mümkünlüyü araşdırılmadan iş üzrə əsaslı nəticəyə gəlmək mümkün deyildir.
38. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli əmlakın hazırki paylı mülkiyyətçilərin in işə cəlb edilməsi və ya Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən cavabdehin prosessual hüquqi varisi kimi əvəz edilməsi, mübahisəli ərazinin yerində müayinə olunması və (və ya) əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələlərini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 202 3-cü il tarixli, 2(104)-2789/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.