Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-206/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh2 və qeyrisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-206/21 (Açar sözlər: iddia müddətinin tətbiqi ilə bağlı ) 26.01.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-993/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə cavabdehlər X4 və X2 arasında əvvəllər ticarət əlaqələri olmuş, tərəflər bir-birinə etibar edərək nisyə mal vermiş, dəyərini sonradan ödəməklə qarşılıqlı hesablaşma aparmışlar. Həmin münasibətlər zəminində borcun yaranması ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək dövlət rüsumuna görə 30 manat, 900 qutu “Palet” saç boyası və 385 qutu “Lark” əl sabununa görə 26.470 (iyirmi altı min dörd yüz yetmiş) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi, 1050 qutu “Palet ” saç boyası və 500 qutu “Lark” əl sabununa görə 27.112 (iyirmi yeddi min bir yüz on iki) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi, aldığı borca görə 15000 (on beş min) manat və “FORD TRANZİT” markalı avtomaşını satıb pulunu vermədiyinə görə avtomaşının dəyəri 12.000 (on iki min) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 157.2, 377.1, 373.2, 375.1, 380, 381, 385, 386, 567, 600, 739.1-ci maddələ rinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər- G.Abbasov (sərlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) xx xxxx 2020-ci il tarixli, 2(107)-993/20 nömrəli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İ ddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr iddia müddətinin tətbiqi məsələsinə münasibətdə cavabdehlərə qarşı iddia ərizəsinin 13.112017-ci il tarixdə məhkəməyə təqdim edilməsinə və Göyçay rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasına hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının hansı tarixdən kəsilməsini və hansı tarixdən davam etməsini müəyyən etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh2 və X3 ərizə göndərərək, işə onların iştira kı olmadan baxılmasını və kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 381.1-ci maddəs inə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, on da baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşa r fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mübahisəsiz hal kimi qəbul edilən fakt ondan ibarətdir ki, tərəflər arasında qeyrirəsmi ticarət əlaqələri olmuş, tərəflər bir-birinə etibar edərək nisyə mal vermiş, dəyərini sonradan ödəməklə qarşılıqlı he sablaşma aparmışlar. Həmin münasibətlərin hansı qaydada baş verməsi və bundan yaranan öhdəliyin həcmini iddiaçı sübuta yetirə bilməmişdir. Ona görə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında “Palet” saç boyalarının və “Lark” əl sabunlarının, habelə “FORD TRANZİT” markalı nəqliyyat vasitəsinin nisyə və ya dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alqısatqı müqavilə münasibətlərinin mövcud olması və cavabdehlərin belə münasibətlərdən irəli gələn öhdəliklərinin yaranması xüsusatları, tələb olunan məbləğlərin hansı meyarlar əsasında hesablanması iddiaçı tərəfindən sübuta yetirilməmiş və iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İddiaçı şikayə ti əsasında Göyçay Rayon Polis Şöbəsində toplanmış araşdırma materialı, o cümlədən Cavabdeh1 həmin araşdırma ətrafında verdyi izahat ilə, Cavabdeh1 2015-ci ilin may ayında İddiaçı 15000 (on beş min) manat borc pul aldığı və həmin borcunu qaytarmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən halı ilə bağlı göstərmişdir ki, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu tarix kimi 2015-ci ilin noyabr ayı qəbul edilməli və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. xx.xx.2018-ci ildə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi xx.xx.2018-ci il tarixdə məhkəmənin qərardadı ilə baxılmamış saxlandığından, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam et mişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə yalnız xx.xx.2019-cu il tarixdə müraciət etdiyindən onun tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda işə baxan məhkəmələr qeyd olunan borcun mövcudluğu məsələsinə də qiymət verərək həmin borcun mövcudluğunu şübhə altına almış, bunun üçün sübutların kifayət etməməsinə işarə edərək qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat borc pul alması və həmin borcunu qaytarmadığı sübut olunduğu halda belə, iddia müddəti ötürüldüyündən və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması haqqında ərizə verdiyindən həmin hissədə də iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə Kоllеgiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin faktiki halları ilə bağlı sübutlar və araşdırmalar işə mahiyyəti üzrə baxılarkən həll edilən məsələlərdir. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlarla razılaşmaq olmaz. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-993/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.